Bu il diaspora həyatında
yadda qalan hadisələr
Hər il olduğu kimi cari ildə də bütün
sahələr kimi diaspora sahəsində də bir sıra
uğurlar əldə edilib, yeni-yeni təşkilatlar təsis
olunub. Bir sözlə başa vurmaqda olduğumuz 2014-cü ili də diaspora sahəsində görülən
işlərin səmərəliliyi və zənginliyi
baxımından müsbət qiymətləndirmək olar.
******
Belə ki, cari il, fevralın 3-də
İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurası Təmas qrupunun növbəti toplantısı
keçirilib. Toplantıda
həmçinin 2014-cü ildə Bakıda “1918-1920-ci illərdə
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq”
mövzusunda tarixçi alimlərin iştirakı ilə
elmi-praktiki konfransın keçirilməsi barədə də
qərar qəbul olunub. 2015-ci ilin aprel
ayında Fransada türkdilli ölkələrin diaspor təşkilatlarının
birgə toplantısının keçirilməsi barədə
təklif də iştirakçılar tərəfindən
müsbət qarşılanıb.
******
Finlandiyada fəaliyyət göstərən
“Dostluq” Cəmiyyəti bu ölkənin parlamenti
qarşısında “Xocalıya ədalət!” kampaniyası
çərçivəsində Xocalı
soyqırımının 22-ci ildönümünə həsr
edilmiş mitinq təşkil edib. Aksiya
iştirakçıları əllərində “Xocalıya ədalət!”
yazılmış plakatlar və Türkiyə, Azərbaycan
bayraqları tutublar. “Dostluq” Cəmiyyətinin
sədri Təranə Nəzərova mitinqdə
çıxış edərək Xocalı
soyqırımının ermənilərin insanlıq əleyhinə
törətdiyi ən dəhşətli cinayət olduğunu
bildirib. Daha sonra Xocalı
soyqırımının qurbanları bir dəqiqəlik
sükutla yad edilib. Tədbir zamanı Xocalı
soyqırımı ilə bağlı videomateriallarla birgə
imzalanmış petisiya Finlandiya Xarici İşlər Nazirliyinə
və Finlandiya Parlamentinə göndərilib.
******
Avropa Azərbaycanlıları Konqresi "1992-ci ildə
Xocalı sakinlərinə qarşı törədilmiş
soyqırımın cinayət kimi tanınması və
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli"nə dair Avropa Parlamentinin Xarici siyasət komitəsinin sədri
Elmar Brok və Insan hüqüqları komitəsinin
üzvü Elizabet Yeqqleyə bəyanat
və sorğu ilə müraciət edib. Eyni
zamanda AAK Avropa Parlamentinin 300-ə qədər üzvünə
ünvanlanmış müraciətdə Avropa Parlamentindən
Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq
normalara uyğun olaraq həllinə münasibət bildirmək,
26 fevral 1992-ci ildə ermənilər tərəfindən
Xocalı sakinlərinə qarşı həyata keçirdiyi
soyrıqırım aktının müharibə zamanı
törədilmiş cinayət kimi qiymətləndirməsini tələb
edib. Müraciətdə həmçinin
Xocalı soyqırımının beynəlxalq ekspetlər
komissiyası tərəfindən araşdırılması,
ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin
başçılarından münaqişənin həlli
yolunda və sülhün əldə edilməsində cəhd
göstərmələri istənilib.
******
Niderland Krallığının şimal hissəsində “Hollandiya Azərbaycan Evi” adlı
daha bir Azərbaycan diaspor təşkilatı fəaliyyətə
başlayıb. Təşkilatın yaradılmasında əsas
məqsəd Niderland-Azərbaycan arasında dostluq
körpüsü yaratmaq, bu bölgədə yaşan
soydaşlarımızın təşkilatlanması,
onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Bundan başqa Azərbaycan həqiqətləri,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin dünya ictimaiyyətinə
çatdırılması da mühüm vəzifələrdəndir.
Bu ölkədəki digər Azərbaycan diaspor təşkilatları
kimi yeni yaranmış Hollandiya Azərbaycan Evi də ermənilərin
işğalçılıq siyasəti, hazırda 20 faizə
yaxın ərazilərimizin erməni
işğalı altında olması və Xocalı soyqırımının
beynəlxalq miqyasda tanıdılması istiqamətində
müvafiq tədbirlər keçirməyi
plnalaşdırır.
******
Xocalı soyqırımının 22-ci
ildönümü ilə əlaqədar 2014-cü il fevral ayının 26-da Nyu York Azәrbaycan-Amerikan Qadinlar Assosiasiyası Ermәnistanın BMT-dәki daimi nümayəndəliyinin vә BMT-nin Baş Assambleyasının
binası qarşısında etiraz aksiyası təşkil
edib. Aksiya
iştirakçıları әllәrində
Azәrbaycan, Türk,
Amerika bayraqları, Xocalıya ədalət tələb edən,
faciәni әks etdirən plakatlar tutublar.
Onlar “Ermәnistan
terrorçu”, “Ermənistan uşaq vә qadın qatili”, “Ermәnistan, etdiklәrindәn utan!”, “Ermәnistan, Azərbaycandan və
Türkiyәdən əlini
çәk!” kimi
şüarlar sәslәndirib.Mitinq çərçivəsində
yerli sakinlərə və turistlərə Xocalı faciәsi haqqında
broşürlər paylanılıb.
******
Ümumrusiya Azərbaycan Konqresinin regional
bölmələrinə daha biri əlavə olunub. Təşkilatın Moskva vilayətinin Dolqoprudnıy
şəhərində yeni regional bölməsi fəaliyyətə
başlayıb.Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi
ofisində təşkilatın icraçı direktoru İlqar
Hacıyev yeni regional bölmənin rəhbəri Namus
Nağıyevlə görüşərək ÜAK-ın məqsəd
və məramlarından danışıb. Ümumilikdə təşkilatın və regional
bölmənin planları, prioritetlərini müzakirə edib.
Öz növbəsində fəaliyyət göstərdiyi
şəhərdə yaşayan azərbaycanlılar
haqqında İlqar Hacıyevə məlumat ÜAK-ın Dolqoprudnıy
şəhərindəki yeni bölməsinin rəhbəri
Namus Nağıyev də burada belə bir təşkilatın
yaranmasının vacibliyini qeyd edib.
******
Niderland və Belçika Krallığının hər
bir əyalətində Azərbaycan təşkilatlarının
yaradılması prosesinə start verən Benilüks Azərbaycanlıları
Konqresinin (BAK) tərkibinə daha iki təşkilat əlavə
olunub. Bunlar Hollandiyanın Brabant Əyaləti
Azərbaycanlılar Məclisi və Şimalı Hollandiya
Əyaləti Azərbaycanlılar Ittifaqıdır. Hər iki təşkilatın təqdimat mərasimi
Rotterdam şəhərində baş tutub.
Mərasimdə Benilüks Azərbaycanlıları
Konqresinin sədri Sahil Qasımov yeni təşkilatları
iştirakçılara təqdim edib, onların rəhbərlərini
və üzvlərini təbrik edərək, diaspor fəaliyyətində
uğurlar arzuladıqdan sonra tədbirdə Disaporla İş
üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimovun təbrik məktubu oxunub.
******
Ukraynanın ən böyük özəl ali məktəblərinin birində - “Avropa
Universiteti”ndə Azərbaycan Mədəniyyət Mərkəzinin
təntənəli açılış mərasimi
keçirilib. Tədbir “Ukrayna Azərbaycanlıları Birləşmiş
Diasporu”nun, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının
və
Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin dəstəyi ilə baş tutub. Azərbaycan
Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli
və "Avropa Universiteti"nin rektoru
İvan Timoşenko tədbir iştirakçılarını
salamlayaraq, yeni mərkəzə gələcək fəaliyyətində
uğurlar arzulayıblar.
******
Hollandiya Azərbaycan Türk Kültür
Dərnəyi Hollandiyada artıq ikinci dəfə keçirilən
və 15 nominasiyada uğurlu fəaliyyətinə görə
seçilmiş adamlara, eləcə də qurumlara verilən
“Altın Lalə” mükafatına layiq görülüb. “Altın Lalə”
mükafatı hər il holland və türk əhali arasından seçilmiş
siyasətçi, idmançı, jurnalist, iş adamı və
təşkilatlara uğurlu, səmərəli fəaliyyətinə
görə təqdim edilir.Bu dəfə “İlin təşkilatı”
mükafatı artıq 20 ildən çoxdur fəaliyyət
göstərən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinə
verilib. Təqdimat mərasimində
çıxış edən Dərnəyin rəhbəri
İlhan Aşkın bildirib ki, təşkilat komitəsi 20
illik fəaliyyətimizi nəzərə alaraq onları bu
mükafata layiq görüb.
******
Almaniya tarixində ilk dəfə olaraq bu
ölkədəki seçkili orqana azərbaycanlılar
seçilib. Drezden bələdiyyəsinə
keçirilən seçkilərin nəticəsinə əsasən
seçilən 16 nəfərdən 3-ü azərbaycanlı
olub. Seçilən azərbaycanlılar Azərbaycan
diasporu tərəfindən irəli sürülən namizədlərdir.
Bunlar əslən Azərbaycandan olan Almaniya vətəndaşları
Azad Məmmədov, Ferman Levenfus və Anjelina Mixayilovadır.
A. Babayevin sözlərinə görə, 16 nəfərdən
ibarət idarəetmə orqanına başqa heç bir
qeyri-alman, o cümlədən namizədliklərini vermələrinə
baxmayaraq, ermənilər də seçilə bilməyib.
******
Danimarkada fəaliyyət göstərən
türkdilli xalqların diaspor təşkilatı rəhbərlərinin
toplantısı keçirilib. Paytaxt Kopenhagendə fəaliyyət
göstərən "Azərbaycan Evində" baş
tutmuş görüşdə Azərbaycan “Vətən” Cəmiyyətinin
nümayəndələri və sədri Səfər Sadiqi, Cənubi
Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Abbas Seidlər,
Skandinaviya Ülku Ocaqları sədri Bahadur Gülər,
Türkmən Yardım Cəmiyyətinin
başçısı Yurtan Karvancı və başqa cəmiyyət
sədrləri iştirak edib.Toplantıda "Vətən"
Cəmiyyətinin təşəbbüsü ilə
"Türkdilli Cəmiyyətlər Birliyinin" koordinasiya
şurasının yaradılması müzakirə olunub. Səfər Sadiqi toplantını açaraq bildirib
ki, koordinasiya şurasının yaradılması gələcəkdə
tədbirlərin birlikdə, planlı şəkildə təşkilinə
və əlaqələrin möhkəmləndirilməsinə
xidmət edəcək. Səfər Sadiqinin bu təşəbbüsünü
dəstəkləyən türkdilli cəmiyyətlərin rəhbərləri
koordinasiya şurasının yaradılmasının zəruri
olduğunu bildirib.
******
Ukraynadakı Azərbaycan diasporunun internet üzərindən
yayımlanacaq televiziya kanalı - “Diaspora TV” fəaliyyətə
başlayıb. “Ukrayna Azərbaycanlılarının
Birləşmiş Diasporu” tərəfindən təsis
olunmuş telekanalının məqsədi Azərbaycan mədəniyyəti,
siyasəti, tarixi və dövlətçiliyini dünya
ictimayyətinə təqdim etmək, ölkəmiz haqqında
yayılan qeyri-obyektiv informasiyaların qarşısını
alaraq, Azərbaycan dövlətinin siyəsətini dünya
miqyasında təbliğ etməkdir. Kanalın
məqsədlərindən biri də müxtəlif ölkələrdə
fəaliyyət göstərən Azərbaycan diasporunun
gördüyü işləri işıqlandırmaq və
onlara informasiya dəstəyi göstərməkdir.
Sutkada 18 saat efirdə olacaq “Diaspora TV”-nin xəbərlər
buraxılışı hər 3 saatdan bir canlı
yayımlanacaq.
******
Ukrayna Nazirlər Kabinetinin tərkibində yeni
yaradılan Milli Azlıqlar üzrə Şurada Birləşmiş
Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna
Millətlər Assambleyasının prezidenti Rövşən
Tağıyev də təmsil olunur. Ukrayna Nazirlər
Kabinetində baş nazir Arsen Yatsenyukun təşəbbüsü
və hökumət üzvlərinin iştirakı ilə
Şuranın ilk iclası keçirilib. İclasda qurumun tərkibi
də təsdiqlənib. Şuranın tərkibində
Ukraynada bir sıra milli azlıqları təmsil edən təşkilatların
rəhbərləri, mədəniyyət, təhsil və
daxili işlər nazirlərinin müavinləri, Nazirlər
Kabinetinin etnomilli siyasət işləri üzrə müvəkkili
Gennadiy Druzenko, etnosiyasət üzrə ekspertlər, alimlər
və mütəxəssislər yer alıb. Onların arasında
soydaşımız, BUAK sədri Rövşən
Tağıyev də var.
******
Azərbaycan Amerika
Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər
Vahabovanın rəhbərliyi ilə
ABŞ-ın Nyu-York şəhərinin Bruklin səmtində
“Azərbaycan Evi” (“Azerbaijan House”) fəaliyyətə
başlayıb. “Azərbaycan Evi”nin
açılış mərasimində Nyu-Yorkdakı Azərbaycan,
türk, yəhudi cəmiyyətlərinin təmsilçiləri,
Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri
Emil Səfərov, Vüsalə Muradəliyeva, Azərbaycanın
BMT yanında daimi nümayəndəliyinin təmsilçisi Fərid
Cəbrayılov və digəriləri iştirak edib.
Olaylar.-
2014.- 29 noyabr-1 dekabr.- S.3.