Azərbaycan diasporunun
Rusiyada formalaşma tarixi
Azərbaycan diasporunun ən
geniş və intensiv
fəaliyyət göstərdiyi ölkələr içərisində
Rusiya Federasiyasi
xüsusilə diqqəti cəlb edir.
Hazırda qeyri-rəsmi statistikaya görə,
Rusiyada 2,5 milyona
yaxın soydaşımız yaşayır ki,
onlar Federasiyanın 89 subyektinin
hamısında məskunlaşıblar. Rusiya
ilə Azərbaycanın tarixi əlaqələri
X əsrdən etibarən inkişaf etməyə
başlayıb. Zamanla Rusiyanın güclənməsi
səbəbilə imperiya maraqlarına Azərbaycan
da daxil edildi. Xususilə, Azərbaycan uğrunda
Rusiya-Turkiyə-İran qarşıdurması qanlı nəticələr
vermiş və bundan yerli əhali əziyyət cəkmişdi. Rusiya dövlətinin qüdrətli inkişaf dövrü keçdiyi zaman başqa yerlərdə olduğu
kimi, Azərbaycanda da bu dövlətə köçənlər
arasında ticarət və elm xadimləri
var idi.
Tədqiqatçıların
araşdırmalarına görə, Böyük Moskva
knyazı III Vasili, İvan Qroznı və I Pyotrın
çarlığı dövründə Rusiyaya köçən
azərbaycanlı sənətkarlar, tacirlər, elm xadimləri
Moskva, Sankt-Peterburq, Moskva ətrafı ərazilərdə məskunlaşırdılar.
Azərbaycanlılar içərisində Rusiya dövlət
idarələrində çalışanlar barəsində
arxivlərdə məlumata rast gəlmək olar. Rusiya Xarici
İşlər Nazirliyində tərcüməçi işləmiş
Nəsirov və Mirzə əbu Turab Vəzirov XVIII əsr Azərbaycan
diasporunun tanınan nümayəndələri olublar. 1828-ci il
“Türkmənçay” müqaviləsinə qədər
Rusiyaya təhsil almaq məqsədilə gedib burada daimi
yaşayan soydaşlarımızdan Mirzə Abdulla Vəzirov,
Mirzə Cəfər Topçubaşov, Abbasqulu ağa
Bakıxanov kimi tanınmış şəxslərin
adlarını çəkmək olar. 1813-1828-ci illər
imzalanan “Gülüstan” və “Türkmənçay” sülh
müqavilələri Azərbaycanı bir dövlət, azərbaycanlıları
bir millət kimi iki hissəyə parçaladı. Rusiya
tabeçiliyində qalan Şimali Azərbaycanın vətəndaşları
Rusiya təbəəsi olurdular. 1828-1991-ci illər arası
Rusiyaya axını güclənən mühacirət prosesini
təqribi olaraq aşağıdakı dövrlərə
bölmək olar:
1828-1918-ci illər – əsasən elm, sənət
və digər işlərlə məşğul olan Azərbaycan
mühacirləri Rusiya ərazisində say etibarı ilə
seçilən icmalarını yarada biliblər. Bu illər ərzində
bir çox tanınmış azərbaycanlılar
imperiyanın sayılıb-seçilən insanlarından
olmaqla, Rusiyanın elminə və iqtisadiyyatına öz
töhfələrini vermişlər. Rusiya elmində, hərbində
və iqtisadiyyatında danılmaz rolu olan azərbaycanlılardan
Əliağa Şıxlinski, Mirzə Məhəmmədəli,
Hacı Kazım, Mirzə Kazım bəy, Ağababa
Sadıqov, İbrahim ağa Usubov və yüzlərlə digər
insanın adını çəkmək olar.
1922-1960-cı illər – Azərbaycan Demokratik
Respublikasının süqutundan sonra bolşevik siyasi ideologiyasının
tərəfdarı olan bəzi azərbaycanlılar Rusiyaya
köçməyə başladılar. Əsasən II
dünya müharibəsi illərində və müharibədən
sonrakı dövrdə rus qadınları ilə ailə qurub
burada yaşayan soydaşlarımız Azərbaycan mühacirətinin
ikinci dalğasının nümayəndələridir. 1932-ci
il repressiyaları zamanı Sibir, Mərkəzi və Orta Asiya,
Rusiyanın ucqar əyalətlərinə sürgün edilən
azərbaycanlılardan sağ qalanlar bu ərazilərdə
yaşamağa məcbur olmuş və çox cuzi hissə vətənə
qayıda bilmişdi.
1960-80-ci illər – bu dövrün mühacirəti
sosial və iqtisadi səbəblərlə bağlıdır.
İlk olaraq Rusiyanın əyalətlərində
böyük tikililər – Sibirdə Baykal-Amur magistralı,
Volqa boyunda, Tumendə yeni neft yataqlarının istismarı,
yeni şəhərlər salınması səbəbilə
minlərlə azərbaycanlı bura köçmüş və
ya köçürülmüşdur. Bu mühacirət
prosesinə muvafiq olaraq II Bakı, III Bakı, IV Bakı kimi
anlayışlar ya ranmışdı. 1970-ci ildən isə
Rusiyaya təhsil almağa gedib geri qayıtmayan azərbaycanlılar
da çoxluq təşkil edirlər. Moskva, Leninqrad və digər
iri şəhərlərə oxumağa gedən azərbaycanlılar
təhsil muddəti bitdikdən sonra oz ixtisasları üzrə
işləyərək Azərbaycan icmasının ziyalı təbəqəsini
təşkil ediblər. Bu barədə Azərbaycan
xalqının umummilli lideri 2002-ci ilin 9 iyununda Rusiyaya
işgüzar səfəri zamanı etdiyi nitqdə xüsusi
olaraq qeyd etmişdir: “Mən o vaxt SSRİ-dən böyük
çətinliklərlə ilbəil kvota alırdım.
Birinci il 100 yer verdilər ki, onlar imtahansız qəbul ediləcəklər.
Yəni, imtahanı Azərbaycanda verəcəklər, gəlib
Moskvada imtahan verməyəcəklər. İkinci il 200, sonra
300, daha sonra bu rəqəm 800-ə qalxdı. Axır vaxtlar
biz ildə 800 gənc gondərirdik. Əgər burada onlardan
varsa, ola bilər, xatirələrindədir. Lenin sarayında,
indi Respublika sarayı adlanır, hər il onlarla
görüş keçirirdik. 17-18 yaşlı 2500 gənci
avqust ayında biz Respublika sarayına yığırdıq,
hamısına ağ köynəklər, qalstuk geyindirdik, hərəsinə
yol pulu, bir aylıq təqaüd verirdik. Mən də harada
olsam da, avqust ayının ya 29-u, ya da 30-u gərək mütləq
Bakıda olardım. Çünki mən özüm onlarla
görüşməli idim. İnanın, mən hər bir gəncə
öz övladım kimi baxırdım. Mənim arxivimdə
çox şeylər var. Bir çox şeyləri də mən
Moskvaya köçəndə Bakıda qoyub getdim. Sonra biri Azərbaycana
gəlmiş, mənim arxivimin Bakıda qalan hissəsini
yandırmışdı. Əvvəl kranı açıb otaqlara
su tökmüşdü, arxivdəkilər xarab olandan sonra
çıxarıb yandırmışdı. Amma o şeyləri
ki, mən Moskvaya aparmışdım, indi də qalır. Hər
il 800 adam ki, SSRİ-nin bütün ali məktəblərinə
müsabiqədən kənar qəbul olunurdu, onların
siyahısı mənim arxivimdədir. Nə üçün?
Çünki bilirsinizmi, bu, mənim əsərimdir. Bunlar mənim
övladlarımdır. İndi kim bunu qiymətləndirirsə,
qoy qiymətləndirsin, kim unudursa, qoy unutsun. İnsanın
doğma övladlarının da bəziləri, görürsən,
sonra atasını unudur. Amma mən bunların hamısına
övladlarım kimi baxmışam. Sözü nəyə gətirirəm?
Biz hətta bu cür edirdik. Amma indi, əgər müəyyən
miqrsaiy gedirsə, azərbaycanlılar gəlib Rusiyada yerləşiblərsə,
bunun nəyi pisdir? İndi Rusiyada bizim iki milyonluq diasporumuz
var”.
1991-ci ildən bu günə qədər davam
edən mühacirət prosesi əsasən iqtisadi səbəblərlə
əlaqəlidir. Bu tarixdən başlanan mühacirət
prosesi barədə tədqiqatlarda qeyd edilir ki, bu şəxslər
Rusiyanın müxtəlif şəhər və
rayonlarında məskunlaşdıqdan sonra diaspor
formalaşdırılması zərurəti meydanan
çıxmışdı. Hazırda sayı 2-2,5 milyona
çatan Rusiya azərbaycanlılarının əksəriyyətini
1991-ci ildən sonra kütləvi şəkildə bu əraziyə
köçənlər təşkil edirlər.
Göründüyü kimi, Rusiyada Azərbaycan
diasporunun formalaşması bir neçə mərhələdən
keçib. Azərbaycan Respublikası müstəqillik əldə
etdikdən sonra buradakı soydaşlarımızın diaspor
formalaşdırması prosesi xususi intensivliklə
başlanmış və hazırda davam etməkdədir.
Rusiyada azərbaycanlıları ətrafında birləşdirməyə
calışan 13 mərkəz fəaliyyət göstərsə
də, bunlardan ikisi - Ümumrusiya Azərbaycanlıları
Konqresi, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni
Muxtariyyəti FNKA-AZERROS ətrafında Azərbaycan cəmiyyətləri
və təşkilatları toplaşıb və Rusiyanın
bir çox bölgəsində özəkləri var. Rusiyada
Azərbaycan diaspor təşkilatları 89 obyektin
hamısında fəaliyyət göstərir. Rusiyada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları və
cəmiyyətlərini ətrafında birləşdirən
iri qurumlar fəal işlə məşğul olur. Belə
qurumlardan böyüyü və geniş imkanlara malik olanı
Ümumrusiya azərbaycanlıları Konqresidir. UAK 2001-ci il
martın 5-də Moskva şəhərində təsis olunub.
Azərbaycan və Rusiya rəsmi dövlət strukturları tərəfindən
tanınan konqresin Rusiyanın 60-dan çox şəhərində
strukturu formalaşıb. Rusiyanın demək olar ki,
bütün iri şəhərlərində fəaliyyət
göstərən Azərbaycan cəmiyyətləri konqresin
üzvləridir. 2001-ci il 4 oktyabrın da UAK-ın birinci
qurultayı keçirildi. UAK-ın məqsəd və vəzifələrinə
Azərbaycan Respublikasının vətəndaşı olub,
Rusiya Federasiyasında yaşayan azərbaycanlıların vətəndaş
hüquqlarının müdafiəsi, sosial-mədəni
inkişafa yardım etməklə reallaşdırmaq, Rusiya
Federasiyasındakı azərbaycanlıların milli əlaqələrini,
kimliyini və dinini, mədəni irsini qoruyub saxlamaq və
inkişaf etdirmək, Rusiya və Azərbaycan xalqları
arasında dostluq munasibətlərini inkişaf etdirmək,
milli-mədəni tədbirlərin
reallaşdırılmasında iştirak, mədəni və
milli əlaqələrin üuxtəlif formalarda (mədəniyyət
mərkəzləri, icmalar, tarixi abidələrin və məzarların
qorunması, milli təhsilin inkişafı) inkişaf etməsinə
dəstək vermək daxildir. Hazırda konqres
"Azerbaydjanskiy konqress" qəzetini nəşr edir.
www.azcongress.ru internet saytını yaradıb. UAK-ın təşəbbüsü
ilə Tumen yerli televiziyasında Azərbaycan dilində
verilişlər yayımlanır.
2009-cu il aprelin 18-də Moskvada Rusiyanın azərbaycanlı
Gənclər Təşkilatının (RAGT) təsis
konfransı keçirilmişdir. Konfransda Rusiyanın 60-dan
çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan
gənclər klubu və təşəbbüs qrupundan 300-dək
nümayəndə, habelə Bakıdan dəvət olunmuş
qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak
etmişlər. Toplantıda gənclərimizin
qarşısında duran vəzifələr, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması zərurəti,
gənclərin diaspor quruculuğu işində daha fəal
iştirakının vacibliyi ilə bağlı fikir
mübadiləsi aparılmışdı. Toplantının
yekununda təşkilatın nizamnaməsi səsə qoyularaq qəbul
edilmiş, rəhbər orqanlara seçkilər
keçirilmişdi. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla Əliyeva yekdilliklə Rusiyanın azərbaycanlı
Gənclər Təşkilatının sədri
seçilmişdi.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2014.- 3 iyun.-
S.15.