Şuşa öz halal sahibinə geri dönəcək…

 

Qarabağ-Azərbaycanın qədim və o qədər də başıbəlalı yurdu. Yurdumuzun təbiətinin nadir gözəlliklərini, Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar diyardır, Qarabağ. Təkcə özünün nadir gözəlliyə malik xalçaları, Midiya dağ atları – Qarabağ atları, Avropaya, Rusiyaya ixrac edilən ipəyi, zərgərlik məmulatı, silahları ilə deyil, həm də nadir təbiəti, müalicəvi suları ilə də məşhurdur. Sərt dağlar, sıx meşələrlə əhatələnən və toponimikası Azərbaycan dilində «qara bağ», “böyük bağ» kimi yozulan bu diyarın paytaxtı isə qədim Pənahabad – Şuşa şəhəri olub.

Bu gün işğal gününü qeyd etdiyimiz Şuşa şəhəri. Daşı, qayası, canlı, cansız bütün varlığı ilə Azərbaycan türklərinə məxsus olan gözəl Şuşa şəhərinin ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir.  Xocalı-Gədəbəy mədəniyyətinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranandaimi insan məskəninə çevrilən Şuşada ilk insanlar eramızdan əvvəl l-ll minilliklərdə mövcud olub.

 Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunub. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranıb və  inkişaf edib. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi  Gaius Cornelius Tacitus  Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Latın dilində “ş” səsinin olmaması şəhərin adının Sosu kimi göstərilməsinə səbəb olub.  Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu «Şuşa»(şüşə) adlandırıblar.

 Qədim dövrlərdən mövcud olmuş şəhərin başı az bəlalar çəkməyib. XIII əsrdə monqollar tərəfindən dağıdılıb.

 Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınıb. İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhəri xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib.

Yarandığı vaxtdan müxtəlif inkişaf mərhələləri keçən şəhər  on doqquzuncu əsrdə   şəhər kimi formalaşma dövrünü başa vurub. Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.

“Qədim” və “Yeni Şuşadan ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar yaşayıblar. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salınmış və beləliklə Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrilib və 1756-ci ildən 1823-ci ilədək Qarabağ xanlığının paytaxtı olub.

Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilib. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən ediblər. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibatiiqtisadi mərkəzi olubinkişaf edib.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyükgüclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar, burada "Pənahabad" adlanan gümüş sikkə zərb edilirdi.

Şəhərin kənarında dərin “Daşaltı dərəsi”-nin yaxınlığında yerləşən Cıdır düzünü isə Şuşanın simvolu kimi qəbul etmək olar.

Şəhər həm də memarlıq abidələri ilə zəngindir.

Şuşada rəsmən qeydə alınan 170 memarlıq və 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın, ev muzeyləri, İbrahimxəlil xan Cavanşirinonun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", qala divarı və s.

Şuşanı "Şərqin konservatoriyası" adlandırırlar – bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.

Şuşanın qədim dövrlərdən əhalisi Azərbaycan türklərindən ibarət olub. Bu 19-cu əsrə qədər, çar Rusiyası tərəfindən bu yerlərə ermənilərin köçürülməsi prosesinə kimi belə davam edib.

Bu gün biz Şuşa haqqında danışanda nə qədər çətin olsa da, onun işğalı tarixini də yazmalı oluruq.

Tarixə nəzər salanda görürük ki,1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənib, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı. Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız olub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verib.

Ermənilər çirkin niyyətlərindən əl çəkmədi və 8 may 1992-ci ildə Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil oldu, 552 körpə yetim qaldı, 22 minə yaxın insan qaçqın düşdü, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internats. dağıdılıb.

Billur kimi saf təbiəti, bütün gözəlliyi ilə göz oxşayan Şuşa bu gün murdar ermənin əlinə keçib. Dağıdılıb, talan olunub, gözəlliyinə xələl gətirilib. İndi o torpaqda Azərbaycanının istedadlı insanları doğulmur. Bəlkə ermənilər elə başa düşürlər ki, Azərbaycanın bu qədim yurdunda yaşamaqla oranın yetirmələri qədər istedada sahib olacaqlar?

Şuşadan olan  gənc bir xanım var idi. Zərif adında. Adı kimi incə olan Zərifin atası illər əvvəl onlar Şuşadan çıxanda orada qalıb bir daha ondan xəbər alınmayıb. Zərif kimi çox insanlarımız var ki, bu gün Şuşa deyəndə gözləri bir nöqtəyə tikilir. Biri torpağının, digəri atasının, başqa biri saf havanın həsrətini çəkir. Elə tək bu həsrət günün birində ermənilərin qəniminə çevriləcək. Şuşa Azərbaycanın-Qarabağın tacıdır. O tac Azərbaycan xalqının zəhməti ilə yaradılıb Azərbaycan dövlətinin, xalqının iradəsi ilə  öz sahibinə geri dönəcək. Ermənilər də buna əmindirlər.

 

Aygün

 

Olaylar.- 2014.- 8 may.- S.9.