“Ulduz” şokolad fabrikinin
Azərbaycanın qənnadı sənayesində
yeri
Avropanın ən
müasir avadanlıqları ilə təchiz
edilmiş fabrikdə istehsal
edilən məhsullar dünyanın 20-dən çox
ölkəsinə ixrac olunur
İnsanlara dad və istədiyi
keyfiyyətdə məhsul təqdim etmək asan
məsələ deyil. Bu
çox zəhmət və prosedur tələb edir.
Müsbət nəticə üçün
bazar mexanizmlərinin qaydalara
uyğun işə salınması, istehsalatda müasir
texnologiyaların lazımi dəyərləndirilməsi, investisiya önündəki texniki
və inzibati maneələrin aradan qaldırılması, beynəlxalq standartlara uyğunlaşmaq
kimi vacibatlar var. Bunlar tarla-müəssisə
zəncirinin həlqələrini yaradan
faktorlardır. Sahibkar, yaxud
müəssisə rəhbəri insanlara məhsul
təqdimatında populizmdən uzaq
olmalıdır. Yəni ki, hər kəsə
lazım olan müəyyənlik
olmalıdır. Bu gün
xüsusilə qida sektorundakı
qeyri-müəyyənlik çarxlarının sahibkarların
istədiyi istiqamətə dönməsi sektorun
tipik problemlərindəndir.
Bəs, “Ulduz” şokolad fabriki?
Düşünmək lazım deyil, populizm və teatral pafoslara da istinad
etmək lazım deyil. Bu
barədə danışmağa dəyər. Sırf
müsabiqə yazısı olsun deyə, deyil. Bu, həm də vicdan məsələsidir. Yazını tamamlamaq üçün statistik rəqəmlər və faktlar qoymaq olar. “Ulduz” barədə çoxlu faktlar var. Daha
inandırıcıdır ki, bu halda ortaya
çıxacaq materialların böyük
əksəriyyəti siam əkizləri kimi eyni olacaq.
Vaxt itirmədən başlayaq:
“Ulduz” şokolad fabriki də öz
tanıtımında digər müəssisələrdən fərqli
deyil. Məsələn, artıq
şablonlaşmış “Əsas qayəmiz hiyləsiz, zərərsiz,
İslam inancı, eyni
zamanda yerli dəyərlər
müstəvisində insanlara məhsul təqdim
etməkdir” tezisi “Ulduz”
üçün də keçərlidir.
Eyni iddialar çərçivəsində
müəssisə inanc heysiyyatı olan rejimdə
çalışdığını bildirir
və insanları məmnun etmək üçün
böyük potensiala sahib olduğunu deyir. Gerçəkdə belədirmi? Baxaq.
“Ulduz”-un dadını bilənlər
Sentyabrın 30-da “Açıq qapı” günü (müəssisə bu cür aksiyaları mütəmadi şəkildə keçirir) çərçivəsində media nümayəndələri “Veysəloğlu” Şirkətlər Qrupunun “Ulduz” Şokolad Fabrikində oldular. Müəssisə barədə media məlumatlandırıldı. Bildik ki, “Ulduz” şokolad fabriki 2001-ci ildə fəaliyyətə başlayıb. Fabrik yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", “Seasons”, “Sema”, “Wedding” və bir digər məhsulların müxtəlif çeşidləri ilə tanınır. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin – “Topnut” markalı “Draje” və “Cırtdan”, “Freş”, “Alpinmilk”, “Villi” markalı karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirib. “Ulduz”-un istehsal gücü saatda 3200 kq-dır. Müəssisənin ixrac potensialı daha da artırılaraq, Rusiyanın Moskva, Sankt Peterburq, Ufa, Maxaçqala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnı Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belorusiya, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə məhsullarını ixrac edir. Bildirildi ki, “Ulduz” fabriki beynəlxalq İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemi, İFS (İnternational Food Standart) – Beynəlxalq Qida Standartı, BRC (British Retail Concertium, İngilis Pərakəndəçilər Birliyi Standartı), İSO 10002:2004 (Müştəri Məmnuniyyəti Standartı), OHSAS 18001:2007 (Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik) sertifikatları alıb. 2009-cu ildə Moskvada “Prodekspo-2009” sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında şokoladları yüksək qiymətləndirilərək innovasiya məhsulu müsabiqəsinin Qızıl medalına layiq görülüb. 2010-cu ildə “İlin xalq markası” mükafatına layiq görülüb. İstanbul şəhərində 21-ci beynəlxalq qida sənayesi “World Food İstanbul -2013” sərgisində iştirak edən “Ulduz” Şokolad Fabriki növbəti dəfə öz uğurlu iştirakı ilə yadda qalıb. Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunub. Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunur. Bir sözlə, Sakit okeandan Atlantikə, Şimal Buzlu okeandan Afrikayadək böyük məkanın insanlarının hamısı “Ulduz”-un dadını bilirlər. Böyük iddialarda olan müəssisə üçün normal haldır. Lakin biz nə rus, nə ərəb, nə də ingilisik. Deməyəcəyik ki, ölkəmizin məhsuludur, mütləq tərifləmək lazımdır. Şahidlik üçün fabrik rəhbərlərinin nəzəri mülahizələrindən sonra praktikaya keçdik. Getdik, gördük və yazdıq, mübaliğəsiz.
Şahid olduq ki...
İddia edildiyi kimi müəssisənin məqsədi həqiqətən də insanların tələb etdiyi məhsulları onlara təqdim etməkdən ibarətdir. “Ulduz”-da texniki və gigiyena qaydalarına əməl olunması var. Fabrikin məhsullarında xəstəlik və zərərli faktorlara rast gəlmək mümkünsüzdür. Ən kiçik elementlərdə belə personalın qablaşdırılan məhsula azacıq da olsa təması yoxdu. Bəlli idi ki, personal işə götürülməzdən əvvəl bu barədə xeyli maarifləndirilib. Məhsulların xammaldan başlayaraq istehsaladək təsnifi və düzgün emalı qaydaları diqqətə şayandır. Fabrikdən satış yerlərinədək məhsullar tamamilə nəzarət altındadır. İstehsalat texnologiyası da gigiyena qaydalarına uyğun dəyərləndirilir. Satılan məhsulların müayinəsi həyata keçirilir. “Ulduz”-un qida, əczaçılıq, kimya, biologiya, baytarlıq və tibb sahəsində ali lisenziya səviyyəsində təhsil görmüş personalı iş başındadır. Məhsulun istehsalından istehlakına qədər bütün mərhələlərdə görülən səhiyyə tədbirləri yaxşı nümunədir. Əldə edilən məhsulun tərkibinin fiziki, kimyəvi və mikrobioloji təsbiti də var. Müəssisə peşəkarlar tərəfindən intensiv şəkildə dezinfeksiya olunur. Ən əsası məhsulun analizini həyata keçirən professional laboratoriyası fəaliyyətdədir. Əldə edilən nəticələr təkrar-təkrar müayinə edilir. İstehlakçıların şikayət və təklifləri dəyərləndirilir. İstehsal avadanlıqları istilik, buxar, turşu, qələvi və duz kimi maddələrə davamlıdır. Zərərli canlılar, toz, duman kimi ekoloji çirkləndiricilərə qarşı qapalıdır. Fabrik su keçirməz, sürüşməyən, asan yuyula bilən, çat yaratmayan təmizlik və dezinfeksiya qaydalarına uyğun materiallardan inşa olunub. “Ulduz”-da hamam, ayaqyolu və digər ictimai bölmələr istehsalatdan tamamilə ayrıdır. İşçilər və müəssisəni ziyarət edənlər üçün gigiyena qaydalarını xatırladan lövhələr asılıb. Yeməkxana təmizdir. İlkin tibbi yardım və yanğınsöndürmə ləvazimatları göz qabağındadır. İş yeri gün işığına ekvivalent şəkildə işıqlandırılıb. İstiliyin normadan artıq yüksəlməsini, buxarın və tozun əmələ gəlməsinin qarşısını almaq, çirkli havanı dəyişdirmək üçün mexaniki, təbii havalandırma sistemi ilə təmin edilib. Dezinfeksiya qaydaları əsasında nəzərdə tutulmuş qalıq tullantı anbarı var. Qalıqların tullanılması xüsusi şöbənin nəzarətindədir. Su və zərərli canlıların yığılması üçün burada münbit şərait yoxdur. İşçilərin sağlamlıq göstəriciləri tez-tez yoxlanılır. Ziyarətçilərin müəssisənin çirkləndirməmələri üçün önləyici tədbirləri var. Onlar işçilərə qoyulan qaydalara uyğun “Ulduz”-la tanış olurlar. Biz “Veysəloğlu”-nun müəssisəsində bunları gördük. Və belə nəticəyə gəldik ki, bəlkə də müəsissənin adı təsadüfi seçilməyib. Gerçəkdə də belədir – səmavi ulduz böyüklüyündə. “Ulduz”-un şokoladları qatqısız, təbii şəkildədir, anamızın bizə hazırladığı şirniyyat kimidir. Daddıq. Beləydi. Bilmək üçün reklamsız, heç bir statistikasız sadəcə dadına baxmaq lazımdır. XIX əsrin fransız əczaçısı şokolad haqda, “bu, ilahi cənnət içikisidir, bu, əsl panaseyadır - bütün xəstəliklərin universal dərmanıdır” deyəndə düz edirdi. Məhz “Veysəloğlu”-nun müəssisəsi bu işin öhdəsindən lazım olan şəkildə gəlib. Yuxarıda gördüyümüz mənzərənin əksinə olaraq, “Ulduz”-dan keyfiyyətsiz məhsul gözləmək yersiz olardı. Təbii ki, fabrikin tənqid olunası tərəfləri də var. Məsələn, onun şokoladları çox şirin və dadlıdır.
Rəqabət zəncirinin
ilk və böyük
həlqəsi
“Ulduz”-un məhsullarından müştəri məmnuniyyəti var. Belə olmasaydı, Bakı və regionlardakı satış obyektlərində müştərinin seçimi bu müəssisənin şokoladları üzərində dayanmazdı. “Ulduz” markalarının süfrə və el şənlikləri xonçalarının əsas elementinə çevrilməsi də təsadüfi deyil. Çünki məhsulun qaydalar çərçivəsində qablaşdırılmasından ziyadə, gigiyenik, funksional, sensor keyfiyyəti və qida dəyəri də normalar çərçivəsindədir. Bu müstəvidə fabrikin fəaliyyət mexanizmi Azərbaycan üçün yenilik sayılmalıdır. Necə deyərlər, bütün sistem alman dəqiqliyilə qurulub. Eyni qaydada işləyir. “Ulduz” bu mənada Azərbaycanın təbliği üçün də də yaxşı fürsətlər yaradır. Dünyanın istənilən ölkəsinin vitrinlərində Azərbaycan brendinin göz oxşamasından gözəl nə ola bilər?! Heç nə! “Ulduz” bunu da bacarır. Artıq Azərbaycan insanı yaxşı şokolad və şirniyyat üçün Rusiyaya getmir. O, eyni zamanda keyfiyyətli məhsulları ilə daxili bazarda iqtisadi rəqabəti də gücləndirə bilər. Və gücləndirir də. “Ulduz” məhz bu gün Azərbaycanda yaranmış rəqabət zəncirinin ilk və böyük həlqəsidir.
Mənsur Rəğbətoğlu
Yazı “Azərbaycan
Mətbuat Şurası və “Ulduz” Şokalad Fabrikinin “Azərbaycanda qida
sənayesinin inkişafı və qənnadı sektoru” mövzusundakı müsabiqəsinə
təqdim olunur
Olaylar.- 2014.- 19 noyabr.- S.4.