Diaspor təşkilatlarının

uğurlu Xocalı kampaniyası

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti aktiv fazaya qədəm qoyub. Artıq bir neçə aydır ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bu istiqamətdə toplantılar, konfransseminarlar təşkil edirlər. Bu günlərdə belə tədbirlərdən biri Belçika Krallığında reallaşıb. Belə ki, Belçika Azərbaycan Dostluq Cəmiyyəti və Türkiyə Strateji Araşdırmalar Mərkəzinin  (TÜRKSAM) birgə əməkdaşlığı ilə Brüsseldə 'Vrije Universiteit Brussel' salonunda "Qarabağ işğalı - 3 Nəsil 1 soyqırım” adlı sərgi, eləcə də “Qafqazda sülhün önündəki maneələr” adlı konfrans keçirilib.

Sərgidə Qarabağda gedən döyüşlər zamanı həlak olanların rəsmləri, həmçinin onlardan qalan xatirə vəsaitləri nümayiş olunub. Sərginin açılış lentini Azərbaycan və Türkiyənin səfirləri Fuad İsgəndərov, Hakan Olcay, Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Ogan, eləcə də Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Hollandiya Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın kəsib. Sərgi və konfransda Türkiyə Cümhuriyyətinin Brüsseldəki səfiri Mehmet Hakan Olcay, Azərbaycan Respublikasının Brüssel, LüksemburqAvropa Birliyi nəzdində fəaliyyət göstərən səfiri Fuad İsgəndərov, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının İqdırdan olan millət vəkili və TÜRKSAM fəxri prezidenti Sinan Oğan, Türkiyənin Brüsseldəki baş konsulu Əli Barış Ulusoy, Azərbaycan Respublikasının Brüsseldəki səfirliyinin müşaviri Əli Əliyev, səfirliyin birinci katibi Anar Manatlı, Schaerbeek bələdiyyə məclis üzvü Xalis Kökdən, TÜRKSAM sədri Gencehan Babiş, QHT nümayəndələri, ziyalılar, universitet tələbələri iştirak edib. TBMM üzvü Sinan Ogan və cəmiyyət sədri Ayhan Dəmirçi konfransdan əvvəl “Qarabağ işğalı - 3 Nəsil 1 soyqırım” adlı sərgini qonaqlarla birlikdə gəzərək iştirakçıları sərgi ilə əlaqədar məlumatlandırıb. Konfransda çıxış edən Ayhan Dəmirçi konfransı açıq elan edərək iştirakçılara öz təşəkkürünü bildirib. Azərbaycan Respublikası Brüsseldəki səfiri Fuad İsgəndərov və Türkiyə Cümhuriyyətinin səfiri Hakan Olcay bu tipli sərgi və konfransların mühüm əhəmiyyət daşıdığını deyib. MHP Iqdır millət vəkili və TÜRKSAM fəxri prezidenti Sinan Oğan isə etdiyi çıxışında bildirib ki, son əsrdə dünyanın müxtəlif coğrafiyalarında 5 milyondan artıq Türk qətlə yetirilib: “Bu rəqəm kiçik hesab ediləcək bir rəqəm deyil. Bu rəqəm bir çox Avropa ölkəsinin əhalisində daha çoxdur. Biz Türklər çox qürurlu bir millət olduğumuz üçün ümumiyyətlə ağrı, acılarımızı dilə gətirməmişik. Ancaq ağrı-acılarını dilə gətirməyən millətlər də zamanla yox olurlar. Bizlər həmişə zəfərlərimizi dilə gətirmişik və bu səbəbdən ağrı-acılarımızı dilə gətirmək və xatırlamaqdan həmişə uzaq olmuşuq. Ancaq günümüzdə TÜRKSAM olaraq yaxın tarixlərdə yaşanan qırğınları və ağrı-acıları bir araya gətirərək, sərgilərlə, konfranslarla dünya ictimaiyyətinə izah etmək qərarı aldıq. Türkiyə başda olmaqla Avropa və dünyanın müxtəlif yerlərində bu sərgilər, konfransları təşkil etmməyi davam etdirəcəyik”. Sinan Oğan deyib ki, virtual mühitdə bunu nəşr halında milyonlarla insana çatdırmalıyıq: “Erməni diasporu əlindəki yalanları doğruymuş kimi qəbul etdirdiyi bir halda bizlər də yaxın tarixdə yaşanan acıları doğru bir şəkildə dünyanın diqqətinə çatdırmalıyıq. Bu insanlıq və milli bir vəzifədir. Ermənilər yalnız insanlığı deyil, mədəni dəyərləri qətl edib. İrəvan bölgəsində zamanında 700 məscid vardı, İndi onlardan 699-u məhv edilərək inək tövləsinə, axıra çevrilib. Yalnız bir məscid “Göy məscid" istisna olunmaqla. O da muzey kimi istifadə etmək niyyəti ilə”. Sinan Oğan bildirib ki, 1900-cü illərdən bəri İğdır, Ərzincan, Ərzurum, eləcə də Qarabağ olmaqla bir çox yerdə ermənilər tərəfindən vəhşiliklər törədilib, insanlarımız yandırılıb,  kütləvi soyqırımlar həyata keçirilib: “Məqsədimiz bu ağrıları gündəmdə tutaraq, gerçəklərin işıqlanmasını təmin etməkdir”

TÜRKSAM sədri A. Gencehan Babiş deyib ki, “Acılar paylaşdıqca azalardeyimini əsas götürübbu sözdən yola çıxaraq tarixdə meydana gəlmiş acı hadisələri tarixə əks etdirmək məqsədiylə bu kimi tədbirlər təşkil olunur: “Çox faydalı bir tədbirdir. Vətəndaşlar tarixdəki acı hadisələri, sənədlər gördükcə daha çox təsirlənir. Bu səbəblə əmanət aldığımız bu vizual materialları virtual mühitə daşıyıb, ictimai media vasitəsilə milyonlara çatmağı hədəfləmişik. Çıxışlardan sonra qonaqlar üçün Azərbaycan mətbəxindən hazırlanan yemək və içkilərdən ibarət süfrə açılıb.

Oxşar tədbir bu günlərdə qardaş Türkiyədə də gerçəkləşib. Belə ki,  Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya), Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı qətliamı müzakirə olunub. Ankarada keçirilən tədbirə TBMM Konstitusiya Komissiyasının sədri, prof. Dr Burhan Kuzu,Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili prof.Dr Necdet Ünüvar, Türkiyə Parlamentlər Birliyinin sədri Nevzat Pakdil, Avrasiya İctimai Əlaqələr və işbirliyi Dərnəyinin sədri, millət vəkili, Dr. İsmail Safi, millət vəkili Oktay Ekşi, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, jurnalist Elnur Eltürk qatilib. “Yüzilliyin dəhşəti: Xocalı soyqırımına beynəlxalq hüquqi baxış” adlı tədbirdə çıxış edən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmət Eren Xocalı qətliamının əsrlərdir davam edən xaç yürüşlərinin bir bənzəri və davamı olduğunu bildirib: “Ermənilər dünyanın gözü önündə 26 fevral 1992-ci il tarixində 613 müsəlman soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Bundan gözləri doymayan Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək minlərlə soydaşımızı öldürüb. 2015-ci ildə əsassız və saxta erməni soyqırımı iddialarının 100 illiyi yaxınlaşır. Bunun üçün Türkiyə və Azərbaycan istər Amerikada, istərsə də Avropada ortaq diaspor fəaliyyətləri həyata keçirməlidirlər”. Hikmət Eren çıxışında Xocalı xaricində Anadolu torpaqlarında ermənilərin müsəlman türklərə qarşı törətdikləri qətliamın izlərinin olduğunu söyləyib: “1980-ci il və 1990-illərdə Ərzurum Alaca kəndi, Yeşilyayla və Tımar kəndlərində aparılan qazıntılar zamanı ermənilərin müsəlman türklərinin toplu məzarları tapıldı. Qars, İğdır və Vanda ortaya çıxarılan qətliam məzarları da gözümüzün önündədir. Bu qətliamları dünyanın dörd bir tərəfinə çatdırmalıyıq. Bəzən bu gerçəkləri anlatdığımız üçün biziTürkün türkə” təbliğatı aparmasında ittiham edirlər. Bəli, Türkiyədə 80 milyon insan yaşayır, amma əksər gənclərimizin bu məzarlıqlardan xəbəri varmı?”.

Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov çıxışında deyib ki, Xocalı qətliamı insanlıq tarixinin ən acı soyqırımlarından biridir: “Faciənin dəhşətini yaşayan biri olaraq, üzərindən 22 il keçsə də Xocalı qətliamının acısı hələ də təzədir və həmişə belə qalacaq. Xocalı qətliamı o günü yaşayan hər kəs kimi məndə də dərin izlər buraxıb. Yüzlərcə qadın və uşaq gözümüzün önündə erməni əsgərləri tərəfindən qətlə yetirildilər. Xocalı qətliamı erməni faşistlərin düşündüyü kimi sadəcə türk və müsəlmanlara qaşı deyil, bütün insanlığa qarşı işlənmiş bir toplu cinayətdir. Xocalı qətliamı bu gün bir çox ölkənin parlamenti tərəfindən gündəmə gəlib və soyqırım olaraq tanınıb. Bunlardan Meksika, Pakistan, Kolumbiya, Bosna, Peru, Sudan, Hondurasİslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Xocalı qətliamını tanıyıb. Fəqət, Xocalı faciəsini qardaş Türk cümhuriyyətlərinin parlamentləri tərəfindən tanınmasını arzu edərdik”. Türkiyə Böyük Millət Məclisinin üzvü İsmail Safi isə Xocalı vəhşəti kimi bu cür önəmli mövzuların dövlətlərin və tarixçilərin məsələsi olduğuna diqqəti çəkib: “Amma bugünkü dünyaya baxdığımızda bu cür tarixi hadisələr QHT-lərin də məsələsidir. Çünki əslində bu, lobbiçilik fəaliyyəti sahəsinə aiddir. Amma təəssüf ki, Türkiyədə bu mövzunun yetərsiz olduğuna şahid oluruq. Bu məqsədlə “biz bu mövzuda nə edə bilərik?” istiqamətində 1 ildir fəaliyyət göstəririk. 10 universitetdə dəyirmi masakonfranslar düzənlədik. 2015-ci ildə də çalışmalarımıza davam edəcəyik və bu məsələni xaricdə də qaldıracağıq”. Tədbirin yekununda iştirakçılar tərəfindən qərar qəbul olunub. Qərara görə, Xocalı hadisəsi açıq bir soyqırımdır, Xocalı soyqırımı və qondarma erməni soyqırımı iddiaları ilə bağlı diaspor, elmilobbi fəaliyyətləri birlikdə koordinasiya edilməli və birlikdə aparılmalıdır. Sənəddə həmçinin bildirilir ki, Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər əsla açıla bilməz və açılmamalıdır.

 

Olaylar.- 2014.- 25 noyabr.- S.3.