“Azərbaycan diasporu
son illərdə
bir sıra sınaqlardan keçib”
Samira-Patzer İsmailova: “Bir çox Avropa qurumları hələ də öz “ermənipərəst”
mövqelərində qalırlar
və Azərbaycan diasporu onlarla mütəmadi iş aparır”
Bu gün Avropa məkanında uğurlu fəaliyyət göstərən
diaspor təşkilatlarından
biri də Almaniya-Azərbaycan Koordinasiya
Mərkəzidir. Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi
2008-ci ildə Almaniyada
fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları tərəfindən
Berlində təsis edilib. Mərkəzdə Almaniyadakı 40-a qədər Azərbaycan cəmiyyəti təmsil olunur. Koordinasiya Mərkəzinin məqsədi
bu təşkilatları
birləşdirmək, birlikdə
layihələr hazırlamaq,
illik planlar tərtib etməkdir. Elə Almaniya-Azərbaycan
Koordinasiya Mərkəzinin
rəhbəri Samira Patzerİsmailova
ilə müsahibədə
rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycan diasporunun hazırkı durumu, eləcə də Almaniya-Azərbaycan münasibətlərindən
danışdıq.
-Samira xanım, Almaniya-Azərbaycan
Koordinasiya Mərkəzinin
cari ilin sonuna qədər həyata keçirməyi
nəzərdə tutduğu
layihələr, tədbirlər
nədən ibarətdir?
-İlin sonu payız aylarına təsadüf edir və məhz bu aylar bütün
Avropa siyasi-istimai məkanında tədbirlərin « bol, bəhrəli » olan aylardır. Elə Azərbaycan təqvimində də
bu aylarda mühüm tarixi hadisələr çoxdur. Tariximiz və mədəniyyətimizə,
vətənimizin qırmızı
rəngli təqvim olaylarına, qan yaddaşına həsr edilmiş tədbirlər hər il nəzərdə
tutulur. Oktyabr ayında AAKM-nin Almaniya üzrə hazırladığı
Press Relizdə 20-dən çox
tədbir işıqlandırılıb. Oktyabr ayında bütün Almaniya üzrə Azərbaycanın müstəqilliyi
günü diaspor tərəfindən müxtəlif
növlü tədbirlər,
film axşamı, boks turniri, konsert və s. qeyd
edilib. Eyni zamanda elə aksiya və tədbirlər vardır ki, onlar gündəlik
tələblərə, siyasi-ictimai
şəraitdən doğaraq,
qısa bir müddətdə düşünülməli
və lazımi məqamda olmalıdır.
Bildiyiniz
kimi, Avropa siyasi dairələrində
Dağlıq Qarabağ
münaqişəsinə dair
müzakirələr yeni
mərhələdədir. Bu yaxınlarda Alman Parlamentinin sol partiyası Parlamentə Dağlıq Qarabağ məsələsinin
həllinə ciddi diqqət yetirilməsini tələb
etdi. Almaniyanın xarici işlər naziri cənab Staynmayer Cənubi Qafqazda, o cümlədən
Azərbaycanda işgüzar
səfərdə oldu. Almaniyadakı Azərbaycan diasporu
da elə bu siyasi zərurətdən
doğan növbəti
bir aksiya hazırladı. Belə ki,
Almaniyadakı diaspor cəmiyyətləri Berlində
- Reyxstaqın qarşısında
təxminən iki saat davam edən
etiraz aksiyası təşkil etdilər. Mitinqdə Almaniyanın müxtəlif
şəhərlərindən gəlmiş 300-dən artıq
soydaşımız iştirak
edərək, bayraqlar, müxtəlif plakatlarla beynəlxalq aləmdən
Ermənistanın təcavüzkar,
işğalçı siyasətinə
dair qətiyyətli mövqe nümayiş etdirməyi, XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən
biri Xocalı soyqırımına hüquqi
qiymət verməyi tələb etdi. Almaniyada yaşayan azərbaycanlılar
Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
istiqamətində siyasətini
dəstəklədiklərini, Azərbaycan dövləti
ilə həmrəy olduqlarını ifadə etdilər. Oktyabr ayı tələbələrin
də fəal olduğu ay olub və sevindiricidir ki, AAKM bu gün
tələbələrlə, xüsusilə də ASN cəmiyyəti ilə dinamik
bir ünsiyyətdə
olub, sıx-sıx əməkdaşlıq edib.
AAKM-nin əhəmiyyətli tədbirlərindən
biri də başda AMEA-nin prezidenti akademik Akif Əlizadə olmaqla nümayəndə heyətinin
Berlindəki Azərbaycan
diasporu ilə görüşü idi.
AMEA-nın diasporun intellektual potensialına marağı, Azərbaycan
gənclərinin təhsilinə
və elmi fəaliyyətinə yüksək
dəyər verməsi
çox müsbət
bir hal idi.
-Bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsi Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərən diaspor təşkilatları ilə görüşlər keçirdi, müəyyən tapşırıq və tövsiyyələr verildi. Həmin görüşdən keçən müddət ərzində Almaniyadakı Azəırbaycan diaspor təşkilatlarının fəaliyyətində hansı müsbət dəyişikliklər, irəliləyişlər baş verib?
-Sözsüz
ki, belə görüşlər
olmalıdır və
onların əhəmiyyəti çox böyükdür.
2015–ci il siyasi cəhətdən sadə il olmayacaq. Bu
il həm də «qondarma
erməni soyqırımınin uydurma ildönümüdür
». Bu bir həqiqətdir
ki, həqiqi soyqırımı bizim xalqımız yaşayıb və biz də türk qardaşlarımızla
birlikdə bu qondarma
soyqırımın ifşasına
çalışacağıq. Eyni zamanda 2015-ci il Bakıda ilk Avropa Olimpiya
oyunlarının keçirildiyi ildir. Avropa Olimpiya
oyunlarının keçirilməsi çox şərəfli bir
vəzifədir və Azərbaycan sözsüz
ki, bunun öhdəsindən
bacarıqla gələcək. Amma bizim – Avropa diasporunun artıq « aci » təcrübəsi
vardır. Necə ki, Azərbaycanı sevməyənlər
Avrovision ilində vətənimizə « media
basqını » etmişdisə, eləcə də bu il də eyni
hal ola bilər. Biz indidən səfərbər
olmalıyıq və bu prosesləri nəzarətdə
saxlamalıyıq. Məhz Diasporla
İş üzrə Dövlət Komitəsinin
keçirdiyi belə görüşlərdə
qarşıda duran vəzifələr
haqqında fikir mübadiləsi edilir, komitə tərəfindən diaspor cəmiyyətlərinə « Vətən
impulsu » verilir, əsas
fəaliyyət istiqamətləri müəyyən edilir. Mən Diasporla
iş üzrə Dövlət Komitəsinə
tək diaspora verdiyi maddi dəstəyə görə yox, xüsusilə bu ideya, mənəvi
dəstəyə görə təşəkkür etmək
istərdim.
-Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri olaraq hazırda Azərbaycan və Almaniya arasındakı əlaqələri necə qiymətləndirirsiniz və diaspor təşkilatı olaraq bu əlaqələrin daha da inkişaf etməsi istiqamətində nələri təklif edərdiniz?
-Azərbaycan Almaniya münasibətləri hər zaman dinamik hərəkətdədir,
əsasən qarşılıqlı anlaşma
və xalqların bir-birinə yaxınlaşması istiqamətində
inkişaf edir. Nəzərdən
qaçırmayaq ki, Alman
siyasəti Dağlıq Qarabağ məsələsində
hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Son zamanlar Almaniyada Azərbaycanı təqdim edən
çoxsaylı siyasi-mədəni proqramlar,
layihələr yer alır. Burada mən əlbəttə
Azərbaycan Respublikasının rəhbərliyinin Alman-Azərbaycan
münasibətlərinə diqqətini, Respublikanın birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə təşkil edilən mədəniyyət gecələrini
xüsusilə qeyd etmək istərdim.
Məsələn, Diaspor üçün fərəhli hadisələrdən
biri də 13 oktyabr
tarixində Almaniyanın paytaxtı Berlində Heydər
Əliyev Fondunun təşkilatçılığı
və Azərbaycan Respublikasının Almaniya
Federativ Respublikasındakı Səfirliyinin
dəstəyi ilə “1-ci Avropa Oyunları
Bakı 2015” layihəsinə həsr olunmuş
tədbirin keçirilməsi
idi. Tədbirdə Azərbaycan
Respublikasının Birinci Xanımı,
Heydər Əliyev Fondunun prezidenti
xanım Mehriban Əliyevanın sədri olduğu 1-ci Avropa
Oyunlarının təşkilat komitəsinin fəaliyyəti
təqdim olundu. Bu tədbirlər
həm ikitərəfli münasibətlər üçün
vacibdir, həm də Azərbaycan diasporunun fərəh mənbəyidir. Onu da qeyd edim
ki, Almaniyadakı Azərbaycan Səfirliyi iki ölkənin yaxınlaşmasında böyük işlər aparır. Və əlbəttə
“xalq diplomatiyası” səviyyəsində
alman və azərbaycanlıların
bir-birilə tanış olmasında son
illərdə Azərbaycan diasporunun daha mükəmməl və peşəkar fəaliyyətinin
xidməti böyükdür.
-Zaman-zaman Almaniyada istər müəyyən mətbuat orqanlarda, istərsə də ictimai-siyasi təşkilatlar tərəfindən Azərbaycana qarşı qeyri-obyektiv mövqe ortaya qoyulur. Sizcə bu cür mövqe nədən formalaşır ?
-Özünü klassik ənənələrin,
bərabərlik və insan
hüquqları, dövlətçilik və demokratiya
prinsiplərinin banisi hesab
edən“Qədim – qoca Avropa”
Azərbaycan kimi sürətlə və modern inkişaf edən ölkələri tam
rahatlıqla “həzm edə” bilmir, onlar Azərbaycanın
müstəqil və
balanslı siyasətini kontrola almaq arzusu ilə onu zəiflətməyə
çalışır. Avropa Azərbaycandan
müəyyən iqtisadi bəhrələnmə
məqsədləri güdür və bəzən
təzyiq metodundan istifadə edir. Amma Azərbaycan
gündən-günə qüvvətlənir, onun potensialı artır. Mən arzu edərdim ki, o Avropa dəyərləri
istiqamətində inkişafını davam
etdirsin, amma eyni zamanda hər zaman öz milli
maraqlarını müdafiə etsin.
-Bəs belə bir mövqenin formalaşmasında Almaniyadakı erməni diasporunun rolu nə dərəcədədir?
-Əvvəla onu qeyd edim
ki, Azərbaycan diasporu
son illərdə bir
sıra sınaqlardan keçib. Artıq biz bilirik ki,
erməni təxribatlarına qarşı təkcə “cavab aksiyaları”
yox, necə deyərlər “hücüm aksiyaları” da
təşkil etmək lazımdır. Biz bilirik ki, ölkəmizdə
beynəlxaılq səviyyədə xoş
bir hadisə baş
verdikdə, bizi sevməyənlər məhz
bu anda bizə
qarşı “media təxribatlar”
hazırlayır. Avrovizion ili
biz bu təcrübəni
yaşadıq. Sözsüz ki, erməni diasporunun da bu təxribatlarda “əli”
vardır. Erməni diasporu artıq 100 ildən
çoxdur ki, Avropada Türk dünyasına qarşı təbliğat
aparır və azərbaycanlıların Avropada
təşkilatlanmasının ilk
addımları atıldığı zaman,
erməni təbliğatı artıq “ayaq
tutub” yeriyirdi. Bir çox Avropa qurumları
hələ də öz “ermənipərəst”
mövqelərində qalırlar və Azərbaycan diasporu onlarla mütəmadi
iş aparır. İllərin təcrübəsi
öyrədir ki, bəzən heç belə ermənipərəstlərə
vaxt sərf etməyə də dəyməz.
Ondansa Azərbaycanın mövqeini
dəstəkləyən yeni qurumlarla fəal
işləmək daha effektivdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 18 noyabr.- S.3.