Azərbaycan diasporunun
Almaniyada məskunlaşma tarixi
İqtisadi potensialına, zəngin mədəniyyətinə,
yüksək həyat tərzinə və digər xüsusiyyətlərinə
görə Avropanın mərkəzi hesab
olunan Almaniya ilə Azərbaycanın
mədəni-iqtisadi ticari əlaqələrinin
tarixi çox qədimdir.Hələ
1473-cu ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin alman
imperatoru Fridrix Habsburqa göndərdiyi məktub iki dövlət arasında münasibətlərin
qədimliyinin bariz nümunəsidir.
Almaniyanın Azərbaycana marağı
artdıqca, almanların Bakı və digər rayonlara
mühacirəti başlayib. Artıq
1815-ci ildən başlayaraq, Azərbaycanda
almanlar məskunlaşmağa
başlayıblar. Forer qardaşlarına məxsus
şirkət şərab istehsalına, Siemens
qardaşlarına məxsus şirkət isə mis və qiymətli filizlər
axtarışına kapital qoyurdular.
Almanların Azərbaycan iqtisadiyyatı ilə yanaşı, ədəbiyyatı,
mədəniyyəti, incəsənətinə marağı olduqca böyük idi. Bunun nəticəsində Azərbaycana məxsus qədim
əlyazmalar, sənət əsərləri, zərgərlik məmulatları,
xalçalar, saxsı və mis qab-qacaq, qədim məişət
və ov alətləri Almaniyaya
aparılmış və bu gunə qədər
də geri qaytarılmayıb. 1844-cu ildə
Mirzə Şəfi Vazehin əsərlərinin
Almaniyada böyük maraqla qarşılanmasında Fridrix
Bodenştedtin xidmətləri böyükdür. Azərbaycana səfər
edən Bodenştedt 1851-ci ildə
"Mirzə Şəfinin nəğmələri" adlanan kitabı nəşr etdirir.
1881-ci il noyabrın 5-də isə Almaniyada Fridrix Vilhelm teatrında "Mirzə Şəfinin nəğmələri"
adlanan operetta səhnəyə
qoyulur. Emil Pol Korx və Luiz Rotun birgə işi olan operetta
burada böyük maraq doğurur. Mirzə
Şəfi poeziyası ilə paralel olaraq, Azərbaycan şifahi
və yazılı ədəbiyyatı da
Almaniyada təbliğ olunurdu.
1813-cu ildə Hote 12 fəsildən ibarət
"Qərb-Şərq" divanında dahi
şairimiz Nizami Gəncəviyə
"Oxu kitab" adlanan şeir həsr edir. Bundan əlavə, Reman Dits 1813-cü ildə
“Kitabi-Dədə Qorqud” da
atalar sözləri və məsəllər”
mövzusunda kitab çap edir. 1815-ci ildə
isə "Basatın Təpəgözü öldürməsi
boyu" alman dilində
oxuculara təqdim olunur.
Bu əlaqələr XX əsrin əvvəllərində
də intensiv şəkildə davam edir. Almaniyanın
Avropada qüdrətli dövlət
olması azərbaycanlıların bu
ölkəyə mühacirətinə əsas
yaradırdı. 1913-cu il dən etibarən
alman kitabxanalarında Azərbaycandan bəhs
edən muxtəlif səpkili kitablar mövcud idi ki, onların bəzilərini bura
köçən ziyalı azərbaycanlılar aparmışdı. Azərbaycan Demokratik
Respublikası qurulandan sonra
Azərbaycandan Almaniyaya Frayberq,
Dağ-Mədən Akademiyası, Münhen,
Dertştad, Leypsiq, Rena, Hamburq universitetlərində
təhsil almağa 50 nəfər tələbə
göndərilib və onların çox
hissəsi burada daimi qalaraq geri dönməyib.
Demokratik Respublikanın süqutundan
sonra azərbaycanlıların
çoxsaylı köçdükləri ölkələr
içərisində Almaniya üstünlük təşkil edirdi. Burada məskunlaşan
soydaşlarımız Azərbaycan istiqlalının bərpa
olunması istiqamətində fəal iş
apırırdılar. Almaniyada Azərbaycan
diasporunun formalaşması və burada yaşayan azərbaycanlıların
fəaliyyəti II dunya müharibəsi
illərində də davam edir.
Azərbaycan legionerlərinin müəyyən hissəsini
artıq Almaniyada çoxdan
məskunlaşan soydaşlarımız təşkil edirdi. Müharibədən sonra Almaniyada iqtisadi islahatların aparılması, ölkənin
dirçəlməsi yolunda görülən
işlər diasporların siyasi fəaliyyətini
bir qədər passivləşdirdi. 1980-ci
illərin əvvəllərindən yenidən Azərbaycan diasporu burada öz fəaliyyətini genişləndirməyə
başladı. Almaniyanın müxtəlif
şəhərlərində Azərbaycan mədəni təşkilatları
təsis olundu. 1989-cu ildə Almaniyanın
birləşməsi, Sovetlər Birliyinin
çökməsi və Azərbaycanın müstəqillik əldə
etməsi Almaniya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlaması ilə
nəticələndi. Buradakı azərbaycanlıların
fəaliyyətinə təsirini göstərdi. Təhsil
proqramı əsasında azərbaycanlı tələbələrin
Almaniyaya oxumağa
göndərilməsi, azərbaycanlı həkim, mühəndis,
inşaatçı, texnoloqlar və digər
peşə sahiblərinin bu ölkəyə
miqrasiyası müstəqillik illərinin əsas hadisələrindən
idi. Azərbaycanlıların hazırda da kütləvi köçdükləri
ölkələr içərisində Almaniya
üstünlük təşkil edir. Almaniya diasporumuzun Şimal,
Cənub və Türkiyə qanadları arasında ümumi fikir
ayrılığına baxmayaraq, bu üç qanad arasında birləşməyə doğru addım müstəqillik illərindən
sonra daha da canlandı. Ermənistan tərəfindən
müharibəyə sövq edilən Azərbaycan
torpaqlarının 20 faizinin işğalı,
20 Yanvar və Xocalı
soyqırımıları və xalqımızın
başına gətirilən digər faciələr
Almaniyadakı azərbaycanlılar tərəfindən biganə
qarşılanmırdı. Onlar Vətənə,
qaçqınlara yardım məqsədilə bir
sıra tədbirlər həyata keçirir.
Azərbaycan mədəniyyətinin Almaniyada
Azərbaycan diasporu tərəfindən təbliğ
olunması işi də sürətləndi.
Türk,
ərəb, latın və kiril əlifbaları
ilə Azərbaycanın tarixi ədəbiyyatına,
folkloruna, mədəniyyətinə aid kitabın çapı daha
da artmaqla, qəzet və
jurnalların sayı nəzərə çarpacaq
dərəcədə çoxaldı. Almaniyada
soydaşlarımız Azərbaycanla bağlı
çoxsaylı kitablar nəşr edirlər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 27 may.- S.15.