Diaspor tarixində yadda qalan görüşlər
Azərbaycanın diaspor
hərəkatının formalaşmasında müstəsna
xidmətləri olan ümummilli
lider Heydər Əliyevin bu
sahəyə göstərdiyi diqqət və qayğı onun dövlət başçısı olduğu dövrdə xarici
ölkələrə səfərləri zamanı da özünü
açıq şəkildə büruzə
verirdi. Ümummlli lider səfər
etdiyi hər bir
ölkədə vaxtının məhdud olmasına baxmayaraq orada yaşayan soydaşlarımız, diaspor təşkilatları rəhbərləri
ilə görüşür, həmin
ölkədə yaşayan azərbaycanlıların
problemləri ilə maraqlanır, cəmiyyət və təşkilat
rəhbərlərinə müvafiq
taşırıq-tövsiyyələrini verirdi.
Belə görüşlərdən biri 1995-ci
il, yanvarın 29-da Heydər Əliyevin İsveç
Federasiyasına səfəri zamanı baş tutdu. Səfər
çərçivəsində Bern şəhərində
İsveçrədə yaşayan soydaşlarımızla
görüşən Heydər Əliyev onların
qarşısında çıxış edərək öz
tapşırıq və tövsiyyələrini verib:
“İndi, müstəqil dövlətimizin olduğu bir vaxtda
biz azərbaycanlılar həm dövlətimizin bu günü
və gələcəyi haqqında, həm dünyada
yaşayan bütün azərbaycanlılar barəsində düşünməliyik.
Odur ki, məni bir azərbaycanlı kimi, Azərbaycan
Respublikasının Prezidenti kimi, şübhəsiz, hər
bir ölkədə yaşayan azərbaycanlı, onun həyatı,
yaşayışı, vəziyyəti, durumu
maraqlandırır. Ona görə də sizə suallar verdim və
çox məmnun oldum ki, İsveçrədə yaşayan
azərbaycanlıların güzəranı
yaxşıdır, burada yaşamaq, işləmək
üçün şəraitiniz var. İstərdim ki,
Avropada, ümumən dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların hamısı ilk növbədə
yüksək təhsilə, mədəniyyətə,
yaxşı sənətə malik olsun, özləri
üçün belə, indikindən də yaxşı şərait
yarada bilsin. Mən istəyirəm
ki, azərbaycanlılar harada
yaşayırlar yaşasınlar, əhalinin, cəmiyyətin
aşağı təbəqəsində, orta
təbəqəsində yox, yüksək
təbəqəsində olsunlar, bu, mənim istəyim, arzumdur. Qoy hər yerdə
Azərbaycanın diasporu olsun,
lobbisi olsun”. Heydər
Əliyev məmnun olduğunu bildirmişdi ki, İsveçrədə azərbaycanlıların
cəmiyyəti, lobbisi var.
Azərbaycanın dayağı var. Ona görə də burada
yaşayın, işləyin, amma Vətən
həmişə qəlbinizdə olsun, onu unutmayın”.
Həmin ilin oktyabrın 25-də Birləşmiş Ştatlara səfər edən Heydər
Əliyev okeanın o tayında da soydaşlarımızla maraqlanır, onlarla görüş keçirir. ABŞ-da yaşayan azərbaycanlı icmasının
nümayəndələri ilə Türk
evində baş tutan
həmin görüşdə ümummilli
lider soydaşlarımız
qarşısında çıxış edir:
“Nyu-Yorka gəldiyim gün
bildirdilər ki, Amerikada
və Türkiyədə yaşayan
bacı və qardaşlarımız, habelə Azərbaycanla
bağlı olan adamlar
mənimlə görüşmək istəyirlər. Mən sizin görüşünüzə gəlmişəm.
Sizə Azərbaycandan səmimi salamlar gətirmişəm,
xalqımızın hörmət və ehtiramını
çatdırıram. Sizi ürəkdən
salamlayıram və hamınıza hər kəsin
yaşadığı və çalışdığı
yerdə uğurlar, səadət və
xoşbəxtlik diləyirəm. Azərbaycan müstəqil
dövlətdir və müstəqil dövlət kimi dünyanın hər bir
ölkəsi ilə sərbəst əlaqələr qurur. Biz Azərbaycanda
müstəqil dövlət kimi yaşayaraq, eyni zamanda, dünyada yaşayan bütün azərbaycanlılar,
bütün türklər haqqında düşünürük. Hamımız bir millətik. Hamımız bir
kökə məxsus xalqıq. Azərbaycanda
yaşayanların, Azərbaycandan gəlib burada,
Amerikada, Türkiyədə, İngiltərədə
və digər ölkələrdə yaşayanların
hamısı birdir. Bilirsiniz
ki, indi biz Azərbaycanda ağır bir
dövr, keçid dövrünü yaşayırıq. Öz problemlərimiz çoxdur.
Buna baxmayaraq
respublikamızdan kənarda yaşayan soydaşlarımız
haqqında daim düşünürük,
onların həyatı ilə həmişə maraqlanmağa çalışırıq və
soydaşlarımıza qayğımızı, hörmətimizi
göstərmək istəyirik. Ona görə
də sizinlə bu görüşüm
mənim üçün çox
əzizdir. Mən çox məmnunam ki, sizin hər biriniz bu gün,
bu axşam evinizdən
ayrılıb buraya gəlmisiniz. Burada həm bir-birinizlə - yəqin ki, mən savab iş görmüşəm ki,
siz burada bir-birinizlə
görüşürsünüz, - həm
də mənimlə, Azərbaycandan gələn nümayəndələrlə
görüşürsünüz. Mən bundan çox məmnunam”.
Heydər Əliyevin xaricdə yaşayan
azərbaycanlılar və diaspor rəhbərləri
ilə daha bir görüşü 1996-cı il,
aprel ayının 24-də Norveçdə
baş tutub. Bu ölkəyə səfəri çərçivəsində
ümummilli lider
Norveçdəki Azərbaycan Diasporunun
nümayəndələri ilə görüşüb. Görüşdə Heydər
Əliyev soydaşlarımız qarşısında
çıxış edib: “Mən buraya səfərə hazırlaşanda da maraqlandım ki,
Norveçdə nə qədər azərbaycanlı
yaşayır. Bu barədə məlumat
verdilər və bildirdilər ki, Azərbaycan-Norveç
Cəmiyyəti yaradılıb, ona da Rəhimov rəhbərlik edir.
Buna görə də mən onu bizim nümayəndə
heyətinin tərkibinə daxil edib buraya gətirmişəm”.
Heydər Əliyev diaspor rəhbərləri
ilə görüşdə hər zaman
onları Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə
çatdırılmasında fəal olmağa
çağırırdı: “Qarşımızda çox çətinliklər olub,
ağır problemlərlə rastlaşmışıq.
Xalqımız, millətimiz, dövlətimiz üçün
ən ağır problem Ermənistanın
Azərbaycana etdiyi hərbi təcavüzdür. Bilirsiniz ki, bu təcavüz nəticəsində
Azərbaycanın ərazisinin 20 faizi işğal edilmişdir,
həmin ərazilərdən bir milyondan artıq bacı-qardaşlarımız
didərgin düşüblər. İşğal
olunmuş torpaqlarda hər
şey -şəhərlər, qəsəbələr,
kəndlər, evlər, məktəblər, xəstəxanalar,
tarixi abidələr dağılıb,
yerlə-yeksan edilibdir. Təcavüz nəticəsində
çox itkilər, şəhidlər vermişik, çoxları xəsarət
alıblar. Bunlar hamısı xalqımızın başına gələn
bəlalardır. İki ildir
ki, mayın 12-də iki
il tamam olacaq - biz atəşi
dayandırmışıq və beynəlxalq təşkilatların,
böyük dövlətlərin vasitəçiliyi
ilə Ermənistanla apardığımız
danışıqlar nəticəsində atəşkəs
haqqında saziş əldə etmişik və ona da riayət edirik.
Müharibə, döyüşlər gedib,
itkilər vermişik, qan
tökülüb, lakin
bunların bir nəticəsi olmayıb.
Belə qənaətə gəlmişik ki,
bu məsələnin sülh
yolu ilə həll olması bizim üçün daha əlverişlidir. Ona
görə də iki ildir
atəşkəs rejimilə yaşayırıq və sülhə
nail olmaq üçün bu iki il ərzində
dünyanın bütün imkanlarından
istifadə edərək danışıqlar aparırıq. Həm Birləşmiş Millətlər Təşkilatının,
həm ATƏT-in və onun Minsk qrupunun, böyük dövlətlərin - Amerika Birləşmiş Ştatlarının,
Rusiyanın, Türkiyənin, başqa
dövlətlərin, digər beynəlxalq təşkilatların
imkanları hərəkətə gətirilib, bu
işə cəlb olunubdur. Ancaq təəssüf ki,
istənilən nəticə əldə edilməyibdi. Hər bir azərbaycanlı bilməli
və hazır olmalıdır ki, əgər
bizim bütün bu cəhdlərimiz nəticə verməsə,
nəyin bahasına olur-olsun, -
canımızın, qanımızın bahasına da olsa, - işğal
olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin
toxunulmazlığını, ərazi bütövlüyünü
təmin etməliyik. Bu,
qarşımızda duran vəzifədir və
biz onu nəyin
bahasına olur-olsun yerinə yetirəcəyik”.
1996-cı il, iyulun 1-də isə
Heydər Əliyev Almaniyadakı Azərbaycan Diasporunun
nümayəndələri ilə görüşüb
və onlar qarşısında
çıxış edib: “
1997-ci il,
avqustun 27-də isə ümummilli
liderin Polşada yaşayan azərbaycanlılarla görüşü keçirilir:
“Mən çox məmnunam ki, azərbaycanlılar başqa
ölkələrdə yaşayarkən artıq öz vətənləri haqqında
düşünürlər və ona xidmət
etməyə çalışırlar. Öz
Vətəninə, yəni müstəqil Azərbaycan
Respublikasına kiçik bir xidmət edən hər
bir soydaşımızı biz Azərbaycanda çox böyük hörmətlə
qarşılamağa hazırıq. Çünki
indi Azərbaycan müstəqil dövlət
kimi bir çox problemlərlə rastlaşır”.
Heydər Əliyevv həmin görüş
zamanı soydaşlarımızı birliyə səsləyib:
“Polşada yaşayan
azərbaycanlılar, əlbəttə, yaxşı olar ki, birləşsinlər,
bir olsunlar, bir-birinə
yardım, kömək etsinlər, eyni zamanda, Azərbaycanın həqiqətlərini
Polşa ictimaiyyətinə
çatdırsınlar. 2002-ci il, iyun ayının 9-da Rusiya Federasiyasına işgüzar
səfər zamanı ümummilli lider bu ölkədəki
diaspor rəhbərləri ilə görüşür: “Bu
gərgin proqramda mən əvvəlcədən
də xəbərdarlıq etmişdim ki, diasporun nümayəndələri
ilə görüşüm mənim üçün çox vacibdir, çox zəruridir.
Şadam ki, belə bir görüş indi keçir. Mən sizi dinlədim. Sizin
sözlərinizdən, ifadələrinizdən anladım ki, Sankt-Peterburqdakı Azərbaycan diasporu, ümumən, sağlam
əhval-ruhiyyədədir. Azərbaycan millətinin,
xalqının adını uca tutur və burada azərbaycanlılar
bir-birləri ilə, ümumən, yaxşı əlaqədədirlər
və təbiidir ki, bu
əlaqələr də buradakı hər bir
azərbaycanlının normal
yaşaması, işləməsi, öz
ailəsini təmin etməsi üçün
imkanlar yaradır. İndi
ölkəmizdən kənarda yaşayan
azərbaycanlılar az deyildir.
Bilirsiniz
ki, biz Dünya Azərbaycanlılarının
I qurultayını keçirdik və çox böyük məlumatlar
aldıq. İlk dəfə olaraq dünya azərbaycanlılarının
nümayəndələri - dünyanın hər yerindən
olması da, bir çox ölkələrdən, - Azərbaycana
doğma torpağa
toplaşdılar, bir-birləri ilə görüşdülər,
tanış oldular, əlaqələr qurdular və Vətənin bugünkü
gününü gördülər. Ümid edirəm ki, mənəvi
cəhətdən daha da
zənginləşərək, öz
yaşadıqları yerlərə döndülər. Bu, bizim ilk
addımımızdır. Mən etiraf
edirəm ki, biz bir çox işlərlə
məşğul olduğumuza görə,
vaxtilə bu məsələyə
lazımi qədər fakir verə bilməmişik.
Ancaq dünya azərbaycanlılarının
həmrəyliyi, birliyi bizim
millətimiz, xalqımız üçün
çox vacibdir”
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 22 may.- S.15.