Bakıda "Teatr sənətinin multikulturalizm
-universal dəyərlər sistemində yeri"
mövzusunda
III Bakı Beynəlxalq Teatr Konfransı keçirilir
Noyabrın 5-də Mədəniyyət
və Turizm Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası və
Azərbaycan Teatr Xadimləri
İttifaqının birgə təşkilatçılığı
ilə Dövlət Musiqili Teatrında
"Teatr sənətinin multikulturalizm-universal
dəyərlər sistemində yeri" mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı start götürüb.
Konfransın rəsmi açılış mərasimində
Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov, vitse-spiker Ziyafət Əsgərov,
mədəniyyət və turizm naziri Əbulfəs Qarayev, millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
dövlət müşaviri Kamal Abdula, təhsil naziri
Mikayıl Cabbarov və başqa
rəsmi şəxslər də iştirak edib. Dövlət və hökumət rəsmilərinin,
Milli Məclis deputatlarının, xarici qonaqların iştirak
etdikləri konfransda əvvəlcə birinci və ikinci Bakı
Beynəlxalq Teatr konfranslarından bəhs
edən videomaterial nümayiş
olundu. Beynəlxalq teatr
konfransını açan mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev Azərbaycan
teatrının inkişaf yolundan
danışıb. Nazir bildirib
ki, Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə də Azərbaycanın
mədəni həyatında önəmli hadisədir və
ictimaiyyət tərəfindən maraqla
izlənir. Nazir belə tədbirlərin
Azərbaycan dövlətinin mədəni inteqrasiya,
multikulturalizm kimi dəyərləri
yüksək qiymətləndirməsinə əyani sübut olduğunu
söyləyib. Konfransda dünyanın 45
ölkəsindən teatr nümayəndələrinin
iştirak etdiyini deyən
nazir bildirib ki, əsas məqsəd yaradıcı,
qarşılıqlı anlaşma çərçivəsində
çağdaş teatrın problemlərinə
yardımçı olmaqdır. Nazir bildirib ki, tarixin
bütün inkişaf
dönəmlərində teatrın can
atdığı əsas məsələ ünsiyyət problemidir. Bildirib ki, o teatr
ki, öz
tamaşaçısı ilə dil
tapır, təmas qura bilir,
həmin teatr rəqabətə tab gətirməyə, yaşamağa
qadirdir: “Azərbaycanda teatr
sənətinin çox qədim və zəngin
tarixi vardır. Dahi mütəfəkkir M.Fətəli
Axundzadə tərəfindən dram əsərlərinin
yaradılması xalq teatrının
peşəkar teatr sənətinə
çevrilməsində həlledici rol
oynadı. Hazırda ölkəmizdə 26 dövlət
teatrı, Bələdiyyə və özəl teatr fəaliyyət göstərir”.
Ə.Qarayev son illər
ölkəmizdə yeni teatr
təsisatlarının yaradılmasına xüsusi
diqqət yetirildiyini diqqətə
çatdırıb və bu istiqamətdə
"ÜNS" Yaradıcılıq Səhnəsinin fəaliyyətini
xüsusi vurğulayıb.
Qeyd edib ki,
teatr Azərbaycanda bir
çox estetik və
mənəvi missiyaları daşıyan, geniş
kütlələrin rəğbət bəslədiyi ən
önəmli incəsənət sahələrindən biridir: “Təcrübə göstərir ki, canlı təmasda yaradıcılıq
ünsiyyət, davamalı dialoq mədəni
həmrəyliyin inkişafına təsir göstərən
etibarlı vasitələrdən biridir”. Nazir dövlət tərəfindən
teatrın inkişafı istiqamətində həyata
keçirilən işlərdən danışıb. Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin teatr sənətinə
böyük diqqət göstərdiyini
deyən nazir milli mədəniyyətimizin
inkişaf yolunun
bilavasitə onun adı ilə bağlı
olduğunu bildirib. Qeyd edib ki,
hazırda Ulu Öndərin müvafiq strategiyası Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilir və ölkəmizdə
teatrın inkişafına dair müxtəlif
sənədlər qəbul olunub. Azərbaycan
teatrı hər zaman xalqımızın
milli-mədəni dəyərlərinin qorunması, təbliği,
mütərəqqi ideyaların aşılanması işinə
xidmət edib: “Azərbaycan Prezidenti İlham
Əliyevin 2009-cu il 18 may
tarixli Sərəncamı ilə "Azərbaycan
teatrı 2009-2019-cu illərdə" Dövlət
Proqramını təsdiq edib. Bu proqram Azərbaycan teatrının zəngin bədii
irsinin qorunması, ümumbəşəri
və milli dəyərlərin təbliği,
teatr sahəsində islahatların
aparılması, teatr sənətinin bütün janrları və peşə
istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi,
kadr hazırlığı və
ixtisasartırma sisteminin təkmilləşdirilməsi,
milli teatr sənətinin
inkişafı, yeniləşməsi və beynəlxalq teatr məkanında layiqli
yer tutması məqsədlərinə
xidmət edir. Son illər dövlət sifarişi ilə hazırlanan tamaşalara
quruluş vermək üçün
dünyanın müxəlif ölkələrindən yalnız
bir ildə 28 nəfər əcnəbi rejissor, baletmeystr, teatr rəssamı və digər mütəxəssislər
cəlb olunduğunu deyən nazir Ermənistanının
işğalçılıq siyasətinin verdiyi
acı nəticələrə də toxunub: “1988-ci ilin fevral ayından başlayaraq
respublikamıza Ermənistan tərəfindən təcavüz
həyata keçirilir”. Ermənistan
respublikasının hərbi münaqişələr
zamanı mədəni sərvətlərin qorunması
haqqında beynəlxalq konvensiyaların müddəalarını
kobud surətdə pozduğunu
və Azərbaycanın mədəni nümunələrini
taladıqlarını bildirib: “Hərbi
münaqişə zamanı xalqımızın mədəni irsinə aid olan tarixi
və mədəniyyət abidələri qəsdlə
dağıdılmışdır. 464 tarixi
abidə və muzey, 100-dən çox arxeoloji abidə
dağıdılmışdır. Talan
edilən muzeylərdən 40 mindən artıq qiymətli əşya
oğurlanmışıdr. Bu dağıdıcı
proseslər Azərbaycan teatr sənətindən
də yan keçməyib. Ermənistanın
zorakılıq siyasəti və hərbi təcavüzü nəticəsində
Şuşa Musiqili
Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli
Dövlət Teatrı, İrəvan Azərbaycan Dövlət
Teatrı qaçqın düşüb.
Teatrların yerləşdiyi binalar
dağıdılıb, yandırılıb, əmlakı talan edilib. Bütün
çətinliklərə baxmayaraq bu teatrların bu gün də fəaliyyəti davam
etdirilir. Ölkə
başçısının sərəncamı ilə yeni binalar tikildi. Şuşa teatrının bərpasına
başlayırıq. Biz inanırıq ki, torpaqlar qayıdacaq və
teatrlarımız orada öz
tamaşaçılarına dəyərli səhnələri
təqdim edəcəklər”.
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
dövlət müşaviri Kamal Abdullayev
çıxışında bu teatr
konfransının multikultral dəyərlər
mövzusunda keçirilməsini son dərəcə əhəmiyyətli və
qanunauyğun hal olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan
dövləti və cəmiyyəti multikultural
dəyərlərə sadiq şəkildə
yaşayır və inkişaf edir. Qeyd edib
ki, bu gün Azərbaycan hər
bir ləyaqətli dünya
vətəndaşı üçün multikultural vətənə çevrilib.
Azərbaycanın öz multikulturalizm
təhlükəsizliyini yaratdığını deyən K.Abdullayev: “Bu gün Azərbaycanın ən ucqar
nöqtəsində belə multikulturalizmə nail
olunubsa, bu,
xalqımızın uzun əsrlərdən
gələn mədəni dəyərlərinin qorunub saxlanmasının nəticəsidir” deyə
vurğulayıb. Beynəlxalq Kukla
Teatrları Assosiasiyasının (UNİMA) baş
katibi Jan Trüdo bu konfransın müvafiq sahədə əməkdaşlığa
böyük imkan
yaratdığını, çağdaş
teatrımızda hamımız üçün
faydalı olacağını söyləyib. Uşaq
və Gənclər Teatrları Beynəlxalq
Assosiasiyasının (ASSİTEJ) prezidenti
xanım İvet Hardi konfransa müzakirə olunacaq
məsələlərin dünya teatr prosesinə müsbət təsir göstərəcəyini
bildirib.
Qeyd edək ki, bu il artıq üçüncü dəfədir ki, Bakıda müasir dövrün teatr problemlərinə
həsr olunan beynəlxalq konfrans
keçirilir. "Teatr
sənətinin multikulturalizm-universal dəyərlər
sistemində yeri" mövzusunda
konfransda 50-dək dövləti 150-dən
artıq mütəxəssis təmsil edir.
Rusiyadan,
Türkiyədən, İtaliyadan, Hollandiyadan, Litvadan, İspaniyadan, Ukraynadan, İrlandiyadan, Mərakeşdən, Suriyadan, ABŞ-dan, Böyük Britaniyadan, Almaniyadan, Makedoniyadan,
Macarıstandan, Birləşmiş Ərəb Əmirliklərindən,
Belarusdan, Bolqarıstandan, Gürcüstandan,
İsraildən, Yunanıstandan, Estoniyadan,
Avstriyadan, Fransadan,
İsveçdən, Hindistandan,
Rumıniyadan, Cənubi Afrika
Respublikasından, Avstraliyadan təşrif
buyurmuş qonaqlar teatr sənətinin bu günü və sabahı haqqında fikir mübadiləsi aparacaqlar.
Beynəlxalq konfrans öz
işini noyabrın 6-da
yekunlaşdıracaq.
Aygün
Olaylar.-
2014.- 6 noyabr.- S.3.