Azərbaycan diasporunun

qarşısında duran mühüm vəzifələr

 

Azərbaycan diasporunun qarşısında duran bir sıra mühüm vəzifələr var ki, həmin vəzifələr günümüzdə də hələlik dəyişməz olaraq qalır. Həmin vəzifələr həm Dünya Azərbaycanlılarının Qurultaylarında ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin tövsiyyə xarakterli çıxışlarında, həm dövlət başçısının xarici ölkələrə səfərləri zamanı oradakı soydaşlarımızla keçirdiyi görüşlərdə, həm də müntəzəm olaraq baş tutan forumkonfranslarda müvafiq qurumların rəhbərləri tərəfindən diaspor təşkilatlarının diqqətinə çatdırılır.

Hələ Dünya Azərbaycanlılarının III Qurultayında prezident İlham Əliyev demişdi: “Diaspor təşkilatlarının fəaliyyəti, eyni zamanda, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Sirr deyil ki, müstəqilliyimizin ilk illərində bizimböyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar”.

Bəs görəsən, ayrı-ayrı diaspor təşkilatları bu vəzifələri necə icra edirlər? Ümumilikdə, Azərbaycan diaspor təşkilatlarının qarşısında duran həmin vəzifələrin icrası istiqamətində ayrı-ayrı təşkilat və cəmiyyətlərin gördüyü işlər qənaətbəxş hesab edilə bilərmi? Maraqlı məqam ondan ibarətdir ki, bu məsələ ilə bağlı səslənən fikirlər heç də birmənalı deyil. Bir çoxları diaspor təşkilatlarımızın qarşıya qoyulan vəzifələri uğurla icra etdiyini bildirsə də, bunun əksini düşünənlər də var. Bəzi ekspertlər isə hesab edirlər ki, diaspor təşkilatlarının bir qismi qarşıya qoyulan vəzifələrin icrası istiqamətində o qədər də aktivlik nümayiş etdirmirlər.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla bölməsinin müdiri Qafar Əliyev deyir ki, istər dünən, istər bu gün, istərsə də gələcəkdə Azərbaycan diasporunun qarşısında duran vəzifələr bu cür qruplaşdırılır: “İlk öncə Azərbaycan Respublikasının həyata keçirdiyi daxilixarici siyasətin dünyada təbliği və tanıdılması, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağonun ətrafındakı torpaqların işğalı faktının beynəlxalq aləmə çatdırılması əsas vəzifələrdəndir. Həmçinin son 200 ildə Azərbaycan xalqının başına gətirilən deportasiya və soyqırımların, Azərbaycan xalqına qarşı edilən ədalətsizliklərin təbliği qarşıda duran vəzifələr sırasındadır”. Qafar Əliyevin sözlərinə görə, Azərbaycan mədəniyyəti, elmi, təhsili, iqtisaditurizm imkanlarının da dünya ictimaiyyətinə çatdırılması bu sıraya aiddir: “Məlum olduğu kimi Ermənistan dünyada daim Azərbaycan və türk dünyasının əleyhinə təbliğat aparır, bütün istiqamətlərdə dövlətimizin imicinə zərbə vurmağa çalışır. Ermənilər müntəzəm olaraq dünyada, yaşadıqları ölkələrdə Azərbaycanda tolerantlığın olmadığı, buradakı digər xalqlara qarşı ayrıseçkilik edildiyi barədə yalançı məlumatlar yayırlar. İddia edirlər ki, Azərbaycanda dini dözümlülük yoxdur, digər dinlərə və millətlərə hörmətlə yanaşılmır.  Eyni zamanda dünya dövlətlərində Azərbaycan əleyhinə sanksiyaların qəbul edilməsinə cəhd göstərirlər. Burada da əsas məqsəd dünya ictimaiyyətini aldadaraq beynəlxalq aləmi Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı ədalətsiz mövqe tutmağa vadar etməkdir”. Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, yalançı erməni təbliğatı, erməni diasporulobbisinin həyata keçirdiyi antiAzərbaycan kampaniyasına qarşı Azərbaycan diasporu gecə-gündüz fəaliyyət göstərir. Qafar Əliyev deyir ki, Azərbaycan xalqı dünyanın bütün ölkələrinə səpələnmiş, yayılmış bir xalqdır: “Bu mənada Azərbaycan diasporunun imkanları dünyanın istənilən xalqınıb malik olduğu imkanlardan daha çoxdur. Çünki elə bir dövlət yoxdur ki, orada azərbaycanlılar yaşamasın. Hər bir dövlətdə yaşayan azərbaycanlıların da yaratdığı cəmiyyətlər var. Həmin cəmiyyətlərin əsas vəzifələri Azərbaycanla sıx təmaslar qurub Azərbaycan dövlətinin həyata keçirdiyi daxilixarici siyasətin mahiyyətini, ölkəmizin tarixini öyrənməkdir. Nəticə etibarilə qeyd edilən istiqamətlərdə fəaliyyət göstərdikləri ölkələrdə təbliğat aparmaqla Azərbaycanı olduğu kimi dünyaya tanıtmaqdır. Bu Azərbaycan diasporunun qarşısında duran əzəli, daimi, mühüm vəzifələrdir”. Dövlət rəsmisinin sözlərinə görə,  hər bir ölkədə fəaliyyət göstərən diaspora fəalının əsas vəzifəsi universal əhəmiyyətli, məzmunlu vəzifədir: “Yəni, diaspora işi ilə məşğul olan hər bir şəxs Azərbaycanın tarixi, mədəniyyəti, keçmişi, bu günü, ölkəmizin həyata keçirdiyi daxilixarici siyasətin mahiyyətini bilməli, dinlər, dillərarası, diplomatiya ilə bağlı bilgilərə sahib olmalıdır. O, yaşadığı ölkədə bütün bu münasibətlər aspektindən çıxış edərək Azərbaycan Respublikasını olduğu kimi, lazımı səviyyədə dünya ictimaiyyətinə çatdırmağı, müasir dünyanın informasiya vasitələrindən istifadə etməklə onu təbliğ etməyi bacarmalıdır. Eyni zamanda diaspora fəalı yaşadığı ölkənin xüsusiyyətlərini nəzərə alaraq öz fəaliyyətini qurmağı bacarmalıdır. Hər bir regionda, eləcə də Müstəqil Dövlətlər Birliyi ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu öz fəaliyyətini bu bölgədə mövcud olan siyasi, ictimai və mədəni vəziyyətə uyğun şəkildə qurmalıdır”. Qafar Əliyev Azərbaycan diasporunun dünya ölkələrində, Rusiya Federasiyası, Avropa regionu və Birləşmiş Ştatlardakı fəaliyyətinə də toxunub: “Bu gün Rusiya Federasiyasında Azərbaycan diasporunun çoxsaylı nümayəndələri fəaliyyət göstərir. Məlum olduğu kimi 3 milyona yaxın soydaşımız Rusiya Federasiyasında daimi və müvəqqəti qeydiyyatdadır, bu ölkəyə gedib gəlirlər. Bu baxımdan soydaşlarımız, diaspor nümayəndələrimiz çalışmalıdır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ənənəvi dostluq, əməkdaşlıq münasibətləri qorunub saxlansın, inkişaf etsin. Onların əsas vəzifəsi ermənilərin antiAzərbaycan təbliğatına qarşı əkstəbliğat quraraq Rusiya ilə Azərbaycan arasında münasibətlərin qorunub-saxlanması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərməkdən ibarətdir”. Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının əsas vəzifəsi isə bu regionda mövcud olan beynəlxalq təşkilatların ölkəmizə olan müsbət  baxışının formalaşmasına təsir göstərməkdən ibarətdir: “Məlum olduğu kimi keçən ilin oktyabr ayında Azərbaycan Respublikasında prezident seçkiləri keçirildi və həmin seçkilərə bəzi Avropa qurumları tərəfindən ikili standart özünü büruzə verdi. Bu Azərbaycana qarşı olan ədalətsizlik, ikili standartların bir nümunəsi idi. Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının əsas vəzifəsi həmin qurumların içərisində təbliğat apararaq Azərbaycan barədə obyektiv, real qərarların qəbul edilməsi, fikirlərin formalaşmasına təsir göstərməkdən ibarətdir”. Qafar Əliyev bildirir ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən diaspor təşkilatlarımızın isə özünəməxsus spesifik xüsusiyyətləri var:  Burada əsasən Azərbaycan-Birləşmiş Ştatlar münasibətlərinin inkişafına müsbət təsir göstərmək, Amerika qitəsində (istər şimali Amerika, istərsə də cənubi Amerika) yaşayan əhali arasında Azəbaycan həqiqətlərinin təbliği, xüsusilə Xocalı soyqırımının tanıdılması, xalqımızın başına zaman-zaman gətirilən deportasiya və soyqırımların mahiyyətinin həmin xalqlara çatdırılması, nəticə etibarilə erməni təbliğatının təsirinin zəiflədilməsi ön planda durur. Eyni zamanda orada lobbiçilik fəaliyyəti göstərərək Azərbaycanın dostlarının sayının artırılması və ermənilərin antiAzərbaycan fəaliyyətinə qarşı müvafiq təbliğat işlərinin aparılması qarşıda duran mühüm vəzifələr sırasındadır. Biz çalışmalıyıq ki, heç bir yerdə, sahədə yubanmayaq. Ermənilər Argentina, Braziliya, Uruqvay, Paraqvayda bir tədbir keçirib onları öz yalanlarına inandırır, müvafiq qərarların qəbul edilməsinə nail olurlar. Məhz bundan sonra biz həmin yalanın aradan qaldırılması istiqamətində uzun müddətli fəaliyyət göstərməli oluruq. Ona görə də yubanmadan dünyanın hər bir bölgəsində aktiv fəaliyyətə keçməli və Azərbaycan Respublikası ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırlmasına çalışmalıyıq”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2014.- 3-5 may.- S.15.