Azərbaycanda III Beynəlxalq

Teatr Konfransı keçirilir

 

Beynəlxalq əhəmiyyətli tədbir və festivalların Azərbaycanda keçirilməsi artıq bir ənənə halını alıb. Belə ki, bu günlərdə ölkəmiz daha bir beynəlxalq tədbirə evsahibliyi edəcək. Xəbərlərdən də aydın olduğu kimi noyabrın 5-6-sı tarixlərində Bakıda III Beynəlxalq Teatr Konfransı keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq III Beynəlxalq Teatr Konfransı ilə bağlı noyabrın 4-də Musiqili Komediya Teatrında jurnalistlər üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Hindistandan Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau, Birləşmiş Ştatlardan teatr rəssamı İosif UsupovLitva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus iştirak ediblər. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, artıq ənənə halını alan beynəlxalq tədbir bu il həm qonaqların sayı, həm də müzakirə olunacaq mövzuların əhatə dairəsinə görə fərqlənəcək: “Konfransda 50-yə yaxın ölkədən 110-a yaxın məşhur teatr, incəsənət xadiminin iştirakı gözlənilir. Hər bir beynəlxalq konfransın və tədbirin mövzusu olduğu kimi builki konfransın da mövzusu “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri”dir. Nazir müavini qeyd edib ki,  konfrans çərçivəsində tanınmış teatr xadimlərinin iştirakı ilə treninqlər də təşkil olunacaq: “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ukraynadan olan akademik Nelli Korniyenko tərəfindən “müasir teatrşünaslıq”, Böyük Britaniyadan olan Paddi Kannin tərəfindən isə “rejissoraktyor sənəti” adlı treninq təşkil olunacaq. Həmçinin noyabrın 7-də Azərbaycan Dövlət Rus Dram Teatrında Amerikadan olan İosif Yuçupov tərəfindən cəhnəqrafiya üzrə treninq keçiriləcək. Eyni sahə üzrə Hollandiyadan olan Luis Yansen treninq keçəcək”. Ədalət Vəliyev bundan əvvəl iki dəfə keçirilən Beynəlxalq Teatr Konfransından keçən müddət ərzində xeyli işlərin görüldüyünü, bu sahədə müsbət nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb: “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının 2.15-ci bəndində müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın təşkili nəzərdə tutulmuşdur. Respublikamızda 2010-cu il 7-8 noyabr tarixlərində ilk dəfə keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusuna həsr olunmuş konfransda Amerika Birləşmiş Ştatlarından, Kanadadan, Rusiyadan, Çexiyadan, Hon-Konqdan, Səudiyyə Ərəbistanından, Ukraynadan, İsveçrədən, İrandan, Türkiyədən, Polşadan, Avstriyadan, Belarusdan, Finlandiyadan, Estoniyadan, Litvadan, Çindən, Fransadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Tacikistandan, Moldovadan, Tunisdən, İngiltərədən, Sinqapurdan, Koreyadan, Yunanıstandan, Almaniyadan, ümumilikdə 30-dan artıq dövlətdən 60-dan artıq mütəxəssis təmsil etmişdi. 2012-ci il 5-6 noyabr tarixlərində isə II Beynəlxalq Teatr Konfransı keçirildi. Konfransda MDB, Avropa, AmerikaAsiya ölkələrindən 80 nəfər qonaq iştirak edirdi. Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone, görkəmli Polşa dramaturqu, ssenaristrejissor Kşiştof Zanussi, Roma Teatrının bədii rəhbəri Fabio Tolledi, UNESKO-nun Sühl Artisti, Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, Sudan Respublikasının görkəmli teatr xadimi Əli Mahdi, Zalsburq festivalının direktoru Zeno Ştanek, Fuceyra Monodram Festivalın prezidenti Mohammad Alafkham, ASSİTEJ-in prezidenti İvett Hardi, Sverdovsk Musiqili Komediya Teatrının direktoru, Rusiya TXİ-nın katibi Mixail Safronov və başqaları həmin tədbirin iştirakçıları idi. Konfrans çərçivəsində noyabrın 4-də Azərbaycan Dövlət Rus Dram Teatrında Litvanın görkəmli teatrkino aktyorları, xalq artistləri Reqimantas Adomaytis, Yuozas Budraytisin iştirakı ilə yaradıcılıq gecəsi, noyabrın 5-də Azərbaycan Dövlət Rus Dram Teatrında Cənubi Afrika Respublikasından tanınmış teatrteleviziya ulduzu Tembi Mtshalinin iştirakı ilə “Qadın intizarı”, noyabrın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səudiyyə Ərəbistanı Teatrının ifasında “Vağzal heç yerə getmir” tamaşaları göstərildi. Bundan başqa, konfrans zamanı Birinci Bakı Beynəlxalq Teatr Konfransına, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illiynə həsr olunmuş foto-sərgilər nümayiş olundu, “Milli idenfikasiyainkişaf” komitəsinin idarə heyətinin toplantısı keçirildi. Həmçinin noyabrın 4-də Kşiştof Zanussinin, Məhəmməd Əl-Əfxanın, noyabrın 7-də Mişel Vaisin, İvitsa Simiçin iştirakı ilə seminarlar təşkil olundu”. Ədalət Vəliyev qeyd edib ki, noyabrın 5-6-da keçiriləcək III Beynəlxalq Teatr Konfransında ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası), BTİ (Beynəlxalq Teatr İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası) kimi beynəlxaq təşkilatların baş katibləri və prezidentləri çıxış edəcəklər: “İştirakçı ölkələr isə Birləşmiş Ştatlar, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail, Küveyt, Makedoniya, Oman, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Rumıniya, Kolumbiyas. Konfransın iştirakçıları Cənubi Afrika Respublikasından ASSİTEJ-in Prezidenti xanım İvet Hardi, Fransadan UNİMA-ının baş katibi Jan Trüdo, Kanadadan Beynəlxalq Teatrlar İttifaqının baş katibi Mişel Vays, Hollandiyadan OİSTAT-ın Prezidenti Lui Yansen, İrlandiyadan İFTR- ın idarə heyətinin üzvü Brayan Sinqton, İspaniyadan İFTR-ın idarə heyətinin üzvü Boris Daussa-Pastor, Mərakeşdən Ərəb Teatr Tənqidçiləri Assosiasiyasının Prezidenti Səid El-Naji, Ukraynadan Akademik Nelli Korniyenko, Polşadan dünya şöhrətli rejissor, dramaturq, ssenarist Kşiştof Zanussi, Dağıstan mədəniyyət nazirinin müavini Murad Hacıyev, Albaniyadan Muasir Alban Teatr Cəmiyyətinin rəhbəri Adonis Filippe, İtaliyadan Milan Pikkolo Teatrının baş direktoru Sercio Eskobar, Hindistandan Kəlküttə Universitetinin professoru Sureş Kumar, Omandan Sultan Qabus Universitetinin professoru Said Mohammed Al Siyabi, Rusiyadan Musiqili Teatrlar Beynəlxalq Assosiasiyasının icraçı direktoru Nataliya Zıkova, Birləşmiş Ştatlardan Pensilvaniyanın Kutztounn Universitetinin dekanı Artur Bloom və başqalarıdır”. Ədalət Vəliyev onu da diqqətə çatdırıb ki, ötən iki konfransdan keçən müddət ərzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə, Azərbaycan Dövlət Kukla Teatrı UNİMA-ya, Azərbaycan Dövlət Musiqili Teatrı MTBA-ya, professorlar Məryəm Əlizadə və İsrafil İsrafilov Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına üzv seçiliblər: “Bütün bu nailiyyətlər eyni zamanda Azərbaycan dövlətinin teatr, mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Son illərdə ölkəmizdə yeni-yeni incəsənət mərkəzlərinin açılması, teatr binalarının əsaslı təmir edilərək istifadəyə verilməsi ölkəmizə gələn qonaqlarda da bir məmnunluq hissi yaradır. Bu gün müxtəlif sahələrdə inkişaf edən Azərbaycan dövləti mədəniyyəti, teatr sənətinə də xüsusi diqqət yetirir”. Ədalət Vəliyev əmin olduğunu bildirib ki, noyabrın 5-6-sı tarixlərində Bakıda keçiriləcək III Beynəlxalq Teatr Konfransının nəticələri və əldə edilən razılaşmalar da əvvəlki iki konfransın nəticələri kimi uğurlu və səmərəli olacaq. Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau qeyd edib ki, tədbirdə iştirak etməkdə məqsədi Azərbaycan teatrı ilə yaxından tanış olmaqdır: “Mənim üçün Azərbaycana gəlmək, belə nüfuzlu tədbirdə iştirak etmək xoşdur. İlk dəfə Azərbaycanda olmağıma baxmayaraq bu ölkəni çox bəyəndim. Etiraf edim ki, Bakıya gələnə qədər Azərbaycanı tanımırdım. Ancaq indi istərdim ki, uşaqlarımız da Azərbaycanı tanısın. Çünki burada insanlar çox səmimidirlər və insanlarda pozitiv əhval-ruhiyyə var”. Ayşa Rau deyib ki, Bakıda olduğu müddətdə ikitərəfli görüşlər də keçirəcək: “İstərdim Azərbaycan teatrları Beynəlxalq Uşaq Teatrları Festivalında iştirak etsinlər”. Tanınmış teatr rıssamı İosif Yusupov da Azərbaycanda sürətlə gedən inkişafdan danışıb. Ölkəmizdə mədəniyyətə, teatr və sənətə böyük diqqət ayrıldığını deyənb natiq bildirib ki, hər dəfə Bakıya gələndə bu sahədə yeniliklərlə tanış olur, yeni-yeni incəsənət ocaqlarının tikilib istifadəyə verildiyini görür. Qonaq bu kimi halların onda böyük fərəh hissi yaratdığını vurğulayıb.

Qeyd edək ki, iki gün davam edəcək tədbir zamanı Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA), Beynəlxalq Teatr İnstitutu (İTİ), Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı (OİSTAT), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası (İFTR) kimi təşkilatların baş katibləri və prezidentlərinin, eləcə də plenar iclaslarda müəyyən edilən mövzular üzrə teatr mütəxəssislərin məruzələri dinləniləcək.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2014.- 5 noyabr.- S.3.