Diaspor təşkilatları
Respublika Gününü qeyd edir
Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 96-cı
ildönümü müxtəlif ölkələrdə fəaliyyət
göstərən diaspor təşkilatlarımız tərəfindən
də qeyd edilir. Diasporla İş üzrə Dövlət Komitəsinin
yaydığı məlumata görə, Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzində 28 May – Azərbaycan Respublikasının 96-cı
ildönümünə həsr
edilmiş gecə təşkil olunub. Tədbiri AAKM-nin
İcraçı Direktoru Samira
Patzer-İsmailova giriş
sözü ilə açaraq
1918-ci il mayın 28-də qurulan
Azərbaycan Demokratik Respublikası, onun tarixi və iki ildən sonra bolşevik Rusiyası tərəfindən süquta yetirilməsi haqqında məlumat verib. O, yenidən bərqərar olmuş 23 illik istiqlaliyyətin
müvəffəqiyyətlərini tarixi ənənələrin
davamı kimi qiymətləmdirib.
Tərbirdə çıxış edən Azərbaycanın Almaniyadakı Səfirliyinin birinci katibi Fikrət Axundov isə 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra iqtisadi və sosial sahələrdə qazandığı uğurlar, eləcə də siyasi aləmdə tutduğu mövqedən danışıb. Fikrət Axubdov bu istiqamətdə Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətini və keçirilən tədbirləri müsbət dəyərləndirib. Tədbirin bədii hissəsinin qonağı Berlində yaşayan rejissor və aktrisa Naiba Tural Azərbaycan ədəbiyyatından seçilmiş şerləri ustalıqla ifa edib. Gecənin bədii hissəsi rejissor və rəssam Şamil Nəcəfzadənin “Sirli bənövşə“ qısametrajlı filminin nümayişi ilə davaçm edib. Film Xll əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli qadın şairələrindən biri Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Filmin nümayişindən sonra müasir Azərbaycanı əks etdirən qısa çarxlar göstərilib, Azərbaycan musiqisi səsləndirilib. İsrailin Netaniya şəhərinin mədəniyyət sarayında Azərbaycanın Respublika Gününə həsr olunmuş bayram konserti keçirilib. Tədbir iki ölkə arasında mədəni və dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası “Azİz” tərəfindən təşkil edilib. “Azİz” nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman tədbiri giriş sözü ilə açaraq Respublika Gününün tarixi haqqında qısa məlumat verib. “1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Respublikası müsəlman şərqində ilk demokratik respublika olub. Bu respublikanın parlamentində Azərbaycanda yaşayan bütün xalqlar və millətlər proporsional şəkildə təmsil olunmuşdu. Antisemitizmin çiçəkləndiyi bəzi ölkələrin fonunda Azərbaycanda yəhudi millətindən olan nazirlər vardı, parlamentdə sionist partiyası da təmsil olunurdu. Azərbaycan Demokratik Respublikasının cəmi iki il mövcud olmasına baxmayaraq, o, Azərbaycan xalqına azadlığı hiss etmək imkanı verdi. 70 il sonra – 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən qaytardı və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uzun illər öncə əsası qoyulmuş bərabərlik, tolerantlıq, demokratiya ənənələrini davam etdirir”. Bayram konsertində populyar duet “Bakı-Moskva” – Fərid Aloni və Sofi Liberman, şou balet qrupu, dicey İsak çıxış ediblər. Bir vaxtlar Flora Kərimovanın ifasında məşhur olan “Sənsiz günlər” mahnısını konsert iştirakçıları alqışlarla qarşılayıb. Yəhudi şair Şaul Siman Tav mahnının sözlərini ivrit dilinə tərcümə edib və əsər konsertdə ivrit dilində sələnib. Kanadanın Ontario əyalətində fəaliyyət göstərən Azəri-Türk Kanada Assosiasiyası 28 May - Respublika Günü ilə əlaqədar təntənəli tədbir təşkil edib. Azərbaycan himninin oxunması ilə başlayan tədbirdə soydaşımız Səbinə Əzizli çıxış edərək müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının tarixi haqqında qısa məlumat verib. ADR-in yaranmasına dair əhəmiyyətli faktlara toxunan Səbinə Əzizli cümhuriyyətin qısa müddət ərzində əldə etdiyi uğurlardan -parlamentin, hökumətin, ordunun, bayrağın, milli himnin və valyutanın yaranmasından, eyni zamanda ADR-in qurulmasına və inkişafına öz töhfəsini vermiş Məmməd Əmin Rəsulzadənin nailiyyətlərindən bəhs edib. Azərbaycanın Kanadadakı səfirliyinin birinci katibi Arif Məmmədov da tədbirdə iştirak edərək qonaqlara Azərbaycanın tarixinə dair məlumat verib. Tədbirdə iştirak edən London şəhərinin parlament nümayəndəsi, elm və texnologiyalar naziri Ed Holder Türk-Azəri Cəmiyyətini göstərdiyi aktivlik və Respublika Günü münasibətilə təbrik edib, Azərbaycanın güclü iradəsini, müstəqillik hissini yüksək qiymətləndirib. 28 May – Respublika Gününə həsr olunmuş tədbirdə London şəhər Parlamentinin üzvləri İren Mattisen, Susan Trupp, Debora Mattyu, Peggi Sattler, Horald Uşer iştirak edib. Qonaqlara Azərbaycana aid suvenirlər və Dağlıq Qarabağ haqqında kitabçalar təqdim edilib. Azəri-Türk Kanada Assosiasiyanın Prezidenti Kəmalə Şiriyeva hər bir azərbaycanlı üçün qürur mənbəyi olan Azərbaycan Demokratik Respublikasının yaranma gününü kanadalı dostlarla keçirməkdən qürur duyduğunu bildirib. O, Ontarioda digər icmalarla müqayisədə Azərbaycan, türk diasporunun az olmasına baxmayaraq, onların Kanadanın mədəniyyət, təhsil, iqtisadiyyat, xeyriyyə, qeyri-kommersiya və digər sahələrində yaxından iştirak etdiyini deyib. Sonda musiqi müəllimi olan Kristina Villat bütün qonaqları heyrətləndirərək Üzeyir Hacıbəyovun "Sənsiz" romansını ifa edib. Daha sonra Azərbaycanın milli rəqsləri ilə davam edən tədbiri Yusif Savalan ifa etdiyi “Ey, Vətən” mahnısı ilə yekunlaşdırıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 27 may.- S.15.