Xaricdə təhsil alan azərbaycanlı
tələbələrin
diaspora fəaliyyəti
Dövlət başçısı harada yaşamasından asılı olmayaraq
bütün
azərbaycanlılara çox böyük diqqət yetirir
Ermənistanın xarici
işlər naziri Edvard
Nalbəndyanın İsveçə rəsmi səfəri
çərçivəsində Stokholm
Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda “Cənubi Qafqazda
Təhlükəsizlik Problemləri” mövzusunda
məruzə ilə çıxış edib.
İşğalçı ölkənin naziri
çıxışını bitirəndən sonra İsveç-Azərbaycan Gənclər
Təşkilatı fəallarının suallarına tuş gəlib. Belə ki,
təşkilatın fəalları - Rəsul Məcidov, Allahverdi Verdizadə, Aysel Yusubova və Mahirə Muxtarova
erməni nazirə 4 sual
ünvanlayıblar.
Verilən suallarda Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq, Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb etməsi qeyd olunub. Bundan başqa, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin erməni hərbi birləşmələri tərəfindən bir gecədə yer üzündən silinməsini, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər dinc Xocalı sakini qəddarlıqla qətlə yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdıran İsveç-Azərbaycan Gənclər Təşkilatının fəalları, Edvard Nalbadyanın bu haqda fikirlərini bilmək istəyiblər. Çətin anlar keçirən, tələbələrin suallarına destruktiv və uydurma dolu cavablar verən Edvard Nalbəndyan, tədbirin bu şəkildə davam etməsindən narahat olduğu ifadə edib. Sualları cavablandırarkən əllərinin hərəkətindən və sifətindəki ifadədən açıq-aşkar əsəbi olduğu hiss olunan erməni nazirin, “salonun 90 faizini deyəsən azərbaycanlılar təşkil edir” ifadəsi, vəziyyətin onun üçün necə mürəkkəb olduğunu göstərirdi. Azərbaycanlı gənclərin erməni nazirin qarşısındakı uğurlu çıxışı, Azərbaycan dövlətinin və diasporasının adına yazılmalıdır. Son illərdə dövlətin xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər üçün yaratdığı münbit şərait nəzərdən qaçmır.
Tələbə təqaüdlərinin artırılması
Təhsil
Nazirliyinin “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı”nın icrası
və Dövlət Proqramı çərçivəsində
təhsil alan tələbələrin ixtisas biliklərinə tam
yiyələnmələri və keyfiyyətli təhsil
almaları üçün mövcud şəraitin daha da
yaxşılaşdırılması istiqamətində həyata
keçirdiyi islahatlar
davam edir. Həmin proqram çərçivəsində ABŞ,
İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin
məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dəyişiklik edildi. Qərar dövlət dəstəyilə
təhsil alan tələbələrin maddi rifahının
yaxşılaşdırılması və onların təhsil
aldığı ölkələrdəki inflyasiya
şəraitinə uyğun olaraq xərclərinin qarşılanmasında
rahatlıqlarının təmin olunması məqsədi
daşıyır və 2014-2015-ci tədris ilindən
etibarən icra olunur. Azərbaycanın gələcək inkişafı, tələbələrin
yüksək akademik nailiyyətlər əldə
etməsi baxımından təqdirəlayiq haldır. İstənilən
dövlətin inkişaf səviyyəsi onun təhsili ilə ölçülür.
İnkişaf etmiş
dövlətlərin müasir elmi və texnoloji
nailiyyətlərinin hamısı təhsildə əldə edilmiş uğurların hesabınadır.
Dövlətin bu yöndə təhsil sahəsində
hiss olunan davamlı nəzarət
və islahatları yüksək qiymətləndirilməlidir.
Təhsil üzrə ekspert Etibar Əliyev də xaricdə təhsil alan tələbələrin təqaüdlərinin
artırılması ilə əlaqədar qəbul edilən qərarı
müsbət qiymətləndirir. E.Əliyev bildirir
ki, dövlət xəttilə xarici ölkələrin ali
məktəblərində təhsil alan
1800-ə yaxın azərbaycanlı tələbənin təqaüdünün
yüksəldilməsi müsbət haldır. Azərbaycan
vətəndaşlarının dünyanın çox
bahalı şəhərlərində təhsil
aldıqlarını deyən Etibar
Əliyevin sözlərinə görə, hökumət tələbələrin
çox böyük
təhsilhaqqısını öz üzərinə
götürüb: “Elə ali məktəblər var ki, təhsilhaqqı 30-40 min
dollara yaxındır. Belə bir məqamda bu qərarın
verilməsi yaxşı haldır, bu Azərbaycanda
təhsil sisteminin inkişafına təkan
verə bilər”. Bu amil
xarici ölkələrdə yaşayan azərbaycanlı tələbələrin
diaspora fəaliyyətinin də genişləndirilməsində
stimulyator rolunu
oynaması danılmaz faktdır.
Koordinasiyalı iş
Azərbaycan diasporunun formalaşması, onun
inkişaf etməsi və yeni,
müasir mübarizə vasitələrindən
yararlanmasına xaricdə təhsil alan tələbələrimiz
də dəstək olurlar. Azərbaycan diasporunun inkişaf etməsi
və yeni-yeni texnologiyalardan
yararlanmasında dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlı gənclərin
də xidmətləri danılmazdır. Xüsusilə, həmin
gənclər arasında dövlətin xətti ilə xarici ölkələrə təhsil almağa gedən tələbələrı qeyd etmək yerinə düşər. Təhsil aldıqları ölkələrdəki Azərbaycan
diaspor təşkilatları ilə sıx
ünsiyyət quran və onlarla
əlaqəli şəkildə fəaliyyət göstərən
tələbələrimiz istər Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırlması, istər Dağlıq Qarabağ
problemi barədə obyektiv
rəyin formalaşdırılması, istərsə də zəngin
tarixi-mədəni irsimizin təbliğ
olunmasında fəal iştirak edirlər. Sevindirici hal isə ondan ibarətdir
ki, Azərbaycan dövləti də öz növbəsində xaricdə təhsil alan tələbələrə, onların uğurlu fəaliyyətinə xüsusi
diqqət yetirir, onların fəaliyyətini
situmullaşdıran addımlar atır. Təsadüfi deyil ki, Azərbaycan
dövlətinin müvafiq strukturları da xaricdə təhsil alan
tələbələrlə əlaqələrin qurulmasına
və işgüzar münasibətlərin
yaradılmasına xüsusi önəm verir. Bu istiqamətdə Diasporla
İş üzrə Dövlət Komitəsinin
fəaliyyətini də qeyd etmək yerinə
düşər. Belə ki,
Diasporla İş
üzrə Dövlət Komitəsi fəaliyyətə
başladığı ilk tədbirini məhz
xarici ölkələrdə təhsil
alan gənclərlə keçirmiş
və bu görüşdə
qaldırılan problem və təkliflər
komitənin fəaliyyətində nəzərə
alınmışdır. Bu gün xarici
ölkələrdəki azərbaycanlı
gənclər təhsil aldıqları dövlətlərdə müxtəlif səpkili dərnək
və birliklər yaradır, digər
soydaşlarımızı da buraya cəlb etməklə,
xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin bir araya gəlməsi, təşkilatlanması
işinə yardım etmiş olurlar. Bu təşəbbüs
və fəaliyyət Komitə
tərəfindən tam dəstəklənir
və onların təkşkilatlanması üçün
hər cür yardım göstərir.
Xaricdə oxuyan azərbaycanlı tələbələrin
fəaliyyəti diaspora və dövlət
tərədindən koordinasiya olunur. Nəticədə keçən illə
ərzində xaricdə oxuyan azərbaycanlı
tələbələrin təbliğat şəbəkəsi
genişləndirilib. Koordinasiyalı iş xarici ölkələrdə
həyata keçirilən müəyyən tədbirlərin
dəstəklənməsi, Azərbaycan haqda
bəzi nəşrlərin tərcümə edilərək
çoxaldılması yönündə mühüm
addımların atılmasına yardımçı olub. Artıq Qərbi və
Şərqi Avropada, Asiyada,
Amerikada fəaliyyət göstərən,
fəaliyyətlərini lazımi istiqamətlərdə dəyərləndirən
təşkilatlar Azərbaycan milli
maraqlarının qorunmasında çalışan tələbələrlə
işbirliklərini yaradıblar.
Dövlət səviyyəsində
Diaspora fəaliyyətinin dövlət səviyyəsində
qurulması son illərdə öz müsbət nəticələrini ortaya qoyur. Azərbaycanda Diasporla İş üzrə
Dövlət Komitəsi yarandıqdan sonra
bu iş daha da güclənib. Xaricdə yaşayan
soydaşlarımızın dilimizi, dinimizi, milli dəyərlərimizi,
adət-ənənələrimizi qoruyub
saxlamalarının vacibliyini dərk edən
dövlət artıq diasporanın fəaliyyətinin daha da güclənməsi
məqsədilə bir sıra vacib məsələləri həll edib. Xatırlatmaq yerinə düşər ki, ölkə parlamenti
xaricdə yaşayan azərbaycanlılarla
bağlı qanun qəbul edib.
Eyni zamanda, Diasporla İş üzrə
Dövlət Komitəsi yaradıb. İndi
birmənalı şəkildə demək olar
ki, diaspora ilə
bağlı sistemli şəkildə iş aparılır. Bunun
nəticəsidir ki, diaspora
fəaliyyəti xeyli güclənib. Sirr deyil ki,
əvvəllər xarici ölkələrdəki
Azərbaycan cəmiyyətləri dağınlıq idi, onlar arasında koordinasiya aşağı səviyyədə
müşahidə olunurdu. Məhz bu səbəbdən diaspora
təşkilatlarımız fəaliyyətlərini lazımi
səviyyədə əlaqələndirə bilmirdilər.
Dövlət Komitəsi yarandıqdan sonra
bu iş sistemli və ardıcıl şəkildə
aparılır. O da nəzərə
alınmalıdır ki, diaspora
fəaliyyəti bizim üçün
yeni bir sahədir, hələ
bu istiqamətdə fəaliyyətə
yenicə başlamışıq. Buna baxmayaraq indiyə qədər diaspora
ilə dövlət səviyyəsində aparılan işi yüksək qiymətləndirmək
lazımdır. Düzdür,
dünyanın ayrı-ayrı ölkələrində elə
cəmiyyətlər var ki,
fəaliyyəti kifayət qədər güclü
deyil. Lakin bir faktdır ki, fəaliyyəti
zəif olan icmaların gücləndirilməsi
üçün Azərbaycan dövləti
və aidiyyati orqanları lazımi işləri
görürlər, Prezident İlham Əliyev bu məsələyə
xüsusi diqqət yetirir.
Dövlət başçısı bu və ya digər ölkəyə
səfər edərkən təkcə həmin ölkənin
dövlət və hökumət rəhbərləri ilə deyil, eyni zamanda
oradakı Azərbaycan icmalarının rəhbərləri və
nümayəndələri ilə görüşür,
onları dinləyir, onların problemləri ilə
maraqlanır. Həmin problemlərin aradan
qaldırılması üçün
lazımi tapşırıqlarını verir.
Təsadüfi deyil ki, bu gün
dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri hesab edir
və bunun əsas səbəblərindən
biri də odur ki, dövlət başçısı harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara
çox böyük
diqqət yetirir, onların problemlərinin
həll olunmasında əməli fəaliyyət göstərir.
Belə halda doaspor təşkilatlarının
üzərinə çox ciddi
və məsuliyyətli bər vəzifə düşür.
Bu vəzifə ondan
ibarətdir ki, diaspor
təşkilatlarına Azərbaycan dövləti tərəfindən
lazımi dəstək verilirsə onlar da üzərlərinə düşən vəzifələrin
icrasında fəallıq nümayiş
etdirsinlər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 28 noyabr.- S.3.