Qızlar icbari təhsildən
niyə yayınırlar?
Valideynlər qızlarını
oxutdurmaqda maraqlı deyillər
Azərbaycan təhsili dünya təhsil siteminə uyğunlaşdırılsa da hələ də bir sıra problemlərin yaşanması bu inkişafı ləngidir. Azərbaycan hökumətinin elm və təhsilə diqqəti son illərdə çoõlu sayda ali və orta məktəblərin tikintisi, təmir və bərpası, eləcə də təhsil müəssisələrinin müasir avadanlıqlarla təmin edilməsilə nəticələnib. İndi artıq demək olar ki, respublikanın ən ucqar dağ rayonlarında müasir tələblərə cavab verən orta məktəblər mövcuddur. Ancaq cəmiyyətin narahat edən məsələ həmin məktəblərdə təlim və tədrisin keyfiyyətidir ki, bu da arzuolunan səviyyədə deyil. Təhsil ictimaiyyəti özü etiraf edir ki, istər ölkənin iri şəhərləri, istərsə də ucqar regionlarında məktəblərdə tədrisin keyfiyyəti qənaətbəõş deyil. Bunun nəticəsidir ki, orta məktəblərdə şagirdlərin davamiyyəti aşağı səviyyədədir. Mərkəzi şəhərlərdə yuõarı sinif şagirdlərinin dərsə deyil, repetitor yanına getməyə üstünlük verdiyi halda rayon yerlərində ümumiyyətlə dərsə gəlməkdən imtina edilir. Məlumata görə, bəzi rayonlarda məktəb direktoru ilə valideyn arasında əldə olunan sövdələşmə nəticəsində şagirdlər məktəbə deyil, repetitor yanına gedir. Daha dəhşətli məqam ondan ibarətdir ki, bəzi bölgələrdə qız uşaqları ümumiyyətlə təhsildən uzaq düşüblər. Qızlar məktəbə yalnız yazı işi və yaõud yoõlama olanda təşrif buyururlar. Artıq belə vəziyyət adi hal aldığından məktəb direktorları şagirdlərin məktəbə gəlməsini tələb etməkdən vaz keçməli olur. Şəhər yerlərində dərsə gəlməyənlər müəyyən maraq xatirinə bağışlanır, rayonlarda isə üzgörənlik edib qohum-əqrabanın qızının məktəbə gəlməsini tələb etməyi özlərinə sığışdırmırlar. Bu azmış kimi məktəbli qızların toy mərasimində qol qaldırıb oynamaqdan belə çəkinmirlər. Bu kimi səbəblərdən müəllimlər cəmi bir neçə şagirdlə dərs keçməli olur ki, bu zaman təbii ki, dərsdən deyil, kənar məsələlər barədə söhbətlər aparılır.
Statistika nə deyir?
Bizim isə söhbət açacağımız əsas məsələ qızların təhsildən yayınması məsələsidir ki, illərlə bu problemi köklü şəkildə həll etmək mümkün olmayıb. Azərbaycanın birinci õanımı, millət vəkili Mehriban Əliyeva Azərbaycan qadınlarının 3-cü qurultayında etdiyi çıõışında zəif cins arasında savadsızlığın aradan qaldırılmasına çağırış edib. Təbii ki, belə bir çağırışın edilməsinə səbəb ən çoõ müşahidə olunan qızların təhsildən yayanması olub. Problemin yerlərdə vəziyyəti ilə bağlı regionlarda keçirilən monitorinq nəticəsində məlum olub ki, hazırda ölkədə qızların təhsildən yayınması ciddi təhlükə olmasa da, ciddi siqnaldır. Bu isə o deməkdir ki, yaõın müddətdə problem aradan qaldırılmasa, Azərbaycan qadının təhsildən tamamilə uzaq düşməsi reallaşacaq. Elə buna görə də monitorinqin nəticələri barədə Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilib. Xatırlatmaq yerinə düşərdi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasında çıxışı zamanı bu məsələnin nə dərəcədə ciddi olduğunu vurğulamışdı: “Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir”.
Valideyinlər
qızlarını erkən
yaşda ərə verməyi
üstün tuturlar
Qeyd edək ki, qızların təhsildən yayınması təkcə dövlətin deyil, həm də ailələrin və cəmiyyətin problemidir. Ekspertlərin qənaətincə, yalnız ictimai qınaq və ziyalı sözü problemi aradan qaldıra bilər. Azərbaycanda savadlı cəmiyyətin olması üçün savadlı ananın olmasının vacibliyi hər şeydən üstündür. Lakin aparılan araşdırmalar deməyə əsas verir ki, ölkənin Aran, Muğan və ªənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusən, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir. Hazırda elə kəndlər var ki, ağsaqqallar yerli icra strukturlarına müraciət edirlər ki, sənəd alıb azyaşlı yaşlı qızları ərə versinlər. Vəziyyət o həddə çatıb ki, valideyinlər qızlarını oõutmaq əvəzinə şəõsiyyətini təsdiq edən sənd olmadıqda belə, bu yaşda qızları ərə verməyi üstün tuturlar. Baõmayaraq ki, indiki şəraitdə ölkədə qadın hüquqlarının müdafiəsi ilə bağlı çoõsaylı maarifləndirici tədbirlər həyata keçirilir, ancaq “oxutmuram, əl çəkin” prinsipini əldə rəhbər tutan valideyinlər savadlı, dünyagörüşlü övlad böyütmək əvəzinə qapı-qapı düşüb qızlarına ər axtarırlar. Araşdırmalar isə deməyə əsas verir ki, kənd rayonlarında qızların təhsil almağa marağı heç də aşağı səviyyədə deyil. Təsadüfi deyil ki, həmin qızlar orta məktəbi yüksək qiymətlərlə başa vururlar. Lakin onlardan asılı olmayan səbəblərdən təhsilləri elə bununla bitmiş olur. Mütəxəssislərin fikrincə, qızların təhsildən yayınmasında adət-ənənələr öz sözünü deyir. Belə ki, hələ də azyaşlı qızların ərə verilməsi problemi tamamilə aradan qaldırılmayıb. Digər tərəfdən, paytaxt və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin yataqxanaları ya yoxdur, ya da yox səviyyəsindədir. Elə bu səbəbdən də qızları Bakıda oxuyan valideyinlər özləri də 4-5 il paytaxtda kirayədə yaşamalı olurlar. Bu isə valideyinlər üçün olduqca çətin məsələdir. Təsəvvür edin ki, valideynlər iş yerindən uzaqlaşmalı, Bakıda isə elə iş axtarmalıdır ki, həm kirayə, həm də təhsil haqqını ödəyə bilsin. Hazırkı vəziyyətdə isə belə bir riskə getmək olduqca müşkül məsələdir.
Problemdən
çıxış yolu varmı?
Etiraf edilməlidir ki, Azərbaycanda ziyalı, savadlı qadınların ortaya çıõması üçün normal şərait yaradılıb. Qadınların dövlət və yerli özünüidarə orqanlarında təmsil olunması, idarəetmə və qərarların qəbul olunması prosesinə cəlb edilmələri üçün lazım olan bütün addımlar atılıb. Ancaq fakt odur ki, kütləvi olmasa da ayrı-ayrı bölgələrdə qızların təhsildən yayınmsı baş verir. Belə halda bu məsələdə bütün məhsuliyyəti Təhsil Nazirliyinin üzərinə yıõmaq düzgün olmazdı. Etiraf edilməlidir ki, 13-16 yaşlı qızın ərə gedərək təhsildən yayınması həm də ailənin və cəmiyyətin problemidir. Eksrertlərin fikrincə, belə halların qarşısını almaq məqsədilə sovet dönəmində təhsillə bağlı əldə edilən ənənələrin qorunmasına ehtiyac var. O ənənəyə ki, qızların icbari təhsili valideyin və müəllimlərin birgə əməkdaşlığı sahəsində təmin edilməlidir. Valideynlərin bu işdə övladlarına dəstək olması üçün isə geniş ictimai maarifləndirməyə ehtiyac duyulur. Təbii ki, bu məsələdə rayon təhsil şöbələri və məktəblər öndə olmalıdır. Bütün cəmiyyət, eləcə də təhsil ictimaiyyəti dərk etməlidir ki, qızların təhsildən kənarda qalması Azərbaycan üçün çoõ təhlükəlidir. Artıq elə vəziyyət yaranıb ki, birinci sinfə gedəndə qızların, doqquzuncu sinfi bitirəndə isə oğlanların sayı çoõ olur. Prosesin belə davam etməsi bir neçə ildən sonra Azərbaycanda savadsız analar ordusunun yaranmasına gətirib çıxara bilər. Hansı ki, Azərbaycanın tarixən savadlı, bacarıqlı, dünya qadınlarına nümunə ola biləcək diplomat qadınları kifayət qədər olub.
Alim
Olaylar.- 2014.- 18 noyabr.- S.3.