Diaspor quruculuğu siyasətinin banisi

 

Ümummilli Heydər Əliyevin idarəçiliyi dövründə çoxsaylı azərbaycanlının dövlət işlərinə cəlb olunması nəticəsində xalqımızın ictimai, elmi, ziyalı elitar təbəqəsi formalaşdı. Heydər Əliyev hələ sovet dnəmində xalqımızın, dövlətimizin  bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoymuşdu. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev deyir ki, milləti yeni geosiyasi şəraitdə dünya millətləri liqasına və siyasət arenasına çıxara biləcək yeganə şəxsiyyət ulu öndər Heydər Əliyev idi: “90-cı illərin əvvəllərindən etibarən ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi SSRİ dönəmində başladığı işi davam etdirdi.

Ümummilli lider Heydər Əliyev ilkin addım kimi 1991-ci il, dekabrın 16-da dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək məqsədində stimul rolunu oynayacaq “Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik gününün keçirilməsi haqqında” cəsarətli bir qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev zəruri vaxtda verdiyi xalqımızın gələcək perspektivlərinə hesablanmış mühüm tarixi qərarı ilə xaricdə yaşayan soydaşlarımızın müstəqil dövlətçiliyimizin inkişafında, dövlət quruculuğu prosesində iştirakını təmin etmiş oldu. Heydər Əliyev diasporumuza sahib çıxdı. Təəssüflər olsun ki, müstəqil dövlətçiliyimizin ilk illərinin səriştəsiz “siyasətçi”lərinin dovlət idarəçiliyi sükanı arxasında əyləşməsi dövrünə təsadüf etməsi Azərbaycanı total xaosa sürükləmişdi. İqtisadi, siyasi, mədəni sahələrdə böhranın hökm sürməsi dövləti “paslanmış” mexanizmə çevirmişdi. AXC Musavat hakimiyyətinin ortaya vahid ideoloji konsepsiya qoya bilməməsi nəticəsində, nəinki, dünya azərbaycanlıları dövlət quruculuğu prosesinə cəlb edilməmişdi, hətta ölkə vətəndaş müharibəsinə sürüklənmişdi. Məhz torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən isğal edildiyi və vətəndaş müharibəsinin başladığı bir zamanda xalq düzgün seçim edərək millətimizin gələcəyi naminə yorulmadan fəaliyyət göstərən ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etmişdi. Bununla da, ölkədə bütün narahatlıqlara, həyəcanlara son qoyulmuş və 1993-cu il, 15 iyun tarixi bütün azərbaycanlılar üçün Milli Qurtulus günü olmuşdu. Həmin tarixdən etibarən isə müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların vahid ideologiya, bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər görülməyə və uzunmüddətli perspektivlərə hesablanmış siyasət yürüdülməyə başlanmışdı”. Mərkəz sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və isgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə tanış olması, soydaşlarımızı Azərbaycanda investisiya layihələrində iştirak etməyə dəvət etməsi bu istiqamətdə göstərilən diqqətin bariz nümunəsidir: “Diaspor nümayəndələri ilə görüşmək, onların Azərbaycana gəlməsini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət başçımız ulu öndər Heydər Əliyev olmuşdu. Prezident seçildikdən üç ay sonra ümummilli lider Heydər Əliyev Almaniyada yaşayan soydaşlarımızın bir qrupunu qəbul etməklə böyük bir ənənənin əsasını qoydu. Bu görüşün Avropadakı soydaşlarımızın milli ictimai fəaliyyətinə təsiri böyük olmuşdu və dövlət-diaspor əlaqələrində yeni mərhələ başlamışdı. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sivil bir dövlətə çevrilməsi, qarşısında duran problemlərin həll olunması, qanunun aliliyinin təsbit olunduğu demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməsi üçün bütün dünya ölkələrindəki soydaşlarımızın həmrəyliyinə nail olmaq kimi çətin bir missiyanı üzərinə götürmüşdu. Məhz Heydər Əliyevin fəaliyyəti, qayğısı və böyük diqqəti sayəsində xaricdə yaşayan soydaşlarımız Azərbaycanın milli maraqları uğrunda daha əzmlə fəaliyyət göstərməyə başlamış, doğma vətənləri ilə əlaqələrini möhkəmləndirmiş, ölkəmizin dövlət quruculuğu prosesində yaxından iştirak etməyə və burada gördükləri real həqiqətləri bütün dünyaya yaymağa başlamışlar. Ulu öndər Heydər Əliyev Azərbaycan Prezidenti kimi fəaliyyət göstərdiyi ilk illərdə müstəqil dövlətimizin haqq səsini, həqiqətlərini dünya azərbaycanlıları vasitəsilə yaymağı qarşısına məqsəd qoyan xüsusi qurumun yaradılması sahəsində ilk addım atmış, Prezidentin İcra Aparatında Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə is bölməsi yaradılmışdı. Bu instansiya Heydər Əliyevin bilavasitə rəhbərliyi altında geniş fəaliyyət göstərərək, dünyada yaşayan azərbaycanlılarla əlaqə yaratmış və onların təşkilatlanması, milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər görmüşdü. Xaricdə yaşayan soydaşlarımızın ulu öndərlə görüşlərindən sonra müxtəlif sahələrdə qəti addımlar atılmış, onların yaşadıqları dövlətin ictimai-siyasi həyatında fəallıqları artmış, Azərbaycanın taleyuklu problemləri ilə bağlı geniş fəaliyyət göstərilmişdi. Ümummilli lider Heydər Əliyevin hər il dünya azərbaycanlılarına göndərdiyi tarixi müraciətlərindən mühüm bir cəhət kimi xaricdə yaşayan soydaşlarımız arasında həmrəylik milli birlik ideyalarının möhkəmlənməsi xüsusi vurğulanırdı. Heydər Əliyev özünəməxsus uzaqgrənliklə qloballaşan, köklü transformasiya dövrünü yaşayan dünyanın tələblərini öncədən görürbu səbəbdən xaricdə yaşayan soydaşlarımız arasında möhkəm həmrəyliyi həyati məsələ kimi ortaya qoyurdu. Xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının gücləndirilməsi məsələsi dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş birinci qurultayında da ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdu. Qurultayda proqram xarakterli nitq söyləyən Heydər Əliyev haqlı olaraq bu tədbirin təskil edilməsini müstəqil dövlətçiliyimizin böyük tarixi nailiyyəti hesab etdiyini bildirmişdi. Tarixdə ilk dəfə olaraq, dünya azərbaycanlılarının vətənimizin paytaxtı Bakı şəhərində belə bir mötəbər qurultaya toplanması məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqələndirilməlidir. Belə ki, 2001-ci il mayın 23-də xüsusi sərəncam imzalayan ümummilli lider Heydər Əliyev belə bir qurultayın Bakı şəhərində kecirilməsini zəruri hesab etmişdi. Dünya azərbaycanlılarının, xalqımızın həyatında möhtəşəm tarixi hadisə hesab olunan bu qurulatayda 35 xarici dövlətdə yaşayan həmvətənlərimizin birləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil edən 403 nümayəndə və 63 qonaq iştirak etmiş, çıxış edən soydaşlarımız bu mühüm tədbiri ümumxalq bayramı kimi qiymətləndirmişdilər. Qurultayda geniş nitq söyləyən ulu öndər Heydər Əliyev bütün azərbaycanlılar üçün proqram vəzifələr müəyyənləşdirmişdi. Azərbaycanın mühüm problemlərinin həll olunmasında xaricdə yaşayan soydaşlarımızın qüvvəsindən səmərəli istifadə olunması məsələsini prioritet kimi ortaya qoymuşdu”. BDM sədrinin sözlərinə görə, məhz ulu öndərin təsəbbüsü sayəsində təsəkkül tapmış diaspor hərəkatı getdikcə genişlənərək artıq öz bəhrəsini verməkdə idi. Qurultaydan sonra Azərbaycan diasporunun fəallığı xüsusilə artmışdı: ”Bunun ümummilli liderimizin bütün dünya azərbaycanlılarını öz böyüklüyü, müdrikliyi, .şəxsiyyəti ətrafında sıx birləşdirə bilməsinin nəticəsi olduğu təkzibedilməz faktdır. Diasporumuzun inkişafına təsir edən mühüm amillərdən biri də aidiyyatı təşkilatların işinin vahid bir mərkəzdən - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İs üzrə Dövlət Komitəsi tərəfindən əlaqələndirilməsi olub. Ümummilli lider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlalarla İs üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi baça çatdı. Bu tədbirlər yetərincə hazırlıqlı olan milyonlarla soydaşımızı “Vahid Azərbaycan dövləti və Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi. Eyni zamanda, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu diaspor ilə istiqamətində fəaliyyətin düzgün qurulması məqsədinə xidmət etdi. Bütün göstərilən fəaliyyətinə görə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi haqlı olaraq müstəqil dövlətimizin diaspor quruculuğu siyasətinin banisi hesab edir”. Mərkəz rəhbəri deyir ki, bu gün Azərbaycan diasporunun nümayəndələri, dünyanın müxtəlif ölkələrində formalaşan birlikləri Azərbaycan dövlətinin, mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edirlər. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi radioteleviziya verilişləri hazırlanır. Dünyanın bir çox ölkəsində 100-dən artıq ictimai, milli və mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir”. BDM sədri hesab edir ki,  2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İs üzrə Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün geniş. imkanlar yaratdı. İndi fəxrlə demək olar ki, Rusiyada, Avropanın inkişaf etmiş ölkələrində, Birləşmiş Statlarda, Asiya dövlətlərində azərbaycanlılar daha mütəşəkkil birləşərək bütün səylərini ümumi işin xeyrinə yönəldə bilirlər. Bu gün Azərbaycan icmaları və cəmiyyətləri ötən illərlə müqayisədə daha fəaldırlar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 15 may.- S.15.