Rusiyada Azərbaycan
diasporunun formalaşma tarixi
Azərbaycan diasporunun ən
geniş və intensiv
fəaliyyət göstərdiyi ölkələr içərisində
Rusiya Federasiyasi
xüsusilə diqqəti cəlb edir.
Hazırda qeyri-rəsmi statistikaya görə,
Rusiyada 2,5 milyona
yaxın soydaşımız yaşayır ki,
onlar Federasiyanın 89 subyektinin
hamısında məskunlaşıblar. Rusiya
ilə Azərbaycanın tarixi əlaqələri
X əsrdən etibarən inkişaf etməyə
başlayıb. Zamanla Rusiyanın güclənməsi
səbəbilə imperiya maraqlarına Azərbaycan
da daxil edildi.
Xususilə,
Azərbaycan uğrunda Rusiya-Turkiyə-İran
qarşıdurması qanlı nəticələr vermiş və
bundan yerli əhali əziyyət cəkmişdi. Rusiya dövlətinin qüdrətli inkişaf dövrü keçdiyi zaman başqa yerlərdə olduğu
kimi, Azərbaycanda da bu dövlətə köçənlər
arasında ticarət və elm xadimləri
var idi. Tədqiqatçıların
araşdırmalarına görə, Böyük
Moskva knyazı III Vasili,
İvan Qroznı və I Pyotrın
çarlığı dövründə Rusiyaya
köçən azərbaycanlı sənətkarlar, tacirlər,
elm xadimləri Moskva, Sankt-Peterburq, Moskva ətrafı
ərazilərdə məskunlaşırdılar. Azərbaycanlılar
içərisində Rusiya dövlət
idarələrində çalışanlar barəsində
arxivlərdə məlumata rast gəlmək
olar. Rusiya Xarici İşlər Nazirliyində
tərcüməçi işləmiş Nəsirov və
Mirzə əbu Turab Vəzirov XVIII əsr
Azərbaycan diasporunun tanınan nümayəndələri
olublar. 1828-ci il
“Türkmənçay” müqaviləsinə qədər Rusiyaya təhsil almaq məqsədilə
gedib burada daimi yaşayan
soydaşlarımızdan Mirzə Abdulla Vəzirov, Mirzə Cəfər Topçubaşov, Abbasqulu
ağa Bakıxanov kimi
tanınmış şəxslərin adlarını çəkmək
olar. 1813-1828-ci illər imzalanan
“Gülüstan” və “Türkmənçay”
sülh müqavilələri Azərbaycanı
bir dövlət, azərbaycanlıları
bir millət kimi iki hissəyə parçaladı. Rusiya tabeçiliyində qalan
Şimali Azərbaycanın vətəndaşları
Rusiya təbəəsi olurdular.
1828-1991-ci illər arası Rusiyaya
axını güclənən mühacirət prosesini
təqribi olaraq aşağıdakı
dövrlərə bölmək olar:
Birinci, 1828-1918-ci illər–əsasən elm, sənət və digər işlərlə
məşğul olan Azərbaycan
mühacirləri Rusiya ərazisində say etibarı ilə seçilən icmalarını
yarada biliblər. Bu
illər ərzində bir çox
tanınmış azərbaycanlılar imperiyanın
sayılıb-seçilən insanlarından olmaqla,
Rusiyanın elminə və iqtisadiyyatına öz
töhfələrini vermişlər. Rusiya elmində, hərbində
və iqtisadiyyatında danılmaz rolu olan azərbaycanlılardan Əliağa
Şıxlinski, Mirzə Məhəmmədəli, Hacı
Kazım, Mirzə Kazım bəy, Ağababa
Sadıqov, İbrahim ağa
Usubov və yüzlərlə digər
insanın adını çəkmək olar.
İkinci, 1922-1960-cı illər – Azərbaycan Demokratik Respublikasının süqutundan
sonra bolşevik siyasi ideologiyasının tərəfdarı olan bəzi azərbaycanlılar Rusiyaya köçməyə
başlamışlar. Əsasən II dünya
müharibəsi illərində və müharibədən
sonrakı dövrdə rus qadınları
ilə ailə qurub burada yaşayan soydaşlarımız Azərbaycan mühacirətinin
ikinci dalğasının nümayəndələridir.
1932-ci il repressiyaları zamanı Sibir, Mərkəzi və Orta
Asiya, Rusiyanın ucqar
əyalətlərinə sürgün
edilən azərbaycanlılardan sağ qalanlar bu ərazilərdə
yaşamağa məcbur olmuş
və çox cuzi
hissə vətənə qayıda bilmişdi.
Üçüncü, 1960-80-ci illər – Bu
dövrün mühacirəti sosial və iqtisadi səbəblərlə
bağlıdır. İlk olaraq
Rusiyanın əyalətlərində böyük
tikililər – Sibirdə Baykal-Amur
magistralı, Volqa boyunda,
Tumendə yeni neft
yataqlarının istismarı, yeni şəhərlər
salınması səbəbilə minlərlə azərbaycanlı
bura köçmüş və ya
köçürülmüşdu. Bu mühacirət prosesinə muvafiq
olaraq II Bakı, III Bakı, IV Bakı kimi anlayışlar yarandı. 1970-ci ildən
isə Rusiyaya təhsil almağa
gedib geri qayıtmayan
azərbaycanlılar da çoxluq
təşkil edirlər. Moskva, Leninqrad və digər iri
şəhərlərə oxumağa gedən
azərbaycanlılar təhsil muddəti bitdikdən sonra oz ixtisasları
üzrə işləyərək Azərbaycan
icmasının ziyalı təbəqəsini təşkil
ediblər. Bu barədə Azərbaycan
xalqının umummilli lideri
2002-ci ilin 9 iyununda Rusiyaya işgüzar səfəri
zamanı etdiyi nitqdə xüsusi
olaraq qeyd etmişdi: “Mən o vaxt SSRİ-dən böyük
çətinliklərlə ilbəil kvota
alırdım. Birinci il
100 yer verdilər ki, onlar imtahansız qəbul ediləcəklər.
Yəni, imtahanı Azərbaycanda verəcəklər,
gəlib Moskvada imtahan
verməyəcəklər. İkinci il 200, sonra 300, daha sonra bu
rəqəm 800-ə qalxdı. Axır vaxtlar
biz ildə 800 gənc gondərirdik. Əgər
burada onlardan varsa, ola bilər, xatirələrindədir.
Lenin
sarayında, indi Respublika
sarayı adlanır, hər il onlarla görüş keçirirdik. 17-18 yaşlı 2500 gənci avqust ayında biz Respublika Sarayına yığırdıq,
hamısına ağ köynəklər, qalstuk geyindirirdik, hərəsinə
yol pulu, bir aylıq təqaüd verirdik.
Mən də harada olsam da, avqust
ayının ya 29-u, ya
da 30-u gərək mütləq Bakıda
olardım. Çünki mən özüm onlarla
görüşməli idim. İnanın,
mən hər bir gəncə öz övladım kimi
baxırdım. Mənim arxivimdə çox
şeylər var. Bir çox şeyləri də mən Moskvaya köçəndə Bakıda qoyub getdim. Sonra biri
Azərbaycana gəlmiş, mənim arxivimin
Bakıda qalan hissəsini
yandırmışdı. Əvvəl kranı açıb otaqlara su tökmüşdü,
arxivdəkilər xarab olandan
sonra çıxarıb
yandırmışdı. Amma o şeyləri ki, mən Moskvaya aparmışdım, indi
də qalır. Hər il 800 adam ki, SSRİ-nin
bütün ali məktəblərinə
müsabiqədən kənar qəbul olunurdu,
onların siyahısı mənim arxivimdədir. Nə üçün? Çünki
bilirsinizmi, bu, mənim
əsərimdir. Bunlar mənim
övladlarımdır. İndi kim bunu qiymətləndirirsə,
qoy qiymətləndirsin, kim
unudursa, qoy unutsun. İnsanın doğma
övladlarının da bəziləri,
görürsən, sonra atasını unudur. Amma mən bunların
hamısına övladlarım kimi
baxmışam. Sözü nəyə gətirirəm?
Biz hətta bu cür edirdik. Amma indi, əgər müəyyən
miqrsaiya gedirsə, azərbaycanlılar gəlib
Rusiyada yerləşiblərsə, bunun nəyi pisdir? İndi Rusiyada bizim iki milyonluq
diasporumuz var”.
Dördüncü, 1991-ci ildən bu
günə qədər davam edən
mühacirət prosesi əsasən iqtisadi səbəblərlə əlaqəlidir.
Bu tarixdən
başlanan mühacirət prosesi
barədə tədqiqatlarda qeyd edilir ki, bu
şəxslər Rusiyanın müxtəlif şəhər və
rayonlarında məskunlaşdıqdan sonra
diaspor formalaşdırılması zərurəti
meydanan çıxmışdı.
Hazırda sayı 2-2,5 milyona çatan Rusiya azərbaycanlılarının
əksəriyyətini 1991-ci ildən sonra
kütləvi şəkildə bu əraziyə
köçənlər təşkil edirlər. Göründüyü kimi,
Rusiyada Azərbaycan diasporunun
formalaşması bir neçə mərhələdən
keçib. Azərbaycan Respublikası
müstəqillik əldə etdikdən sonra
buradakı soydaşlarımızın diaspor
formalaşdırması prosesi xususi intensivliklə başlamış və
hazırda davam etməkdədir. Rusiyada azərbaycanlıları
ətrafında birləşdirməyə çalışan
13 mərkəz fəaliyyət göstərsə də, bunlardan ikisi - Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiya Azərbaycanlılarının
Federal Milli Mədəni
Muxtariyyəti FNKA-AZERROS ətrafında Azərbaycan cəmiyyətləri
və təşkilatları toplaşıb və Rusiyanın bir çox bölgəsində
özəkləri var. Rusiyada
Azərbaycan diaspor təşkilatları
89 obyektin hamısında fəaliyyət
göstərir. Rusiyada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları
və cəmiyyətlərini ətrafında birləşdirən
iri qurumlar fəal
işlə məşğul olur. Belə qurumlardan böyüyü
və geniş imkanlara
malik olanı Ümumrusiya
Azərbaycanlıları Konqresidir. UAK
2001-ci il martın 5-də Moskva
şəhərində təsis olunub. Azərbaycan
və Rusiya rəsmi dövlət
strukturları tərəfindən tanınan konqresin
Rusiyanın 60-dan çox şəhərində
strukturu formalaşıb. Rusiyanın demək
olar ki, bütün iri şəhərlərində
fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri
konqresin üzvləridir. 2001-ci il 4 oktyabrın da
UAK-ın birinci qurultayı keçirildi. UAK-ın məqsəd
və vəzifələrinə Azərbaycan
Respublikasının vətəndaşı olub,
Rusiya Federasiyasında yaşayan
azərbaycanlıların vətəndaş
hüquqlarının müdafiəsi, sosial-mədəni inkişafa yardım etməklə
reallaşdırmaq, Rusiya
Federasiyasındakı azərbaycanlıların milli əlaqələrini, kimliyini və dinini, mədəni
irsini qoruyub saxlamaq və inkişaf etdirmək,
Rusiya və Azərbaycan xalqları
arasında dostluq munasibətlərini inkişaf etdirmək, milli-mədəni tədbirlərin
reallaşdırılmasında iştirak,
mədəni və milli əlaqələrin
üuxtəlif formalarda (mədəniyyət
mərkəzləri, icmalar,
tarixi abidələrin və məzarların
qorunması, milli təhsilin
inkişafı) inkişaf etməsinə dəstək
vermək daxildir. Hazırda konqres "Azerbaydjanskiy konqress" qəzetini nəşr edir. www.azcongress.ru internet saytını yaradıb. UAK-ın təşəbbüsü
ilə Tumen yerli
televiziyasında Azərbaycan dilində verilişlər
yayımlanır. 2009-cu il aprelin
18-də Moskvada Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının (RAGT) təsis
konfransı keçirilib. Konfransda
Rusiyanın 60-dan çox regionunda
fəaliyyət göstərən 83 Azərbaycan gənclər
klubu və təşəbbüs qrupundan 300-dək nümayəndə, habelə
Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri
iştirak ediblər. Toplantıda
gənclərimizin qarşısında duran
vəzifələr, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması zərurəti, gənclərin diaspor quruculuğu
işində daha fəal
iştirakının vacibliyi ilə
bağlı fikir mübadiləsi
aparılıb. Toplantının yekununda
təşkilatın nizamnaməsi səsə qoyularaq
qəbul edilmiş, rəhbər orqanlara seçkilər keçirilib.
Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin rəhbəri Leyla
Əliyeva yekdilliklə Rusiyanın azərbaycanlı Gənclər
Təşkilatının sədri seçilib.
Rusiyanın azərbaycanlı Gənclər Təşkilatı
Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
fəal təbliğat işi qurmağa nail olmuşdur. Leyla xanım Əliyevanın təşəbbüsü
ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq
təbliğat kampaniyası çərçivəsində
dünyanın bir sıra ölkələrində
Xocalı soyqırımı ilə bağlı tədbirlər
təşkil olunmuş, bu
soyqırımı aktının nəticələri barədə
məlumatlar verilmiş, filmlər nümayiş olunub.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 30 may.- S.15.