Azərbaycan diasporunun

Amerikada formalaşma tarixi

 

Azərbaycanlıların Amerikaya mühacirəti barədə dəqiq tarixi məlumat yoxdur. Bəzi mənbələrdə XVII əsrdə Rusiyadan, Osmanlı Türkiyəsindən və Azərbaycandan mühacirlərin getməsi barədə fikir söylənir, lakin bu fikirlər rəsmən təsdiqlənmir. Bu səbəblə Birləşmiş Ştatlara azərbaycanlıların mühacirət tarixi XIX əsrin sonu, XX əsrin əvvəlindən götürülür. Buraya miqrasiya etmiş həmvətənlərimiz azərbaycanlı kimi qeydiyyata məhz həmin tarixdən düşməyə başlayıblar. Amerikya köçən ilk soydaşlarımız əsasən tacirlər və ziyalı təbəqəsi idi. Şərti olaraq, Birləşmiş Ştatlara Azərbaycan muhacirətini 4 dövrə bölmək olar:

Birinci, XIX əsrin sonu - XX əsrin 20-ci illəri-Bu dövrdə Azərbaycandan Amerikaya köçən mühacirlərin tərkibi yəhudilər, ermənilər və Azərbacan türklərindən ibarət idi.

İkinci, 1920-1940-cı illər. Bu illərdə Birləşmiş Ştatlara axını güclənən azərbaycanlıların burada məskunlaşma səbəbi siyasi mühacirət idi. 1920-ci ildə bolşeviklərin Azərbaycan Demokratik Respublikasını süquta uğratmasından sonra AvropaAsiya ölkələri ilə yanaşı, Amerikayada köçən azərbaycanlıların siyasi fəaliyyəti bir qədər artmışdı. Lakin onların buradasosial bazası, nə də formalaşmış icması yox idi. Azərbaycanlılar pərakəndə halda bir neçə ştatda məskunlaşırdılar. Zamanla Azərbaycan icması formalaşmağa başladı ki, bunun təşkilatçısı da ziyalı təbəqəsi idi.

Üçüncü, 1945-ci ildən 1990-cı illərə qədər olan dövr. Bu illər arası Amerikaya köçən azərbaycanlıların əksər hissəsini II Dünya müharibəsində əsir düşmüş azərbaycanlı əsgərlər və Cənubi Azərbaycandan miqrasiya edən soydaşlarımız təşkil edirdi. II dünya müharibəsindən sonra Birləşmiş Ştatlarda Azərbaycan diasporunun təşkilatlanma işi güclənməklə, siyasi fəallıq dövrü başlandı. Türkiyədən, Cənubdan və Şimaldan köçən azərbaycanlılar pərakəndə halda olsalar da, siyasi fəaliyyətə maraq göstərirdilər. İlk dəfə olaraq, 1947-ci ildə Türkiyədən ABŞ-a köçən soydaşlarımızın “Azərbaycan” cəmiyyətini yaratması mühum tarixi hadisə idi. Saleh bəy Şeyxzamanovun rəhbərliyi ilə fəaliyyətə başlayan “Azərbaycan” cəmiyyəti Nyu-York şəhərində yerləşirdi. “Zəbt olunmuş millətlər” adlı keçmiş milli respublikaların təşkilatlarının birləşdiyi birliyin üzvu olan “Azərbaycan” cəmiyyəti Amerika hökumətinin yardımı ilə fəaliyyət göstərirdi.  1940-cı il də yaradılan “Amerika Komitəsi” azərbaycanlıların da hüquqlarını qoruyurdu. Soydaşlarımız öz haqq səslərini dünya birliyinə çatdırmaqla yanaşı, sovetlərdə işğal altında olan Azərbaycanın müstəqilliyinin bərpası istiqamətində işlərini fəallaşdırdılar. İlk dəfə olaraq, 1954-cu ildə Azərbaycan mühacirətinin tanınmış nümayəndəsi Zahid xan Xoyski 1984-cu ildə Amerikanın ali qanunverici orqanında cıxış etdi. Zahid xan Xoyski Konqresə Sovetlər Birliyinə daxil olan respublikalar haqqında məsələnin müzakirəsi ilə əlaqədar Azərbaycan təmsilçisi kimi dəvət olunmuşdu. Zahid xan Azərbaycan müstəqilliyinin bərpası barədə cıxış etmiş və vətənimiz barədə ətraflı məlumat vermişdi. 1942-ci ildə açılan “Amerikanın səsi” radiostansiyası vasitəsilə Azərbaycan və azərbaycanlılar barədə informasiyalar verilir, milli kimliyimizin, musiqimizin, ədəbiyyatımızın, dilimizin, mətbəximizin və digər ənənələrimizin qorunub saxlanılması və təbliğinə xidmət edən proqramlar fəaliyyət gostərirdi.  Avropada yaşayan soydaşlarımızın bir qismnin 1990-cı ilə qədər olan dövr ərzində Birləşmiş Ştatlara köçməsi diasporumuzun daha da güclənməsinə və say tərkibinin genişlənməsinə səbəb oldu. Bu miqrasiyanın məntiqi nəticəsi olaraq, Azərbaycan diaspor təşkilatlarının da sayı artırdı. İlk zamanlar yaşlı nəsil bir-birilərilə müxtəlif klub və cəmiyyətlər vasitəsilə əlaqə qururdusa, zaman öz işini görürdu. İnsanlar yaşa dolduqca əlaqələr zəifləyirdi.  Amerikanın ali məktəblərində hüquq, iqtisadiyyat, texniki elmlər üzrə ixtisaslaşıb öz sahələri üzrə məşhurlaşan soydaşlarımızda az olmayıb və onların çoxu bugun də ABŞ da yaşayır. Amerikanın neft, texnika, iqtisadiyyat, kosmik tədqiqatlar, hüquq sahələrində nüfuz əldə edən soydaşlarımız haqqında danışarkən NASA-da tanınmış mütəxəssis Cavad Herti, dünya şöhrətli alim Əli Əsgər Lütfizadə, qazla lazerini kəşf edərək 1993-cu ildə Albert Eynşteyn mükafatına layiq görülən Əli Cavan, neft sənayesi üzrə məşhur alim Bican Fəzullahi, neft biznesmenineft sənayesi üzrə mütəxəssis Firudin Əminzadə və digər şəxslərin adlarını çəkmək mümkündür.

Dördüncü, 1990-cı illərdən sonrakı dövr. Azərbaycan Respublikası 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlıların Qərb ölkələrinə, xüsusən ABŞ-a miqrasiyası başlandı. Bu prosesin iştirakçıları ziyalılar, elm və mədəniyyət xadimləri, eyni zamanda, tapmaq ümidilə ABŞ-a üz tutanlar idi. Azərbaycanlıların miqrasiyası Birləşmiş Ştatlardakı diasporun fəaliyyətinə də öz təsirini göstərdi. Diasporumuz ilk növbədə Bakıda 1990-cı ildə ruslar tərəfindən həyata keçirilən Qanlı Yanvar hadisəsinə etiraz səslərini ucaltdı. Bunun ardınca, 1997-ci ildə qəbul edilən ədalətsiz “907-ci” düzəlişə qarşı Amerika azərbaycanlılarının çıxışı başlandı. Dağlıq Qarabağ ətrafında Ermənistanın təcavuzkarlıq siyasəti və BMT-nin 1992-ci ildə qəbul etdiyi qətnamələrə əməl edilməməsi və 1992-ci il 26 fevral əsrin faciəsi Xocalı soyqırımının baş verməsi Amerikada Azərbaycan diasporu tərəfindən ciddi etirazla qarşılandı.

Bu gün azərbaycanlılar kompakt halda Nyu-York, Los-Anceles, Batton-Ruc, Miciqan,Nyu-Cersi, Vaşinqton və digər şəhərlərdə məskunlaşıblar. Azərbaycanlılar ən çox biznes və xidmət sferalarında fəaldırlar.  Amerikada özlərini Azərbaycan diasporunun nümayəndələri hesab edən bakılı yəhudilərin fəaliyyəti də diqqətə layiqdir. Azərbaycan naminə gördüyü işləri müsbət qiymətləndirən Azərbaycan yəhudiləri, "Evreyskiy mir", "Vecnıy Nyu-York", "Russkaya reklama", "Newstay", "New Worker" mətbuat orqanlarında Azərbaycanı dəstəkləyirlər. Bu gun Los-Ancels, Pitt Kalambus,Vest-Delfiya şəhərlərində formalaşmış "Tehranseles", "Bakı-Kalam bus", "Təbriz fiya" məhəllələrində xeyli sayda azərbaycanlı yaşayır. Pitt Kambusda ingilisispan dillərilə yanaşı, Azərbaycan dilində də reklamelanlara  rast gəlmək olar. 2001-ci ildə azərbaycanlı Mehmet Azəri Vest-Delfiyada mer vəzifəsinə seçilib. San-Fransisko, Los-Anceles, Vaşinqtonda Azərbaycan dilini radio dalğalarda eşitmək olar. Artıq okeanın o tayındakı azərbaycanlıların türklərin yaxınlaşması prosesi sürətlənməkdədir türk dilli mediada Azərbaycan müəlliflərinin yazıları çıxışlarına çox yer verilir.

ABŞ-da Turkiyə Azərbaycana qarşı erməni, yunan diasporlarının fəaliyyətinə layiqli cavablar verilməsi faktı ilə qarşılaşmaq olar. Uydurma "Erməni soyqırımı", “907-ci düzəliş”, Kipr, "kürd" məsələləri gündəmə gələndə, Azərbaycan diasporu da türk diasporu ilə yanaşı müraciətlər qəbul edir, etiraz səslərini ucaldırdı. Azərbaycanı təbliğ edən sərgilər, konfranslar digər tədbirlər Birləşmiş Ştatlarda son zamanlar daha çox keçirilməkdədir. ABŞ-da populyar qəzetlərin səhifələrində Azərbaycan Azərbaycan diasporu barədə müsbət yazılara rast gəlmək olar. Amerika azərbaycanlıları ABŞ hökumətinə "907-ci düzəliş", Dağlıq Qarabağ problemi, Cənubi Azərbaycanda insan hüquqları s. mövzularla bağlı bəyanatlar göndərirlər. Amerika ali məktəblərində, diaspor təşkilatlarında Vətənlə əlaqələr qurulması istiqamətində canlanma hiss olunur. 20 Yanvar, Xocalı soyqırımı kimi faciəli günlərimizi anma tədbirləri ilə yanaşı, Novruz bayramı, 28 may İstiqlal Gunu, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günu digər milli bayramlarımız böyük təntənəli halda keçirilir.

2001-ci il 11 sentyabr hadisələri zamanı azərbaycanlıların amerikalılar ilə birgə olması diasporumuzun mövqeyini gücləndirirdi. Bu proses indinin özundə davam edir konqresmenlər arasında Azərbaycanpərəst şəxslərin sayı artmağa başlayır. Artıq Amerika siyasi rəsmi dairələrin Azərbaycan diaspornun dəstəklənməsi muşahidə olunur. Azərbaycanın haqlı olması barədə müsbət cıxışlar edilir, fikirlər səslənir.  Amerikaya hər səfərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycanlılarla tez-tez göruşməsi birləşmə həmrəyliyə təkan verirdi. Bu cür görüşlər zamanı ümummilli lider Dağlıq Qarabağ məsələsini önə çəkərək azərbaycanlıların bu istiqamətdə işlərini qüvvələrini səfərbər etmələrini tövsiyə etmişdir.

Bu gün dövlət səviyyəsində diaspora dəstək artdıqca, Amerikadakı Azərbaycan diasporunun fəaliyyəti güclənir. Birləşmiş Ştatlarda yaşayan soydaşlarımız kütləvi informasiya vasitələri ilə əlaqə diasporun təşkilatlanması sahəsində bir sıra uğurlar əldə edib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 28-29 may.- S.15.