Diaspora və lobbiçilik
necə yarandı?
Poli-etnik
cəmiyyətdə yaşayan
milli azlıqlar arasında öz etnik mənsubiyyətinə,
mədəniyyətinə maraq
artıb, qrup daxili inteqrasiya prosesləri güclənib.
Bu proseslərin nəticəsi
kimi bir çox hallarda müxtəlif etnik qruplar diasporlarda birləşiblər. Diaspora və
lobbiçilk fəaliyyəti
sahəsində geniş
araşdırmalar aparmış
ekspert Ceyhun Mahmudov bu fikirdədir.
Onun sözlərinə görə,
diaspora ilə əlaqədar elmi ədəbiyyatda iki mövqe vardır. Bir qrup tədqiqatçı
bu anlayışı yunanlarla əlaqələndirsə
də, başqa bir qrup isə
onu yəhudilərlə
əlaqələndirir: “Linqvistik
yöndən yanaşsaq
görərik ki, diaspora yunan sözü olub, səpələmə deməkdir.
Elmi ictimaiyyət arasında bu anlayışın leksik mənası ilə əlaqədar fikir ayrılığı olmasa
da, bu terminin
hansı şəraitdə,
kimlər üçün
işlədilməsi barədə
ortaq fikir yoxdur. Bir qrup
alim bu sözün
yaranma tarixini yunanların eramızdan xeyli əvvəl başladıqları işğal
və köçürmə
dövrünə təsadüf
etdiyini bildirir, başqa bir qrup tədqiqatçı isə "diaspor" anlayışını yəhudi
tarixi ilə əlaqələndirir. Hətta
bir çox lüğətlərdə və
ensiklopediyalarda bu termin birbaşa yəhudilərin öz vətənlərindən qovulub
dünyanın müxtəlif
yerlərinə səpələnmələri
kimi izah edilir. İncilin yunan dilinə tərcüməsi olan
"Septuaqinte" ilk dəfə
olaraq diaspora anlayışını yəhudilərin
öz yerlərindən
qovularaq, müxtəlif
ölkələrə səpələnmələrinin
bildirmək üçün
istifadə edilmişdir.
Bunu ardınca Plutarx, Filana Aleksandrski və daha sonra xristian
alimləri bu termini yəhudi tarixi ilə əlaqələndirirlər.
Son dövrlərdə "diaspora, anlayışı
müxtəlif proseslərlə
əlaqələndirilərək kəsb etdiyi mənanın sərhədləri
genişləndirilib. Q. Şefferə
görə diaspora etnik qrupların könüllü və ya məcburi miqrasiya prosesləri nəticəsində ortaya
çıxır. Onlar
mühacirət etdikləri
ölkələrdə milli
azlıq statusunda yaşayırlar, etnik və etno-dini mənsubiyyətlərini, qrup
daxili həmrəyliklərini
mühafizə ediblər.
J.T. Toşenka və
T.İ. Çapitkovun da
diasporaya verdiyi tərif Şifferin tərifinə yaxındır.
Onlara görə diaspora, öz tarixi vətənlərindən
kənarda yaşayan, mövcud cəmiyyətdə
fəaliyyət göstərmək
və inkişaf etmək üçün müvafiq sosial institutlara sahib, eyni etnik qrupa aid insanlardan ibarətdir. Bundan başqa diaspora anlayışı
«miqrasiya» və «milli azlıqlar» sözləri ilə sinonimlik təşkil edir. Son dövrdə rus dilində
"diaspora" kəlməsi istənilə etnik qrupu ifadə
etmək üçün işlədilir. 1945-ci il qədər
diaspora fenomeni tamamilə yəhudilər ilə əlaqələndirilsə
də, bu dövrdən sonra dünyada baş verən proseslər
nəticəsində şimali afrikalılar, hindlilər,
türklər öz tarixi torpaqlarını tərk edərək,
yeni diasporlar formalaşdırdılar. Məhz həmin hadisələrin
axarında "diaspora" anlayışı yeni mənalar kəsb
etməyə başladı. Müasir beynəlxalq sistemdə
dövlətlərin xarici siyasətində prioritet təşkil
edən mənsəblərdən biri də diaspor quruculuğu
və diasporla əməkdaşlıq məsələsidir.
Bunun əsas səbəblərindən biri diaspora təşkilatların
beynəlxalq sistemə təsir edə bilən beynəlxalq
aktyorlara çevrilməsidir”. Müəllif daha sonra qeyd edir
ki, diaspora təşkilatları
əsasən ABŞ, Avropa İttifaqı ölkələri,
Rusiya və digər dünya siyasətinə təsir edə
bilə dövlətlərdə fəaliyyət göstərirlər.
Bu qrupların əsas məqsədləri öz etnik
qruplarının və tarixi vətənlərinin lehinə qərarlar
qəbul etdirməkdir. Dünyada təsir imkanlarına görə
yəhudi, yunan və erməni diasporlarını göstərmək
olar. Adı çəkilən etnik qruplar xüsusilə
dünyanın super dövləti olan ABŞ-da fəaliyyət
göstərir və tarixi vətənlərinin lehinə əhəmiyyətli
qərarların verilməsində müstəsna rol
oynayırlar. İstər yəhudi, istər yunan, istərsə
də erməni diasporu qrup daxili həmrəyliyə əsaslanaraq
müxtəlif ölkələrdə təşkilatlanaraq
öz etnik birliklərini qurublar. Amma son dövrlərdə
diasporların təşkilatlandırılmasına dövlətlər
özləri nəzarət edirlər. Məsələn,
dünyanın onlarla ölkəsinə səpələnmiş
Azərbaycan diasporu üzün tarixə sahib olsada bir müddət
pərakəndə fəaliyyət göstərərək,
qarşısına qoyduğu məqsədlərə
çata bilməyib. Məsələnin ciddiyyətinin anlayan
Azərbaycan dövləti bu prosesi öz nəzarətinə
götürmüş milli diaspora quruculuğunda birbaşa
iştirak etməyə başlayıb. Hazırda bu məsələ
ilə məsğul olan xüsusi komitə fəaliyyət
göstərir: “İnoetnik cəmiyyətdə fəaliyyət
göstərən diasporların fəaliyyətinin səmərəliyi
həmin cəmiyyətlərdə mövcud olan sosial-iqtisadi vəziyyətindən,
siyasi sistemindən asılı olur. Yaxşı təşkilatlanmış
diaspora təşkilatları öz tarixi vətənlərinin
xeyrinə lobbiçilik fəaliyyəti ilə do məşğul
olurlar. Lobbiçilik bu gün yəhudi, yunan və erməni
diasporlarının müvəffəq olduqları fəaliyyət
növündəndir. Lobbiçilik fəaliyyətini təhlil
etməzdən əvvəl "lobbi" sözünün
etimologiyasına diqqət etmək lazımdır. Lobby ingilis dilindən tərcümədə
gözləmə salonu adlanır. "Lobbiçilik" isə
bir fəaliyyət növüdür, "lobby"
sözünün zamanla öz mənasını dəyişməsi
nəticəsində formalaşıb. Ehtimal olunur ki, bu ifadənin
işlədilməsinin tarixi ABŞ-ın 1869-1877-ci illərdə
18-ci prezidenti olmuş Ulysses S. Granta aiddir. General Grant Villard
hotelinin lobbisində siqar çəkməyi sevərdi.
Mövcud şəraitdən istifadə edən siyasi
alverçilər müəyyən məsələləri həll
etmək üçün onunla danışıqlara girib
müvafiq qərarın qəbul olunmasına
çalışırdılar. Bu işlə məşğul
olan siyasi alverçilərə "lobbiçi" bu fəaliyyətə
isə "lobbiçilik" fəaliyyəti adı verildi.
BBC-nin məlumatına görə, "lobbiçilik" ifadəsi
İngiltərə parlamentində palataların iclaslarından
əvvəl və sonra parlament üzvlərinin parlament
binasının lobbisində ənənəvi olaraq
toplanması və burada bəzi məsələlər barədə
müzakirələr aparmasından ortaya çıxıb.
İngilis dilinin izahlı lüğəti, Longmanda "lobbiçiliyin"
lüğəti mənası hökumət qərarlarına
təsir etmək məqsədi ilə planlanan və həyata
keçirilə fəaliyyət kimi izah edilir. Təyyar Arı
"Amerikada siyasi yapı: Lobbilər və xarici siyasət"
adlı kitabında "Lobbiçilik" fəaliyyətinə
tərif verərək qeyd edir ki, lobbiçilik bir qrup
hökumətin qərarlarına təsir etmək məqsədi
ilə planlanan və bu məqsədlə vətəndaş
ilə qərar verici arasında ünsiyyət vasitəsidir.
ABŞ-da "lobbiçilik" qanunla müəyyənləşdirilib
ölçülər çərçivəsində fəaliyyət
göstərir. Bu fəaliyyəti tənzimləmək
üçün 1946-cı ildə Federal Lobbi qanunu qəbul
edilib. Bu qanunda lobbiçininn kim olduğu müəyyənləşdirilir və
onun maliyyə imkanları nəzarət
altına alınırdı. Bu qanunda deyilir ki, "Amerika konqresindəki
qanunlara təsir etməyə və ya müvafiq qanun çıxmasına çalışan bunun üçün birbaşa və
ya dolayı yolla pul və digər qiymətli əşyalar toplayan və ya əsil məqsədi
bu olan şəxslər
lobbiçi olaraq
adlandırılır. Bu sadalananlara
sahib olan şəxslərin
məsrəfləri incəlməlidir". Lobbiçilik
növlərinə görə iki yerə
bölünür. 1) Birbaşa
lobbiçilik; 2) İctimaiyyət
arasında təşviqat aparılaraq qurulan
lobbiçilik. ABŞ-da
lobbiçiliklə xüsusi maraqlı qruplar və etnik diaspora təşkilatlan məşğul olur. Etnik diaspora
təşkilatları ya özləri birbaşa olaraq bu işlə məşğul olur,
ya da
ixtisaslaşdırılmış lobbi
şirkətləri vasitəsi ilə üz
fəaliyyətlərini həyata keçirirlər. Özəl
lobbi şirkətləri çox
bahalı olduğu üçün
adətən etnik biznes
təşkilatları bu işi
özləri həyata keçirməyə üstünlük
verirlər. Lobbilər öz məqsədlərinə
çatmaq üçün
bir çox üsuldan istifadə edirlər. Bu üsullardan
üz-üzə görüşmə, konqresin
kommitələrinin iclaslarında iştirak
etmə, məktub göndərmə, ictimaiyyətlə əlaqələr
(PR) kampaniyalarının keçirilməsi, lobbilərarası
əməkdaşlıq və koalisiyanın qurulması, namizədin
seçki kampaniyasına pul
yardımı göstərilməsi və.s. daxildir.
Üz-üzə görüşmə ən təsirli üsullardan biridir. Bu zaman lobbiçi
konqresin üzvü və
ya başqa bir bürokratla bir-başa ünsiyyətə keçir,
bacardığı qədər təsir etməyə
çalışır. Bu üsuldan
istifadə edərkən lobbiçinin
şəxsi keyfiyyəti çox əhəmiyyətli
rol oynayır. Hər hansısa bir seçici qrupunun bir başa
olaraq əlaqədar şəxsə məktub
yazması çox təsirli ola bilər. Adətən seçililənlərdən
asılı olan şəxslər bu məzmunda olan məktublara
çox ciddi
yanaşırlar. Mümkün qədər
məktubda göstərilən tələbi yerinə yetirməyə
calışırlar. Lobbi qrupları bəzi
xüsusiyyət birinə görə bir-birindən güclü və ya zəif
ola bilərlər. Təcrübə
göstərir ki, maraqlar
üst-üstə düşdüyü zaman zəif lobbilər güclü
lobbilərin imkanlarından geniş istifadə
edir. Erməni lobbisi bir çox hallarda yunan lobbisinin imkanlarından istifadə etdiyi məlumdur. Lobbiçilik
fəaliyyətinin ən təsirli üsullanndan
biri də konqresə keçirilən
seçkilərdə namizədin kampaniyalarında aktiv iştirak etməkdir.
Seçki kampaniyasında mailiyyə və
insan resurslarına ilə iştirak
edən hər hansısa etnik etnik Iobbi qrupu
seçkilərdə qalib gələ
konqresmenə fəaliyyəti dövründə təsir etmək
imkanına sahib olur. Son dovrdə Azərbaycan diasporu
dirçəliş dövrünü
yaşamaqdadır. Bir çox
ölkələrdə fəaliyyət göstərən Azərbaycan
diaspora təşkilatları artıq lobbiçilik fəaliyyətləri ilə də
məşğul olurlar. Hazırda ABŞ
konqresində fəaliyyət göstərən Azərbaycan dostluq qrupuna artıq 40 konqresmen daxildir. Adı
çəkilən fəaliyyətlər ümid
verir ki, ölkə
xaricində Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən qərarların
qəbul edilməsində Azərbaycan diaspora
təşkilatları daha böyük
uğura nail olurlar”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 5 noyabr.- S.3.