Türkiyə Azərbaycan diasporu bir çox

məsələlərdə vahid mövqe və xətt nümayiş etdirir

 

Vüqar Zifəroğlu: “Bu iki türk dövlətinin diasporası demək olar ki, bütünləşib”

 

“Digər türk dövlətlərinin, Orta Asiya respublikalarının diasporalarının da bu xətdə birləşməsinə ümid etmək olar

 

Zaman-zaman Türkiyədəki Azərbaycan diasporuna xüsusi diqqətin ayrılmasının vacib olduğu, qardaş ölkədəki soydaşlarımızın təşkilatlanmasının bir qədər sürətləndirilməsinin vacibliyi vurğulanır. Bunu Türkiyəyə səfər edən bir sıra rəsmi və qeyri-rəsmi qurumların nümayəndələri də etiraf edirlər. Bəs görəsən reallıqda vəziyyət necədir? Ümumiyyətlə, bu gün Azərbaycan diasporunun Türk, eləcə də digər türkdilli ölkələrin diaspor təşkilatları ilə əməkdaşlığı hansı səviyyədədir? Buya digər suallara aydınlıq gətirmək üçünOğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu ilə söhbətləşdik.

 

-Vüqar müəllim, günümüzdə türk dünyası, türkdilli respublikalar arasında mövcud olan əlaqələri necə qiymətləndirirsiniz?

-Yeni minillik türk dövlətlərinin inteqrasiyasında yeni üfiqlər açdı. Türk dövlətləri arasında mədəni və siyasi-iqtisadi inteqrasiyanın tam mənası ilə getməsi barədə danışmaq hələ tez olmasına rəğmən, ayrı-ayrı türk dövlətləri arasında yaxınlaşmalar göz önündədir. Dünyada gedən proseslər milli-etnik kökü yaxın olan dövlətlərin bir-biri ilə yaxınlaşmasını vacib şərtlərdən birinə çevirməkdədir. Eyni zamanda türk dövlətlərinin oxşar problemləri və yerləşdikləri məkan bu yaxınlaşmanı zəruri edən amillərdəndir. Bildiyiniz kimi, 2009-cu il, oktyabrın 2-3-ü tarixlərində Azərbaycanda (Naxçıvan) keçirilən görüş bir dönüş nöqtəsi idi. Həmin görüşdə tərkibində Dövlət Başçıları Şurasını, Xarici İşlər Nazirləri Şurasını, Kıdemli Məmurlar Komitəsini, Ağsaqqallar Şurasını birləşdirməli olan Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Konseyi) qurulması barədə qərar qəbul edildi və 17 noyabr, 2010-cu ildən etibarən fəaliyyət göstərməyə başladı. Bu əhəmiyyətli hadisəni birmənalı şəkildə Türkdilli ölkələrin siyasi-iqtisadi və mədəni birliyinə doğru atılmış ciddi bir addım kimi qiymətləndirmək lazımdır. Türk Konseyinin ilk (daxili) iclası 3 oktyabr, 2011-ci ildə Ankarada keçirildi. 23-25 noyabr, 2010-cu ildə Türk Konseyinin, Ağsaqqallar Şurasının Nizamnaməsi qəbul edildi, Kıdemli Məmurların iştirakı ilə ilk iclası keçirildi. 2011-ci ilin 20-21 oktyabr tarixli Alma-Ata görüşündə Türk Dövlətlərinin İnformasiya Vasitələrinin yaradılması ilə bağlı qərar, Ağsaqallar Şurasının (29-30 sentyabr 2011-ci ildə) qəbul etdiyi tövsiyyələr, Türk Biznes Şurasının yaradılması ilə bağlı qərar dəstəkləndi, Sığorta Şirkətlərinin Assosiasiyasının, Türk Dövlətlərinin Universitetlərarası İttifaqının, Türk Elmi-Tədqiqat Fondunun yaradılması kimi təkliflər səsləndirildi. Qarabağ, Kipr problemi ilə yanaşı Əfqanıstan, İraq Türkmənləri məsələsi müzakirəyə çıxarıldı. Beynəlxalq məsələlərdə birgə iştirakla bağlı önəmli qərarlar – BMT-də müşahidəçi statusu, İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq müstəvidə birgə fəaliyyət - qəbul edildi. Bütün bu sadaladığımız faktlar, eləcədə Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması bölgədə öz sözünü deməyə iddialı olan və gələcəkdə yeni bir güc mərkəzi kimi formalaşa biləcək qüvvənin ortaya çıxacağının ilk parlaq işartılarıdır. Düzdür, Türkmənistan və Özbəkistanın bu prosesdə bir qədər kənarda qalmaları təəssüfedici məqamdır. Lakin ümid etmək olarki, bu adlarını sadaladığımız türk cümhuriyyətləri də bu inteqrasiyadan kənarda qalmayacaqlar. Əminliklə demək olar ki, Orta Asiyada yerləşən digər türk dövlətləri də yaxın gələcəkdə bu gün Qazaxıstanın türk birliyinin yaradılması istiqamətində sərgilədiyi münasibətə oxşar münasibət göstərəcəklər. 

-Özbəkistan və Türkmənistanın bu prosesdən kənarda qalmasını nə ilə izah etmək olar?

-Bu məsələdə iki faktor var. Birinci faktor Özbəkistanın Türkiyə, Türkmənistanın isə Xəzərlə bağlı irəli sürdüyü iddiaları səbəbi ilə Azərbaycanla soyuq münasibətlərdə olmasıdır. İkinci faktor isə Rusiya ilə bağlıdır. Bu iki dövlət Konseyin toplantılarına kənardan qoşulmaqla yanaşı, Türk Dövlətləri Parlament Assambleyası ideyasını da təssüf ki, dəstəkləmədilər. Zaman Türkmənistan Özbəkistanın da qarşısında bu inteqrasiyaya qoşulmaq vacibliyini qoyacaq. Ümumiyyətlə, türk dövlətləri birliyinin yaranması, əsasən Orta Asiyada yerləşən türk dövlətlərinin Rusiya Qərblə manevr imkanlarını genişləndirən amildir. Ən azı bu amilə görə onlar belə bir inteqrasiyanın getməsində maraqlıdırlar. Digə rtərəfdən, demək olmaz ki, Türkmənistan Özbəkistan bu ideyanı dəstəkləmədilər. Sadəcə, onlar bu zirvəyə ən yüksək səviyyədə qatılmamaqla, bir növ, gözləmə, müşahidə mövqeyində olduqlarını ortaya qoydular. Bu, heç ideyanı dəstəkləməmək anlamına gəlməz. Unutmamalıyıq ki, Orta Asiyada hələ kifayət qədər güclü olan Rusiya faktoru var. İstər Türkmənistanda, istərsə Özbəkistanda bu təsir daha güclüdür. Özbəkistanın öz təbii qaz yataqlarını 15 illik Rusiyaya icarəyə verməsi heç az şeydən xəbər vermir. Eyni zamanda bu dövlətlər hələ bir çox prinsipial məsələlərdə öz mövqelərini tam olaraq müəyyənləşdirməyiblər.    

-Xüsusilə, diaspor təşkilatları arasında əməkdaşlıq dərəcədə effektlidir?

- Bu gün Türkiyə Azərbaycan diasporu bir çox məsələlərdə vahid mövqe xətt nümayiş etdirir. Yəni bu iki türk dövlətinin diasporası demək olar ki, bütünləşib. O ki qaldı digər türk dövlətlərinin, Orta Asiya respublikalarının diasporalarının da bu xətdə birləşməsinə, bu indi bir qədər çətin olsa da, gələcəkdə belə bir reallığa ümid etmək olar. Son illərdə türkdilli ölkələr arasında gedən siyasi-mədəni inteqrasiyanın daha da sıx olması, diaspor fəaliyyətlətinin uzlaşdırılmasını mümkün edəcək. Sadəcə bunun üçün bir qədər zaman lazımdır. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu ikilinin türkdilli dövlətlərin inteqrasiyasında əsas katalizator olaraq çıxış etməsi, bu sahədə irəliləyişlərə səbəb olacaq.

-Azərbaycan Türkiyədən fərqli olaraq digər türkdilli ölkələr diaspor sahəsində əməkdaşlığa bir o qədər maraq göstərmir. Sizcə burada mövcud olan problem nədən ibarətdir?

-Təbii ki, hər şeydə olduğu kimi, bu məsələdə bir qədər zamana ehtiyac var. Hazırda Orta Asiya dövlətləri arasında Qazaxıstan Qırğızıstanın sərgilədikləri mövqe ilə türk dövlətlərinin inteqrasiyasına müəyyən tövHələr verirlər. Şübhəsiz ki, bu yaxınlaşma bir müddət sonra diaspora fəaliyyətində sıx əməkdaşlıq edilməsində həlledici amil olacaq. Bir daha vurğulamaq istərdim ki, bir müddət sonra Türkmənistan Özbəkistan da bu inteqrasiyaya qoşulacaq.

-Bir çoxları hesab edirlər ki, Türkiyənin özündə belə Azərbaycan diasporunun fəallığı artırılmalıdır. Doğurdanmı Türkiyədə belə diasporumuz arzuedilən səviyyədə deyil?

-Yalnız diaspor təşkilatları səviyyəsində deyil, ümumiyyətlə Türkiyədə yaşayan soydaşlarımızın təşkilatlanmağa vahid mövqe sərgiləmələrinə ehtiyac var. Bəzi hallarda məsələn, müxtəlif siyasi kompaniyalar zamanı orada yaşayan soydaşlarımızın bir hərəkət etmədiyinin, hətta müəyyən məsələlərdə vahid mövqe göstərmədiklərinin şahidi oluruq. Məsələn, son bələdiyyə seçkilərində soydaşlarımızın kompakt yaşadığı sayca çoxluq təşkil etdiyi bölgədə azərbaycanlı namizədin səsinin parçalanması nəticədə digər azlığa aid namizədin qalib gəlməsi faktı buna əyani sübutdur. Bu cür hallar təbbi olaraq diasporanın da öz fəaliyyətini səmərəli qurmasına ciddi əngəllər yaradır.

-Bu gün diaspor daxilində mövcud olan problemlər nələrdir həmin problemlərdən çıxış yolu kimi nələri təklif edərdiniz?

-Hesab edirəm ki, Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması diaspor fəaliyyətinə kifayət qədər diqqət vəsait ayırmaqdadır. Problem bəzən oradakı soydaşlarımızın öz aralarında müəyyən razılığa gəlməmələrində ya fəaliyyətlərini öz aralarında koordinasiya etməkdə çətinlik çəkmələrindədir. Əslində bu anlaşılandır. Azərbaycan diasporu hələ formalaşma mərhələsindədir. diasporumuzda müşahidə edilən bu pərakəndilik, bütün diasporların formalaşma mərhələsində mövcud olub. Başqa bir amil isə xarici faktorlardır. Məsələn, İran güneyli soydaşlarımızın diaspor təşkilatları arasında daim ikitirəlik soyuqluq yaratmağa çalışır. Ümumiyyətlə hesab edirəm ki, bu gün müxtəlif ölkələrdə, xüsusilə türkdilli ölkələrdəAzərbaycan Kültür Mərkəzi yaAzərbaycan Eviadı altında Azərbaycan tanıtım mərkəzlərinin formalaşmasına müəyyən qədər ehtiyac var. Bu cür mərkəzlər Azərbaycanın diaspor təşkilatlarını milli maraqlarımız ətrafında bir araya gətirməkdə, mövcud parakəndəliyə son qoymaqda çox böyük rol oynayacaq. Ayrıca, belə bir mərkəzdə seminarlar, konfranslar ya dil, tarix, rəqs, musiqi kursları təşkil etməklə övladlarımızın assimilasiyasının qarşısını almaqla yanaşı həm milli mədəniyyətimizi yerli xalq arasında yayılması yönündə ciddi işlər görmək olar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 9-12 may.- S.15.