Füzulinin romantizm,
M.F.Axundzadənin realist davamçısı
S.Ə.Şirvani Əli Fəhmi
yaradıcılığında
Əvvəli ötən
saylarımızda
S. Əzim də özündən əvvəlki lirik şairlər kimi öz lirikası üçün qəzəl janrını əsas götürmüşdü. Bu əsərində Əli Fəhmi əsas diqqətini şairin qəzəllərində məhəbbət mövzusunun aydınlaşdırılmasına həsr etsə də S. Əzimin qəzəllərində insan, insan gözəlliyi kimi xüsusiyyətləri də göstərmişdir. Allah sevərək yaratdığı insanları yer üzünün əşrəfi yaratmış, bütün canlı və cansız, yeraltı və yerüstü aləmi istifadə etmək üçün insanların ixtiyarına vermişdir. Əli Fəhmi də S. Əzim lirikasında məhz bu keyfiyyətləri açıb göstərməyə çalışır. S. Əzim lirikasında insan gözəlliyini ustalıqla təsvir edir, təsvir etdikcədə də vəcdə gəlir. “Yarı onu incitsə də o incimir, yarın cəfasını təbibin dərmanından üstün tutur”.
S. Əzimin lirik qəzəllərində riyakar
ruhanilərin ifşası xüsusi yer tutur. Burada
Əli Fəhmi bir sıra tədqiqatçılardan
fərqli olaraq onu ruhani ailəsi ilə sıx
bağlılığını göstərmişdi. Seyid Əzim ruhani ailəsində
doğulmuş, təhsil almış, ömrünün çox
hissəsini ruhani dairələrində keçirmişdi. Sual oluna bilər. Ruhanilərin içərisində
olmadan o mühitdə
yaşamadan onların eybəcərliklərini
görmək, ifşa etmək mümkündürmü? Zənnimcə yox. O, ikiüzlü
din xadimlərinə qarşı
amansız mübarizə aparmış, özü
də dindar olmamışdı. “Bu istedadlı şair zəmanəsinin
gözüaçıq adamlarından biri
olmaq etibarı ilə ruhaniliyin
törətdiyi fitnə fəsadları dərindən duymuş, runani cildinə
girən adamların hiylə və fırıldaqlarını
müşahidə etmiş, yeri gəldikdə
onları satira atəşinə tutmuşdur”. Əli Fəhmi “dini
əllərində xalqı soymaq üçün vasitə edən şair belə din
adamlarını təkcə lirik şeirlərində
deyil, satirik şerlərində,
təmsillərində, mənzum hekayələrində də
tənqid atəşinə tutmasını” qeyd
edir. Artıq biz
burada Əli Fəhminin əsas diqqətini
şairin qəzəllərində din xadimlərinin ifşasına yönəltməsini
qeyd etdik. Din xadimlərinin ifşası ilə
bağlı qəzəllərdə şair
iki obraz aşiq və zahid
obrazlarını yaradır. Bunları bir-birinə
qarşı qoyur. Bu iki surət bir-biri ilə
kəsgin ziddiyət təşkil edir.Çünki bunların biri aşiq insanları yaşamağa,
nikbinliyə, zahid isə bədbinliyə,
tərkidünyalığa səsləyir. Lakin
zahid özü dediklərinin
heç birinə əməl etmir.
Burada Əli Fəhmi şairi
“Var” rədifli qəzəlini nümunə
göstərir.
Özü ləyaqilü sərməsti meyi-qəflətdir,
Söyləyir badəni kim, zərərdir vaiz.
Yox yəqin olmayan işdən sözünü nəqlə eylər,
Seyyida, var xəbərim, əhli xəbərdar vaiz.
Seyid Əzimin din xadimlərinə
qarşı mübarizəsi şairdən qabaq
da ədəbiyyatımızda Q. B. Zakir və digər şairlər tərəfindən
kifayət qədər işlənmişdir. Məsələn, onun
riyakar ruhanilər haqqında
yazdığı:
Özü lum-lum udur batində, əmma,
Zahirdə dediyi mənaya bir bax.
sözlərini zamanla ayaqlaşmaq baxımından din xadimlərinə
tutarlı cavab kimi qəbul etmək olar. Amma XIX əsr Azərbaycan ədəbiyyatında din xadimlərini
S. Ə. Şirvani qədər
ifşa edən, eyni zamanda buna
görə ruhanilər
tərəfindən təqib
olunan iknci bir şair məlum
deyildir. Seyid Əzimin yaradıclığını
dərindən tədqiq
etməyi öz qarşısına məqsəd
qoyan Əli Fəhmi din və mövhumat mövzusuna həsr etdiyi qəzəlləri tədqiq
etməklə kifayətlənməmişbu
mövzuda qələmə
alınmış rübai,
qitə, təxmis, müxəmməs, müstəzad və s.bu kimi klassik
ser şəkillərindən Seyid Əzim ən çox qəzəl janrına vermişdi. Ümumiyyətlə şairin 600-ə qədər qəzəli vardır. Bu qəzəllər məzmun
cəhətcəbir-birindən fərqlənir. Belə
ki, bu qəzəllərin
əksəriyyəti aşiqanə
lirik qəzəllər
olsa da zəmanədən
şikayət, din xadimlərinin,
dövlət məmurlarının
ifşasından bəhs
edən qəzəllər
də çoxdur. Məsələn: onun Fizullyə nəzirə olaraq yazdığı:
Könül tavar əlində
cami-mey səbhəşümar
olma,
Riyayi xəlqdir, billah, namaz əhlinə yar olma.
Və yaxud:
Zahidin gər güzəri duşə meyxanə sarı,
Kafərəm gər dönə ol məscidi viranə sarı.
kimi lirik qəzəlləri riyakar din xadimlərini və mövhumatı ifşa etmişdir. Lakin şair heç zaman dinin əsaslarına
əsla toxunmamışdır.
Bu mənada Seyid
əzimin yaradıcılığı
ziddiyyətlidir. Onun 10 min beytdən
ibarət farsca divanının bir hissəsini təziyə şerləri təşkil
etsə də din xadimlərini amansız ifşa edir, şərabı Kərbəla
şəhidlərinin qanından
üstün tutur.
Dindarları riyakar, məscidləri
viranə, vaizləri bayquş adlandırırdı.
“Cəhalətdə keçən ömür ömür sayılmaz” sözləri onun əsas həyat şüarı idi. Ona görə də maarifçiliyin, satiranın,
umumilikdə realizmin yayılmasında onun müstəsna rolu olmuşdur.
Aşiqanə lirik qəzəllərində isə pak,
təmiz və ülvi məhəbbətdən bəhs olunur,
məhəbbətləri xatirinə özlərini oda
atmağa belə hazır olan, aşiq və məşuqdan bəhs
olunur. Lakin başqa mövzulara həsr etdiyi qəzəllərdə
olduğu kimi, aşiqanə qəzəllərində də
şairin bədbinliyə qapılan vaxtları olur. Seyid
Əzim yaradıcılığına dərindən bələd
olan Əli Fəhm göstərir ki, şair necə bədbin
olursa-olsun musiqiyə qulaq asdığı zaman nikbinləşir.
Onun musiqiyə həsr etdiyi şerlərində zəmanəsindən
şikayət, haqsızlıqların ifşası da öz əksini
tapır. Seyid Əzim mürtəce din xadimlərinin
musiqiyə münasibəti ilə əsla
razılaşmırdı. Bildiyimiz kimi islam,
hüquq və şəriət məktəblərinin hər
birinin musiqiyə, çalğıya xüsusi münasibətləri
vardır. İndinin özündə belə
çalğının qadağan olunub-olmaması haqqında
dərin mübahisələr mövcuddur. Lakin S. Əzim peyğəmbərimizin “bir saat Alllahın
yaratdığı şeylərin bədiiliyi haqqında fikirləşmək
yetmişillik ibarədətdən
artıqdır” hədisini əsas götürüb
çalğını qadağan edən din xadimlərinə müraciətlə deyirdi:
Tanrı
əsbabi mənahi demə böhtandır bu
Seyid Əzimin musiqiyə
bağlılığını Əli Fəhmi şairin Xəyyamın
musiqi fəlsəfəsinə bələd olması ilə
izah edir. Qeyd etməyi lazım bilirik
ki, haqqında sözü
gedən məqalə alimin
yaradıcılığında xüsusi yer tutur. Əli Fəhmi sonralar bu məqalə
üzərində işləyib onu bir monoqrafiya həcminə
gətirmək istəyirdi. Lakin təəssüf
ki, naməlum səbəblərdən bu əsər yarımçıq
qalmışdır. Əkrəm Cəfər yazırdı ki, “Əli Fəhmi neçə illərdir ki, S. Ə. Şivaninin
lirukası üzərində işləyir. Təəssüf
ki, Azərbaycan ədəbiyyatşünaslığında
çox dəyərli olan
bu əsər yarımçıq
qaldı”. Seyid Əzim Şirvanı Azərbaycan
ədəbiyyatının görkəmli simalarındandır.
Hələ zamanında şerləri əldən ələ gəzmiş,
o dövrün demək
olar ki, bütün qəzetlərində dərc olunmuş, haqqında məqalələr
yazılmışdır. Bu məqalələrdə
o, “Sərvəri-dövran”, “Səramədi
dövran”, “Nadereyi ürfan”, “Şairi nədim”,
“Şüəranın sultanı”, “Mərifət
bağının Süleymanı”, “Məlikuş şüəra”
və s. Adlarla
adlandırılmışdır.
Azərbaycanın
Bütövlüyü Uğrunda
Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Azərbaycan
ədəbiyyatında müasir
yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi
çərçivəsində çap olunur.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.
Olaylar.-
2014.- 20 may.- S.10.