Kiçik otağın böyük
dünyası,
Ramiz müəllimin “Dədə Heydər” muzeyi
Ramiz Xəlilov: “Mən onda artıq fikirləşirdim ki,
Heydər Əliyevi görmək bizə nəsib olacaqmı?”
Cəmisi iki otaqdan ibarət evdir. Təmiri
o qədər də göz
oxşamır. Beş nəfərdən
ibarət ailənin daldanacağıdır. Üz
görünüşü yoxsul
ev böyük sevgiyə
yuvalıq edir. Sahibi,
Bakı şəhər sakini Ramiz Xəlilov otaqlardan birini Azərbaycanın keçmiş
prezidenti, mərhum Heydər Əliyevə
həsr edib. Ramiz
müəllimin “Dədə Heydər” muzeyində Heydər
Əliyev ailəsinin keçmiş və
bu gününü əks
etdirən kifayət qədər materiallar
var. Müxtəlif fotoşəkillər,
rəssam işi portret,
əldə toxunmuş xalçalar,
büst, mini kitabxana Ramiz müəllimin
muzeyini zənginləşdirir. Azərbaycan,
Türkiyə və hakim Yeni
Azərbaycan Partiyasının bayraqları diqqəti cəlb
edən əsas eksponatlardır. O, Mustafa Kamal Atatürkün portretini də “Dədə Heydər” muzeyindən
asmağı unutmayıb.
1962-ci ilin yanvarında Qərbi Azərbaycanın
Cəlaloğlu rayonunun (Kalinin) Dəmirçilər kəndində
fəhlə ailəsində doğulan Ramiz Xəlilov “Dədə
Heydər” muzeyini yaratmasını özünə vətəndaşlıq
borcu bilir. O, Heydər Əliyevə olan sevgisini belə izah
edir: “1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-nin Mərkəzi
Komitəsinin I katibi seçildi. Həmin il birinci sinifdə
oxuyurdum. Orta məktəbdə təhsil alanda mətbuatda ulu
öndər Heydər Əlirza oğlu Əliyevin
çıxışlarını, məruzələrini
oxuyurdum. Mətbuatdan tanış olduqca çox sevinirdim ki, azərbaycanlı
olan Heydər Əliyev getdikcə məşhurlaşır,
sevilirdi. Elə oldu ki, 1982-ci ildə SSRİ Nazirlər
Kabinetinə I müavin təyin edildi. Moskvaya getdi. Mən onda
artıq fikirləşirdim ki, görəsən Heydər
Əliyevi görmək bizə nəsib olacaqmı? Onunla
görüşmək mümkündürmü?
Görüşməyə çox can atırdım. Vəziyyət
elə gətirdi ki, biz Qərbi Azərbaycandan deportasiya
olunduq. Azərbaycana gəldik. Burada çox həyəcanlı
günlər yaşayırdıq. Elə oldu ki, Heydər
Əliyev də həmin illərdə Moskvadan Azərbaycana –
Naxçıvana gəldi. 1993-cü ildə xalqın istəyilə
hakimiyyətə dəvət olundu və o, Bakıya
qayıtdı. Həmin vaxt Azərbaycan parçalanmağa
doğru gedirdi. Heydər Əliyev taleyüklü məsələlərin
öhdəsindən layiqincə gələrək, Azərbaycanı
böhrandan çıxara bildi. Mənim
bu insana qarşı böyük sevgim
yarandı. Həmin simpatiyam öz evimdə onun
adını dayışayacaq muzey yaratmağa sövq elədi.
Haqqında yazılan kitablar, şəkillər
əlimə keçdikcə toplamağa
başladım. Bu günki
muzeyi yavaş-yavaş
bu vəziyyətə
çatdırdım. Həqiqətən ulu
öndər Heydər Əliyev xalqımız, dövlətimiz
üçün böyük
işlər gördü. Azərbaycan üçün ən çətinin öhdəsindən
asanlıqla gəldi. Gecəsini gündüzə qatdı. Vətəni
üçün hər şeyi
etməyə çalışdı və bacardı. İndi həmin siyasi xətti
cənab prezidentimiz İlham
Əliyev layiqincə davam etdirir.
Ulu
öndər və prezidentimiz İlham Əliyev həmin kursa
uyğun olaraq, Azərbaycanı
lazım olan yerə çatdırdılar.
İndi Azərbaycan beynəlxalq əhəmiyyətli
tədbirlərə ev sahibliyi
edir. Ölkəmiz həmin siyasət nəticəsində
dünya ölkələrinin imtinaedilməz
tərəfdaşıdır. Azərbaycanın prezidentinin məhz İlham
Əliyev olması xoşbəxtlikdir. Bu günki Azərbaycan Heydər Əliyev və indiki prezidentimizin gərgin
əməklərinin əsəridir. Bu gələcəkdə
də dəyişməyəcək”.
- Ramiz müəllim, muzeyinizdə Heydər Əliyevi əks etdirən kifayət qədər nümunələr var. Bu qədərini hardan əldə etmisiniz?
- Ətrafımda olan dostlarım mənim belə bir muzey yaratdığımı
bilirlər. Vətəndaş kimi
“Dədə Heydər” muzeyini
yaratdığım üçün mənə
təşəkkür etdilər, ulu
öndərin ailəsinə aid olan bir çox
kitab, portret, büst və xalçalar
bağışladılar. Ümummili liderə
aid olan nə varsa, toplamağa özüm də həvəsli idim. Müəyyən qismini
dostlarım bağışlayıblarsa, qalanını özüm əldə etmişəm. Belə bir muzeyi yaratmağı
özümə vətəndaşlıq borcu
bilirdim. Heydər Əliyevin çox gözəl bir kəlamı
var: “Bizim
hamımızın bir Vətəni var – bu Azərbaycandır.
Xalçanı bir dostum,
büstü başqa dostum verib, Rəssamlıq
Akademiyasından hədiyyələrim var.
Məsələn, xalçanın birini Daxili İşlər Nazirliyinin
ehtiyatda olan polkovniki hədiyyə edib.
Türkiyənin dövlət bayrağı bu
ölkənin Azərbaycandakı səfirliyi tərəfindən
verilib. Hamısını özüm
almamışam, tədbirlə getdikcə, oradan
gətirmişəm. Harada əlimə
düşübsə, muzeyimə gətirmişəm. Bu mənim borcum idi.
Məktəblilər tez-tez muzeyə Heydər Əliyevlə
bağlı kitab almağa
gəlirlər. Xatırladaq ki, Ramiz Xəlilov 1994-cü ildə
yaratdığı “Dədə Heydər” muzeyinin
20 illik yubileyini qeyd edir.
Mənsur
Rəğbətoğlu
Olaylar.-
2014.- 13 may.- S.11.