Dünyanın hər
bir yerində
diasporumuz tərəfindən
Azərbaycan mədəniyyəti təbliğ olunur
Azərbaycan diasporu ölkəmizin həqiqətləri,
Dağlıq Qarabağ problemi və Xocalı
soyqırımının tanıdılması istiqamətindəki
fəaliyyətlə yanaşı zəngin mədəni
irsimizin, tarix və mədəniyyətimizin təbliği sahəsində
də çoxsaylı fəaliyyətlər göstərir.
Ötən dövbr ərzində Diasporla İş üzrə
Dövlət Komitəsinin təşkilatçılığı
ilə xarici ölkələrdə yaşayan azərbaycanlı
uşaqlara və gənclərə müasir informasiya
texnologiyaları vasitəsilə Azərbaycan dili, ədəbiyyatı,
tarixi, mədəniyyəti və coğrafiyasının tədris
edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə
olunmasına xidmət etmək məqsədilə Distant təhsil
üzrə layihə reallaşdırılıb.
Belə ki, il ərzində həmvətənlərimiz
və xaricdə fəaliyyət göstərən diaspor təşkilatları
tərəfindən Vətənimizin zəngin mədəni
irsininin təbliğ olunması istiqamətində 204 mədəni-kütləvi
tədbir təşkil olunub. Xarici
ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız, o cümlədən burada
yaşayan həmvətənlərimiz Azərbaycanın əlamətdar
tarixi hadisələrinin, milli bayramlarının, milli-mənəvi
dəyərlərinin, qədim mədəniyyətinin təbliğ
olunması ilə bağlı tədbirlər həyata
keçiriblər. Bundan başqa,
Azərbaycan tarixində silinməz izlər
buraxmış görkəmli şəxsiyyətlərin yad
edilməsi məqsədilə
bir sıra mühüm bayram tədbirləri, konsert
proqramları təşkil edib, ölkəmizi dünya
festivallarında və sərgilərdə layiqincə təmsil
ediblər. Hesabat dövründə Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 21 yanvar tarixli 2679 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş Tədbirlər Planının 2-ci bəndinə
uyğun olaraq Azərbaycanın xarici ölkələrdə fəaliyyət
göstərən diasporları vasitəsilə
dünyanın müxtəlif ölkələrində Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş müxtəlif formatlı tədbirlər,
elmi konfranslar, dəyirmi masalar, fotosərgilər keçirilib. Almatı şəhərindəki
K.Satpaev adına Qazaxıstan Milli Texniki Universitetində
Qazaxıstan Azərbaycanlıları Milli Mədəniyyət
Mərkəzləri İttifaqının dəstəyi ilə
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 90 illik yubileyi münasibəti ilə elmi-praktiki
konfrans keçirilib. “Azərbaycan-Qazaxıstan əlaqələrinin
inkişafında və möhkəmlənməsində Heydər
Əliyevin rolu” adlı elmi-praktiki konfransda universitetin
professorları, elmlər doktorları və tələbələri,
türk, ərəb, özbək, çeçen,
qırğız milli mərkəzlərini təmsil edən
alimləri ümummilli lider Heydər Əliyevin Şərq
dünyasındakı şəxsiyyətinin dəyəri, onun
siyasi baxışları və başqa xüsusi keyfiyyətləri
haqqında məruzə ilə
çıxış ediblər. Qazaxıstan Azərbaycanlıları
Milli Mədəni Mərkəzləri İttifaqının sədri
Vidadi Salahov, Almatıdakı Azərbaycanlıların “Ozan”
İctimai Birliyinin sədri Qərib Məmmədov, həmçinin
professor və akademiklər, tələbələr Heydər
Əliyevin müstəqil, müasir Azərbaycanın
yaranması və möhkəmlənməsi istiqamətindəki
müstəsna xidmətindən danışıblar. Tədbirdə
iştirak edənlərə ümummilli lider Heydər
Əliyevin həyat və yaradıcılığını əks
etdirən buklet və Qazaxıstan Azərbaycanlılarının
milli dərgisi olan “Turan Times” qəzetinin Ümummilli liderə
həsr olunmuş xüsusi buraxılışı
paylanıb. Almaniyada Berlin “Azərbaycan Evi”nin təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə futbol
üzrə mini-turnir keçirilib. Turnirdə Almaniya, Çexiya,
Sloveniya, Danimarka təmsilçiləri ilə yanaşı,
Almaniyada yaşayan azərbaycanlılardan təşkil
olunmuş “Azəri” komandası da mübarizə aparıb. On
komandanın çıxış etdiyi turnirdə 150 uşaq
iştirak edib. Qərara alınmışdır ki,
ümummilli lider Heydər Əliyevin anadan olduğu 10 may
tarixində hər il Berlin şəhərində analoji turnir
təşkil olunsun.
Xaricdə yaşayan
azərbaycanlılar tərəfindən 28 May - Respublika günü, Azərbaycan Respublikasının
Dövlət Bayrağı günü, Konstitusiya
günü və sair əlamətdar
və tarixi günlər münasibətilə bir sıra tədbirlər
həyata keçirilib. Konnektikut
ştatında Azərbaycan diasporunun təşkilatçılığı
ilə 28 may Respublika
günü münasibəti ilə bayraq qaldırma mərasimi
təşkil edilib. Mərasimdə iştirak edən Azərbaycanlı
nümayəndələr öz aktivliyini nümayiş etdiriblər.
Niderland Krallığının Assen şəhərində
yaşayan azərbaycanlılar 28 May – Respublika
gününü qeyd edib. “Odlar
Yurdu” Cəmiyyəti tərəfindən təşkil
edilən tədbir Assen şəhərinin nüfuzlu tədris
ocaqlarının birində - Nassau Kollecdə keçirilmişdir.
Əsasən kollecin şagird və müəllim heyətinin
iştirak etdiyi gecəyə yerli tədris hissənin məsul
isçiləri də qatılmışdır.Tədbirdə
ilk çıxış edən məktəbin direktoru
İ.Meuldijk ötən il keçirilən və Xocalı
faciəsinə həsr olunmuş tədbiri yada
salınmışdır. O, Assen şəhərinin ICO konsert
zalında keçirilib. 28 May Respublika gününə həsr
olunmuş bu tədbirdə uşaqların çəkdiyi rəsmlər
sərgilənib, sonra isə Azərbaycan Respublikası və
ümummilli lider Heydər Əliyev haqqında filmlər nümayiş olunub. Tədbirin
sonunda musiqi nömrələri səsləndirilib.
Kaliforniyada İrvin
universitetində Azərbaycan Respublikasının 95 illiyi
münasibətilə tədbir keçirilib. İrvin
universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası
tərəfindən təşkil edilmiş tədbirə Azərbaycan,
türk və yəhudi icmalarının üzvləri
qatılıb. Tədbirdə Azərbaycanlı
Tələbə Assosiasiyasının üzvü, Dövlət
siyasəti üzrə namizədlik dərəcəsi
almış Aytən Nəbiyeva və Amerika Azərbaycan
Şurasının baş direktoru Cavid Hüseynov
çıxış ediblər. İsrail-Azərbaycan Beynəlxalq
Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət
Mərkəzində Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin vəfatının
ildönümünə həsr olunmuş açıq
qapı günü keçirilib. Həmin gün mədəniyyət
mərkəzinə sovet dövründə və müstəqillik
illərində uzun müddət Azərbaycana rəhbərlik
etmiş şəxsiyyətə ehtiramını bildirmək
istəyən çoxlu İsrail vətəndaşı gəlib.
Mədəniyyət Mərkəzinə gələnlər
Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim
etdiyi, Ulu Öndərin ömür yoluna həsr olunmuş ədəbiyyatla
tanış olub, onun maraqlı bioqrafiyasından sətirləri
və Heydər Əliyevin sitatlarından ibarət “Müdrik
sözlər” məcmuəsində toplanmış “Mən fəxr
edirəm ki, mən azərbaycanlıyam!”, “Qürur duyuram ki,
Azərbaycan müstəqil, azad və güclü dövlətdir!”
kimi məşhur sözləri və aforizmləri dönə-dönə
oxuyublar. Misirin İsgəndəriyyə şəhərində
fəaliyyət göstərən Misir-Azərbaycan Ticarət
Nümayəndəliyi tərəfindən nəşr olunan
“EgAz” jurnalının növbəti nömrəsi çapdan
çıxmıb. Jurnalın bu nömrəsi oxucuları Azərbaycanın
və Misirin siyasi və mədəni həyatında əhəmiyyətli
hadisələrlə tanış edilib. Misirli müəllif Zəhi
Həvvas “Azərbaycan Odlar Yurdudur” adlı məqaləsində
gözəl ölkəmiz, onun qədim və zəngin mədəniyyəti
barədə təəssüratlarını
bölüşür, Azərbaycan tədqiqatçısı
Seymur Nəsirov Azərbaycan ilə Misir arasında tarixi əlaqələrdən,
habelə ərəb dünyasının və Misirin tarixində
əhəmiyyətli rol oynamış azərbaycanlılardan
yazıb. Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi
ilə birgə ənənəvi olaraq 31 dekabr-Dünya Azərbaycanlıların
Həmrəylik günü münasibətilə Almaniyada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının
rəhbərləri və icma fəalları ilə
görüş keçirilib. Görüş zamanı
Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti
və bu fəaliyyətin həmçinin Səfirliklə əlaqələndirilməsi,
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin
təşkilatlandırıcı fəaliyyəti, Azərbaycan-Almaniya
münasibətlərinin inkişafında Azərbaycan
diasporunun rolu, diaspor təşkilatlarının həyata
keçirdikləri layihələr, qarşıdan gələn
il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlər
və digər maraq kəsb edən mövzular ətrafında
müzakirələr aparılıb. Tədbirin sonunda diaspor
nümayəndələrinə Səfirlik və Heydər
Əliyev Fondu tərəfindən alman dilində nəşr
edilmiş kitablar hədiyyə verilib və axşam yeməyinə
dəvət olunublar. Ümumiyyətlə, il ərzində
diaspor təşkilatları tərəfindən 31 Dekabr –
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü ilə əlaqədar olaraq bir sıra tədbirlər
həyata keçirilib. Ən yadda qalan tədbirlərdən
biridekabr ayının 28-də İsveçdə olub. Belə
ki, Azərbaycan Respublikasının İsveç
Krallığındakı Səfirliyinin və İsveçdəki
Azərbaycan diaspor təşkilatlarının iştirakı
ilə Stokholmda Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü ilə bağlı bayram tədbiri keçirilib.
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov
tədbiri açaraq müasir Azərbaycanın memarı və
qurucusu ulu öndər Heydər Əliyevin həyata
keçirdiyi milli siyasət və azərbaycançılıq
ideologiyasından danışıb, ümummilli liderin Dünya
Azərbaycanlılarının Həmrəyliyi
Gününün qeyd edilməsi ilə bağlı verdiyi Sərəncamın
dünyanın müxtəlif guşələrində
yaşayan 10 milyonlarla azərbaycanlının Azərbaycan
naminə bir yumruq kimi birləşərək əməli
işlər həyata keçirmək istiqamətində
atılmış tarixi bir addım olduğunu bildirib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 2 may.- S.15.