Cümhuriyyətdən
başlanmış müstəqillik
1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də, sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən başqa yol yox idi. Amma bu müstəqilliyi qoruyub saxlamaq, o müstəqilliyi əldə etməkdən qat-qat çətin idi.
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri
Çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan xalqı, 28 may Respublika Gününü hər il dövlət bayramı kimi qeyd edir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 96 il keçir.
1918-ci il
mayın 28-də Azərbaycan Milli
Şurasının qərarı ilə İstiqlal
Bəyannaməsi qəbul edilmiş və
bütün dünya
dövlətlərinə Azərbaycan Xalq
Cümhuriyyətinin yaradıldığı elan
edilmişdir. Həmin gündən
respublikanın dünya dövlətləri
tərəfindən tanıdılmasına böyük
səy göstərilmişdir. Belə ki,
demokratik dövlət quruculuğu,
iqtisadiyyat, təhsil, ordu,
mədəniyyət və beynəlxalq əməkdaşlıq
sahəsində uğurlu nailiyyətlər
əldə edilmişdir. 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin
yaradılması ilə vahid, sistemləşdirilmiş
ordunun əsası qoyuldu.
Xalq Cümhuriyyətinin yaşaması üçün ilk
öncə milli ordunun
olması vacib idi. Azərbaycan həm bolşeviklərə, həm erməni-daşnaklara,
həm də denikinçilərə qarşı mübarizə
aparırdı. Bu mübarizəni uğurlu davam etdirmək üçün 1919-cu il
martın 28-də Hərbi Nazirliyin Baş Qərargahının nəzdində kəşfiyyat
və əks-kəşfiyyat bölməsi
yaradılmışdır.
Azərbaycan
Xalq Cümhuriyyəti ölkədəki hərbi vəziyyəti
nəzarətdə saxlamaq, düşmənin
mümkün təxribat-pozuculuq fəaliyyətinin
qarşısını almaq məqsədilə
1919-cu il iyunun 11-də
Azərbaycanın bütün ərazisində
hərbi vəziyyət elan etdi və Əksinqilab ilə Mübarizə Təşkilatının
yaradılması barədə qərar qəbul olundu. Bu qurum
indiki milli təhlükəsizlik
orqanlarının sələfi kimi üzərinə
düşən bütün vəzifələrinin
öhdəsindən layiqincə və müvəffəqiyyətlə
gəlməyə çalışırdı.
Müsəlman Şərqinə
ilk dəfə Cümhuriyyət məfhumunu
və məfkurəsini Azərbaycan xalqı gətirdi. Lakin cümhuriyyətin 1920-ci ildə süqut etməsi ilə ilk
xüsusi xidmət orqanlarının da fəaliyyətinə son
qoyuldu. Xalq
Cümhuriyyətinin zaman baxımından çox az fəaliyyət
göstərməsinə baxmayaraq,
xalqın qəlbində azadlıq hisləri dərin izlər
buraxdı.
Sovet hakimiyyəti qurulduğu
ilk günlərdən sonra
bolşevik rejimi milli ruhlu şəxsiyyətlərin,
elm xadimlərinin «soyqırımı» üçün əlindən gələni əsirgəmirdi.
Lakin XX əsrin 20-30-cu illərindən başlayaraq 50-ci illərə qədər davam edən təzyiqlər, təqiblər,
sürgünlər, edamlar milli
azadlıq təfəkkürünü boğa
bilmədi. Sovetlər rejimi Azərbaycanda milli ruhlu ziyaliları, fikir sahiblərinin olmasını istəmir, cəmiyyəti
tamamilə yad ideologiyanın təsiri
altına salmağa
çalışırdı.
XX əsrin 50-cı
illərindən başlayaraq Azərbaycan özünün tarixi-siyasi
inkişafında yeni mərhələyə
qədəm qoydu. Təbii ki,
bu tərəqqi ümummilli
lider Heydər
Əliyevin adı ilə sıx bağlı idi.
Həmin dövrdən etibarən ulu öndərin dövlət təhlükəsizlik
orqanlarında uğurlu yüksəlişi,
sədri təyin edilməsi və nəhayət 1969-cu ildə
Azərbaycanın rəhbəri seçilməsi milli ideologiyanın, ana dilinin yenidən bərpası, milli
azadlıq təfəkkürünün
qayıdışı üçün əsaslı
zəmin yaratdı. Dahi şəxsiyyət
Heydər Əliyevin uzaqgörənliyi, fenomenal
idarəçilik və təşkilatçılıq
qabiliyyəti sayəsində keçmiş
sovet respublikaları arasında geridə
qalmış Azərbaycan qısa müddət ərzində bütün həyati əhəmiyyətli
istiqamətlərdə böyük sıçrayışla keçmiş SSSR-nin ən
inkişaf etmiş
ölkələrindən birinə çevrildi.
Bu eyni zamanda,
xalqın milli-mənəvi dəyərlərinin
qorunmasında, tarixinin, dilinin,
təhsilinin, mədəniyyətinin və digər sahələrin
yüksəlişində özünü
büruzə verdi.
Fenomenal şəxsiyyət – Heydər Əliyevin dövlətçilik
siyasəti nəticəsində təhlükəsizlik
orqanlarının milliləşdirilməsi, bu
strukturlar üçün
kadrların seçilib püxtələşdirilərək,
mühüm fəaliyyət sahələrinə
rəhbər vəzifələrə təyin olunması ilə
gələcək müstəqil
dövlətin milli təhlükəsizlik
strukturu üçün
potensial yaradılmışdır.
Nəhayət, 70 illik fasilədən sonra
Azərbaycan özünün dövlət
müstəqilliyini bərpa etdi. Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində
yeni müstəqil Azərbaycan
Respublikası yaradıldı və 1991-ci il
oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqillik
Aktı qəbul olundu.
Lakin bundan sonra respublikada hərc-mərclik,
özbaşınalıq, xaos
başlandı və o zamankı ölkə
rəhbərliyinin səriştəsizliyi ölkəni real parçalanma təhlükəsi
qarşısında qoydu. Bir tərəfdən, Ermənistanın
yeritdiyi işğalçılıq,
dövlət terroru və təcavüzakar
separatçılıq siyasəti və bunun
nəticəsində bir milyondan
artıq
soydaşımızın öz dədə-baba
yurdundan qovularaq
qaçqın və məcburi köçkün
vəziyyətinə düşməsi, digər
tərəfdən vətəndaş müharibəsi faciəsinin
astanasında dayanmış Azərbaycanda bu
cür mürəkkəb və
çıxılmaz vəziyyətdə xalqın təkidli və
israrlı tələbi ilə dahi şəxsiyyət
Heydər Əliyevin respublika rəhbərliyinə
gəlişi oldu. Xalqın Heydər
Əliyevi seçməsinin əsası vardı. XX əsr Azərbaycan
tarixi əslində Heydər Əliyev tərəfindən
yazılmış tarixidir. Etnik varlığımızı qoruyub saxlayan milli ideologiya və milli təhlükəsizliyimizin də
memarı Heydər Əliyevdir. Heydər Əliyev deyirdi: “Mən həyatım, bütün
fəaliyyətin dövründə ancaq xalq üçün, insanlar üçün
düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün
yaşamışam”.
Xalqın
lideri tez bir zamanda atəşkəsə
nail oldu,
başıpozuq quldur dəstələrinin
qanunsuz əməllərinə son qoydu, respublikanın təbii
sərvətlərinin dağıdılmasının
qarşısını aldı, nizami ordu, demokratik, hüquqi, sivil və
dünyəvi dövlət quruculuğuna,
iqtisadi və siyasi islahatlara
başladı. Atəşkəs imzalandıqdan, ictimai-siyasi sabitlik bərqərar
olduqdan sonra ümummilli lider Heydər
Əliyev tərəfindən strateji neft-qaz və nəqliyyat müqavilələrin
imzalanması ilə Azərbaycanın beynəlxalq aləmdə
geo-strateji əhəmiyyəti daha da yüksəldi. Respublika Qərb-Şərq və Şimal-Cənub
arasında tranzit ölkə kimi diqqəti daha çox cəlb etməyə başladı.
Bu təməllər əsasında
qazanılan uğurlar bu
gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən inamla və məqsədyönlü
şəkildə davam etdirilir.
Ulu
öndərin başladığı milli
dövlət quruculuğu prosesinin
Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan
hazırda regionun lider
ölkəsinə çevrilib. İqtisadi, sosial, mədəni
və sair sahələrdə aparılan islahatlar beynəlxalq səviyyədə
yüksək qiymətləndirilir. Azərbaycan bu gün dünya
dövlətləri ilə qarşılıqlı
faydalı əməkdaşlıq əlaqələri qurur.
“Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına əsasən, rəqabət
qabiliyyəti səviyyəsinə görə Azərbyacan
39-cu, MDB-də 1-ci olmuş, ölkəmiz
ilk dəfə dünyanın “yuxarı orta gəlirli” və “yüksək insan inkişaflı” ölkələr qrupuna daxil olmuşdur. Nüfuzlu reytinq agentliklərinin hamısı Azərbaycana
investisiya kredit reytinqi vermiş və Azərbaycan
Qafqaz ölkələri arasında investisiya reytinqinə malik
yeganə ölkə olmuşdur.
Bu yönümdə əsas qarant olan sabitlik
və təhlükəsizliyin etibarlı qorunmasında milli təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır. Azərbaycan
Respublikasında milli təhlükəsizlik
təminatı prosesi məqsədyönlü
və dönməz xarakter
daşıyır. Azərbaycan regional və
beynəlxalq təhlükəsizlik sisteminin
qurulmasında, beynəlxalq terrorizmə qarşı
mübarizədə fəal iştirak edir. Dövlətimiz və müstəqilliyimiz
möhkəmlənir, Azərbaycan qüdrətlənir.
Tural QULİYEV
Olaylar.-
2014.- 28-29 may.- S.10.