Diaspora təşkilatlarımız

yeni fəaliyyət planı hazırlamalıdır

 

“Erməni soyqırımı”nı tanımayan dovlətlərlə gücləndirməlidir

 

Ermənistan mətbuatının yaydığı məlumata görə, ermənilərin gələn il qeyd etməyə planlaşdırdıqları qondarma erməni “soyqırımı” nın 100 illiyinə ciddi hazırlıq işləri aparılır. Panarmenian.net saytının məlumatına görə, ermənilər Türkiyədə qondarma "soyqırım"ın 100 illiyi münasibətilə 2015-ci ildə "1965" adlı kitabı yeni versiyada nəşr etməyi planlaşdırır.

Xatırladaq ki, bu kitab qondarma "soyqırım"ın 50 illiyi münasibətilə dərc edilib. Yeni versiyanın müəllifləri Türkiyədə işıq üzü görən ermənidilli "Aqos" qəzetinin jurnalistləri - Aris Nalçı və Sərdar Korucudur. Müəlliflərin sözlərinə görə, kitabda erməni diasporunun mövqeyinə də geniş yer veriləcək. Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı bu fakta dərin təəssüfləndiyini bildirib. Qeyd edib ki, ermənilər "soyqırım"ın 100 illiyinə çox ciddi şəkildə hazırlaşırlar: "Biz illərdir deyirik ki, Türkiyə ilə Azərbaycan bu məsələdə birgə hərəkət etməlidir. Çox təəssüflər olsun ki, Türkiyədə erməni iddialarına qarşı lazımınca mübarizə aparılmır. Düzdür, kitablar yazılır, simpoziumlar təşkil edilir, ancaq bunların hamısı özünümüdafiə xarakterlidir. Bununla bağlı ermənilərə hər cür dəstək verildi. Dövlətin vəsaiti hesabına "Axtamar" kilsəsi Van şəhərində təmir olunaraq ermənilərin ixtiyarına verildi. Hazırda bütün dünya erməniləri ora ziyarətə gəlir. Bütün bunları ona görə edirdilər ki, ermənilər "soyqırım" iddiasından vaz keçsin. Amma ermənilər bunu heç zaman edən deyil. Artıq "soyqırım" ermənilərin milli məsələsinə çevrilib. Hazırda Türkiyədə nə desən edə bilərlər və mən buna təəccüb etmirəm. Hesab edirəm ki, çox biabırçı bir mənzərədir". Onun sözlərinə görə, ermənilərin türk birliyinə qarşı istifadə etdiyi ən kəsərli silahlardan biriqondarma "soyqırım" iddiasıdır. Türkiyə dövləti uzun illərdir erməni diasporunun bu uydurması ilə mücadilə aparmaq məcburiyyətində qalıb. Təsadüfi deyil ki, Türkiyə prezidenti R.T. Ərdoğan hələ baş nazir olarkən ABŞ Senatının Nümayəndələr Palatasının sədri ilə görüş vaxtı bütün diqqəti əsasən 1915-ci il hadisələri və qondarma "erməni soyqırımı" iddialarına yönəldib. Türkiyənin bu məsələyə böyük həssaslıqla yanaşdığını deyən Ərdoğan bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsirinin olmamasına diqqət edilməsinin vacibliyini vurğulayıb. Palatanın sədri isə bu məsələnin tarixçilər tərəfindən müzakirə olunmasının daha düzgün olacağını deyib.

Millət vəkili Musa Qasımlı da qeyd edib ki, erməni diasporunun qondarma soyqırım təbliğatına qarşı ciddi addımların atılmasına ehtiyac var: “Təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarını xaricdə təbliği ilə bağlı geniş fəaliyyət göstərir. Bizbuna qarşı öz fəaliyyətimizi artırmalıyıq. Konkret olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf regionlarda zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyətlər haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı ölkələrin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi qaydada müraciət edilməlidir. Müraciətdə xahiş edilməlidir ki, onlar bu vəziyyəti parlamentlərində qaldırsınlar. Bunun faydası çox ola bilər. Nəticəsinin nə olmasından asılı olmayaraq bu bir sınaq testi ola bilər”. Onun sözlərinə görə, ermənilər tarixdə heç bir zaman olmayan qondarma erməni “soyqırımı”nın 100 illiyinə hazırlaşırlar: Bizbundan istifadə edərək öz həqiqətlərimizi dünyaya çatdırılmasında fəal olmalıyıq. Əvvəlki illərdən fərqli olaraq 2015-ci ildə Xocalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında daha fəallıq göstərilməlidir”. M.Qasımlının sözlərinə görə, bütün tarixi sənədlərin hamısı aydın şəkildə göstərir ki, ermənilərin “soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur: “Erməni soyqırımı” deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kmi istifadə edilib. Ermənistan heç bir zaman “erməni soyqırımı” iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün bir ideologiya halına gəlib. Erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915- ci ildən sonra onlar bu “soyqırımı” uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər “soyqırım” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər. “Soyqırımı” bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Ölkə daxilində didişən qüvvələr, düşmənçilik edənlər bu məsələdə birləşirlər. “Soyqırımı” onların alver predmetinə çevrilib”.

Fakt ondan ibarətdir ki, erməni diasporu qondarma soyqırımdan maksimum istifadə etməyi qarşısına məqsəd qoyub. Məhz aparılan ciddi müqavimət nəticəsində bir sıra ölkələrin parlamentləri qondarma “soyqırımı”nı tanımaq barədə qərar qəbul ediblər. Hətta Fransa parlamenti bir az da irəli gedərək qondarma erməni soyqırımını inkar edənlərin 1 il həbs cəzası və ya 45 min avro cərimə edilməsi haqqında qanun qəbul edib. Görünın odur ki, erməni diasporu bəzən tarixi saxtlaşdıran qərarların qəbuluna nail ola bilir. Heç şübhəsiz ki, erməni diasporu gələn ilbu tipli qanun və qərarların qəbul edilməsi məqsədilə bütün imkanlardan yararlanmağa çalışacaq. Məhz belə halların qarşısını almaq məqsədilə Azərbaycan diaspora təkilatlarının üzərinə ciddi vəzifələr düşür.

    ''Davamlı İnkişaf'' Gənclər Təhsil Təlim Maarifləndirmə İctimai Birliyinin sədri Gülnarə Əmiraslanovanın sözlərinə görə, ümumiyyətlə diaspora təşkilatlarımız qondarma erməni “soyqırımı” nın dünyada təbliğinin qarşısının alınması məqsədilə konkret fəaliyyət planı hazırlamalıdır. Belə bir plan diaspora təşkilatlarımızın daim gündəmində olmalıdır: “Düşünürəm ki, diaspora təşkilatları tərəfindən. Bu sahədə fəaləyyət planı hazırlanmalıdır. Fəaliyyət planının hazırlanması müzakirə olunmalı və təsdiqlənməlidir. Düzdür, bu sahədə indiyə qədər cox işlər gorülüb. Lakin görülən işlər yetərincə olmayıb deyibən ermeni lobbisi bizi qabaqlayib. Amma məsələ ilə bağlı ugurlarimiz və təcrübəmiz də var. Təsadüfi deyil ki, diaspora təşkilatlarımız və Azərbaycan dövlətinin apardığı xarici siyasət nəticəsində ildən ilə ermənilər tərəfindən törədilən soyqırım faktları tanınır. Bu təcrübədən istifadə edib fəaliyyətimizi davam etdirməliyik”. Onun sözlərinə görə, diaspora təşkilatlarımız ilk növbədə soyqırımı tanımayan dovlətlərlə işlərini gücləndirməlidir, həmin dövlətlərlə əlaqələr genişlənməlidir. Ancaq bu işlər Azərbaycan dövlətinin dəstəyi və nəzarəti altında həyata keçirilməlidir ki, qarşıya qoyulan hədəfə çatmaq mümkün olsun.

Əslində diaspor təşkilatlarımız ermənilərin azərbaycanlıların başına gətirdikləri faciələri, dəhşətli qırğınları dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi görə bilərlər. Bir istiqamətdə Xocalı faciəsi, yaxud ermnilərin Sumqayıt şəhərində törətdikləri qırğınlar barədə beynəlxalq ictimaiyyətə həqiqətlər çatdırıla bilər. Müxtəlif vasitələrlə dünyaya bəyan edilə bilər ki, Azərbaycan tolerant ölkə olmasına baxmayaraq ermənilər etnik təmizləmə əməliyyatı aparıblar. Azərbaycanın tolerant ölkə olmasını Bakıdakı erməni kilsəsinin mövcudluğu da sübut edir. Etnik təmizləmə siyasəti aparan Ermənistanda isə bir azərbaycanlı belə qalmayıb. Bubu kimi digər faktlar hələ də dünya ictimaiyyətindən gizlədilir. Həmçinin, ermənilərin iddia etdikləri qondarma erməni “soyqırımı”nın tarixi kökləri barədə əsil həqiqət broşüra şəklində hazırlanıb yayıla bilər. Dünyaya çatdırıla bilər ki, 1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verib, aprelin 26-da da isə Baş komandanlığın əmri çıxıb. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edilib. 1915-ci il mayın 27-də “Söbhisqan haqqında” Qanun qəbul edilib. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başlanıb. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilirib. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilib. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılıb. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürülüblər. 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülübonlar müharibə aparmasına baxmayaraq, Osmanlı hökuməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Ermənilər həmin hadisələr zamanı 1 milyon nəfərin öldürüldüyünü yazırlar, bu rəqəm həqiqətə nə dərəcədə uygundur? Tarixi gerçəkliyi əks etdirimi? Faktlar sübut edir ki, bu hadisələr zamanı ölənlər hərbi əməliyyat meydanında ölənlərdir və say da bu qədər deyil. Həmin dövrün rəqəmləri deməyə əsas verir ki, öldürülən ermənilərin sayı əvvəlcə 600 min, sonra 800 min, sonra isə 1 milyon 500 min nəfər göstərilir. Ancaq Rusiyanın görkəmli alimlərindən biri çarizm devriləndən sonra müvəqqəti hökumətin xarici işlər naziri olmuş MilikovunQafqazskiy teleqraf” qəzetinin 7 dekabr 1914-cü il tarixli 6-cı sayında “Ermənistanın taleyi” adlı bir məqaləsi çap olunub. Məqalədə deyilir: “Etnoqrafik Emənistan hüdudlarında yaşayan bütün əhali içərisində xristianlar 1 milyon 183 nəfərdir. Xristianların içərisində ermənilər də vardı, malakanlar das. 1877-78-ci il rus-türk müharibəsindən sonrakı ərazilər Rusiyaya keçmişdir, ora digər millətin nümayəndələrini də köçürmüşdülər". Milikov elə belə yazır: “Onlardan 1 milyon 18 min nəfəri ya 45.1%-i ermənidir. Etnoqrafik Ermənistan hüdudlarında yaşayan əhalinin 54.8 %-i müsəlmandır”. Məsələ orasındadır ki, bu rəqəmi türk, Azərbaycan tarixcisi demir. Bu rəqəmi rus tarixçisi deyir. Hacı Zeynəlabdin Tağıyevin maliyyələşdirdiyiKaspiyqəzetinin 1914-cü il 18 noyabr tarixli 259–cu sayında yazılırdı: “6 vilayətdə 1 milyon 18 min erməni yaşayır.Yenə “Baku” qəzetinin 1915-ci il 4 sentyabr tarixli 197-ci sayındaErmənistanın göz yaşlarıməqaləsində göstərilirdi ki, bütün Türkiyədə yaşayan ermənilərin sayı 1milyon 200 mindir. Onlardan təxmininən 250 mini Qafqaza gəlmişdir. Birinci Dünya müharibəsi illərində o qəzetdə 200 min yazılır. 700 min nəfər başqa ölkələrə köç edib getmişdir. 280 min erməni daimi yaşadığı yerlərdə yaşamağa davam etmiş İslamı qəbul etmişdir. Məhz sənədlərə əsaslanan bu kimi tarixi faktların diasporamız tərəfindən dünya ictimaiyyətinə çatdırılması erməni yalanlarının ifşasında mühüm rol oynaya bilər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 1-3 noyabr.- S.3.