“Heydər Əliyevi tam olaraq
xarakterizə etmək
qeyri-mümkündür”
2000-2005-ci
illərdə Milli Məclisin deputatı olmuş, Yeni Azərbaycan
Partiyasının yaranmasında fəal iştirak edən, Heydər
Əliyevin etimad göstərdiyi gənclərdən olan Anar
Axundzadənin müsahibəsini təqdim edirik:
Qısa arayış: Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990-1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib.
1996-1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997-2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib. (2000-2005)
Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000-2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr muavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.
2000-ci ildə Azərbaycan Respublikasi Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında İnvestisiya proseslərinin dövlət tənzimlənməsi ixtisasi üzrə ixtisasartırma vəsiqəsini alıb. 1998-ci il Dünya Gənclərinin Beynəlxalq Festivalının iştirakşısı olub. (Portuqaliya).
1992 ci ildən yani yaranan gundən Yeni Azərbaycan Partiyasinin uzvüdür. YAP Naxçıvan Gənclər Təşkilatının sədri (1995-2000). 1999-cu il YAP birinci Qurultayinda YAP Siyasi Şurasının üzvü seçilib. Azərbaycan Respublikasının prezident, Milli Məslis, Bəladiyyə seckilərində Yeni Azərbaycan Partiyasi tərəfindən Azərbaycan Respublikasi üzrə səlahiyyətli nümayəndə olub. Hazırda Yeni Azərbaycan Partiyasının üzvi kimi siyasi fəaliyyətini davam etdirir.
- Anar bəy, tanınmış
şəxslər yaddaşlarda iki çür qalır; Bir
ümumi fəaliyyətindən irəli gələn və bir
də fərqi münasibətlər. Heydər Əliyevlə
şəxsən təmasda olmuş şəxs kimi istərdim
ki, sualın ikinci tərəfini cavablandırasınız…
- Bilirsiniz Heydər Əliyev elə bir dahi şəxsiyyət idi ki, onu tam olaraq xarakterizə etmək qeyri-mümkündür. Hətta çəkinmədən deyə bilərəm ki, onunla hər hansı təmasda olan insanlar istər uzun, istərsədə qısa müddətli fərqi yoxdur ki, həm o böyük insanın nəzərindən qaçmazdı, həm də insanları xarakterizə edib qiymət verərdi.
İndi siz deyirsiniz ki, ümummilli liderimizin fərdi münasibətini qeyd edim; Onda bu cür yanaşaraq deyək ki, mən ən az və ən qısa ünsiyyətdə olan bir insan kimi heç vaxt onun nəzərindən qaçmamışamsa, demək ki, Heydər Əliyev şəxsiyyətinin ilk xarakteriskası onun insanlara hədsiz diqqət idi. Hətta xırda əməyə görə yüksək qiymətinin cavabı, onun yüksək səməmiyyətin irəli gəlirdi.
Ümumiyyətlə, mərdlik, səmimiyyət, qətiyyət, insani münasibət dahi şəxslərə məxsus olan faktorlar ulu öndərdə birləşmişdi. O rəhbər və lider kimi möhtəşəm insan idi. Heydər Əliyev adi bir detalı nəzərdən qaçırmazdı. Ona sevgi və məhəbbətlə yanaşan insana qayğısını əsirgəlməzdi. Heydər Əliyev fenomen şəxsiyyət idi və onunla söhbət olduqca maraqlı olurdu.
- Onunla bağlı hansısa xatirə yadınızda qalıbmı?
- Təbii onunla bağlı xatirələrim çoxdur. Bir hadisəni danışmaq istərdim: 1992-ci ilin oktaybr ayında Naxçıvan Dövlət Universitetinin 25 illik yubleyi keçirilirdi. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi o tədbirdə iştirak edirdi. Tədbirə İran, Türkiyə və Bakıdan və s. yerlərdən qonaqlar gəlmişdi. Mən həmin universitetin tələbəsi kimi tədbirdə çıxış etdim. O zaman 20 yaşım vardı. Onu xatırladım ki, o zamankı Təhsil Nazirinin müavini səhv etmirsəmsə, Xalid Əlimirzəyev çıxışında Heydər Əliyevi nəzərdə tutaraq dedi ki, ağsaqqalda burda oturub, bilmirəm Azərbaycan niyə bu gündədir. Hər yer od tutub yanır. Gəncəyə, Şəkiyə və s. yerlərə gedirəm, ölkə viran qalır. Xalid bəyin çıxışından sonra, mənə söz verdilər. Təbrik çıxışımın sonunda dedim ki, Azərbaycan ona görə od tutub yanır ki, Azərbaycanı bu vəziyyətdən çıxara biləcək lider öz yerində oturmayıb. O burda Naxçıvanda bizim aramızdadır.
Bu sözlərdən sonra salon məni uzun müddət ayaqüstə alqışladı. Bu mənə olan alqış deyildi. Xilaskara yönəlmiş gəl-qurtar Azərbaycanı deyə hayqıran alqış idi. O zaman Azərbaycanda vəziyyət çox ağırlaşmışdı.
- Demək olarmı ki, o
çıxışınızdan sonra diqqət mərkəzinə gəldiniz? O çıxışınız sizi ən gənc yaşınızda millət vəkili olmağınıza səbəb oldu və gələcək siyasi-ictimai fəaliyyətiniz üçün zəmin yaratdı…
- Bəli, düz qeyd edirsiniz. Tədbirdən bir neçə gün sonra mərhum
Sirus Təbrizli universitetə mənim arxamca gəldi. Yeni Azərbaycan Partiyasının yaranmasında fəal
iştirak etməyimi tövsiyyə etdi. Məni
təşkilat komitəsinə üzv yazdı. 1992-ci il noyabr ayının 21-də Heydər
Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası
yaradıldı. Konfransda sonra YAP idarə heyəti
və siyasi şurası toplandı. Sirus Təbrizli mənə
dedi ki, səndə gəl tədbirdə iştirak et. Məndə dedim ki, axı mən o heyətdə
yoxam. Dedi ki, bunun heç bir fərqi yoxdur. Orda
mərhum Ziya Bünyadov, Murtuz Ələsgərov, Fərəməz
Maqsudov bir sözlə Yeni Azərbaycan Partiyasının
yaradıcıları, xalqımızın düşünən
beyinləri iştirak edirdi. Mənə
orda məlum oldu ki, Sirus Təbrizli mənimlə
görüşə Heydər Əliyevin
tapşırığı ilə gəlib. Yəni, onu ifadə etmək istəyirəm ki, Heydər
Əliyev 20 yaşında gəncin adi bir
çıxışına qiymət verən, onu
qanadlanıran şəxsiyyət idi. Belə
xatirələr çoxdur. Təəssüf
ki, onun haqqında danışmaq nə bir müsahibəyə,
nə də kitaba sığar. Zaman gələcək
ki, o böyük şəxsiyyət haqqında dünyanın
beyin və siyasi mərkəzləri öyrənəcəklər.
O bizim qürur mənbəyimizdir. Heydər
Əliyevlə ünsiyyətdə olan dünya şöhrətli
siyasətçilər belə, onun fikrinə hörmətlə
yanaşırdılar.
- Adi vətəndaşlar,
lap siyasi fəaliyyətdə olanlar, jurnalistlər təbii ki,
liderlə bir komanda da işləyən birbaşa təmasda
olan insanlar onun fəaliyyəti, gördüyü işlər
barədə tam məlumatlı olmur. Müəyyən məqamlarda
birbaşa və ya dolayısı olsa da prezidentdən gələn
göstəriş, əmr kimi yaddaşınızda xüsusi
qalmış və indiyədək
işıqlandırılmamış xidmətlərini əks
etdirən məqamlar varmı?
- Maraqlı sualdı. Amma
onu deyim ki, Heydər Əliyevin göstərişini və hər
hansı bir tapşırığı nəin ki, unutmaq və
yaxud işıq üzü görməməsi mümkün deyildi.
Burda kimlərinsə səhlənkarlıq ola
bilərdi ki, onu da edənlər cəzasız qalmazdılar. Amma, bu sualın içində belə ifadə
yaratmaq olar ki, sizin bir işıq üzü görməyən
cəsarət etmədiyiniz bir təşəbbüsünüz
və ifadəniz olubmu?
Bəli,
yaddaşımda qalan bir hadisəni qeyd edim: Dünya Azərbaycanlılarının
birinci qurultayında Dünya Azərbaycanlılarına qurultay
iştirakçıları adından müraciət qəbul
olundu və həmin vaxt müraciətin içinə belə
bir bənd təklif etmək istəmişdim ki, Heydər
Əliyev Dünya Azərbaycanlıların ümummilli lideri
elan edilsin. Amma,biraz çəkindim. Cəsarət etmədim və indi çox şadam
ki, mənim bu arzum artıq realdır və Heydər Əiyev
xalqın ümummilli lideri kimi dünyada tanınır.
- Bildiyimiz qədərində Heydər
Əliyevin keyfiyyətlərindən biri də, istənilən
insanlara qısa zamanda inam və səmimiyyətə söykənən
münasibətlər qura bilməsi olub. Hətta
ona müxalif olanlar belə onunla yaxın təmasa olduqda bu nəticə
alınıb. Sizcə, bunun sirri nədədir?
- Heydər Əliyev şəxsiyyətinin
ən önəmli cəhətlərindən biri də insanlarla
yüksək səviyyədə ünsiyyət qurmaq qabiliyyət
idi və o qısa müddətdən sonra ünsiyyətdə
olduğu insanı özünə bağlayırdı. Bu da hər insanın içində Heydər
Əliyev sevgisi yaratması üçün əsas olurdu.
Mən sadəcə onu deyə bilərəm ki,
sadə insanlar üçün Heydər Əliyev çox səmimi
ata və eyni zamanda uşaqlar üçün bir sevimli baba
idi.
Rəhbərliyi altında işləyən insanlar
üçün çox qətiyyətli rəhbər idi ki, ən
aşağı vəzifə daşıyan məmur belə
onun qəzəbindən qorxurdu. Amma, onun
etimadını qazanan insanlar, onun məhəbbət
qayğısından kənarda qalmazdı. Onun heç kimə mənəvi borcu yox idi. Əgər, bu gün kimlərsə
düşünürsə ki, Heydər Əliyevə xidmət
edib onlar səhv düşünürlər və bu
yanlış yanaşmadı. Heydər
Əliyevə xidmət vətənə xidmət deməkdir.
Sizə bir məsəl çəkmək istərdim: Bir
gün keçmiş zamanda padşah dövründə bir gənc
oturur bir ağsaqqalın yanında lovğalanır ki, mən
padşaha belə, elə xidmət edirəm və s. Bunu dinləyən
ağsaqqal isə ona deyir ki, oğul heç bir zaman belə
demə ki, padşaha xidmət edirəm. Padşah
istəsə ona xidmət edən çoxdur. Ona görə dua etdi ki, padşah səni xidmətində
saxlayır.
Heydər Əliyev ölkəmizə rəhbərlik
etdiyi zamanda və bu gün möhtərəm prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında işləyən
hər kəs, hər məmur dərk etsin ki, onlara
böyük etimad göstərilərək xidmət verilib. Unutmasınlar
ki, kimsə əvəzolunmaz deyil. Heydər
Əliyev siyasətinin ən uca məqamı xalqa xidmətə
söykənirdi və hətta ona müxalif olanlar belə onu
siyasətini alqışlayırdı.
- Ondan
narazı olan bəzi qüvvələr onu SSRİ
DTK-sının generalı kimi, SSRİ-nin rəhbərlərindən
biri kimi xarakterizə edir və onu qeyri-demokratik insan kimi qələmə
verirdilər. Bu həqiqətənmi belə idi?
- Bilirsiniz ki, Heydər Əliyev kimi
dahi rəhbərlər demokratikləşmə prosesini
yaradırlar, tarix yazırlar. Demokratiya sözünün
mənası xalq hakimiyyəti deməkdir. Unutmayaq
ki, Heydər Əliyev azərbaycanda keçirilən demokratik
seçkilərin qarantı olub və xalqın yekdilliklə səsini
qazanaraq 1993-98, 98-2003 ci illərdə Azərbaycanın
prezideni seçilib. O sözü deyənlər əslində
demokratiyanı yox, anarxiyanı dəstəkləyənlərdir
və o insanlar üçün Heydər Əliyev ölkəmizdə
anarxayanın qarşını alan
böyük sədd kimi dayanırdı.
Ölkəmizin addım-addım demokratiya yolunda irəliləməsi,
adını demokrat qoyub, ölkəni viran gününə
qoyanların yox, Heydər Əliyevin rəhbərliyi ilə
inkişaf mərhələsinə, zirvəsinə qədəm
qoyan bu böyük və uğurlu siyasət bu gündə
möhtərəm prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Demokratiya
pərdəsi altında hakimiyyətə həmin qüvvəllərin
səriştəsiz siyasəti nəticəsində ölkəmiz
torpaqlarımızın 20 fazini itirdi və az
qala ölkəmiz məhv olmaq təhlükəsi
qarşısında qalmışdı. İndi
mən sizə sual edirəm. demokrtaiya
pərdəsi altında ölkəmizə tənəzzülə
uğradan ölkədə anarxiya yaradanlardımı demokrat? Yoxsa günbəgün inkişaf edən
bütün sahələrdə uğur qazanan Azərbaycanımızın
adını dünyanın nüfuzlu dövlətlər
sırasına yazan Heydər Əliyev hakimiyyətimi?
Bu gün Azərbaycan dünyanın lider ölkələrindən
birinə çevrilib. İqtisadi inkişaf tepminə görə
qabaqcıl dövlətlərdən biridir və dəfələrlə
dünya bankı tərəfindən Azərbaycanın iqtisadi
inkişaf tepminin yüksək qiymətləndirilməsi qeyd
ediklərimizin əyani sübutudur. Bunu
etiraf etməyənlər ölkəmizin inkişafını
gözü götürməyənlərdir.
- Anar
bəy, təşəkkür edirəm səmimi müsahibə
üçün.
- Mən sizə təşəkkürümü
bildirirəm. Ayrıca olaraq yaratdığınız imkandan
istifadə edərək xalqımızı qarşıdan gələn
10 may ümmummilli liderimizin 91 illiyi və Azərbaycanın
ictimai-siyasi və sosial-mədəni həyatında
mühüm rol oynayan Heydər Əliyev Fondunun 10 illik yubleyi
münasibəti ilə təbrik edirəm.
Onu da qeyd
edim ki, bir neçə gün bundan əvvəl Sankt-Peterburqda
Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi
tərəfindən təşkil olunan tədbirdə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 91,
Heydər Əliyev Fondunun 10 illik yubleyi təntənəli
şəkildə konsert tədbirləri keçirildi. Təbdirdə Rusiya və Azərbaycanın
tanınmış şəxsləri iştirak edirdilər və
çox şadam ki, həmin tədbirə dəvət
olunanlar içərisində məndə var idim.
Elnur Eltürk
Olaylar.- 2014.- 8
may.- S.13.