Gənclərin diaspor həyatında
iştirak imkanları və rolu
Mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür. Etiraf etmək lazımdır ki, bu gün diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsində gənclərin rolu danılmazdır. Buna səbəb kimi diaspor təşkilatlarında azərbaycanlı tələbələrin üstün qüvvəyə çevrilmələridir.
"Şərqi
Avropada Təhsil Alan
Azərbaycanlı Tələbələr və Məzunlar"
İctimai Birliyinin baş katibi Tural Hümbətov deyir ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham
Əliyevin qeyd etdiyi kimi günümüzün
tələbləri savadlı gəncliyimizin olmasıdır. Yalnız bu halda Azərbaycanın uğurlu
gələcəyi təmin olunacaqdır: “ Bu
işdə möhtərəm prezidentimizin
imzaladığı 2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xaricdə təhsil alması barədə dövlət
proqramı gənclərimizin dünyanın öndə gedən
universitetlərində təhsil almaları üçün
əlverişli şərait yaratmış oldu.
Sözsüz ki, xaricdə təhsil alan gənclərimizin öz
enerjilərini vətənimiz üçün
sərf etmələri, ölkə xaricində Azərbaycanla
bağlı həqiqətlərin çatdırılması,
Azərbaycan tarixi və mədəni dəyərlərinin
təbliğ olunmasında bilavasitə mühüm
rol oynayır. Bu
işdə əlbəttə ki, xaricdə
və Azərbaycanda fəaliyyət göstərən diaspor təşkilatlarının, tələbə
və gənclərlə bağlı olan
qeyri-hökümət təşkilatlarının müstəsna
rolu vardır. Məhz bu
tip təşkilatların olması xaricdə
təhsil alan tələbələrimizin gücünün vahid mərkəzdən
idarə olunaraq Azərbaycanın
maraqlarına uyğun istifadə
olunmasında mühüm əhəmiyyət
kəsb edir”. Baş katib qeyd edir
ki, "Şərqi Avropada
Təhsil Alan Azərbaycanlı Tələbələr
və Məzunlar" İctimai Birliyi məhz bu tip təşkilatlardandır: “Təşkilat kimi fəaliyyət göstərməyimiz
dövlətimizin bizə və bizim kimi təşkilatlara dayaq
olması baxımından bizim üçün yeni imkanlar açmış oldu.
Təşkilatın olması və yarandığı
gündən aktiv fəaliyyətə
başlaması artıq Şərqi Avropada
yaşayan azərbaycanlı gənclərin
bir təşkilat ətrafında birləşməsi,
yumruğu bir nöqtəyə
vurması baxımından əhəmiyyətli rola malikdir. Dövlətimizin
Azərbaycan gənclərinin maarifləndirilməsi məqsədi
ilə yeritdiyi aktiv
siyasət son dövrlərdə regionda azərbaycanlı tələbələrin
sayının artmasına səbəb olmuşdur.
Bu
baxımdan regionda tələbələrin
bir mərkəzdən ictimai
fəaliyyətlərinin əlaqələndirilməsi vacib olan fəaliyyət
istiqamətlərdəndir”. "Şərqi Avropada
Təhsil Alan Azərbaycanlı Tələbələr
və Məzunlar" İctimai Birliyinin baş katibi deyir ki,
dövlətimizin artan qüdrəti,
beynəlxalq nüfuzu regionda
Azərbaycana olan marağı
artırmışdır: “Beynəlxalq aləmdə Azərbaycanın
dəstəklənməsi yönündə sözü
gedən gənc intelektual kapitalın rolu danılmazdır. Bu
kapitalın düzgün istiqamətləndirilməsi,
qiymətləndirilməsi və idarə olunması ölkəmizin
başlıca konsepsiyalarindandır. Bu prizmadan
çıxış edərək biz
“Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və
Məzunlar” ictimai birliyini
təsis etmişik və Ulu
Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”
kəlamına sadiq qalaraq
ölkəmizin gələcəyi naminə Şərqi Avropada təhsil alan
gənclərin daha sıx ictimai
fəaliyyətə cəlb edilməsində maraqlıyıq.
Müxtəlif elmi konfranslarda, tədbirlərdə azərbaycanlı
gənclərin iştirakının artırılması, elmin müxtəlif sahələri üzrə
gənclərimizin səmərəli müzakirələrinin
təşkil edilməsi, əldə etdikləri yeni bilik və
bacarıqların həmkarları arasında
bölüşdürülməsi, yeni
elmi texnologiyaların ölkəmizdə tətbiqi
istiqamətində səmərəli addımların
atılması əsas hədəflərimizdəndir. Biz gənclərin ən ümdə vəzifəsi
ölkəmiz - Azərbaycanın dünyada
tanıdılması yönündə əlimizdən gələnin
ən yaxşısını etməkdir. Hamımız azərbaycanlıyıq.
Biz gənclər
Azərbaycan gələcəyi naminə fəaliyyət
göstəririk. Öz fikirlərimizi həmkarlarımızla
bölüşürük, onların
fikirlərini paylaşırıq, qarşıya qoyulan hər hansı bir işin həyata keçirilməsi üçün birgə fəaliyyət
göstəririk. Biz Azərbaycanın
təbliği işində bir-birimizlə
yarışmırıq, əksinə bu
işdə bir-birimizə yardım edirik. Onsuz da beynəlxalq aləmdə
bizə maneə olan, bizi
istəməyən qüvvələr də var.
Bizim işimiz 100 metrlik qaçış yarışı deyil ki, tək
başımıza qarşıya qoyduğumuz
məqsədə çataq və işimiz bununla bitsin. Bizim yolumuz
uzundur və bu
yarışda bayrağı biraz biz, bir az
həmkarlarımız, yəni hər kəs fəaliyyət
göstərməklə daşıyırıq və
daşıyacağıq. Fərq sadəcə formadadır, məzmun
isə eynidir – Azərbaycan gənclərinin
ictimai fəaliyyətinin əlaqələndirilməsi”.
Tural Hümbətovun sözlərinə
görə, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, Azərbaycan
tarixi və mədəniyyətinin təbliği
qarşıya qoyuılan başlıca məqsəd və vəzifələr
sırasındadır: “Bizim məqsədimiz
qarşıda qoyduğumuz vəzifələrin
layiqincə yerinə yetirilməsidir. Bu
işdə möhtərəm prezidentimiz İlham Əliyev başda
olmaqla dövlətimizin dəstəyi sözsüz ki, bizlərə
qarşıya qoyduğumuz məqsədlərə
çatmağa bilavasitə
yardımçı olur”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 8 may.- S.15.