Xaricdəki
soydaşlarımız
ana dilimizi unutmurlar
Xarixi ölkələrdə
məskunlaşan soydaşlarımızın
yaşadıqları ölkələrin ictimai-siyasi
həyatında təmsil olunmaları vacib
şərtdir. Bunun üçün
isə həmin ölkənin dilini, dinini, mədəniyyətini, adət-ənənələrini
öyrənmək lazım gəlir. Ancaq bu inteqrasiya prosesinin soydaşlarımızın doğma ana dilini unutması hesabına başa
gəlməsi qəbuledilməzdir. Lakin
faktdır ki, xarici
ölkələrdə daimi məskunlaşan
həmvətənlərimiz bu məsələdə
bir sıra çatışmazlıqla
üzləşirlər.
Bu ilk növbədə hər hansı xarici
dövlətdə ictimai yerlərdə dövlət dilində
danışılması ilə bağlıdır. Bu isə o deməkdir ki, həmin ölkələrdə Azərbaycan
dilində heç kiminlə ünsiyyət
qurmaq mümkün olmur. Xaricdə yaşayan
azərbaycanlıların əsas gözləntilərinidən
biri də Azərbaycan dilində məktəblərin
açılmasıdır. Əks halda, azərbaycanlı
ailələrin övladları məskunlaşdıqları
dövlətlərin dilində fəaliyyət göstərən
məktəblərdə təhsil alırlar. Bu da çox
vaxt Azərbaycan dilində danışmaq
vərdişinin itirilməsi ilə nəticələnir. Elə
bu səbədən həmin ölkələrdə
diaspora təşkilatları tərəfindən
məqsədyönlü şəkildə müxtəlif layihələr
həyata keçirilir. Diasporla
İş üzrə Dövlət Komitəsindən
bildirilib ki, hazırda
dünyanın müxtəlif ölkələrində “Azərbaycan
həftəsonu məktəbi” fəaliyyət göstərir. Bu məktəblər Rusiya,
Ukrayna, Almaniya, Fransa, Türkiyə, İsveç,
Böyük Britaniya və
digər ölkələrdədir. Həmin məktəblərdə
əsasən Azərbaycan dili, tarix və coğrafiya tədris
olunur. Belə məktəblərin
olmadığı ölkələrdə yaşayan
azərbaycanlı uşaqlar isə bizim “Virtual Həftəsonu
məktəbi”nin imkanlarından faydalana
bilirlər. Məlum olduğu kimi komitənin AMEA İnformasiya
Texnologiyaları İnstitutu ilə birlikdə
hazırladığı “Virtual Həftəsonu
məktəbi” fəaliyyət göstərir. Burada
azərbaycanlı uşaqlara və gənclərə
ana dili, Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı barədə
bütün zəruri informasiyalar
verilir. Bütün hallarda xaricdə yaşayan
azərbaycanlıların təhsil məsələsi istiqamətində
işlər getdikcə genişlənir. Bu
məqsədlə 2013-cü ildən etibarən Diasporla İş üzrə
Dövlət Komitəsinin nəzdində xaricdə yaşayan azərbaycanlılar üçün
“Ana dilinin distant tədrisi mərkəzi” fəaliyyətə
başlayıb. Layihənin məqsədi xarici
ölkələrdə yaşayan azərbaycanlı
uşaqlara və gənclərə müasir informasiya
texnologiyaları vasitəsilə Azərbaycan dilini
tədris etməkdir. Burada həftənin bütün günləri müxtəlif saatlarda ana dili
dərsləri tədris olunur. Hazırda bir neçə qrup mövcuddur. Gələcəkdə layihənin
genişləndirilməsi, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti və
coğrafiyasının tədris edilməsi nəzərdə tutulub. Bu layihənin əsas
məqsədi dünyanın hansı ölkəsində
yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlı uşağa
öz xalqının tarixini,
ana dilini, mədəniyyətini
öyrənmək imkanı yaratmaqdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 7 noyabr.- S.3.