ATXƏM-in Azərbaycan
diasporunda xidmətləri
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəni irsinin təbliği, eləcə də diasporumuzun inkişaf etməsi prosesinə dəstək verən qeyri-hökumət təşkilatlarından biri də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzidir. 2007-ci il, dekabrın son günlərində, 31 dekabr-Dünya Azəırbaycanlılarının Həmrəylik Günü ərəfəsində təsis edilən İctimai Birliyin fəaliyyət istiqamətləri, qarşısına qoyduğu məqsədlər də yuxarıda qeyd edilənlər əksini tapıb.
Azərbaycanlıların
və digər Türkdilli Xalqların
Əməkdaşlıq Mərkəzinin əsas məqsədi
Azərbaycandan kənarda yaşayan azərbaycanlılar
və digər türkdilli xalqlar
arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsinə kömək etməkdən
ibarətdir. Ictimai Birlik bu məqsədlərə
çatmaq üçün
Azərbaycan mədəniyyətini, folklorunu,
milli adət-ənənələrini, tarixi abidələrini təbliğ etmək,
digər türkdilli xalqların mədəniyyətinin
öyrənilməsi və onun təbliğ
etməyi başlıca vəzifə hesab edir. Bundan başqa ATXƏM türkdilli dövlətlərin
inteqrasiyasına kömək etmək, diaspor
təşkilatları arasında əməkdaşlığın
yaranmasına çalışmaq, müxtəlif ölkələrdə
yaşayan türkdilli
xalqların nümayəndələri arasında həmrəyliyin
yaranmasına nail olmaq
istiqamətində çalışır. Nəzərdə tutulmuş vəzıfələri
həyata keçirmək üçün
İctimai Birlik elmi araşdırmalar aparır, müxtəlif
kurslar və seminarlar,
dəyirmi masa və görüşlər,
sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər
keçirir.
Azərbaycanlilarin
və digər Türkdilli Xalqların
Əməkdaşlıq Mərkəzi xeyriyyə məqsədli
tədris və təlim mərkəzləri, elmi-praktik
mərkəzləri yaradır, Azərbaycan
Respublikasının aidiyyəti dövlət orqanları və
bələdiyyələri ilə əməkdaşlıq edir.
Xüsusilə, İctimai Birlik
xarici ölkələrdə fəaliyyət
göstərən təşkilatların onun
məqsəd və mənafelərinə zidd
olmayan tədbirlərinə qoşulur, müxtəlif təşkilatlara üzv olaraq, beynəlxalq
təşkilatlarla əlaqələr saxlayır.
Qeyd edək ki, ötən illər ərzində
Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzi ölkə
daxilində və müxtəlif xarici
ölkələrdə Azərbaycanın təbliği ilə
bağlı çoxsaylı tədbirlər həyata keçirib.
Sevindirici haldır ki,
ölkə xaricində təşkil edilən həmin tədbirlər
həmin dövlətlərdəki Azərbaycan diaspor təşkilatları ilə birgə əməkdaşlıq
şəklində baş tutub.
Belə ki, İctimai
Birlik Ayhan Dəmirçinin
rəhbərlik etdiyi Azərbaycan- Belçika Dostluq Cəmiyyəti
ilə birlikdə Avropa Parlamentində bir neçə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
həsr olunmuş konfrans,
eləcə də avropalı parlamentarilərlə
görüşlər təşkil edib.
Həmçinin
ATXƏM Mustafa Əlincənin rəhbərlik
etdiyi “Strasburq Azərbaycan
Evi” ilə birlikdə Fransada
aksiyalar keçirib.
Xocalı soyqırımının ildönümü
ərəfəsində təşkil edilən həmin etiraz aksiyaları bu
soyqırımın dünya ictimaiyyətinə
çatdırılması istiqamətində görülən
sistemli işin tərkib
hissəsi sayıla bilər. Strasburqda
keçirilən həmin aksiyaların möhtəşəmliyi
Fransadakı erməni lobbisini ciddi narahat edir
və ermənilər hər il Xocalı
soyqırımının ildönümü
ərəfəsində qabaqlayıcı tədbirlər
görmək məcburiyyətində qalırlar.
Son vaxtlar isə
ATXƏM Türkiyədəki Azərbaycan diaspor
təşkilatları ilə yaxından əməkdaşlıq
edir. Bu baxımdan İstanbul Azərbaycan-Türkiyə Dostluq Dərnəyi ilə qurulan
əməkdaşlığı xüsusi
qeyd etmək lazımdır. İSTAD və
ATXƏM-in həyata keçirdiyi bir neçə uğurlu
layihə Azərbaycan-Türkiyə münasibətlərinin
QHT-lər səviyyəsində daha da inkişaf etməsinə
öz müsbət təsirini göstərir.
Eyni zamanda bu əməkdaşlıq Türkiyədə
Azərbaycan diasporuna yeni
imkanlar açır.
Göründüyü kimi, Azərbaycanlıların
və digər Türkdilli Xalqların
Əməkdaşlıq Mərkəzi öz
fəaliyyəti ilə diaspor işinin sürətləndirilməsinə də
böyük töhfə verir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 8 may.- S.15.