"Binəqədi rayonunun sosial-iqtisadi

inkişafı: real vəziyyət və perspektivlər"

 

Son illər ərzində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət, istehsal, sosial infrastrukturun yenidən qurulması və digər kompleks islahatlar ümumilikdə  Azərbaycanın inkişafını təmin edən başlıca komponentlərdən birinə çevrilib. Məhz həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, təkcə son 10 ildə ölkə iqtisadiyyatının strukturu müsbətə doğru dəyişib, çoxşaxəli iqtisadiyyata çevrilib, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında islahatçı respublika kimi təqdim olunan, MDB ölkələri üzrə lider dövlət statusunu, nüfuzunu qoruyan ölkəmizdə sənaye potensialı gücləndirilib, yeni istehsal sahələri yaradılıb, minlərlə yeni obyekt, bir milyondan artıq yeri açılıb, sahibkarlığın inkişafı üçün yeni-yeni imkanlar yaradılıb. Elə bu səbəbdəndir ki, Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib olan Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək dəyərləndirilir. Bu aspektdə təkcə bir faktı qeyd etmək yerinə düşər.  Belə ki, Ümumdünya İqtisadi ForumununQlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatında Azərbaycan 7 pillə irəliləyərək 39-cu yerə layiq görülüb.

Heç şübhəsiz ki, ölkə ərazisində gedən bu inkişafda regionlar, həmçinin paytaxt rayonlarının da öz payı var. Bu sırada Binəqədi rayonunu xüsusi qeyd etmək lazımdır.  Etiraf etmək lazımdır ki, son vaxtlar paytaxtın sürətli inkişaf yolu keçən, əvvəlki simasını dəyişən, yeni-yeni infrastruktur layihələri həyata keçirən rayonlarından biri də Binəqədi rayonudur. Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 kilometr məsafədə, Abşeron yarımadasının şimal-qərbində yerləşən Binəqədi rayonunun bu gün hansı kənd və qəsəbəsinə ayaq bassan orada infrastruktur layihəsinin həyata keçirildiyi, əhalinin üzləşdiyi bu və digər problemlərin həlli istiqamətində müvafiq işlərin görüldüyünün şahidi olarıq. Rayonun  inzibati ərazisinə daxil olan  5 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən,  28 May qəsəbələri, eləcə də 6, 7, 8 və 9 mikrorayonlar sözün əsl mənasında tikinti meydançasını xatırladır. Son bir neçə il ərzində rayon ərazisində bir çox infrastruktur obyektlerin açılışı belə deməyə əsas verir. Belə ki, Tbilisi prospektində “20 Yanvar” dairəsindən başlayan yol ötürücüsü, AtatürkZiya Bünyadov prospektinin kəsişməsində yerləşən yol qovşağı, Xırdalan – Binəqədi və Biləcəri – Binəqədi avtomobil yolu, Cavadxan və Alı Mustafayev küçələrinin kəsişməsində tikilən yol ötürücüsü, Metronun “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları, Bakı Avtovağzal Kompleksi, Bakı Tennis Akademiyası, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya  Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışı, Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmiri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidənqurulması kimi əlamətdar hadisələr rayonun infrastruktur sahəsində böyük irəliləyişə səbəb olub. Rayon ərazisində yaşayan əhalinin kommunal problemlərinin həlli də daim diqqət mərkəzində olan məsələlərdəndir. Belə ki, “Azərenerji ASC”, “Bakıelektrikşəbəkə” ASC tərəfindən elektrik enerjisinin yaxşılaşdırılması məqsədilə rayon ərazisində 110 kVluq 3 yarımstansiyada yenidənqurma işləri və 35-10-6 kV-luq elektrik verilişi xətlərinin yenidən qurulması prosesi həyata keçirilib. Rayonda istilik təchizatının yaxşılaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC tərəfindən 53 bina üzrə istilik sistemlərinin yenidən qurulması işləri  yekunlaşıb. Sukanal İdarəsinin xidməti ərazisində isə ümumilikdə 117000 p/m-dən çox yeni su xəttləri çəkilib.

Təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə yeni infrastrukturun yaradılması da Binəqədi rayonunda əsas prioritetlərdən sayılır. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Binəqədi rayonunda 16 məktəbdə, 2 musiqi məktəbində, 13 bağçada  təmir-tikinti işləri başa çataraq istifadəyə verilib. Rayon ərazisində səhiyyənin inkişafı istiqamətində də ciddi dəyişikliklər baş verib. Sulutəpə və 28 May qəsəbələrində həkim məntəqələrinin tikintisi, o cümlədən Binəqədi qəsəbəsində yerləşən 15 saylı poliklinikanın əsaslı təmir işləri və Rəsulzadə qəsəbəsində yerləşən 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının tikintisini buna misal göstərmək olar. Sevindirici haldır ki, rayonda təhsil sahəsinin inkişafı birbaşa Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. Bu günlərdə Rayon İcra Hakimiyyəti tərəfindən ictimai-siyasihumanitar sahədə ətraflı, dolğun təhlillərin aparılması, strateji istiqamətlərin müəyyən edilməsi məqsədilə keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun çıxışı zamanı xüsusilə təhsil sahəsinə diqqət ayırması deyilənləri təsdiqləyir. Toplantıda çıxışı zamanı  cənab Xaləddin İsgəndərov qanunlara, öz peşəsinə, sənətinə doğru-düzgün yanaşmayan, qanunları pozan müəllimlər, direktorlar barədə ən yüksək səviyyədə ölçü götürüləcəyini vurğulayıb. İcra başçısı bildirib ki, məktəbə gəlir mənbəyi kimi baxan qarşısında onu görəcək: “Şəxsən mən bundan sonra təhsil müəssisələrini ciddi nəzarətə götürəcəyəm”.

Binəqədi rayonunda qeydə alınan və bütün rayon sakinləri tərəfindən müsbət qiymətləndirilən addımlardan biriRayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq keçirdiyi səyyar görüşlər və “Sakinlərin Müraciət Xidməti”nin yaradılmasıdır. Məlumat üçün qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının 2013-cü il, 13 fevral tarixli Sərəncamı ilə “Sakinlərin Müraciət Xidməti– 1646″ (SMX–1646) istifadəyə verilib. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət–vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir. Sakinlərin Müraciət Xidmətinin yaradılması dövlət orqanı ilə əhalinin əlaqələrini möhkəmləndirir, bu orqanlara müraciət edənlər həm məlumat almaq, həm də şikayətlərini daha çevikoperativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edir.

Binəqədidə paytaxt və əyalətlər, ümumilikdə respublika üçün örnək ola biləəcək tədbirlər sırasında  “Təmiz Binəqədi” layihəsini xüsusi qeyd etmək lazımdır. 2014-cü il, iyulun 1-dən etibarən rayonu ərazisində mərhələli şəkildə həyata keçirilən “Təmiz Binəqədi” layihəsi  Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il, iyunun 19-da imzaladığı sərəncamla təsdiq edilibbu məqsədlə Tədbirlər Planı müəyyyən edilib. Layihənin məqsədi 2015-ci il, iyunun 12-də Bakı şəhərində start götürəcək Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, parkxiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir. Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, “Təmiz Binəqədi” layihəsi təkcə respublikamıza deyil, eləcə də ondan kənara səs salıb. Belə ki, qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu internet portallarından sayılan sporajans.com.tr. saytı da bir müddət əvvəl Bakıda keçirilməsi nəzərdə tutulan Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə Binəqədi rayonunda həyata keçirilən “Təmiz Binəqədi” layihəsi barədə oxucularını məlumatlandırıb. "Təmiz Binəqədi" layihəsinin təbliğat və maarifləndirmə işlərinin təşkili istiqamətində 2014-cü ilin iyul-oktyabr aylarında Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. İyulun  5-də layihənin ilk təqdimatı zamanı 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olub.  Ümumilikdə  "Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə 30 000 ədəd bildiriş hazırlanıb, sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə 20 500 ədəd bildiriş paylanılıb. Layihə çərçivəsində  rayon ərazisində ümumilikdə 54 ünvanda iməciliklər keçirilib. Bundan başqa 2000 ədəd məişət tullantıları konteynerlərinin üzərində "Təmiz Binəqədi" sözləri yazılıb və loqosu vurulub, məişət tullantısı daşıyan xüsusiləşdirilmiş maşınların yük hissəsində bortun üzərində rayonun görüntüləri fonunda "Təmiz Binəqədi" loqosu yerləşdirilib. Məişət tullantılarının çeşidlənməsi tədbirinin keçirilməsi istiqamətində 2015 ədəd məişət tullantılarının yeşikləri rənglənib və loqolar yeşiklərin üzərinə yapışdırılıb. Müsbət qiymətləndirilməli olan məqamlardan biri ondan ibarətdir ki, “Təmiz Binəqədi” layihəsinin icrasına heçBirinci Avropa Oyunlarından sonra yekun vurulmayacaq. Düzdür, layihənin məqsədi Avropa Oyunlarına qədər rayonun memarlıq görkəmi daha da yaxşılaşdırmaq, küçə və meydanların abadlaşdırılması olsa da, lakin bu istiqamətdəki tədbirlər Avropa Oyunları başa çatdıqdan sonra da davam etdiriləcək. Binəqədi rayonunda görülən bütün bu işlər rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir. Rəsulzadə qəsəbə sakini Ruhiyyə Mehdiyeva da yaşadığı rayon, eləcə də qəsəbədə görülən işlər, əhalinin bir çox problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən razılığını ifadə edib. Rayon sakini deyir ki, yerli rəhbərlik sakinlərin asudə vaxtının səmərəli təşkilini də daim diqqət mərkəzində saxlayır: “Rayon ərazisində olan park və xiyabanların yenidən qurulması, abadlaşdırılması sakinlərin asudə vaxtının səmərəli təşkilinə hesablanıb. Xüsusilə bu kimi parkxiyabanlarda uşaqlar üçün atraksionların quraşdırılması həm biz böyüklər, həm də uşaqlar tərəfindən müsbət qarşılanır”. Rayonun 9-cu mikrorayon ərazisindəki özəl müəssisələrdən birində çalışan Anar Rasimoğlu isə Binəqədidə aparılan quruculuq-abadlıq işlərinin paytaxtın digər rayonlarında da təkrarlanmasını arzulayır: “Mən Suraxanı rayonu ərazisində yaşasam da, hər gün işimlə əlaqədar Binəqədi rayonuna gəlirəm. İşə gəldiyim müddətdə yol boyu bir neçə rayonun ərazisindən keçirəm. Tam səmimi deyirəm ki, yalnız Binəqədi rayonuna gəlib çatanda insanın ürəyi açılır. Çünki insan hər gün bu rayonda yeniliklər, abadlıq, gözəlliklə qarşılaşır. Bu gözəlliklər gərgin rejimindən sonra insanda bir dinclik, xoş anlar yaşadır”.

 

Süleyman İsmayılbəyli

 

"Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi  müsabiqəyə təqdim etmək üçün

 

Olaylar.- 2014.- 25 noyabr.- S.4.