Diaspor təşkilatlarının güclü

olması kimlərəsə maneçilik edir

 

Nüsrət Məmmədov: “Hərdən şər, böhtan dolu yazıları oxuyub gülürəm”

 

“Sırf erməni taktikasıdır”

 

Bu gün diaspor sahəsində əldə edilən uğurlar hər bir vətəndaşı sevindirir, onu məmnun edir. Xüsusilə, ayrı-ayrı diaspor təşkilatlarının zaman-zaman əldə etdiyi nailiyyətlər hər bir azərbaycanlıda bir qürur hissi yaradır. Ancaq hər bir sahədə olduğu kimi diaspor sahəsində də müəyyən problemlər, çatışmamazlıqlar var desək yanılmarıq. Təssüfedici məqam ondan ibarətdir ki, bəzən bir diaspor təşkilatının Azərbaycanın haqq səsinin fəaliyyət göstərdiyi ölkəyə, dünyaya çatdırılması istiqamətində gördüyü işlər digər bir təşkilat, yaxud həmin ölkədə yaşayan soydaşımız tərəfindən qısqanclıqla qarşılanır, ona qarşı müxtəlif səpkili qarayaxma kampaniyası həyata keçirilir. Bu kimi neqativ hallar isə ümumilikdə diaspor fəaliyyətinə, ən əsası Azərbaycanın adına ləkə gətirir. Müxtəlif iftiralar, qarayaxmalarla üzləşən fəal diaspor rəhbərlərindənm biri də Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovdur.

“OLAYLAR”-a verdiyi müsahibədə Nüsrət Məmmədov ona qarşı olan hücumların səbəbi, buna rəvac verən amillərdən danışıb.

-Nüsrət müəllim, son günləır sizin və rəhbəri olduğunuz fondun fəaliyyəti barədə müxtəlif ünvanlardan tənqid və ittiham dolu materiallar, yazılar yayılır. Bunları necə dəyərləndirirsiniz?

-Əvvəla onu deyim ki mən fəxr edirəm ki azərbaycanlıyam. Yəni türk oğlu türkəm. Damarlarımda ancaq bir qan axır, o da türk qanıdır. Mən istərdim ki  ilk növbədə bu şərləmə ilə məşğul olanların milli mənsubiyyəti müəyyənləşdirilsin. Onda hər şey bəlli olacaq ki, bunların istədikləri nədir. Sonuncu yazı  aznews.az  saytında “Diaspor nümayəndəmizin inanılmaz cinayətləri” başlığı altında gedib. Onlardan 1937-ci ilin şərləmə ab-havası gəlir və belə çıxır ki, gərək mən heç evdən bayıra çıxmayım. Həımçinin işləməyim ki, bu kiminsə xoşuna gəlmir. Ermənilər də elə onu istəyirlər. Qırğızıstanda Azərbaycanı, Qarabağı onun tarixini, xalqımızın başına gətirilən bəlaları, ölkəmizdə aparılan uğurlu daxilixarici siyasəti bizim fonddan başqa gündəmdə saxlayan  birisi varmı?  Bizim nəşr etdirdiyimiz kitablar Qırğızıstan, Qazaxıstan, Özbəkistanda, hətta Rusiyada pulsuz yayılır. Mən çox istərdim ki, o insanlar straus kimi başını quma soxaraq  “Azəri” İctimai Birliyinin arxasında gizlənməsinlər. Bu gün Qırğızıstanda 10-a qədər Azərbaycan dizspor təşkilatları var ki, həmin təşkilatları bir-birinə qarşı qoymasınlar. Bir ildir ki, haqqımda anonim yazmaqla məşğuldurlar. Onlar öz adlarını göstərməyə də cürət etmirlər.  Məndə olan məlumata görə, onlardan biri  ermənilərin göstərişi ilə SSRİ-nin o vaxtkı liderlərindən olan Heydər Əliyevdən Moskvaya anonimlər yazardı. Mən bu insanın çirkin əməllərinin, vətənə, dövlətə xainliyini  bilirəm. Həmçinin məndən başqa bir çoxları da bunu bilir.  Amma nə məqsədə görəsə susurlar.

-Ümumiyyətlə, diaspor fəalına qarşı bu cür qarayaxama Qırğızıstandakı azərbaycanlılar, digər diaspor təşkilatları tərəfindən necə qarşılanır?

-Əlbəttə çox ağrılı qarşılanır. Hamı bilir ki bu qarayaxmanın ideya müəllifi, təşəbbüskarı kimdir. Hər kəs o, adama qarşı nifrətlə yanaşır. Artıq onun ayaması burada intriqan kimi gedir. Hətta onu da çox təssüflə sizə bildirim ki Qırğızıstanın bir çox dövlət strukturları da belə hərəkətlərinə görə  ona qarşı mənfi fikirlər söyləyir. Bu dəhşətdir. Biz isə öz işimizə davam edirik. Prinsipimiz isə “it hürər, karvan keçər” prinsipidir.  Qarayaxmalardan birində keçirdiyimiz tədbirin hansısa bir kafedə baş tutduğu iddia edilir. Əlbəttə kafedə də tədbirimiz olub, Həyat otelində də. Kafedə keçirdiyimiz tədbirlərdən birində 8 deputat, o cümlədən parlamentin birinci vitse spikeri, eyni zamanda 11 akademik iştirak edib. Həmçinin 4 nazirin iştirak etdiyi tədbirimiz də olub. Bu da onları qıcıqlandırır.  Onların keçirdiyi tədbirə nazin müavini gəlir, bizimkinə nazir. Keçirdiyimiz bir çox tədbirlərin şəkilləri, videoları var. Məncə həmin qarayaxanın bir fikri var, Prezidentdən qisas almaq. Prezidenti dəstəkləyən diaspor fəalını neytrallaşdıraraq onun mövqelərini zəiflətmək, bununla da qisas almaq.  Heç bir maraq güdmədən tərəfimizdən 56 kitab tərcümə olunaraq nəşr edilibpulsuz yayilib. O, kitablardan 10-15-i Azərbaycanın lideri haqqındadır. 2009-cu ildə bizim bir kitabımıza görə mənfur qonşumuz olan Ermənistan Qırğızıstan XİN-ə etiraz notası verib. Bu günlərdə Rusiya Federasiyası Kemerova vilayətinin Novo-Kuznetsk şəhərində yaşayan azərbaycanlılar bizdən kitab istədilər.  Nəşr etdirdiyimiz kitabların hərəsindən 10 nüxsə onlara göndərdik. Budur bizim marağımız. Budur bizi ruhlandıran, gələcək qələbələrə səsləyən. Həmçinin Daşkənddəki Nizami adına universitetdən kitab istədilər, göndərdik. Həmin insanlar artıq nə etsələr də bu proseslərin qarşısını ala bilməyəcəklər. Tarix isə öz qiymətini verəcək..

 -Ola bilərmi ki, bu Qırğızıstandakı Azərbaycan diasporunun fəaliyyətinə kölgə salmağa, onu gözdən salmağa yönəlmiş bir addımdır?

- Əlbəttə bu kimi hallar fondun fəaliyyətinə kölgə salmaq, onun artan nüfuzunu yox etmək məqsədi daşıyır. Həmin insanlar  məni gözdən salmaq üçün deyirdilər ki, guya mən Heydər Əliyev parkını satmışam, bölüşdürmüşəm. Kimlərəsə kafe, yaxud başqa bir obyekt tikməyə vermişəm. Belə bir fakt yoxdur. Amma indi özləri Heydər Əliyev parkını biznes mərkəzinə çevirmək istəyirlər. Fond həmişə parkın  hallalığı ilə təmiz əllərə verilməsinə hazırdır. Park üçün yer ayrılmasına məhz buna görə əziyyət çəkilib

-Baş verənlərlə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət etməyi düşünürsünüzmü?

-Bilirsiniz, ilk günlər Prezident Administrasiyası rəsmiləri ilə danışıqlarım olub. Həmçinin Qırğızıstanda fəaliyyət göstərən. 5 diaspor təşkilatı tərəfindən Prezidentə müraciət də ünvanlanıb. Eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya da bizim bir tərcüməçimiz açıq müraciət göndərib. . Məncə gec- tez cənab Prezident bu hadisələrdən xəbər tutar və günahkarları cəzalandırar.

-Ümumilikdə, istər Qırğızıstanda, istərsə də hansısa bir ölkədə diaspor fəalımıza qarşı aparılan kampaniya, onun fəaliyyətinə kölgə salmaq cəhdi ümumi işə, diaspor sahəsində atılan addımlara nə dərəcədə mənfi təsir göstərir?

-Bütün dövlətlərdə diaspor təşkilatlarımız nə qədər güclü olsa Prezidentimizbir o qədər güclü olar. Bu da kimlərəsə maneçilik edir. Ona görə də istəyirlər ki diaspor fəallarımız zəif olsun. Kimsə Prezidentdən incik düşür və istəyir ki, onun mövqeyini zəiflədərək qisas alsın. Biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. Diaspor təşkilatlarının güc mənbəyinə çevrilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi səfirliklərimizdə olmalıdır. Buna görə də Diasporla İş üzrə Dövlət Komitəsinin büdcəsi artırılmalıdır.  Bildiyiniz kimi səfirliklər XİN-ə tabedir. Diasporla İş üzrə Dövlət Komitəsi XİN-dən asılı olmayan,  diasporumuzU  təşkilatlandıran müstəqil  bir dövlət qurumudur. Bizim Qarabağ problemimiz vardünyada bizi istəməyəm qüvvələr çoxdur. Bu həqiqətləri dünya xalqlarına çatdırmağı Prezidentimiz İlham Əliyev hər çıxışında bizə tövsiyə edir. Həmin o böhtançıların, şərçilərin qarayaxmaları məni sarsıtmır, əksinə mənə daha da qüvvət, güc verir. Çünki, deməli hədəfim, tutduğum yol düzdür. Düşmənlərimiz həmişə vətənimizi, dövlətimizi, Prezidentimizi sevən adamlara qarayaxmayla məşqul olublar. Təssüf ki, hərdən istədiklərinə nailolublar.  Başlıcası, onların fikirləşdiyi odur ki Nüsrət Məmmədovda bu qədər pul hardan olur? Hətta deyənlər  olub ki, fondun fəaliyyətini yoxlamaq lazımdır, dövlətin ayırdığı pulları göyə sovurur. Sizin sayt vasitəsi ilə onlara deyirəm ki, mənə heç kəs bir manat pul verməyib. Kimlərsə villalar tikdirir, evlər alır. Azərbaycan mənim vətənimdir. Orada bablarımın, ulu babalarımın sümükləri məzarları var. İstəmirəm ki, babalarımın sümükləri düşmən tapdağı altında qalsın. Ona görə də villalar tikmədim. Azərbaycana, vətənimə gələndə Bakıda kirayədə, rayonda isə qohumlarımgildə qalıram. Azərbaycanda özümə və ailəmə məxsus heç bir iynəm də yoxdur.  Mən sadəcə qazandıqlarımı tariximiz, dövlətimiz, xalqımız üçün sərf edirəm. Hesab edirəm ki, gördüyüm bu işlər tarixdə öz dərin izləri ilə yadda qalacaq. 2009 cu il, mart ayının 13-də  Bakıda Qırğızıstandan gələn nümayəndə heyəti ilə Prezidentimiz İlham Əliyevlə görüşdük. O vaxtkı Qırğızıstan parlamentinin birinci vitse spikeri Çolpon Baekova Prezidentə dedi ki, biz Azərbaycan haqqında həqiqətləri, bu kitablardan almışıq. Hərdən bu şər, böhtan dolu yazıları oxuyub gülürəm. Hardandır onlarda bu qədər fantaziya, uydurmalar? Sırf erməni taktikasıdır. Azərbaycanlı olan kəs belə şeyləri bacarmaz. Ermənilər azərbaycanlıları qırırlar, sonra da dünyaya həyasızcasına haray həşir salırlar ki, bizi azərbaycanlılar, türklər qırdılar.  Bar gətirən ağaca daş atanlar çox olar.  Çünki bar adətən ağacın yuxarısında olur, Onların isə meyvəyə əlləri çatmır. Çünki alçaqdırlar, balacadırlar. Ona görə də daş atmaq məcburiyyətindədirlər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 24-26 may.- S.15.