“Almaniyada
diasporumuzun
vəziyyəti
yaxşıdır”
Emil Hassanov:
“Diaspor təşkilatları arasında
həmrəylik
var, biz hər zaman bir-birimizə dəstək oluruq”
Bu gün
Azərbaycan diasporunun Avropa
məkanında aktiv olduğu
ölkələrdən biri də
Almaniyadır. Hazırda Almaniyada
onlarla Azərbaycan diaspor
təşkilatı, cəmiyyət və birliklər fəaliyyət
göstərir ki, onların əsas fəaliyyət
istiqamətləri Azərbaycan həqiqətlərinin alman cəmiyyətinə
çatdırılması, ölkəmizin zəngin mədəni
irsinin təbliği və Berlinlə
Bakı arasında mövcud olan əlaqələri daha
da inkişaf etdirməkdir.
Belə təşkilatlardan biri də
Alman-Azərbaycan Dostluq Cəmiyyətidir.
Cəmiyyətin sədri Emil Hassanov “OLAYLAR”-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun fəaliyyət
istiqamətləri, qarşısına qoyduğu
məqsədlər və gələcək planlar
barədə danışıb.
-Emil
bəy, Alman-Azərbaycan Dostluq Cəmiyyəti nə zamandan fəaliyyət
göstərir və cəmiyyətinizin əsas fəaliyyət
istiqamətləri nədən ibarətdir?
-Alman-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri olaraq mən, 2006-cı ildən diaspor fəaliyyəti göstərirəm. Ancaq təşkilat olaraq biz Almaniyada 2014-cü ildə
qeydiyyatdan keçmişik,
Bizim əsas fəaliyətimiz Azərbaycanı
mədəni, xeyirxah, humanist,
konflikti sevməyən bir
millət kimi alman cəmiyyətinə
tanıtmaqdır.
-Alman-Azərbaycan Dostluq Cəmiyyətinin bu ölkədə fəaliyyət göstərən digər diaspor təşkilatları, cəmiyyət və birlikləri ilə əməkdaşlığı hansı səviyyədədir?
-Təşkilatımızın
Almaniyada fəaliyyət göstərən
digər diaspor təşkilatları ilə
əlaqəsi hər zaman yüksək səviyyədə
olub və mövcud olan münasibətlərə mənfi təsir
göstərə biləcək heç bir problem görmürəm.
-Bəs Almaniyada Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirərdiniz? Bu gün Azərbaycan diasporunun durumu hansı səviyyədədir?
-Diaspor təşkilatının rəhbəri olaraq Almaniyadakı diasporumuzun
vəziyyəti yaxşıdır. Çünki
bir neçə illər bundan
əvvəl diaspor fəaliyyəti demək
olar ki, o qədər də aktiv deyildi və bu qədər
diaspor təşkilatları fəaliyyət
göstərmirdi. Diaspor təşkilatları arasında həmrəylik
var, biz hər zaman bir-birimizə dəstək oluruq. Ancaq kiçik bir məsələni diqqətinizə
çatdırım. Hər bir
təşkilat özünün
özünəməxsus konsepti ilə fəaliyyət
göstərir və çox vaxtı planda olan işlərdən
öz aramizda xəbərdar
olmuruq ki, fikir mübadiləsi aparaq,
öz fikir və
tövsiyələrimizi bir- birimizin diqqətinə çatdiraq.
Bizim həmrəyliyimiz bəzən kamarat təşkilatların
hazırladığı tədbirlərdə bəzən əfsuslar
olsun ki, qonaq qismində iştirak
etməkdən bir az fərqli
olur.
-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, ermənilərin işğalçılıq siyasətinin dünya, eləcə də alman ictimaiyyətinə çatdırılması istiqamətində Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq hansı adımlar atır, tədbirlər həyata keçirirsiniz?
-Təşkilatımız
Azərbaycanın haqq səsini alman cəmiyyətinə çatdırmaq üçün hansı addımları
atır sualına belə cavab verəcəm.
Hansı haqq səsini?
Əgər biz Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ münaqişəsində
bizə qarşı baş verən
haqsızlıqları nəzərdə tuturuqsa,
bəli bu haqda bizim yerli təşkilatlarla
çox gözəl münasibətlərimiz
var,
Çalışdığımız qədər məlumat veririk və verəcəyik.
-Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq iki ölkə arasındakı münasibətləri necə dəyərləndirirsiniz və cəmiyyətiniz bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə hansı işlər görür?
-Biz
həm təşkilat olaraq, həm də bu ölkənin vətəndaşı olaraq ikitərəfli münasibətlərin normal olmasının fərqindəyik. Almanlar bütün dünya insanları ilə əməkdaşlıq
edirlər. Əlbətdəki, bura
Türkiyə - və Amerika vətəndaşları
da daxildir. Almanları
hər hansı bir dostluğa
və əməkdaşlığa sövq
eləmək ötən illərə nisbətən çox çətinləşib. Bu da bəlkə dünya rəhbərlərinin bir-birilərinə
verdiyi vədləri yerinə yetirməməsi
və yalan danışmalarından ibarətdir.
Bəs keçirdiyiniz tədbirlər zamanı sizə təşkilat olaraq hər hansı bir dəstək göstərilirmi? Lazımı əyani vəsaitlərlə təmin olunursunuzmu?
-Təşkilat olaraq keçirdiyimiz tədbirlər
zamanı hələ ki, heç
bir yerə müraciət etməmişik.
görüşlərimiz olub bizə
lazım olan əyani vasitələrlə
köməklik edəcəklərini diqqətimizə
çatdırıblar. Ancaq hələ ki, bizim ehtiyacımız yoxdur. Çox sağolsun deyirik.
-Alman-Azərbaycan Dostluq Cəmiyyəti cari ilin sonuna qədər hansı layihə və ya tədbirlər keçirməyi nəzərdə tutub?
-Təşkilat
olaraq cari ilin sonuna qədər təşkilatın
növbəti ilə planının hazırlayıb qeydiyyatdan keçirməyi düşünürük.
Çünki çox
gərgin bir iş
rejimindən sonra dediyimiz
kimi respublikamızın xalq
artistləri Fidan və Xuraman
Qasımova bacılarının konsert
proqramını təşkil
etmişdik. Almanlara və
burada yaşayan
soydaşlarımıza Azərbaycanın musiqi
mədəniyyətinin Pir
parçasını göstərdik. Bu
işdə bizə dəstək olan bütün həm yerli, həm
də xarici təşkilatlara dərin təşəkkürümüzü
bildiririk və işlərində uğurlar arzulayırıq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 8-11 noyabr.- S.3.