Leyla Əliyeva və Azərbaycan diasporu

 

Bizim hamımızı birləşdirən, həmrəy edən

azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”

 

Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olub və dönməz xarakter alıb. Tarix boyu ictimai-siyasi proseslər elə gətirib ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva salıblar. Nəticə etibarilə bu Azərbaycan diasporanın yaranmasına və inkişafına təkan verib. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların tarixi vətənlərilə əlaqələrinin qoparmaması azərbaycançılıq ideologiyasının yayğınlaşmasına şərait yaradıb. Azərbaycançılıq öz milli mənsubiyyətini, adət-ənənələrini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir.  Biz dünyaya inteqrasiya ediriksə, deməli, bizim mənəvi dəyərlərimiz  də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Doğrudur, insan hansı ölkədə  yaşamasından asılı olmayaraq, gərək öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarsın. Amma dünyada eyni zamanda, assimilyasiya – millətlərin qaynayıb-qarışması prosesigedir.

Ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında tövsiyə edirdi: “Azərbaycanlılar gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır”. Respublikamızın müstəqilliyini bərpa etdikdən sonrakı dövrə nəzər salanda görürük ki, diaspor təşkilatları daha da güclənmiş, mütəşəkkil bir qüvvəyə çevrilmiş, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənmiş, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra uğurlar əldə olunmuşdur. Bundan başqa, xaricdəki soydaşlarımıza və cəmiyyətlərimizə hər mənada dayaq olan Azərbaycan Respublikasında aparılan davamlı və ardıcıl sosial-iqtisadi islahatlar nəticəsində qeyd olunan sahələrdə ciddi nailiyyətlər qazanılmış, demokratik cəmiyyət formalaşmış, siyasi münasibətlər sistemi təkmilləşmiş, dövlət idarəçiliyində müasir metodların  tədbiqi müsbət nəticələrini vermiş və bütün bunların fonunda beynəlxalq aləmdəki nüfuzumuz xeyli artmışdır.  Bu da Azərbaycan diasporunun daha səmərəli fəaliyyət göstərməsi üçün münbit şəraitin yaranmasına zəmin hazırlayır. Xaricdəki soydaşlarımızın yaşadıqları ölkənin  ictimai-siyasi proseslərində fəallıq göstərməsi də  respublikamız üçün önəm kəsb edir. Çünki bununla onlar həmin ölkələrdə nüfuz qazanmış, mövqelərini möhkəmləndirmiş olurlar. Sevindirici haldır ki, Azərbaycan ziyalıları yaşadıqları dövlətlərdə bu sahədə bir sıra uğurlara imza atmışlar. Hazırda Türkiyə, Gürcüstan, Estoniya və digər ölkələrin parlamentlərində azərbaycanlı millət vəkilləri var. Lakin, təbii ki, bu, bizi tam qane edə bilməz. Diasporumuzun ictimai-siyasi proseslərə təsir etmək imkanına malik amilə çevrilməsi üçün görüləcək işlər hələ çoxdur. Azərbaycanlılar ilk növbədə yaşadıqları cəmiyyətlərdə təkcə fərdi şəkildə deyil, təşkilatlanmış qurum, ictimai institut olaraq ciddi etimad qazanmağa müvəffəq olmalıdırlar. Buna nail olduqdan sonra biz xarici ölkələrin parlamentlərində, dövlət təşkilatlarında, siyasi partiyaların rəhbərliyində daha çox soydaşımızı görə biləcəyik. Eyni zamanda, azərbaycanlılar siyasi proseslərdə, xüsusilə, seçkilərdə fəal rol oynamalıdırlar ki, siyasi partiyalar onların səsini qazanmaq üçün müəyyən addımlar atsınlar, sözün yaxşı mənasında bu səs uğrunda mübarizə aparsınlar. Bəzi ölkələrdə biz bunun ilkin simptomlarını görürük. Lakin daha çox işləmək, cəmiyyətə daha sıx inteqrasiya etmək ehtiyacı duyulur. Belə hesab edirik ki,  xaricdəki soydaşlarımız zamanla bu vəzifənin də öhdəsindən gələ biləcəklər.

 

Xocalı dünyanın diqqət mərkəzində

 

Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. Hazırda dünyanın əksər ölkəsində 500-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gündavam edir. Son illər Azərbaycan diasporunun həyatında müşahidə edilən müsbət tendensiyalardan biri ondan ibarətdir ki, artıq diaspor rəhbərlərimiz fəaliyyət göstərdikləri ölkələrin televiziya kanalları, radiolar, kütləvi informasiya vasitələrinə çıxış əldə edir, həmin vasitələr hesabına müxtəlif ölkələrdə Azərbaycanın təbliği ilə məşğul olurlar. Azərbaycan diasporunun formalaşması, onun inkişaf etməsində ayrı-ayrı diaspor təşkilatları ilə yanaşı, bu sahədə fəaliyyət göstərən həmvətənlərimizin də əvəzedilməz rolu var. Müxtəlif ölkələrdə fəaliyyət göstərən cəmiyyət və birliklərə rəhbərlik edən həmin şəxslər öz fəaliyyətləri ilə diaspora hərəkatını bir qədər irəli aparır, Azərbaycanın təbliği işi ilə məşğul olurlar. Azərbaycan diasporunun inkişafında müstəsna xidmətləri olan diaspor təşkilatlarının rəhbərləri var ki, həmin şəxslər də mütəmadi olaraq Azərbaycan dövləti və onun prezidenti tərəfindən qiymətləndirlir, Azərbaycanın təbliği istiqamətində göstərdikləri fəaliyyətə görə ordenmedallarla təltif olunurlar. Azərbaycanı layiqincə təmsil edən simalardan biriLeyla xanım Əliyevadır. Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri olmaqla yanaşı, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədridir. Leyla xanım Əliyeva eyni zamanda Moskvada nəşr olunanBaku” jurnalının baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir. Məlumat üçün qeyd edək ki, Leyla Əliyeva Azərbaycan Respublikası prezidenti İlham Əliyevin böyük qızıdır. O, 1985-ci il, iyulun 3-də anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil aldıqdan sonra İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Leyla xanım Əliyeva həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. Leyla xanım Əliyevanın Rusiya Federasiyasındakı ictimaisiyasi nüfuzu, rəhbərlik etdiyi qurumların Azərbaycan naminə gördüyü işlər şimal qonşumuzda Azərbaycan diasporunun getdikcə güclənməsi və inkişaf etməsinə öz müsbət təsirini göstərir. Leyla xanım Əliyevanın diaspor nümayəndəsi kimi Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması sahəsində göstərdiyi ən böyük xidmətlərdən biri “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı kimi çıxış etməsidir. Məhz onun təşəbbüsü ilə həyata keçirilən sözügedən kampaniya çərçivəsində ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım faktı dünya ölkələrinin diqqətinə çatdırılıb. Hətta bir sıra ölkələrin parlamentləri bu kampaniyanın məntiqi nəticəsi olaraq ermənilərin 1992-ci il, fevralın 26-da Xocalıda törətdikləri insanlıq faciəsini soyqırım kimi tanıyıb. Leyla xanım Əliyevanın Azərbaycanın təbliği istiqamətindəki fəaliyyəti Azərbaycan prezidentinin diqqətindən kənarda qalmayıb. Belə ki, dövlət başçısının 2011-ci il, Dünya Azərbaycanlılarının üçüncü qurultayı ərəfəsində imzaladığı sərəncamla Leyla Əliyeva xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Ali məqsədin əhəmiyyətli qolu

 

Hər bir millətin mənəvi-siyasi potensialı nə qədər güclü olarsa, dövlətçilik problemlərinin həlli sahəsində görüləcək işlərin öhdəsindən gəlmək də bir o qədər asan olar. Hazırda ən güclü mənəvi siyasi amillərdən biri də məhz diaspordur. Milli diaspor milli mədəniyyətin, milli birliyin, milli dövlətçiliyin ən etibarlı dayaqlarından biridir. Öz dövlətçilik fəaliyyətində bu mühüm amili nəzərə almayan ölkələr böyük təsir gücünə malik mənəvi–siyasi potensialdan məhrum olur, qarşılarına qoyduqları, həll etmək istədikləri bir çox problemləri nisbətən gec yerinə yetirirlər, başqa sözlə desək, dövlət quruculuğu işində milli dövləçilik mənafeyini müqəddəs tutan böyük bir qüvvəni nəzərə almır, özlərindən təcrid edirlər. Təkcə ölkə daxilində deyil, onun hüdudlarından çox-çox uzaqlarda da millətin mədəniyyətinin, adət-ənənələrinin daşıyıcıları kimi fəaliyyət göstərən diaspor nümayəndələri öz doğma xalqı, milləti üçün çox görə bilər. Azərbaycan diasporunun da fəaliyyəti bu nöqteyi-nəzərdən diqqəti cəlb edir. Bu baxımdan Leyla Əliyevanın Azərbaycan adına fəaliyyətlərində, xaricdəki soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər müstəsna əhəmiyyətə malikdir. Çünki diaspora milli dövlətçiliyimiz baxımından müasir həyatımızda ən vacibson dərəcə mühüm olan bir sahədir. Dünya azərbaycanlılarının birbiri ilə, eyni zamanda respublikamızla əlaqələrini genişləndirmək, onların fəaliyyətini tənzimləmək, qürbətdəki soydaşlarımızın təşkilatlanmasını sürətləndirmək, həqiqətlərimizin onların vasitəsi ilə daha çox ölkələrə yayılmasını təmin etmək, mühacir soydaşlarımızın hüquqlarını qorumaq, xaricdəki milyonlarla azərbaycanlının mədəni muxtariyyət qazanmasına səy göstərmək müstəqil Azərbaycan Respublikasının ali məqsədlərinə daxildir. Azərbaycan diasporunun keçmişi, bu günü və gələcəyi ilə yaxından maraqlanmaq, onların üzləşdiyi ictimai-siyasi, sosial problemləri öyrənmək və bu problemlərdən çıxış yollarını aramaq isə həmin ali məqsədin ən mühüm və məsuliyyətli qollarından sayılır. Leyla xanımın xarici ölkələrdəki fəaliyyətini bu istiqamətlərə yönəltməsi bizi sevindirir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2014.- 6 noyabr.- S.3.