Finlandiyada fəal diaspor nümayəndələri

 

Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Avropa ölkələrindən biri də Finlandiyadır. Bu ölkədə fəaliyyət göstərən Finlandiya Azərbaycan Assosiasiyası 2008-ci il, mart ayının 18-də Helsinki şəhərində təsis edilib. Assosiasiyanın məqsədi Azərbaycan bu ölkədə layiqincə təmsil etmək və Finlandiyadakı soydaşlarımızın bir araya gəlməsinə şərait yaratmaqdır. Eyni zamanda Azərbaycan  toplumunun hər cür problemləri ilə maraqlanıb onlara yardım etmək, Azərbaycan və Finlandiya xalqlarının birliyini yaratmaq və hər iki toplumun bir araya gəlməsinə və müştərək çalışmalarına şərait yaratmaq da assosiasiyanın fəaliyyət istiqamətlərinə daxildir.

Təşkilatın məqsədi Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini bir sözlə tariximizi fin xalqına tanıtmaq, eyni zamanda fin xalqının mədəniyyətini, tarixini də Azərbaycan toplumuna tanıtmağa çalışmaqdır. Bu gün Finlandiya Azərbaycan Assosiasiyasında kifayət qədər nüfuzlu soydaşımız, Finlandiya cəmiyyətində tanınan azərbaycanlılar təmsil olunur. Ümumiyyətlə, hazırda Finlandiyada yüzlərlə azərbaycanlı yaşayır ki, onlar da bu Avropa ölkəsinin müxtəlif sahələrində çalışaraq Azərbaycanı layiqincə təmsil edirlər. Belə dəyərli insanlardan biri də Tahirə Cəfərovadır. Tahirə Cəfərova 30 ilə yaxındır ki Finlandiyada yaşayır. Finlandiya Yazıçılar İttifaqının və Fin-Pen klubunun üzvüdür. 20 ildən artıqdır ki, fin ədəbiyyatının tərcüməsi ilə məşğul olur. İlk tərcüməsi fin klassiki   Vejo Meri -bilin « Bir dollarlıq nahar » əsəri olub və Moskvada”Xarici ədəbiyyat jurnalında çap olunub. 1982-ci ildə fin uşaq ədəbiyyatina müraciət edərək, bir neçə   yazıçıların uşaqlar üçün yazdıqları əsərlərini tərcümə edib. Həmcinin fin dramaturgiyasına da muraciət edərək bir sira pyesləri tərcümə edib. 2000-ci ildə Azərbaycan Yazıçılar İttifaqının sədri Anar, Tahirə Cəfərovanı “Fin ədəbiyyatinin təbliği və tərcumə olunmasında əvəzolunmaz xidmətlərinə” görə  Azərbaycanin fəxri tərcüməçisi adına layiq görüb.

Cahangir Ələkbərov-20 il əvvəl müqavilə ilə Finlandiyaya işləməyə gəlib. Hazırda Helsinki yaxınlığındakı Kokkola   şəhərində konservatoriyada skripka üzrə dərs deyir. Tələbələrin hazırlanmasında əldə etdiyi uğurlara görə şəhər medalı ilə mükafatlandırılıb. Finlər arasında Azərbaycan musiqisini və mədəniyyətini tanıda bilməsini ən böyük nailiyyəti sayır. Cahangir Ələkbərov Kokkola şəhərinin fəxr sakinidir.

Vasif Muradli-Finlandiya Azərbaycan Assosiasiyasının sədridir. 1989-cu ildə Azərbaycan Dövlət Iqdisad Universitetini bitirib. 2002-ci ildən Finlandiyada yaşayır. 2006-cı ildən bu ölkədə diaspora fəaliyyətinə başlayıb. Belə ki, ilk diaspora fəaliyyəti Yeniyetmə Gənclər Təşkilatının yaradılmasında gənclərə maddi mənəvi yardım göstərməklə başlayıb, onlara daima dəstək olub. 2008 ci ildən diaspora fəaliyyətini genişləndirərək Finlandiya Azərbaycan Assosiasiyasını yaradaraq Finlandiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Finlandiyada fəaliyyət göstərən digər xalqların diaspora təşkilatları ilə sıx əlaqə saxlayır. Onlarla birgə birliyi yaradir, müxtəlif tədbirlər keçirir.

Arzu Oqtay-Finlandiya Azərbaycan Assosiasiyasının sədir müavinidir. 1991-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2002-ci ildən Finlandiyada yaşayır. Finlandiya təhsil qanununa əsasən  dövlət ümumtəhsil məktəblərində hər bir azsaylı xalqların ana dili  tədris olunnmalıdır.2006-cı ildən həmin qanuna əsasən Arzu Oqtay Helsinki Espoo şəhərlərinin orta məktəblərində Azərbaycan dil müəlliməsi, həmçinin 2010-cu ildən Espoo şəhər bələdiyyəsininGənclər şöbəsindətəlimatçı işləyir. Arzu Oqtay müəllimə işləməyə başlarkən, eyni zamanda diaspora fəaliyyətini genişləndirib. Bu işdə müəllimliyi ona yardımçı olub. Məhz buna görə Finlandiya Azərbaycan Assosiasiyası yaradılarkən onu yetkinliklə sədr müavini seçiblər. O, Yeniyetmə Gənclər Təşkilatının gəncləri ilə daima sıx əlaqə saxlayır. 2008 ci ildən diaspora fəaliyyətini genişləndirərək Finlandiya Azərbaycanlıları Assosiasiyasının təsis olmasında fəal iştirak edib.

Sevda Əliyeva-1995-ci ildə Bakı Dövlət Tibb Universitetini bitirib.O, 2002-ci ildən Finlandiyada yaşayır. 2005-2008-ci illərdə  Helsinkinin Vuosari qəsəbəsinin poliklinikasında ixtisası üzrə həkim işləyib. 2008 ci ildən Hüvinkə şəhərinin mərkəzi xəstəxanasında həkim işləyir. Ailəlidir. Finlandiya Azərbaycan Assosiasiyasının keçirdiyi bütün tədbirlərdə iştirak edir.

Kamran Şahmərdan-1999-cu ildə İsveçin Stokholm şəhərində Kral İncəsənət Akademiyasının rejissorluq fakültəsini bitirib. Bir müddət İsveçin teatrlarında çalışıb. Sonra İmatra şəhərində sinkretik janrlı « Qara» teatrını yaradıb. Uzun illərdir ki, Finlandiyanın İmatra şəhərində yaşayıb-yaradır. Teatr sahəsində qazandığı uğurlar onu, nəinki yaşadığı məmləkətdə, eləcə bütün dünyaya tanıdıb. Kamran Şahmərdan  2008-ci ildə Finlandiyadailin sənətçisiadına layiq görülüb. Əsası 2001-ci ildə İmatrada Kamran Şahmərdan tərəfindən qoyulan   Qarateatrı peşəkar fəaliyyətlə məşğuldur Kamran Şahmərdan hər il may-iyulda İmatra şəhərdə beynəlxalq festival təşkil edir.

Gülçin Qədirov-Azərbaycan Dövlət Iqdisat Universitetini bitirib.2002-ci ildən Finlandiyadanın Vaasa şəhərində yaşayır. Hazırda Finlandiya Qırmızı Xaç Cəmiyyətində işləyir.

Maral Süleymanova -1990-cı ildə Azərbaycan Dövlət Iqdisat Universitetini bitirib. 2003- ildən Finlandiyada yaşayir. İxtisasi üzrə təhsilini davam etdirdikdən sanra 2007-ci ildən Helsinki şəhər sosial xidmətlər idarəsində mühasib işləyir. Finlandiya Azərbaycan Assosiasiyasının fəal üzvülrindəndir tədbirlərində daima iştirak edir.

Azad Həsənzadə-1985-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 2002-ci ildən Finlandiyadanın Vaasa şəhərində yaşayır. Azad Həsənzadə 2008- ci ildən Vaasan Vacon Oyj şirkətində işləyir.

Həsənzadə Gülarə-1987ci ildə Azərbaycan Neft Akademiyasını kimya texnalogiyası fakultəsini bitirib. 2003-cü ildən Finlandiynın Vaasa şəhərində yaşayır. Soydaşımız VACON Oyj firmasında işləyir.

Namazov Rəhim-1994-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1995-ci ildən 2009-cu ilədək

Turkiyə Bilkent Simfonik Orkestrində  işləyib. Hazırda Helsinki şəhərində yaşayır işləyir. Yokamoz qrupunun üzvüdür.

Gülzar İsmayıl-1993-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin bitirib.2003-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini alıb. 10 ilə yaxınıdr ki,  Finlandiyanın, Helsinki şəhərində yaşayır. Hüquqşünas və tərcüməçi kimi  fəaliyyət göstərir. Bununla yanaşı mütamadi olaraq Bakıda çap olunan “525-ci qəzet”də və Moskvada çap olunanLiteraturnaya Rossiya” gəzetində məqalələri dərc edilir   Gülzar İsmayıl Finlandiya Azərbaycan Assosiasiyasının fəal üzvülərindəndir və tədbirlərində daima iştirak edir  O, 2011-ci ildən  FAA-nın nəznində fəaliyyət gösrərən  "Azərbaycanlı Qadınlar Cəmiyyəti"-nin sədr müavinidir.

Ramin Tagıyev-2002-ci ildə Gəncə şəhər Texnologiya Universitetini bitirib. 2005-ci ildən Finlandiyanın Espoo şəhərində yaşayır. işləyir. Ailəlidir. Finlandiya Azərbaycanlıları Asossasiyasının fəal üzvülərindəndir. Ramin Tağıyev assosiasiyanın butun tədbirlərdə iştirak edir.

Adolf Malışko-Azərbaycanda anadan olub. Bakı Ali Hərbi məktəbini bitirib. O, hərbi xidmətdə leytinantpolkovnik rütbəsinə qədər yüksəlib. 1995-ci lidən Finlandiyada yaşayır Təqaüdçüdür.

Smirnov Aliksey-Azərbaycanda anadan olub. Ali təhsillidir. Bakı Ali Hərbi məktəbini bitirib. O, hərbi xidmətdə leytinantpolkovnik rütbəsinə qədər yüksəlib..1995-ci lidən Finlandiyada yaşayır. Hazırda İnkeri mərkəzində işləyir. Həmçinin Gənclərlə Birliyində ictimai işlərlə məşğul olur.

Amalya Verdiyeva-1994 ci ildə Bakı Dövlət Universitetini bitirib.  O, 2002-ci ildən Finlandiyada yaşayır. Həmyerlimiz Helsinki Pedaqoji kadrların ixtisasının artırılması yenidən hazırlanması institutunu bitirib. O, hazırda Helsinki uşaq oyunları mərkəzində işləyir. Amalya Verdiyeva Finlandiya Azərbaycan Assosiasiyasının fəal üzvülərindəndir tədbirlərində daima iştirak edir.

Cəmilə Tamayeva-1990-ci ildə Azərbaycan Inşaat-Muhəndisləri Institutunu, 2003-cu ildə Azərbaycan Respublikasi Prezidenti yaninda Dövlət Idarəçilik Akademiyasının huquqşunaslıq fakultəsini bitirib. O, 2005-ci ildən Finladiyaıin Tampere şəhərində yaşayır. Cəmilə Tamayeva Finlandiya Azərbaycan Assosiasiyasının hüquq məsələləri üzrə hissə müdiridir .2011-ci ildən FAA-nın nəzdində fəaliyyət göstərən Qadinlar Cəmiyyətinin sədr müavinidir.

Kamal Hüseynov-Azərbaycan Dövlət Iqdisad Universitetini bitirib. Hmyerlimiz 1995-ci ildən  Finlandiyada yaşayır. Kamal Hüseynov burada bizneslə məşğuldur.

Cəfərova İlahə-1997- ci ildə M.F.Axundov adına Rus dili ədəbiyyatı Universitetini bitirib. O, 2005- ci ildən Finlandiyanın Tampere şəhərində yaşayır. İlahə Cəfərova Finlandiya Azərbaycan Assosiasiyasının fəal üzvlərindəndir.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2014.- 7 may.- S.15.