Azərbaycan diaspor
təşkilatlarından
Türkiyəyə dəstək
Bu günlərdə Türkiyənin Manisa vilayətinin Soma şəhərindəki kömür mədənində baş vermiş partlayış və çoxsaylı insan tələfatı təkcə qardaş ölkədə deyil, bütün dünyada, xüsusilə Azərbaycanda dərin hüznə səbəb olub. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinə ünvanlanan başsağlığı mesajları, eləcə də rəsmi və qeyri-rəsmi şəxslərin səfirliyə gələrək türkiyəli diplomata bilavasitə başsağlığı vermələri deyilənləri təsdiqləyir. Bu arada dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də Soma faciəsi ilə bağlı həmin dövlətlərdəki Türkiyə səfirləri və konsulları ilə görüşərək onların dərdinə şərik olub, başsağlığı veriblər. Bəzi ölkələrdəki diaspor təşkilatlarımız isə Soma faciəsi i8lə əlaqədar hətta müəyyən aksiyalar da təşkil ediblər.
Nyu-York Amerika Azərbaycan
Qadınlar Assosiasiyası Türkiyənin qərb əyaləti
Somada baş verən kömür mədənindəki
partlayış və yanğın nəticəsində
yüzlərlə mədən işçisinin həyatına
son qoyan və ölkə tarixinə mədən fəlakəti
kimi daxil olan bu hadisə ilə əlaqədar Türkiyənin
BMT-dəki nümayəndəliyinə və Türkiyə
Respublikasının Amerika Birləşmiş
Ştatlarındakı Səfirliyinə məktub
ünvanlayaraq Türkiyə dövlətinə dərin
hüznlə başsağlığı bildiriblər. Texas Azərbaycan
Cəmiyyəti də baş vermiş hadisə əlaqədar
Hyuston Türk Assosiasiyasına məktub ünvanlayaraq
Türkiyə xalqına başsağlığı verib.
Avropa Azərbaycanlıları Konqresi Türkiyənin Soma
şəhərində baş vermiş qəza nəticəsində
yüzlərlə insanın həlak olması ilə
bağlı Türkiyə Cümhuriyyətinin Almaniyadakı
böyük elçisi Hüseyin Avni Karslıoğluya,
Türkiyə Cümhuriyyətinin Berlindəki baş konsulu
Ahmet Başar Şene, Türkiyə Cümhuriyyətinin Kölndəki baş konsulu Hüseyn Emre Engine, o
cümlədən Türk diasporu nümayəndələri və
mətbuatına başsağlığı məktubu ünvanlayıb. Bundan başqa “Alm.az Drezden” Cəmiyyəti,
Bielefeld NRW-Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti
də Türkiyənin Almaniyadakı səfirliyinə
başsağlığı məktubu göndərib.
Türkiyənin qərbində
yerləşən Manisa vilayətinin Soma şəhərindəki
kömür mədənində çoxsaylı insan tələfatı
ilə nəticələnən partlayışla əlaqədar
olaraq ÜmumUkrayna İctimai Təşkilatı olan “Ukrayna Azərbaycanlıları
Birləşmiş Diaspor”unun sədri Hikmət Cavadov
Türkiyə Respublikasının Ukraynadakı səfiri Yenet
Can Tezelyuya dərin hüznlə başsağlığı
verib. Hikmət Cavadov baş vermiş faciə ilə əlaqədar
olaraq dərin sarsıntı keçirdiklərini nəzərə
çatdırıb və həm öz adından, həm də
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu
adından dünyasını dəyişənlərin ailələrinə
və yaxınlarına, bütün qardaş türk millətinə səbr diləyib.
Qırğızstandakı
Azərbaycan diasporlarının rəhbərləri:
-Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti
Nüsrət Məmmədov ,
Qırğızstan Azərbaycanlıları
konqresi İctimai birliyinin
prezidenti Çingiz Ələsgərov, Qırğızstan Azərbaycanlıları əlaqələndirmə mərkəzi ictimai birliyinin
Prezidenti Cəbi Rəsulov, “Xəzər” İssık-Kul azərbaycanlıları ictimai birliyinin Prezidenti Ziyəddin Hüseynov və “Sodrujestvo” bölgə milli etnik diasporlar şurasının
Prezidenti Mirzəli Rzayev Türkiyənin
Qırğızstandakı fövqaladə və səlahiyyətli
səfiri Mətin Kılıçla görüşüblər. Görüş zamanı diaspor rəhbərləri
Türkiyənin Manisa vilayətinin
Soma əyalətindəki
kömür mədənində baş vermiş
partlayış nəticəsində çoxsaylı insan tələfatı münasibəti ilə
başsağlığı veriblər. Diaspor rəhbərlərini
çox isti qarşılayan səfir öz məmnunluğunu
bildirib, başsağlığını Türkiyə
dövlətinə çatdıracağını vurğulayıb. Azərbaycanla Türkiyə
arasındakı qardaşlığ əlaqələrindən,
Azərbaycanın Prezidenti İlham Əliyevlə isti
münasibətləri olduğunu, Azərbaycanın sürətli
inkişafından danışan səfir Azərbaycanın
bölgədə müstəqil siyasət
yürütdüyünü deyib.
Türkiyənin Qırğızstandakı fövqaladə
və səlahiyyətli səfiri Mətin Kılıçla
Qırğızstandakı türk və azərbaycan
diasporlarının birgə fəaliyyət göstərmələrini
fövsiyə edib, gələcəkdə birgə layihərin
həyata keçirilməsini müzakirə ediblər. Qeyd edək
ki, başsağlığının mətnində deyilir ki,
Manisa vilayətinin Soma əyalətindəki kömür mədənində
baş vermiş partlayış nəticəsində
çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıdıb:
“Biz Qırğızstanda yaşayan
Azərbaycanlılar çətin anlarda da, ən xoş
günlərdə də Türkiyə ilə birlikdə olub,
qardaş türk xalqının kədərini öz kədəri,
sevincini öz sevincimiz saymışıq. Bu faciə ilə əlaqədar
kədərinizi bölüşür, sizə, həlak
olanların ailələrinə və yaxınlarına,
bütün Türkiyə xalqına şəxsən öz
adımızdan və Qırğızstanda yaşayan Azərbaycanlılar adından dərin
hüznlə başsağlığı verir, yaralananlara və
xəsarət alanlara şəfa diləyirik”.
Türkiyənin
“Cihan” xəbər agentliyinə müsahibə verən
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru
İlqar Hacıyev isə faciədən dərin
sarsıntı keçirdiyini bildirib.
Rusiyada yaşayan azərbaycanlıların hadisədən
çox kədərləndiklərini vurğulayan İlqar
Hacıyev qardaş ölkənin böyük itkiyə məruz
qaldığını vurğulayıb: "Biz Somada
kömür mədənində baş verən faciədən
çox kədərləndik. Rusiyadakı Azərbaycan diasporu
faciəvi hadisədə zərərçəkənlərə
lazımı köməyi göstərməyə
hazırdır". Qardaş ölkənin bü günlərdə
nə qədər böyük itki verdiyini
anladıqlarını bildirən İlqar Hacıyev Azərbaycan
xalqının Türkiyə xalqının kədərini
özününki kimi qəbul etdiyini söyləyib: "Biz
qardaş xalqımızın ağrı və kədərini
bölüşürük. Rusiyadakı Azərbaycan diasporu
adından Türkiyə xalqına və faciəvi hadisə
zamanı yaxınlarını və
əzizlərini itirənlərə dərin hüznlə
baş salığı verir və yaralılara tezliklə
Allahdan şəfa diləyirik".
Mayın 16-da Avropa Azərbaycanlıları
Konqresinin təşəbbüsü ilə Türkiyə
Respublikasının Kölndəki Baş konsulu Hüseyn Emre Enginlə
görüş keçirilib.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova
və Köln şəhərindəki Alman-Azərbaycan Mədəniyyət
Evinin icraçı direktoru Ağa Ağayev görüşdə
iştirak edib. Görüş zamanı Soma kömür mədənində
baş vermiş faciə ilə əlaqədar Konsulluqda
yaradılmış xatirə guşəsinə tər
çiçəklər qoyulmuş, həlak olanların xatirəsi
yad edilmişdir. Daha sonra Almaniyada yaşayan azərbaycanlılar
adından başsağlığı kitabına ürək
sözləri qeyd edilib: “Somada baş verən ağır faciə
və qəza nəticəsində yüzlərlə
insanın həlak olması qardaş Azərbaycan
xalqını, Almaniyadakı Azərbaycan diasporunu da dərindən
kədərləndirmişdir. İki qardaş xalqın sevinci
və kədəri hər zaman bir olduğu üçün
bu gün də Avropada və
Almaniyada yaşayan azərbaycanlılar türk
qardaşlarımızın yanındadır.”Baş konsul
Hüseyn Emre Engin Azərbaycan diasporu nümayəndələrinə
təşəkkürünü bildirib. O, azərbaycanlı
icmasının göstərdiyi diqqət və həssaslığın
iki xalq arasında dostluğun və qardaşlığın
ifadəsi olduğunu vurğulayıb. Almaniya Azərbaycan Mədəni
Əlaqələr Mərkəzi Türkiyə
Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri
Hüseyn Avnı Karslıoğluya
başsağlığı məktubu ünvanlayıb. Məktubda
bildirilib ki, bu faciəvi hadisə qardaş Azərbaycan
xalqını, Almaniyadakı Azərbaycan diasporunu da dərindən
kədərləndirib. “Bu gün Biz Avropada və Almaniyada yaşayan azərbaycanlılar –
türk qardaşlarımızın yanındayıq və bu qəmi,
kədəri ürəkdən
bölüşürük.”-deyə məktubda qeyd olunub.
Türkiyənin Soma
kömür mədənində baş vermiş faciəvi
qəza ilə əlaqədar olaraq Azərbaycan-Macarıstan Gənclər
Birliyi Türkiyənin Macarıstandakı Səfirliyinə, həmçinin
Polşadakı Azərbaycanlı Gənclər Birliyi
Türkiyənin Çexiyadakı Səfirliyinə
başsağlığı məktubu ünvanlamış və
məktublarda Soma kömür mədənində
yüzlərlə insanın ölümünə səbəb
olan faciədən məyusluq ifadə olunmuş və bu hadisə
nəticəsində həyatını itirənlərin ailələrinə,
bütün Türk dünyasına
başsağlığı verilib.
Almaniyadakı Mədəniyyət
evi isə mayın 18-də Türkiyənin Manisa vilayətinin
Soma şəhərində baş vermiş faciə ilə əlaqədar
olaraq anım tədbiri keçirib. Azərbaycan Mədəniyyət
Evinin mərkəzi ofisində baş tutan anım tədbiri
zamanı kömür mədənində həlak olanlarla
bağlı ehsan süfrəsi açılıb. Anım mərasimində
Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatlarının rəhbərləri, bu ölkədə
yaşayan soydaşlarımızla yanaşı Türk vətəndaşlar
da yaxından iştirak edib. Anım mərasimində Soma faciəsində
həlak olanların ruhuna dualar oxunub.
Dünya Azərbaycanlıları
Konqresi isə Soma faciəsində həlak olanların ailələrinə,
həmçinin Türk xalqına həmrəylik
nümayiş etdirib. Bu məqsədlə Türkiyənin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfirliyinin
qarşısına yürüş təşkil edilib və
matəm mitinqi keçirilib. Təşkilatçılar
diplomatik nümayəndəliyin önünə əklil qoyub,
Türk xalqına səbr, dözüm arzulayıb.. Bildirilib
ki, Azərbaycan xalqı, ayrı-ayrı təşkilat və
qurumlar hər zaman Türkiyənin yanındadır və
bundan sonra da Azərbaycan və Türkiyə bütün
acılı, xoş günlərdə bir yerdə olacaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 20 may.- S.15.