Diaspor təşkilatları
Heydər
Əliyevin 91 illiyini
qeyd ediblər
Hər il olduğu kimi bu il də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd edilib. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə Heydər Əliyevin xatirəsi yad edilib, onun müstəqil Azərbaycanın inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən bəhs olunub.
Ümummilli liderin anadan olmasının 91
illiyi İsraildə də qeyd olunub. Artıq bir neçə
ildir ki, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası
(“Azİz”) may ayında Azərbaycanın görkəmli
dövlət və siyasi xadimi Heydər Əliyevin ad
gününə həsr olunmuş tədbirlər təşkil
edir. Hər il bu tədbirlər forma və
məzmununa görə əvvəlkindən tamamilə fərqlənir.
Bu il İsrailin Lod şəhərində
yerli bələdiyyənin, Heydər Əliyev Fondunun və
İsrailin Miqrasiya Nazirliyinin dəstəyi ilə “Azİz” tərəfindən
maraqlı sərgi keçirilib.
Sərginin əsasını professor
İ.Skvirskinin unikal breloklar kolleksiyası təşkil edib.
Professor İ.Skvirski tərəfindən
toplanmış Heydər Əliyevin portreti olan 40-dan artıq
brelok sərgiyə gələnləri təəccübləndirib
və zövq verib. Sərgidə həmçinin
Heydər Əliyev haqqında kitablar, fotoalbomlar və müxtəlif
çap məhsulları nümayiş etdirilib. Sərginin
açılışında Lod şəhərinin meri Yair
Ravivo, şəhərin baş ravini Avraam Xazan, şəhər
şurasının deputatı Elvira Kolixman, Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Yeganə Salman, “Azİz”in şəhər
şöbəsinin rəhbəri, vəkil İlana Laytman
çıxış ediblər.
Almaniyanın Köln şəhərində isə
ümummilli lider Heydər Əliyevin 91 illiyi ilə əlaqədar
Alman Azərbaycan Mədəniyyət Evi tərəfindən anım tədbiri
keçirilib. Tədbirdə 100-ə yaxın
soydaşımızla bərabər türk dərnəklərinin
təmsilçiləri, Almaniyada fəaliyyət göstərən
yəhudi icmasının təmsilçiləri iştirak
edib. Tədbiri giriş nitqi ilə açan Alman Azərbaycan
Mədəniyyət Evinin icraçı direktoru Ağa
Ağayev ümumilli liderin keçdiyi həyat yolundan, Azərbaycan
Respublikasının dünyada öz mövqeyini əldə
etməsi beynəlxalq arenada söz sahibi ölkələrdən
biri olması üçün yürütdüyü
uğurlu xarici siyasətdən söz açıb:
“Xalqımızın və dövlətimizin ağır məqamında
ümümmilli liderin hakimiyyətə gəlişinin Azərbaycan üçün doğurdan da tarixi
bir an olduğunu deyərdim. O
zamanlar ölkədə hökm sürən hərc- mərcliyin,
mənfur qonşumuz olan Ermənistan dövlətinin öz
“havadarlarına”, “böyük qardaşlarına” söykənərək
torpaqlarımızı işğal etdiyi bir dövrdə Heydər
Əliyevin hakimiyyətə gəlişi olduqca zəruri idi. Nəhayət Heydər Əliyev hakimiyyətə gəldi
və ölkəmiz öz stabil, möhkəm əsaslara
söykənən bir siyasət ortaya qoydu. Qısa zaman ərzində dövlətimizin əsasları
sürətlə möhkəmləndi. Məhz
onun qurduğu güclü dövlətin vətəndaşı
kimi mən həqiqətən şəstlə, vüqarla bu
gün deyə bilirəm ki, Mən Azərbaycanlıyam”.
Daha sonra çıxış edən Alman Azərbaycan Mədəniyyət
Evinin sədri Altay Rüstəmli çıxışında
ümummilli liderin diaspora siyasətinə yer ayırıb
. O qeyd edib ki, 2002-ci ildən mərhum prezidentin sərəncam
ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə
Dövlət Komitəsi təsis edildi: “Məhz bu
ildən etibarən diasporamızın fəaliyyətində
dönüş yarandı və xaricdəki
soydaşlarımızın təşkilatlanması prosesi
başlandı. Bu gün ümummilli liderin siyasətini
uğurla onun davamçısı, hazırkı prezident
İlham Əliyev uğurla davam etdirir. Bu
gün bu anım tədbirini keçirməkdə məqsədimiz
bizim mövqeyimizin açıq aydın ortada olduğunu
göstərir. Yolumuz dövlət və
dövlətçiliyimizə xidmətdən ibarətdir.
Sevindirici haldır ki, dövlətin də fəal
dəstəyi ilə diasporamız uğurla inkişaf edir.
Bu son illərdə Heydər Əliyevin Fondunun dəstək
verdiyi layihələr nəticəsində ölkəmizin
xaricdə müsbət imici formalaşıb. Xaricdə
ölkəmizin təbliğatı istiqamətində YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, ölkəmizin birinci
xanımı Mehriban Əliyevanın uğurlu layihələrini
misal göstərmək olar. Bundan başqa Heydər Əliyev
Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla
xanım Əliyevanın, Avropa Azərbaycan Cəmiyyətinin
rəhbəri Tale Heydərovun diaspora və lobbiçilik
istiqamətində atdığı addımlar Azərbaycan
haqqında Avropada və dünyada müsbət fikir
formalaşdırır və artıq Avropa Azərbaycanı
özünün bir hissəsi olaraq qəbul edir. Əlbəttə bütün bunlar
torpaqlarımızı işğal edən Ermənistan
diasporasını narahat etməyə bilmir. İnanırıq ki, biz apardığımız
işlər nəticəsində Almaniya və Azərbaycan
arasında körpü rolunu fəal şəkildə həyata
keçirə biləcəyik”.
Daha sonra tədbir qeyri rəsmi hissə ilə
davam edib. Mədəniyyət Evi tərəfindən
hazırlanmış tort kəsilib, ümummilli liderin həyatını
əks etdirmiş film nümayiş olunub. Tədbir musiqi proqramı ilə davam
edib.
Ümumrusiya Azərbaycanlılar Konqresinin
(ÜAK) Murmansk regional bölməsində də Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr edilmiş
tədbir keçirilib. Tədbirdə
ÜAK-ın Murmansk bölməsinin şura üzvləri,
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları
və yerli KİV nümayəndələri iştirak ediblər.
ÜAK-ın Murmansk vilayət bölməsinin sədri
və region üzrə İctimai Palatanın üzvü Afil
Hüseynov tədbiri açaraq ümummilli lider Heydər
Əliyevin Azərbaycan və Rusiya tarixində rolu barədə
məlumat verib. O qeyd edib ki, Heydər Əliyevin
müdrik siyasəti sayəsində hələ sovet hakimiyyəti
illərində Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb
açılıb. Azərbaycanın müstəqilliyi bərpa
ediləndən sonra ölkəmiz öz Silahlı Qüvvələrini
yaradıb, onların formalaşmasında bu məktəb
xüsusi rol oynayıb..Afil Hüseynov Azərbaycanın
sürətli iqtisadi inkişafı və hərbi
potensialının möhkəmlənməsi barədə
söhbət açaraq qeyd edib ki, Azərbaycan Cənubi
Qafqazda lider ölkədir. O, ana dilimizin dövlət dili
kimi tətbiq edilməsində, onun imkanlarının genişləndirilməsində
və Azərbaycan xalqının ən böyük sərvəti
kimi qiymətləndirilməsində Heydər Əliyevin şəksiz
mühüm rol oynaması məsələsinə də
toxunub. O deyib ki, Azərbaycan mədəniyyətinin və
bizim zəngin tarixi irsimizin dünya ictimaiyyətinə təqdim
edilməsi Heydər Əliyevin ən dəyərli xidmətlərindən
biridir. ÜAK-ın və RAGB-nin fəalları ümummilli
lider Heydər Əliyevin qısa müddətdə Azərbaycanı
iqtisadi cəhətdən tənəzzülə uğrayan,
inflyasiyanın və işsizliyin sürətlə
artdığı, ümidsizlik ab-havası yaranmış
ölkədən iqtisadi və mədəni inkişaf yoluna qədəm
qoymuş, xarici investisiyalar üçün açıq olan
və iri beynəlxalq layihələrdə iştirak edən
bir dövlətə çevirməyə nail olması haqda
söhbət açıblar. Tədbir
iştirakçılarına “Azerbaydjanskiy konqress” qəzetinin
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr
edilmiş nömrəsinin, “Baku” və “İrs-Naslediye”
jurnallarının nüsxələri paylanıb. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti
haqqında filmlər göstərilib.
Ümummilli
liderin əziz xatirəsi Qırğızıstanda da
anılıb. Belə ki, Kasımalı Bayalinov
adına Qırğızıstan Respublika uşaq və gənclər
kitabxanasında Ulu Öndər Heydər Əliyevin
doğumunun 91 illiyi ilə əlaqədar möhtəşəm
tədbir keçirilib. Tədbirdə
Qırğızıstan Respublikası mədəniyyət,
informasiya və turizm naziri Kamila Talıyeva,
Qırğızıstan Respublikası prezidenti yanında
dövlət dili komissiyasının sədri, xalq şairi
Eqemberdi Ermatov, mərhum qırğız
yazıçısı Çingiz Aytmatovun qardaşı,
akademik İlgiz Aytmatov, SSRİ xalq artisti Bolot Şəmşiyev,
Türkiyə Cümhiriyyətinin
Qırğızıstandakı səfirinin müşaviri
İlham Aytuş, Qırğızıstan Milli Yazıçılar
İttifaqının birinci katibi Nurlan Kalıbayev və bir
sıra tanınmış yazıçılar, kinorejisorlar,
elm adamları iştirak ediblər. Tədbir
çərçivəsində fondun Bişkekdə nəşr
etdirdiyi kitablardan 2000 (iki min) nüxsədən çox
kitabxanaya hədiyyə edilib. Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondunun və Kasımalı
Bayalinov adına QırğızIstan Respublika uşaq və gənclər
kitabxanasının təşəbbüsü ilə
keçirilən tədbirdə Fondun sifarişi ilə nəşr
edilən “Qırğızstan Azərbaycan əlaqələrinin
inkişafında Heydər Əliyevin rolu” kitabının təqdimatı
olub. Mərasimdə Qırğızıstan Respublikası
Prezident Aparatının, Hökumətin nümayəndələri,
bu ölkədə akkreditə olunmuş Türkiyə
Cümhiriyyətinin səfirinin müşaviri,
tanınmış ədəbiyyat, mədəniyyət və
incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri,
jurnalistlər iştirak ediblər. Türkdilli
Dövlətlərin Siyasətinə Dəstək Fondunun
prezidenti Nüsrət Məmmədov mərasim
iştirakçılarını salamlayıb, ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyəti haqqında
məlumat verib. Nüsrət Məmmədov deyib ki, Azərbaycan
türk dünyasına Heydər Əliyevi, Türkiyə
Atatürkü, Qırğızıstan Çingiz Aytmatovu bəxş
edib: “Dünya şöhrətli siyasi xadim Heydər
Əliyevin həyatı və fəaliyyəti bundan sonra da tədqiq
ediləcək və öyrəniləcək” Tədbirdə
çıxış edən Qırğızıstan
Respublikası mədəniyyət, informasiya və turizm naziri
Kamila Talıyeva deyib ki, Heydər Əliyev irsinin, Azərbaycan
tarixinin və ədəbiyyatının öyrənilməsində
fondun nəşr etdirdiyi və kitabxanaya hədiyyə etdiyi
kitablar mühüm rol oynayacaq.
O, öz çıxışında bir daha xatırladıb
ki, kitablar mütləq şəkildə bütün
regondakı kitabxanalara bölüşdürülməli və
oxucuların ixtiyarına verilməlidir. Nazir
çıxışının sonunda fondun prezidenti Nüsrət
Məmmədova dərin minnətdarlığını
bildirib: “Məndə olan məlumata görə Fond indiyə
kimi bir çox kitabxanalara, ali və orta ixtisas təhsili
müəssisələrinə küllü miqdarda kitab hədiyyə
edib. Fondun rəhbərinin gördüyü bu
işlər təqdirəlayiqdir. Başqa
ictimai təşkilatlar da Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondundan örnək
götürsələr yaxşı olar”.
Qırğızstan Respublikası Prezidenti yanında
dövlət dili komissiyasının sədri, xalq şairi
Eqemberdi Ermatov da
Heydər Əliyevin tarixi bir şəxsiyyət olduğunu
vurğulayıb. Kasımalı
Bayalinov adına Qırğızstan Respublikası uşaq və
gənclər kitabxanasının direktoru Roza Sultanqazıyeva,
Çingiz Aytmatovun qardaşı, SSRİ dövlət
mükafatı laureatı, akademik İlgiz Aytmatov, SSRİ xalq
artisti Bolot Şəmşiyev, ictimai xadim, xeyriyyəçi,
iş adamı Qiyas Xəlilov, Xəzər İctimai birliyinin
sədri Ziyəddin Hüseynov
və başqaları Heydər Əliyevin tarixdəki misilsiz
rolundan danışıblar. Tədbirin mədəni hissəsində
kitabxananın oxucuları Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondunun sifarişi ilə tərcümə
olunub, nəşr edilmiş kitablardan Heydər Əliyev
haqqında şerləri oxuyublar. General mayor Həsən
Şirinovun Heydər Əliyevə həsr etdiyi şerin
ifaçısı şeri yüksək səviyyədə
ifa etdiyinə görə fondun qiymətli hədiyyəsi ilə
mükafatlandırılıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 13 may.- S.15.