Tarixi torpaqlarında diaspor fəaliyyəti ilə

məşğul olmağa məcbur qalan şəxsiyyət

 

Azərbaycan türklərinin, millətimizin çox qəribə, acınacaqlı taleyi var. 18-ci əsrə qədər də xalqın taleyində çox ağır illər, müharibələr, talanlar olub. Amma 19-cu əsrdə millətin iki yerə parçalanması bütün tarixi acıları geridə qoydu. Əzizlərin, doğma insanların-eyni millətin bir-birindən ayrılması, gediş-gəlişin qadağası nələri yaşatmadı bu millətə? Elə bir vəziyyət yarandı ki, öz milli kimliyinə, dilinə, ədəbiyyatına qadağa qoyulan millətimizin içindən elə öz tarixi torpaqlarında diaspor fəaliyyəti ilə məşğul olmağa məcbur qalan insanlar yetişdi. Onlar xalqı bir yerə yığmağa, öz milli kimliyini unutmaması üçün hərtərəfli təbliğatlar aparmağa başladılar. Bu mənada Güney Azərbaycanda yetişən gözəl ziyalıların xidmətləri əvəzsizdir.

İranda mövcud olar vəziyyətdən xilas olmaq üçün Azərbaycanın güneyindən xaricə mühacirət edənlərin  sayı hədsizdir. Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə,   Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların bir qismi XX əsrdə 5 əsas dalğa ilə xarici ölkələrə mühacirət ediblər. Cənubi Azərbaycanlılar ifadəsi 1813-cu il Gülüstan və 1828- ci il Türkmənçay müqavilələrindən sonra yaranıb. Bu tarixlərə qədər yalnız birbütöv Azərbaycan var idi ki, onun sərhədləri geniş idiburada yaşayan millətlərin bir dili – Azərbaycan dilibir vətəni Azərbaycan idi. Lakin Gülüstan və Türkmənçay müqavilələrindən sonra ikiyə parçalanan Azərbaycana Rusiya tabeçiliyində Şimali, İran əsarəti altında olan hissəsi isə Cənubi Azərbaycan adlandırılmağa başlandı. XX əsrin əvvəllərinə qədər Cənubi Azərbaycan Qərb və Şərq ölkələrinə mühacirət prosesləri baş verib. Lakin Cənubi Azərbaycan mühacirət tarixi bizdə lazımi səviyyədə tədqiq edilməyib. Tədqiqatçılar XX əsrdən etibarən Cənubi Azərbaycandan başlanan mühacirət prosesini siyasiiqtisadi səbəblərlə bağlayırlar. Azərbaycan diasporunun mühüm qanadını təşkil edən cənublular, əsasən ziyalılar və biznesmenlərdən ibarətdir. Mühəndis, inşaatçı, həkim, texnoloq, nəqliyyatçı və s. peşələrdə çalışan soydaşlarımız öz peşələrində mütəxəssislər hesab olunurlar. Akademik təhsilə cənublular içərisində maraq böyük olduğundan, hazırda diasporumuzda ziyalılar təbəqəsi çoxluq təşkil edir. Ədəbiyyat, riyaziyyat, din, tarix, biologiya, iqtisadi elmlər sahəsində daha cox uğurlar əldə edən soydaşlarımız Qərb və Şərq ölkələrinin nüfuzlu aliorta məktəblərində dərs deyir, elm dairələrində tanınırlar. Cənublu ziyalılarımızın elmi-bədii əsərləri Qərb və Şərqdə sevilən, oxunulan əsərlər olmaqla elmi araşdırmalar məqsədilə də istifadə olunur. Cənubi azərbaycanlıların böyük bir hissəsi də ticarət sahəsində çalışırlar və əminliklə söyləmək olar ki, kifayət qədər güclü mövqeyə və nəhəng kapital mənbələrinə malikdirlər. Güclü investisiya imkanları olan soydaşlarımızın sahib olduqları firmalar, şirkətlər, müəssisələr bir cox ölkələrin iqtisadiyyatına xeyir verir. Güclü iqtisadçı və biznesmenlərdən sayılan cənublu soydaşlarımız məskunlaşdıqları ölkələrin yüksək dövlət xadimləri və imkanlı biznesmenləri tərəfindən hörmətlə tutulur, bəzən onlardan məsləhət və kömək istənilir. Birləşmiş Ştatlar, Kanada, Böyük Britaniya, Fransa, Danimarka, İsveç, Avstraliya və digər ölkələrdə cənublular böyük imkanlara malikdirlər. Belə cənublulurdan biri də vətəni hədsiz sevən şəxsiyyət olan doktor Cavad Heyətdir. C.Heyət qeyd etdiyim ki, Cənubi Azərbaycan ərazisində heçaz diaspor fəaliyyəti ilə məşğul olmayıb. C.Heyət may ayının 24-də Təbrizdə soylu, əsli-nəcabəti ilə seçilən bir ailədə doğulub. Böyük alimruhani olan atası Əli Heyət Məşrutə inqilabının iştirakçısı və İran ədliyyəsinin qurucularından olub. Anası isə Hacı Mirzə Məhəmməd Müctəhidi Təbrizinin qızı idi. Şərqin Nəcəf,Qahirə və İstanbul kimi elm və təhsil mərkəzlərində oxuyub araşdırmalar aparan atası Əli Heyət 30 il İran ədliyyəsində işləmiş, müəyyən dövrlərdə İranın Baş prokuroru seçilib, ədliyyə naziri olur. Birinci Dünya savaşı illərində (1918) Osmanlılarla birlikdə “İttihadi-islam” cəmiyyətini qururİran tərəfindən cəmiyyətin rəhbəri olaraq fəaliyyətə başlayır. 1919-cu ildə bu cəmiyyət naxçıvanlıları ermənilərin şiddətli basqınlarından qurtara bilir. Xalqı bu tayda – Naxçıvanda erməni təcavüzündən o tayda isə dəfələrlə şah qırğınlarından qoruyan atasının – Əli Heyətin bu mötəbər missiyasını o heç vaxt unutmur. Doktor Cavad Heyət Mirzə Əli Heyətin yalnız oğlu deyil, həm də yaxşı tələbəsi olur, türklük şüurunu da ilk dəfə ondan alır. Atasının dövlət məmuru kimi tez-tez yeri dəyişdirildiyindən Cavad ilk ortalisey təhsilini Həmədan, Təbriz və Tehran kimi şəhərlərdə alır. Sonra Tehran Universitetinin tibb fakültəsinə daxil olur. Daha sonra İstanbulda təhsilini davam etdirib tibb doktoru olur, ardınca Parisə gedib cərrahlıq ixtisasını tamamlayır. Təbii ki, doktor öz həkimlik sənəti ilə möcüzələr yaradır. Amma onun fəaliyyətində xalqı aydınlatmaq, öz kimliyindən qopmaması üçün var gücüylə çalışmaq da əsas yer tutur. Onun dərc etdiyi “Varlıq” jurnalı millətə işıq tutdu. 1978-1979-cu illər İran inqilabının qələbəsindən və İran İslam Cümhuriyyətinin (İİC) elan edilməsindən dərhal sonra – 1979-cu ilin aprelindən nəşrə başlayan “Varlıq” jurnalı və bu dərginin səhifələrində özünə yol açmış Cavad Heyət publisistikasının aparıcı və daimi istiqamətləri şahlıq istibdadının qadağalarından sonra bərpa və yardıma böyük ehtiyacı olan Güney Azərbaycandakı mədəni həyatın bütün sahələr üzrə inkişaf yollarının hamarlanması məsələləri və onun bölünməz mədəniyyətinin problemləridir. Pəhləvi diktaturası dövründə açıq assimilyasiya siyasəti tüğyan etdiyi vaxtlarda, xüsusilə Güney Azərbaycanda 1945-1946-cı illər və 1951-1953-cü illər milli azadlıq və demokratik hərəkatları yatırıldıqdan sonra ölkədə azərbaycanlıların milli varlığını, onların dilini, ədəbiyyatını qoruyanyaşadan başlıca amil xalqın folklor yaradıcılığı idi. Jurnal həm də bu sahəyə geniş yer verirdi. “Varlıq” dərgisinin fəaliyyəti həm İrandakı, həm də Quzey Azərbaycandakı azərbaycanlıların milli şüurunun formalaşmasında mühüm amillərdən biri kimi qiymətləndirilir. “Varlıq”da, xüsusilə məhz Cavad Heyətin özünün məqalələrində bütöv Azərbaycan xalqının milli dediyimiz həmin şüurunu qidalandıra biləcək mövzuların əksəriyyətinə toxunulub. “Varlıq” jurnalının 20 ildə çıxan saylarını araşdıran və bununla bağlı ayrıca ilk dəfə elmi monoqrafik kitab nəşr edən dr. Pərvanə Məmmədli  bu fikirdədir. Müəllif yazır: “Bu məqalələrdə doktor Cavad Heyət həm dilçi, həm də tarixçi kimi görünür. O, Azərbaycan dil, ədəbiyyat və tarixinə olan marağını belə açıqlayır. “İstanbulda tibb tələbəsi ikən türk ədəbiyyatı və tarixi ilə maraqlandım. Türk tələbələri tarixlərini və milli ədəbiyyatlarını çox yaxşı bilirdilər. Bu, məndə qibtə hissi oyadırdı. Və tarixi və ədəbiyyat tarixlərini oxumağa başladım…” “… inqilabdan sonra ana dilimizdə kitab və mətbuat nəşr etmək azad olduğu üçün “Varlıq” dərgisini çıxartmaq şərəfi mənə qismət oldu. Əlbəttə, biz bu işi yazıçılar heyətimizi təşkil edən bir neçə qələmdaşımızla aparmışıq”. C.Heyətin elmi-publisistik fəaliyyətində İranda Azərbaycan tarixini məqsədəyönlü şəkildə saxtalaşdıran,dünya ictimai fikrini azdırmağa çalışaraq xalqımızın tarixi ilə əlaqədar əsassız iddialar irəli sürən müxtəlif fikir sahibləri ilə cəsarətli mübarizə mühüm yer tutur”. Bu yazılardan da göründüyü kimi C.Heyət ayrı salınan, səpələnən xalq ruhunu bir yerdə tutmaq üçünvuruşub”. Bu il əbədiyyətə qovuşan C.Heyətin bu fəaliyyətini güneyli quzeyli Azərbaycan xalqı yüksək dəyərləndirib və belə də olacaq. Bakıda dəfn olunması ilə bir daha millətimizi mənən birləşdirən C.Heyətin ölümü ilə bağlı ölkə başçısı İlham Əliyevin imzaladığı başsağlığına diqqət yetirək: Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur. Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlardatürkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır. Onun tədqiqatlarında və publisistik məqalələrindəki əsas fikirlərin böyük qismi təsis etdiyi "Varlıq" jurnalında əksini tapmışdır. Cavad Heyət eyni zamanda, Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr vermişdir. Görkəmli cərrah, tanınmış ədəbiyyatşünas və səmimi insan Cavad Heyətin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır", Azərbaycan prezidenti nekroloqunda qeyd edir. Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Cavad Heyətinin vəfatı ilə bağlı məqaləsində yazır: “Böyük azərbaycanlının müstəqil Azərbaycanın başkəndində dəfn olunması onun halal haqqıdır. Xalqımız ömrünü millətinin varlığının, dilinin, kimliyinin qorunmasına həsr edən daha bir ziyalısını, aydınını itirdi. Adı çəkiləndə Güney Azərbaycan, orada azadlığı uğrunda çalışan minlər, dilini qorumağa qalxan milyonlar yada düşən Cavad Heyətin ölümü hər birimizi sarsıdır. Statistik reallıq üçün az ömür sürməyib Cavad Heyət: 1925-ci il mayın 24-də Təbrizdə, tanınmış ziyalı Mirzəli Heyətin ailəsində dünyaya göz açıb. Mirzəli Heyət məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun "Heyət" adı ilə tanınıb, İran ədliyyəsinin qurucularından biri kimi məşrutiyyət inqilabında fəal rol oynayıb. Canında, qanında daşıdığı azadlıq, milli düşüncə bütün şüurlu həyatını əhatə edirdi Cavad Heyətin. İstanbulParis universitetlərində tibb təhsili almışdı, ölkəsinin və dünyanın tanınmış cərrahlarından biri idi, İranda ilk dəfə ürək əməliyyatını (koronar şuntlama) aparmışdı, amma bütün bunlardan əlavə millətinin folklorunu, ədəbiyyatını, mədəniyyətini təmsil edirdi. Cavad Heyət tibbi araşdırmaları ilə tanınırdı, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin, Paris Cərrahlar Akademiyasının üzvü, Türk Dil Qurumunun fəxri sədri və dünyanın bir çox universitetlərinin, o cümlədən Azərbaycan universitetlərindən bəzilərinin fəxri doktoru idi. Yüzlərlə elmi məqalənin, cərrahiyyəyə aid 3 fundamental kitabın müəllifi idi, amma həm də türkologiyaya aid yeddicildlik yazmışdı, Azərbaycanın şifahi xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmışdı. Bir neçə dildə - ingilis, fars, türks. – mükəmməl danışan Cavad Heyət uzun müddət öz həyat missiyasına uyğun “Varlığ”ı qorudu, bu dərgidə milli mədəniyyəti yaşatmaqdaydı. Son illər səhhətində yaranan narahatlıqlar bu böyük insanın fəaliyyətinə nisbətən təsir etmişdi, amma bu yaşda belə soydaşlarımızla bağlı olan tədbirlərdən qalmamağa çalışırdı: hər zaman öz ziyalı mövqeyini ortaya qoyurdubu münasibətlər hər zaman vaxtında, məqamında olması, gərəkliliyi, barışdırıcılığı ilə seçilirdi. Həm də dostlarına, xüsusilə səhhəti ilə qayğılanan arxadaşlarına son mənzilinin Bakıda olması arzusunu dilə gətirirdi. Cavad Heyətin yeri hər zaman görünəcək və o, hər bir azərbaycanlının ürəyində, oxucularının qəlbində yaşayacaq”. C.Heyətin vətən içində apardığı birlik, dilin, ədəbiyyatın təbliğindən göründüyü kimi diaspora fəaliyyəti ilə məşğul olmaq üçün mütləq vətənin sərhədlərindən kənarda olmağa etiyac yoxdur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 13 noyabr.- S.3.