Azərbaycan diasporu
mütəşəkkil
qüvvəyə çevrilir
Dövlətimizin artan
qüdrəti, beynəlxalq nüfuzu region
və dünyada Azərbaycana olan marağı artırıb
Ümummilli
lider Heydər Əliyev 2001-ci ildə I qurultaydakı
çıxışından sonra Azərbaycan diasporu mütəşəkkil
qüvvəyə çevrilməyə başladı. Keçən
dövr ərzində diaspor
təşkilatları uğurlu yol keçib və çox böyük təcrübə
qazanıbdır. Həqiqətən də mütəşəkkil
və birgə mübarizə aparmaq, Azərbaycan
diasporunun fəaliyyəti üçün
lazımi idi. Dünya
azərbaycanlıları yalnız bu yolla güclənə bilərdi. Ulu öndərin
çıxışının diaporumuz üçün stimulyator
rolunu oynaması ilə uğurlu
işlərə start verildi.
Xüsusilə, bundan sonra
diasporumuzun Azərbaycan gənclərinin
potensialından yararlanması təqdirəlayiq oldu.
Bu gün xaricdə çox güclü və
savadlı Azərbaycan gəncliyi var. Onlar
müstəqil düşünür, vətənlərini
çox sevirlər. Onların
potensialı Azərbaycanımızın tanınması və
təbliğatı üçün çox şey verə bilər.
Azərbaycan diasporası buna paralel olaraq, erməni
yalanlarına qarşı hamılıqla birgə mübarizə
aparır. Məhz bunun üçün,
dünyanın müxtəlif yerlərində yaşayan
bütün soydaşlarımız təşkilatlanır
və yaşadıqları ölkələrin siyasi-ictimai,
mədəni, sosial dairələrinə inteqrasiya edirlər. Dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən Azərbaycan
diasporası düşünülmüş
fəaliyyəti ilə milli
maraqlarımızın qorunmasında və təbliğində
mütəşəkkil qüvvəyə çevrilib.
Diaspora ermənilərin milli
maraqlarımızın və Azərbaycan əleyhinə
yönəlmiş anti-təbliğatını dayandıra bilir. Buna səbəb erməni
diasporasının zəifləməsi yox,
məhz Azərbaycan diasporasının uğurlu
fəaliyyəti, diaspora təşkilatlarımızın
daha da inkişaf
etməsidir. Məhz bu fəaliyyətin nəticəsidir
ki, artıq ermənilərin
qaldırdıqları istənilən məsələ, irəli
sürdükləri əsassız ittihamların dərhal layiqli cavabları verilir. Bu da onunla
bağlıdır ki, diaspora
məsələsi ilə Azərbaycanda dövlət səviyyəsində
məşğul olunur və bu məsələlər çiddi
çəkildə nəzarət altında saxlanılır.
Mədəni-siyasi həmrəylik
Azərbaycan müstəqillik
əldə etdikdən sonra dünyanın
digər inkişaf etməkdə olan ölkələrində olduğu
kimi diaspor fəaliyyəti
sivil forma alaraq beynəlxalq hüquq
normaları çərçivəsinə düşüb.
Yəni, dünyanın ayrı-ayrı ölkələrində
diaspor təşkilatları
yaradılıb, onlar qarşısında konkret vəzifələr qoyulub,
strategiya və hədəflər müəyyən
edilib, ideoloji məsələlər
həllini tapıb, diaspor təşkilatları
arasında koordinasiya məsələsinə
önəm verilib. Bununla
artıq diaspor təşkilatlarımıza
atacaqları addımlar və gözlənilən nəticələr
aşılanıb. Məhz belə bir məqsədyönlü
siyasət nəticəsində müxtəlif ölkələrə
səpələnmiş azərbaycanlıların mədəni-siyasi
həmrəyliyinə nail olunub.
Xaricdəki soydaşlarımız öz milli mənsubiyyətlərini
dərk edərək onu qoruyub
saxlamağa nail olublar. İndi qətiyyətlə
demək olar ki, xarici ölkələrdə yaşayan
azərbaycanlıların milli maraqları
Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və bu
onların əsas strateji məqsədlərindən
biridir. Əslində hazırkı şəraitdə
Azərbaycan diasporasının mütəşəkkil fəaliyyətinə
heç vaxt
olmadığı qədər ciddi ehtiyac var. Nəzərə
almaq lazımdır ki,
Azərbaycanın müstəqil dövlət kimi
mövcudluğu, müstəqil daxili və xarici siyasət
yürütməsi, ölkəmizin zəngin karbohidogen
ehtiyatlarına malik olması və dünyanin güc mərkəzlərinin
enerji mənbələri uğrundakı
savaşı diaspora fəaliyyətimizin
daha da güclənməsini
zəruri edir.
Erməni analitikin etirafı
Diaspor təşkilatlarımızın əsas
məqsədlərindən biri də Azərbaycanı
dünya miqyasında siyasi,
iqtisadi və mədəni aspektdən
tanıtmaqdır. Bu məqsədlə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətlər dünyaya
ictimaiyyətinə lazım olan çərçivə
daxilində çatdırılır. Təşkilatlar məqsədlərinə
bütöv şəkildə nail olmaq üçün
son illərdə müxtəlif nəşrlər
– kitab, jurnal və qəzet
nəşri işinə xüsusi əhəmiyyət
verirlər. Təşkilatlar tərəfindən Xocalı
soyqırımı və Dağlıq Qarabağ
münaqişəsinə dair, eyni zamanda Azərbaycan tarixi ilə bağlı nəşr edilən kitab və jurnallar
dünyanın müxtəlif universitet və
institutlarına paylanılıb. Xüsusilə
dünyanın müxtəlif ölkələrinin milli arxivlərində saxlanılan sənədlər
əsasında hazırlanan – ermənilərin Qafqaza,
o cümlədən hazırkı Ermənistana
köçürülməsi haqqında faktlar
və məlumatlardan ibarət nəşrlətin hazırlanıb
çap edilməsi vacib
məsələdir. Eyni zamanda görülən işlərin Avropa və Amerika
mediasında nümayiş etdirilməsi
ermənilər tərəfindən qısqanclıqla
qarşılanır. Azərbaycan diplomatiyası və diasporunun fəaliyyəti nəticəsində
artıq Azərbaycan lobbisi də erməni
lobbisini üstələyir. Artıq ermənilərin
özləri də bunu etiraf
etmək məcburiyyətində qalıblar. Erməni siyasi analitik Ovik Baqramyan artıq erməni
lobbisinin fəaliyyətinin heç bir effekt vermədiyi qənaətindədir. Baqramyan erməni mətbuatına
açıqlamasında: “Erməni lobbisi
artıq inandırıcılıq qabiliyyətini itirib. Bunun əsas səbəblərindən
biri Qərb və Rusiyanın artıq Azərbaycanın
milli maraqları kontekstindən
çıxış etməsidirsə, digər tərəfdən
Sərkisyan hakimiyyətinin ikili
oyunları öz aldadıcılıq
qabiliyyətini itirib” – deyə bildirib. Ermənistanla müqayisədə
xüsusilə Avropa və Amerikadan
olan işadamlarının Azərbaycana maraq göstərmələrinin arxasında duran məsələlərdən biri də güclü lobbi fəaliyyətidir. Xüsusilə lobbiçilik işində “online”
kampaniyaların təşkili bu yöndə
müstəsna əhəmiyyətə malikdir.
Artıq dünyada yaşayan
soydaşlarımız, azərbaycanlı gənclər bu cür kampaniyalara
könüllü şəkildə səfərbər
olunurlar.
Gənc və uğurlu
Azərbaycanın xarici ölkələrdəki diasporunun
yaşı o qədər çox
olmasa da, gördüyü işlər kifayət qədər
məhsuldardır. O cümlədən, diasporumuz
heç də digər dövlətlərin
lobbi qurumlarından geri
qalmır. Xaricdə soydaşlarımızdan ibarət olan Azərbaycan diasporu xeyli gənc olsa da, ötən qısa müddət ərzində
xeyli iş görüb. Belə ki, bu işlər içərisində Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, işğal olunmuş torpaqlarla, mədəniyyətimizin
tanıdılması və s. məsələlərlə
bağlı görülən işləri göstərmək
olar. Onu da nəzərə almaq
lazımdır ki, müstəqil Azərbaycanın
oturuşması çox çətin və
mürəkkəb bir tarixi
dönəmə təsadüf edib. Bir tərəfdən
azğın ermənilərin işğalçılıq
siyasəti, digər tərəfdən Azərbaycanın çox mühüm geostrateji mövqedə yerləşməsi səbəbindən
ölkəmizə qarşı olan xarici təhdidlər həmin mərhələnin
nə qədər çətin keçildiyini
göstərir. Ötən müddət ərzində bu sahədə ölkəmizin
uğurlarını şərtləndirən ən
başlıca amil ondan
ibarətdir ki, Azərbaycanın xaricdəki
diasporu dövlətlə həmişə
birgə hərəkət edib. Yəni güc və imkanlarını vəhdət
halında səfərbər edərək, millətimizin
maraqlarını qoruyublar. Bu
da qarşıya qoyulan
hədəflərə çatılması baxımından çox əhəmiyyətlidir. Çünki Azərbaycan dövləti diasporla birlikdə imkanlarını koordinasiya edərək, dünya
miqyasında ölkənin maraqlarını uğurla
qoruyub və qorumaqda davam edir. Başqa bir
tərəfdən, dövlətlə diasporun
birgə hərəkət etməsinin özü
də azərbaycançılıq ideologiyasına xidmətin
ən gözəl töhfəsidir. Çünki
azərbaycançılıq ideologiyasının təbliği
və onun təməl prinsiplərinin cəmiyyətə
çatdırılması bu gün ən mühüm
məsələlərdən biridir. Bu yöndə
diasporanın bir nömrəli məqsədi
isə Azərbaycan həqiqətləri barədə formalaşan dolğun informasiya bankından yetərincə bəhrələnərək
ölkəmizi və xalqımızı dünyada
daha layiqincə tanıtmaqdır. Ölkəmizdə
Azərbaycan diasporçuluq sisteminin günün tələbləri
səviyyəsində qurulması üçün
əsaslı hüquqi baza
yaradılıb. Ümmummilli lider Heydər Əliyevin bu
istiqamətdə atdığı strategi
addımlar sonrakı mərhələdə cənab Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməkdədir. Diaspor
Komitəsinin yaradılması və inkişafını səciyyələndirən
prezident sərəncamları ötən
dövrdəki çoxistiqamətli fəaliyyətimizin əsasını
təşkil etmişdir. Diaspor
təşkilatlarının fəaliyyətinin gücləndirilməsində
gənclərin rolu danılmazdır. Buna səbəb kimi diaspor təşkilatlarında azərbaycanlı
tələbələrin üstün
qüvvəyə çevrilmələridir. Prezident
İlham Əliyevin qeyd
etdiyi kimi günümüzün tələbləri
savadlı gəncliyimizin olmasıdır. Yalnız bu halda Azərbaycanın uğurlu gələcəyi təmin
olunacaqdır. Bu işdə İlham Əliyevin imzaladığı
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə
təhsil alması barədə dövlət proqramı gənclərimizin
dünyanın öndə gedən universitetlərində təhsil
almaları üçün əlverişli
şərait yaratmış oldu. Xaricdə
təhsil alan gənclərimizin öz enerjilərini vətənimiz üçün sərf etmələri,
ölkə xaricində Azərbaycan
tarixi və mədəni dəyərlərinin
təbliğ olunmasında bilavasitə mühüm rol
oynayır. Bu
işdə əlbəttə ki, xaricdə
və Azərbaycanda fəaliyyət göstərən diaspor təşkilatlarının, tələbə
və gənclərlə bağlı olan
qeyri-hökümət təşkilatlarının müstəsna
rolu var. Məhz bu tip təşkilatların
olması xaricdə təhsil alan tələbələrimizin
gücünün vahid
mərkəzdən idarə olunaraq Azərbaycanın
maraqlarına uyğun istifadə
olunmasında mühüm əhəmiyyət
kəsb edir.
Gənclər və diaspora
Dövlətimizin Azərbaycan
gənclərinin maarifləndirilməsi məqsədi ilə yeritdiyi aktiv siyasət son dövrlərdə regionda
azərbaycanlı tələbələrin sayının
artmasına səbəb olmuşdur. Bu baxımdan regionda tələbələrin
bir mərkəzdən ictimai
fəaliyyətlərinin əlaqələndirilməsi vacib olan fəaliyyət
istiqamətlərdəndir. Dövlətimizin artan
qüdrəti, beynəlxalq nüfuzu region və dünyada Azərbaycana
olan marağı artırıb. Beynəlxalq
aləmdə Azərbaycanın dəstəklənməsi
yönündə sözü gedən gənc
intelektual kapitalın rolu
danılmazdır. Bu kapitalın düzgün istiqamətləndirilməsi, qiymətləndirilməsi
və idarə olunması ölkəmizin başlıca
konsepsiyalarindandır. Diaspora və xaricdəki
azərbaycan gənclərinin ali vəzifəsi
qarşıya qoyulan vəzifələrin
layiqincə yerinə yetirilməsidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 22-24 noyabr.- S.3.