“Diaspora
Azərbaycan mədəniyyətinin
və siyasətinin
daşıyıcısı olmalıdır”
Xəzri Elxanoğlu: “Güclü diaspora
yalnız bizim
üçün
deyil, övladlarımız üçün də
lazımdır”
Son illər gənclərin diaspor həyatında iştirak imkanları, onların potensialından səmərəli şəkildə istifadə tendensiyası müşahidə edilməkdədir. Xüsusilə, bu prosesdə xarici ölkələrdə təhsil alan bacarıqlı gənclər öndə gedir. Bu kimi gənclərin ictimai fəallığı, təşkilatçılıq qabiliyyəti diaspor təşkilatları tərəfindən yüksək dəyərləndirilir və onlar diaspor fəaliyyətinə cəlb edilirlər. Belə gənclərdən biri də Ukraynada təhsil alan, Yeni Nəfəs Hərəkatı, eləcə də Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğludur. Xəzri Elxanoğlu “OLAYLAR”-a verdiyi müsahibədə Ukraynada təhsil alan azərbaycanlı tələbələrin fəallığı, bu ölkədəki Azərbaycan diasporunun vəziyyətindən danışıb.
-Xəzri bəy, bir gənc olaraq Ukraynada təhsil almaqla yanaşı ictimai işlə də məşğulsunuz. Ümumilikdə Ukraynada təhsil alan azərbaycanlı gənclər ictimai işlərdə, diaspor fəaliyyətində nə dərəcədə aktivdirlər?
-Mən altı ildən artıqdır ki, Ukraynada ictimai fəaliyyətlə
məşğulam. Bu gün
statistikaya görə, Ukrayna
unveristetlərində yeddi min
civarında azərbaycanlı tələbə
təhsil almaqdadır. Ancaq, təhsil alan tələbələrin təqribən əlli
nəfəri aktiv, dörd-beş
yüz nəfəri qeyri-aktiv
ictimai fəaliyyətlə məşğuldur.
Artıq son zamanlarda Azərbaycan dövlətinin
qayğısı nəticəsində, bu
ölkədəki səfirliyimizin, diaspor
təşkilatımızın və Ukraynada
fəaliyyət göstərən digər QHT-lərin
yardımı ilə gənclərimizi ictimai
işə yönləndirmək üçün
işlər aparılır.
-Bəs diaspor təşkilatları gənclərimizin potensialından nə dərəcədə səmərəli istifadə edirlər?
-Bu
günkü gənclik, təbii ki Ukraynada təməlli yaşayanlar, gələcək diasporanın
üzvləridir. Buna görə də, gənclərlə
iş əsas götürülməlidir.
Gənclərin keçirdikləri tədbirlərə və
planlaşdırdıqları layihələrə istər mənəvi,
istərsə də maddi olaraq
dəstək verilməlidir. Bu gün diaspor deyəndə
biz gənclər bu
ölkədəki bir neçə iş adamı və bir
neçə ziyalıları nəzərdə tuturuq. Dörd–beş il əvvəl diaspor təşkilatında gənclər demək
olar ki, yox idi. Bu
da passiv diaspora işi ilə
bağlı idi. Hətta diaspor
təşkilatının nəzdində gənclər departamenti fəaliyyət
göstərmirdi. Heç buna aktiv diaspor nümayəndələri tərəfindən
diqqət də ayrılmırdı. Ancaq indi bu prosesin
formalaşmasını və gənclərin diaspor
fəaliyyətində mühüm yer almasını vacib bilən
bir sıra ziyalılar dövlətimizin gənclər
siyasətinin də böyük təsiri
ilə, gənclərlə işləməyə maraq göstərirlər. Biz ziyalıarımızla birgə diaspora işində gələcəkdə fəal
olmaq üçün Ümumukrayna Azərbaycanli
Gənclər Təşkilati (ÜAGT) -ni
formalaşdırırıq.
ÜAGT Ukraynada
fəaliyyət göstərən başqa
təşkilat və nümayəndəliklərlə birgə
tədbirlər keçirir. Ancaq ÜAGT gələcəkdə sadəcə
Azərbaycan QHT–ləri ilə yox, yerli QHT-lər,
partiyaların gənclər qolları və hətta dövlət
qurumları ilə də əməkdaşlıq etməyi
qarşısına məqsəd qoyub.
Demək olar ki, əksər politoloqlar bildirirlər ki,
Ukraynada baş vermiş məlum proseslərdən sonra bu ölkədə demokratiya və iqtisadiyyat müsbət yöndə irəliləyəcək.
Bu sabit irəliləyiş
beş–on il gedərsə bu günki intellektli və ictimai işlərdə aktiv
rol oynayan Ukrayna gəncliyi gələcək dövlət
strukturlarında mühüm postlar tutacaqlar. Bu da azsaylı xalqlar kimi bizim
diaspor üzvlərindən kiməsə imkan
yaradacaq ki, dövlətdə
təmsil olunsun
və Ukrayna vətəndaşı olan bir məmur kimi yeri gələndə Azərbaycan maraqlarını
müdafiə etsin. Bunun
üçün də, indidən işlərimizi
elə qurmalıyıq ki, onlar
üçün azərbaycanlı gənclərlə
birgə işləmək maraqlı olsun.
Mənim burada sədri olduğum Yeni Nəfəs
Hərəkatı Ukrayna və Şərqi
Avropa Nümayəndəliyi, Azərbaycan Slavyan Gənclər Assosiasiyası Ukrayna Təmsilçiliyi, eyni
zamanda Ukraynada yaşayan fəal
diasporaçı, gənc ziyalılarımızdan olan Hikmət Cavadovun sədri
olduğu Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporu bu işdə fəal
iştirak etməkdədir. Bu il Səfirliyimizin
iştirakı, UABD ilə birgə
ÜAGT və YNH Ukrayna və Şərqi
Avropa Nümayəndəliyinin təşkilatçılığı
ilə Ukraynanın üç universitetində Azərbaycan mədəniyyət
mərkəzinin açılışı olub.
Artıq ÜAGT–nin sədr müavini, nümayəndəliyimizin də
icraçı direktoru olan
gənc hüquqşunas İsgəndər Zamanov
daha iki universitetdə
Azərbaycan mərkəzinin açılışı üçün həmin təhsil ocaqları
ilə danışıq aparıb. İnanıram ki, bu proseslər müsbət
nəticələnəcək və gənclərimiz Ukrayna cəmiyyətinə inteqrasiya
prosesində diasporamıza yaxından dəstək verəcəklər.
-Siz Yeni Nəfəs Hərəkatı və ASGA-nın Ukrayna nümayəndəliyinin rəhbərisiniz. Hər iki təşkilatı idarə etmək bir qədər çətin deyilmi?
- Demək olar ki, bu haqqda
hər an mən fikirləşirəm. İki
təşkilatı idarə etmək çox
çətindir. Həm də, hər iki
təşkilat fərqli istiqamətli təşkilatlardır.
Düzdür, Azərbaycan-Slavyan Gənclər
Assosiasiyası (ASGA) Ukraynada artıq bir həftədir ki, fəaliyyət
göstərir. Amma gələcəkdə gerçəkləşdirmək
istədiyimiz layihələrimiz artıq təsdiqlənib və
bununla bağlı Ukraynada
yerli QHT–lər, universitetlərlə
birlikdə tədbirlərin keçirilməsi ilə
bağlı görüşlər aparılır, məsul
şəxslərdən razılıq alınır. Yeni Nəfəs Hərəkatı (YNH) isə
artıq 1 ildir ki, fəaliyyət
göstərir. Nümayəndəliyin komandasını
formalaşdırmışıq. Eyni zamanda bir sıra qonşu ölkələrdə də fəaliyyət
göstərmək haqqında düşünürük.
2015 –ci il hər iki nümayəndəlik üçün
müsbət yöndə uğurlu il olacağını düşünürəm.
Mənim və komandamız üçün
isə həddindən artıq gərgin il
olacaq. YNH–ı və ASGA Azərbaycan
dövlətini və mədəniyyətini müsbət
yöndə Ukraynada təbliğ etməyi
öz qarşısına məqsəd qoyub. Hər iki təşkilatın
bir ideyası var- Azərbaycançılıq,
dövlətçilik və milli dəyərlər.
Bu da çətin olduğu qədər şərəfli işdir. Azərbaycanın adını daha da yüksəltmək,
nüfuzunu artırmaq üçün
görəcəyimiz iş bizə sadəcə zövq
verir. Ən əsası şərəflə
vətənə xidmət etməkdir.
-Yaxın vaxtlarda Ukraynada təşkilat olaraq hansı layihə və ya tədbirlər keçirməyi düşünürsünüz?
-Nəzərdə tutduğumuz layihələr çoxdur.
Bir il əvvəl YNH olaraq Ukraynada 3 körpələr
evində görüşlər keçirmişik. Maydan hərəkatının
sonucunda Krımda baş
verənlərlə bağlı onlarla
Krım türkləri və ukraynalılar Krımdan
köçmək məcburiyyətində qaldılar. Biz də onlar üçün edə bildiyimiz
qədər geyim və ərzaqdan ibarət
yardım apardıq. Eyni zamanda
ilk dəfə Novruz
Bayramını ukraynalı və Türk
gənclərlə birgə təşkil etdik.
Ukrayna Tələbə Gənclərin təşkil
etdiyi futbol üzrə
turnirdə diasporamızın yardımı ilə iştirak etdik. Hazırda Kobra idman klubu
ilə bağlı işlərimiz yekunlaşmaqdadır. Gələn
il üçün bundan daha çox
və daha genişmiqyaslı layihələr
planlaşdırmışıq. Bu layihələr
haqqında istər ASGA, istərsə də, YNH sədrinə
məlumatlar verilib.
-Bu gün Ukraynada Azərbaycan diasporunun durumunu necə dəyərləndirirsiniz?
-Bunun
haqqında mətbuata çox informasiyalar verilib..Dnepr-Qarabağ oyunundan
qayıdan jurnalistlərimiz də bununla
bağlı yazmışdılar.
Əfsuslar olsun ki, yazılanların
demək olar ki, əksəriyyəti
həqiqəti əks etdirməkdədir. Biz
gənclər olaraq təbii ki, diaspor işinə təcrübəli
ziyalıların yanında müdaxilə etmək istəmirik.
Çünki, onların bildikləri bizdən
dəfələrlə çoxdur. Ancaq atalarımızın bir
sözü var. “El
bir olsa dağ oynadar yerindən” Bir də praktika var. Yumruqla vurulan zərbə açıq əllə vurulan sillədən daha təsirli olur. Güclü diaspora yalnız
bizim üçün
deyil, övladlarımız
üçün də
lazımdır. Diaspora Azərbaycan mədəniyyətinin
və siyasətinin daşıyıcısı olmalıdır.
Amma fəaliyyəti yalnız həmin ölkə daxilində olmalıdır.
Eyni zamanda bu ölkədə
yaşayan azərbaycanlıların
maraqlarını qorumalıdır.
Şəxsi maraqları yox.
Bir də diaspora qurulanda fərdlər üçün
yox, ümumi, orada yaşayanlar üçün formalaşmalı
və hər bir kəs bu
diasporanın yaşaması,
güclənməsi üçün
maraqlı olmalıdır.
- Ukraynada təhsil alan bir
gənc kimi necə düşünürsünüz,
diaspor təşkilatlarını
bir araya gətirmək üçün
hansı zəruri addımları atmaq lazımdır?
-Ukraynada Azərbaycan
təşkilatı olaraq
yüz dənə də nümayəndəlik
yaratmaq mümkündür.
Çünki yaradılmış
nümayəndəlik təşkilat
və Azərbaycanın
dövlət maraqları
üçün fəaliyyət
göstərir. Amma diaspor
fərqlidir. Diasporanın nə olduğunu bilməyən dostlarımız
hərdən deyirlər
ki, iki hətta,
üç diaspor təşkilatının olmasının
nəyi pisdir ki? Əgər elə olsaydı
ermənilər və
yəhudilər yüz
adda diaspor təşkilatı yaradardılar.
Bu absurd fikirdir. Bizim nəyimiz ermənidən əskikdir
ki ,onlar artıq lobbi formalaşdırıblar,
biz isə hələ
vahid diaspora formalaşdıra bilməmişik.
Mənə elə gəlir ki, vahid diasporanın olmamasının başlıca
səbəblərindən biri
də iş adamlarımızla diaspor nümayəndələrimizin birgə
işləməməsidir. Bu
gün hər kəsə məlumdur ki, Ermənistan dövlətinin büdcəsinin
demək olar ki, yarısını erməni lobbisinin verdiyi pullar təşkil edir. Təssəvvür edin ki, onların lobbi təşkilatlarının büdcəsi
var və dövlətin tənəzzül
etməməsi üçün
dövlət büdcəsinə
pul ayırırlar.
Ancaq bizdə hər hansı bir halda bu günə
kimi diaspora fondu belə olmayıb. Bundan əlavə bizim
birləşməyimiz müəyyən
qüvvələrə də
sərf etmir. Azərbaycanın güclənməsini istəməyənlər əsasən
onun hər hansı dövlətə
təsir gücünü
artıran diasporasını
iflic ediblər. Bunu gənclərimizə də
tətbiq etməkdədirlər.
Xarici maraqları dövlət maraqlarından
üstün tutan və milli dəyərlərimizi
satan gənclik
formalaşdırmaq istəyirlər.
Azərbaycan diasporası və
təşkilatları arasında
ögeylik, doğmalıq
toxumları səpmək
istəyirlər ki, gələcəkdə də,
on yerə parçalanmış
gücsüz diasporamız
olsun və kimlərinsə təsiri altında olaq. Ancaq Azərbaycan dövlətinin
atdığı uğurlu
və dəqiq addımlar, apardığı
düzgün xarici siyasət nəticəsində
bu qüvvələr getdikcə neytrallaşır.
Onların təsir gücü
isə zamanla yox olacaq. Biz də, istədiyimiz
vahid diasporanı formalaşdırıb, nəhayət
güclü lobbi təşkilatını yaradacağıq.
Bunun üçün isə dünyanın hər yerində olduğu kimi Ukraynada da, sağlam düşüncəli, vətənini
sevən, əqidəli
və savadlı gənclərə ehtiyac
var.
-Bu gün Ukraynada təhsil alan
azərbaycanlı tələbələrin
üzləşdiyi əsas
problemlər hansılardır
və həmin problemlərin həllində
diaspor təşkilatları
gənclərimizə dəstək
olurmu?
-Biz üstümüzə düşən vəzifələri
maksimum yerinə yetirməyə çalışırıq.
Problemler
əsasən bizim tələbələrlə xarici
tələbələr arasında
anlaşılmazlıq üzündən
baş verir. Biz də təbii
ki, bildiyimiz zaman bu anlaşılmazlığı
dinc yolla həll etmələrinə
yardım edirik. Əlaqələrimiz olan universitetlerdə
təhsillə bağlı
problemli gənclərə
yardım etməyə
çalışırıq. Amma təbii ki, hər cürə yardım edirik, onlarla hər zaman maraqlana bilirik deyə bilmərəm. Hüquqi cəhətdən
yardıma gəlincə
isə yaxın zamanda hüquq departamenti yaranacaq və onlar da
tələbələrdən ibarət olacaq. Gənc hüquqşünaslar isə
səfirliyimiz və konsulluğumuzla birgə fəaliyyət göstərəcək.
Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporunun
dəstəyi ilə yaxın gələcəkdə
ÜAGT burada təhsil
alan azərbaycanlı
gənclər üçün
ingilis və Ukrayna dili kursları,
hüquq seminarları
təşkil edəcək.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 4 noyabr.- S.3.