Gürcüstandakı
soydaşlarımızın üzləşdiyi
əsas problemlərdən
biri işsizlikdir
Fazil Həsənov: “Gənclərin və orta yaşlı insanların işlə təmin olunma probleminin həlli üçün müxtəlif iş yerlərinin açılması zəruridir”
“Gürcüstanda yaşayan azərbaycanlılar bu cəmiyyətə inteqrasiya olunmalıdırlar”
Bu gün
Gürcüstanda yaşayan
500 mindən artıq azərbaycanlı zaman-zaman
bu ölkədə müxtəlif problemlər,
çətinliklərlə üzləşir. Soydaşlarımızın
üzləşdiyi problemlərin həlli, həmin problemlərin
Gürcüstanın rəsmi dairələrinə
çatdırılması istiqamətində fəaliyyət
göstərən Azərbaycan təşkilat və cəmiyyətləri
müəyyən mənada bəzi çətinliklərin aradan qaldırılmasına nail
olurlar. Bu sırada
Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin fəaliyyətini xüsusi
qeyd etmək yerinə düşər.
Mərkəz fəaliyyət göstərdiyi
müddət ərzində azərbaycanlıların
gürcü cəmiyyətinə inteqrasiyası, gənc nəslin
gürcü dilini öyrənməsi, azərbaycandilli məktəblərin
dərs vəsaitləri ilə təmin olunması, eləcə
də zəngin mədəni irsimizin təbliği istiqamətində
bir sıra layihələr, tədbirlər həyata
keçirib. AMM sədri Fazil Həsənovla söhbətimiz də məhz
yuxarıda qeyd edilən istiqamətlərdə
oldu. Mərkəz sədri “OLAYLAR”-a verdiyi müsahibədə Gürcüstanda
yaşayan azərbaycanlıların
günümüzdə üzləşdiyi əsas problemlərdən
də danışıb.
-Azərbaycanlilarin Mədəniyyət Mərkəzinin cari ilin sonuna qədər həyata keçirməyi nəzərdə tutduğu layihələr, tədbirlər nədən ibarətdir?
-Ötən illərdə olduğu kimi, bu il də əsas istiqamətimiz gənclərimizin təhsili ilə bağlı olan layihələri davam etdirməkdir. Mədəniyyətimizin təbliği istiqamətində bir sıra layihələr, tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan həqiqətlərinin Gürcüstanda yayılması və təbliği istiqamətində düşündüyümüz tədbirləri reallaşdıracağıq. Qarşıdan gələn yeni mövsüm və növbəti il çoxşaxəli layihələrlə yadda qalacaq. Əsas məqsədimiz insanlarımıza dəstək vermək və mədəniyyətimizi təbliğ etməkdir.
-Bəs Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq Gürcüstanda yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası istiqamətində hansı addımlar atır, layihələr həyata keçirirsiniz?
-Gürcüstan Azərbaycanlılarının Mədəniyyət
Mərkəzinin əsas məqsədi bu
ölkədə yaşayan azərbaycanlıların
gürcü cəmiyyətinə
inteqrasiyasına nail olmaqdır.
İnteqrasiyanın isə yolları çoxşaxəlidir.
Əsas işimiz gənclərimizin maarifləndirilməsi,
mədəniyyətimizin təbliği və inkişaf etdirilməsidir. Azərbaycan həqiqətlərini
yaşadığımız cəmiyyətə təbliğ
edərək mədəniyyətimizi də təmsil edirik. Bu istiqamətdə bir çox layihələr həyata keçirilir. Həmin layihələr
Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə azərbaycandilli
məktəblərdə gürcü dili kurslarının açılması, tələbələrə
aylıq təqaüdlərin verilməsi, mədəniyyət
festivallarının, aşıq sənətinin
inkişafı ilə bağlı tədbirlərin
keçirilməsidir. AMM-nin nəzdində “Sarvan” folklor rəqs ansamblının fəaliyyətində
həm gürcü, həm də Azərbaycan
mədəniyyəti nümunələrinin, rəqslərinin
təbliği və əhali arasında yayılması, gənclərin
Gürcüstanın bir çox
tarixi yerlərinə ekskursiyalarının təşkili, gürcü və
Azərbaycan ədəbiyyatı axşamlarının
keçirilməsi, kitabların tərcümələri, təqdimatları,
Gürcüstanın və Azərbaycanın tarixi
günlərinə həsr olunan tədbirlərinin qeyd olunaraq anılması, gürcü
və Azərbaycan jurnalistləri arasında əməkdaşlıq
məqsədilə müxtəlif layihələrin
və tədbirlərin keçirilməsi və bu kimi işlərimiz azərbaycanlıların
gürcü cəmiyyətinə inteqrasiya olunmasından başqa
iki xalq və dövlət
arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bundan başqa nəşr
etdiyimiz mətbu orqanlar
da buna xidmət edir.
-Gürcüstanda yaşayan azərbaycanlılar özləri gürcü cəmiyyətinə inteqrasiya prosesində maraqlıdırlarmı?
-Gürcüstanda
yaşayan azərbaycanlılar bu ölkənin vətəndaşıdırlar
və ölkəmizin bütün
imkanlarından istifadə edərək layiqli
vətəndaş olmaq üçün
təbii ki, bu cəmiyyətə
inteqrasiya olunmalıdırlar. Gürcüstan cəmiyyətinə inteqrasiya zamanı isə milli
mənəvi dəyərlərimizi qoruyub
saxlamalıyıq. Əhali tərəfindən dövlət dilinin öyrənilməsinə
böyük maraq var. Xüsusən də gənclər
arasında bu proses intensiv şəkildə davam
etdirilir.
-Zaman-zaman Gürcüstanda yaşayan azərbaycanlıların müxtəlif problemləri, çətinlikləri meydana çıxır. Günümüzdə azərbaycanlıların Gürcüstanda üzləşdiyi əsas problemlər nədən ibarətdir?
-Soydaşlarımızın
üzləşdiyi əsas problemlərdən biri
işsizlikdir. Gənclərin və orta yaşlı insanların işlə təmin
olunma probleminin həlli
üçün
müxtəlif iş yerlərinin
açılması zəruridir. Ən böyük
problərimizdən biri azərbaycandilli məktəblərdə
kadr
çatışmamazlığıdır. Məktəblərdə
çalışan müəllimlərin yaşı və
ixtisası çərçivəyə uyğun
deyil, gənc kadrların
hazırlanması üçün isə
Gürcüstan ali təhsil
müəssisələrində məktəblərimiz üçün zəruri fakültələr yoxdur.
Süleyman İsmayilbəyli
Olaylar.-
2014.- 21 noyabr.- S.4.