Mayakovskinin intiharı:
Ölüm manqasında dinozavrlıq
Əskikliklərinin ətrafına tikanlı
şəbəkə hörən, kitab oxuculuğuna hər şeydən çox əhəmiyyət verən kütləyə
tilt olmamaq mümkün deyil. Lakin kütlənin oxuma vərdişi
üçün onun
problemlərini özündə əks etdirən əsərlər
yazılmalıdır, həmin əskikliklərlə
mübarizə aparan yazıçı ideal sayılacaq inqlabçı obrazları
yaratmalıdır.
Ədəbiyyatın bu günki ən
böyük talesizliyi oxuculara mübariz obrazlar təqdim etməməsidir.
Sinfi mübarizə yoxdur.
Fikirlərdə zəlzələ yaratmağı bacarmır. İnqilabiliyi də yoxdur.
Məsələ belədir: köhnə evin
təzə kitabxanası maraqlı deyil, yeni evin köhnə
kitabxanası isə zəlzələnin episentridir.
Yəni ki, “əvvəllər
düzgün-əməlli yazanlar
vardı, indi isə yox”
tezisi cəmiyyət arasında məşhurdur.
Hər şeyi ən xırda
detallarına qədər təfərrüatını verən
əsərlər yazılmalıdır. Kitablar
beyinlərə güllə çaxılmalıdır. Səssizcə
üsyan etməlidir. Şablonlar,
tanınmış etiketlərin bayağı düşüncələri
isə sadəcə beyin
yatızdırmağa bəs edir. Çoxdan tərk edilmiş
nəzəriyyələrin zibilliyindən söz
yaradanlar ucuz kənd
romanlarını at kimi
minib çapırlar. İctimai
mənanın yükləndiyi, estetik dəyərlər
kateqoriyasına aid olan
çox az ədəbi
nümunələr yazılır. Ədəbiyyatın
bayağılıq girdabında boğulmasına səbəb ona az insafla
yanaşılmasındadır. Əksər yazarlar
sabahın dünyasını yaratmırlar. Bu
günün gələcəyi də
deyillər. Hər yazılan kitab kiçik burjua
dünyası olmalıdır. İctimai
mesajları yoxdur. Bərbad və səthi
ideologiyalar beyinləri zorlayır. Hər şeyi dar arealın əsirinə
çevirirlər. Yazarın həssaslığı, diqqət
etdiyi şeylər,
etibarsızlıqları, qorxuları, ciddiliyi,
öz-özünə danışması hamıya bənzəməlidir.
Hər cümlədə “bu mənəm” tezisi olmalıdır. Əsərlər
yazıçının yaşadığı acı təcrübələrdən
də qaynaqlanmalıdır, lakin içərisində
düzgünlük payı
olmalıdır. Hər hansı bir ideologiya yazarın düşüncəsini qəliblər
içinə oturtmağa, əsərini
formalaşdırmağa başlayırsa, orada
orijinallıq və müstəqillikdən söz
etmək çətinləşir. Yazar fərdi
olaraq özünü
bir iddia, ideologiya, monarxiya, yaxud respublikaya aid edə bilər, amma bu asılı vəziyyət onun
əsərinə təsir etməyə
başladığı vaxt zəifliklər
ortaya çıxır.
Yazıçı inqilab etməli, ölüm manqalarında edam
olunmağı gözünə almağı
bacarmalıdır. Bir ədibin bu həyəcandan pay alması
nadir rast gəlinən
vəziyyətdir. Əsər
düşüncələri oxşayan insani motiv olmalıdır. Bu tip
düşüncələr bu gün, bəlkə
də ani kəsimdə hamıya uyğun ola bilər. Lakin ertəsi gün kitab yığını böyüdükcə, yazıçını
özü kiçilir.
Yazıçı qələmi
ilə sonsuz sevinc dalğası yaratmağı bacarmalıdır.
Əsər paradoksal şəkildə bir yazıçının yox,
həm də cəmiyyətin inqilabı
olmalıdır. Yazarın
öz düşüncələrinə
yüklədiyi tərs
məna sinifləri səhv yönə apara bilər. Yəni ki, qələm
siyasətçi olmaqla
yanaşı, cəmiyyətin
dünyagörüşünü fikirlərində ehtiva etdirən filosof olmalıdır. Siniflərin
şərtlərini döşəməyə
zidd fəlsəfə
ilə yamamalıdır.
Şəxsi düşüncə
və ümumi axışdan sintez yaratmaq səhvdir. Əks təqdirdə kütlə əsərə
olduğu kimi münasibət bəsləsə,
ortaya axsaqlıqlar çıxacaq. Yazıçı
irəli gedənlər
ordusunun sayını artırmalıdır. Təmkinli
olmalıdır, Mayakovski kimi
intihar etməməlidir.
Mayakovski intihar etməmişdən
qabaq yazırdı: “Gəmim gündəlik həyata çırpılıb
parçalandı”. Düzdür,
dövrünün ictimai-siyasi
vəziyyətini nəzərə
alsaq, müəyyən
mənada Mayakovskinin intiharına haqq qazandırmaq olar. Lakin bir yazıçının
intiharı o cəmiyyətin
məhvidir. Yazıçı
toplumun çıxış
yol istinadıdır. Yazıçısını intihar
etdirməyə məcbur
edən cəmiyyət
səhrada kompassız
vurnuxan səyahətçiyə
oxşayır. Təlatümlü
formada yerində çalxanacaq. Əgər
adamlar kitabı başa düşmürsə,
yazıçı təmkinli
olub ümumi fikir axını yaratmalıdır. Yazdıqları
ilə oxumaq vərdişləri yaratmağı
bacarmalıdır, maariflənməyə
həvəsləndirməlidir.
Şüur əskiklikləri
İstənilən cəmiyyət yazıçının
son ümid folunu da əlindən ala bilər. Lakin qavram yoxuşu içərisində bir yazıçının beyinlərdə
güclü titrəyişlər
yaratması rahat məsələdir. Xəyal
qırıqlığı olsa belə yazıçı kürəyini
cəmiyyətə çevirib,
onu yetim buraxmamalıdır. Yazan qələm kütlənin
ümididir, cahiliyyəti
kölgəyə alan
böyük bir çətirdir. İctimai
problemlərlə çox
maraqlanmalıdır, bunun
məsuliyyətini üzərində
hiss etməklə intellektuallığı
“dinozavr” elan edərək aydınlıq
yaratmalıdır. Yazıçı
məcburi yox, təbii axışının
içərisində olduğu
düşüncələrin ümumi səfərbərliyinin
təməl daşı
olmalıdır. Gerçək
ziyalının mənliyində
ədalət və inqilab alovu yanmalıdır.
İstismar olan yerdə əxlaq və namusdan söz edilməsinin vacib olduğunu bilməlidir. Əks halda düşüncələrini
bürokratiyanın əmrinə
tabe edən cəmiyyət ziyalısını
təhqir edəcək.
Haqlıdır. Çünki
cəmiyyətin düşüncə
quruluşu həqiqətlərə
müxalif edilib. Yazıçı fikirlərilə
ümumi axını işığa yönəltməli,
kirlənmiş beyinləri
yumalıdır. Lakin bir çox hallarda yazıçı bütün dövrləri
sorğulayır, düşünür
və sürüləşmiş
kütləyə qoşulmur,
cəmiyyəti siyasi beyin yumalara qarşı xəbərdar
etməyə çalışır,
gec, ya tez
tutduğu mövqenin əvəzini ödəmək
məcburiyyətində qalır.
Bəzən böyük
bir ölkəyə qarşı təkbaşına
mübarizə aparır.
Yağış kimi yağan ittihamlar onu ön mühakimələr
bataqlığında boğulmağa
məhkum edir. Cəmiyyət yazıçını
başa düşmürsə,
başqa cür davrana bilmir, əlində deyil. Belə yaşamağa məcburdur. Cəmiyyətin
də beynində azdan-çoxdan, nəsə
olmalıdır. Bu vəziyyətdə
nəticə əldə
etmək mümkün
deyil. Cəmiyyət başa düşməlidir
ki, doğulandan ölənədək, ibtidai
dövrlərdən içində
olduğumuz vaxtadək
həmişə insanların
və hadisələrin
hekayəsilə yaşayarıq.
Ədəbiyyat insanın
insanlaşma macərasıdır,
gələcək mərhələlərdə
qurduğumuz zəncirin
dialektik gücüdür.
İnsanın tragik əhvalatının olduğu
hər yaralı nöqtə ədəbiyyat
içərisindədir. Yazıçı
qatil, ədəbiyyat baş kəsən bıçaq deyil. Ədəbiyyat uzun illərin cahiliyyət burulğanının içərisində
milyonlarla edamın bahasına qulmuş dünyadır. Yıxmaq lazım deyil. Toplum ədəbiyyat üzərinə boz illərin qovub gətirdiyi quru bulud olmamalıdır. Yaşadığımız torpaqların
və xalqın gerçək tarixini bilmədən nə yazar, nə şairi müdafiə etmək asan deyil. Ümumi axını müasirlik adına qəbul edərək yazıçıya
yaxınlaşmaq da asan deyil. Zehinləri
inqilabiləşdirib ədəbiyyat
və fəlsəfəyə
çatmaq mümkündür.
Əl üsulu edilən sinfi təhlillərlə mübarizə
apararaq, zəfər qazanmaq çətindir. Beyin yuma mərkəzlərinə
və daxilimizdəki uzantılara qarşı aparılacaq mübarizədə
fikirlər bizi oyatmalıdır. Şüur
əskikliyinin təməlində
özümüzü ön
mühakimə şüuruna
sahib olmamağımızın da təsiri böyükdür. Şüuraltı
əskikliklər ətrafda
baş verən dəyişikliklərə tez
itaət etdirir. Mənlik şürundakı
əskiklik baxış
istiqamətlərini məhdudlaşdıran
faktordur. Lakin cəmiyyətin oxumamaq əskiliyini təkcə daxilindəki problemlərlə
görə yox, həm də ədəbiyyatı işğal
etmiş bacarıqsızlar
ordusunun yaratdığı
mürtəceliklə də
əlaqələndirmək mümkündür. Bu isə
o deməkdir ki, toplum öz ədəbiyyatını yaratmağ
bacarmır. Belə halda təzyiq və dünyanın ən yaxşı yazı nümunələri
mühitə qarşı
ən sərt reaksiya kimi doğulur.
Əvvəlcə kitab
satmaq sadələşdirilməli,
təqdimat bürokratiyasından
qaçınmalıdır, üstəgəl qabaqcıl
görünən amma
pis mürtəce,
postmodern suspenziya ideoloji
hegemoniyasını qırmaq
lazımdır. Düşüncə
öz inqilabçı
rəftarını ortaya
qoymalıdır. Ədəbiyyatın
geniş kütlə ilə barışmasını
təmin edəcək
əhəmiyyətli mərhələyə
keçmək lazımdır.
Vacib məsələdir.
Kamyuya görə, yazıçılıq qorunması
güc olan bu iki tapşırığa
bağlı qalacaq; bilə-bilə yalan danışmamaq və insanın insanı əzməsinə etiraz etmək. Belə
də olmalıdır.
Mənsur Rəğbətoğlu
Olaylar.- 2014.- 30 may.- S.13.