Azərbaycan diasporu 10 il əvvəl

 

Azərbaycanın ərazi bütövlüyü məsələsi işğalın həyata keçirildiyi illərdən bu vaxta kimi hər bir azərbaycanlını narahat etdiyi kimi hər kəsi bu istiqamətdə əlindən gələn işləri etməyə də vadar edir. Bu çətin mübarizədə Azərbaycanda yaşayan həmvətənlərimizlə yanaşı, vətəndan kənarda yaşayan həmvətənlərimizin də üzərinə çətin vəzifə düşür. Belə ki, xaricdə, erməni diasporasının fəaliyyətinin olduğu ölkələrdə erməni yalanlarına qarşı mübarizə aparmaq heçasan deyil. Rusiyada yaşayan həmyerlimiz Etibar Kərimlinin fikrincə, Azərbaycanın siyasi həyatı ilə bağlı diasporumuzu narahat edən və eyni zamanda, fəaliyyətinə istiqamət verən məsələlərdən biri ölkəmizin ərazi bütövlüyü məsələsidir. Bir haşiyə çıxaraq qeyd edək ki, Etibar Kərimli Bakıda anadan olub. Bakı Dövlət Universitetini bitirdikdən sonra Moskva şəhərinə köçüb, həmin ilin oktyabr ayından etibarən “Azərbaycanın dirçəlişi” ictimai-xeyriyyə fondunda əvvəlcə ərazi nümayəndəsi, sonralar ictimai əlaqələr üzrə direktor müavini və icraçı direktor vəzifələrində çalışıb.

Əvvəlcə onu qeyd edək ki,  hələ 2000-ci illərdən Rusiya Federasiyasının 89 subyektinin demək olar ki, hər birində Azərbaycanla bağlı cəmiyyət və yaxud hər hansı təşkilat mövcuddur. Respublikamız müstəqillik əldə etdikdən sonra iqtisadi çətinliklər üzündən Rusiyanın müxtəlif vilayət və şəhərlərinə vətəndaşlarımızın miqrasiyası kütləvi hal alıb və bu da öz növbəsində, həmin yaşayış yerlərində onların hər hansı təşkilatlanmış struktur halına düşməsinə eytiyac yaradıb. Bu cəmiyyətlər vətəndən kənarda müvəqqəti yaşamağa və işləməyə məcbur olmuş həmin soydaşlarımızın hüquqlarını müdafiə etmək, onlarla yerli administrasiyalar, hüquq-mühafizə orqanları arasında əlaqə yaratmaqbir sıra kütləvi-mədəni tədbirlərin keçirilməsi sahəsində xeyli işlər görüb və görməkdədirlər.  E.Kərimlinin fikrincə, xalqımız tarixən doğma torpağa, el-obaya bağlı olduğundan, ərazi bütövlüyü məsələsi bizlər üçün aktuallığını qoruyub saxlayıb və bundan sonra da saxlayacaq: “Məhz həmin torpağa bağlılıq hissi 1988-ci ildən başlayaraq vətənin milyonlarla insanlarını-kəndlisini, şəhərlisini, fəhləsini, qulluqçusunu, tələbəsini, alimini və ziyalısını meydanlara çıxarıb və bununla da Azərbaycanda o zamanlar üçün görünməmiş ümumxalq hərəkatının yaranmasına səbəb olmuşdur. Vətənimizin ərazi bütövlüyü dalğasında meydana gəlmiş həmin hərəkat sonralar Azərbaycanın müstəqilliyi, sovet sisteminin dağılması, demokratik cəmiyyət quruculuğu uğrunda mübarizəyə çevrilibbu da öz növbəsində, müstəqil dövlətçiliyimizin bərpası ilə nəticələnib. Respublikamızın öz ərazi bütövlüyü uğrunda başladığı mübarizə, eyni zamanda,  bir sıra xarici ölkələrdə və o cümlədən, Rusiya federasiyasında ilk diaspor cəmiyyətlərinin meydana gəlməsinə də səbəb oldu. Belə ki, Rusiyada ilk Azərbaycan cəmiyyəti-“Ocaq” mədəniyyət mərkəzi (1988-ci ildə qeydiyyatdan keçib) məhz bu zəmində yaradılmış, ölkəmizin haqq işini onun hüdudlarından kənarda müdafiə etməyi qarşısında məqsəd qoymuşdu. Moskva şəhərində keçirilən müxtəlif konfranslarda, simpoziumlarda, dəyirmi masa ətrafında söhbətlərdə professorlarımızdan Tofiq Məlikovun, Saleh Əliyevin, Svetlana Qasımovanın Azərbaycanın ərazi bütövlüyü, Qarabağ konfliktinin tarixi kökləri haqqında çıxışları o zamanlar yalnız erməni alimlərinə cavab vermək baxımından deyil, eyni zamanda, Rusiyada yaşayan Azərbaycan icmasının cəmiyyət halında birləşməsi, diaspor quruculuğu prosesinə qoşulması baxımından böyük əhəmiyyət kəsb edirdi. Belə bir münbit zəmində yaranmış başlanğıc sonralar Rusiya ərazisində fəaliyyətə başlayan digər Azərbaycan cəmiyyətləri tərəfindən davam etdirildi və nəticədə Ermənistan-Azərbaycan münaqişəsini, onun həqiqi səbəblərini, real vəziyyəti dünyarus ictimaiyyətinə çatdırmaq ümumillikdə diaspor işinin əsasına çevrildi”. E. Kərimli hələ 2000-ci illərdəki diaspor fəaliyyətinə əsaslanaraq yazır ki: “Hal-hazırda qəti əminliklə demək mümkündür ki, Azərbaycanın ərazi bütövlüyü mərhələsində Rusiyada fəaliyyət göstərən çoxlu sayda diaspor qrupları arasında heç bir fikir ayrılığı yoxdur. Bu, bəlkə də, yeganə haldır ki, Azərbaycanın diaspor cəmiyyətləri belə bir ümumi həmrəylik nümayiş etdirirlər. Qarabağ konfliktinin həlli yolları sahəsində müəyyən fikir ayrılığı olsa da, bunlar diaspor daxilindən kənara çıxmır, bir növ “mətbəx söhbətləri” xarakteri daşıyır.  Bu sahədə diasporun yeganə problemi informasiya kasadlığıdır”. E.Kərimli o dövr üçün qabartdığı bu problemi belə xarakterizə edərək yazırdı ki, hal-hazırda Azərbaycan və Ermənistan prezidentləri arasında, eləcə də ATƏT-in Minsk qrupu həmsədrləri ilə hər iki dövlət başçıları arasında mütəmadi danışıqlar gedirbu danışıqların məzmunu haqda kütləvi informasiya vasitələrində dolaşıq, çox zaman isə ölkəmizin mövqeyinə zərbə vuran məlumatlar gedir. Müxtəlif siyasətçilər, dövlət məmurları, beynəlxalq ekspertlər bu danışıqlar zamanı hər iki münaqişə tərəfinin taktiki gedişlərini, yaxın və uzaq məqsədlərini təhlilə cəlb edirbu zaman bəzən yanlış nəticələrə gəlirlər. Bu prosesə Azərbaycan diasporunun da aktiv qoşulması, belə diskusiyalarda fəal iştirak etməsi üçün dolğun, hərtərəfli və fasiləsiz informasiyaya malik olmaq gərəkdir. Yalnız bu halda Azərbaycan diasporu ölkəmizin ərazi bütövlüyü məsələsində müstəqil dövlətçiliyimizə hansısa realciddi yardım göstərmək imkanı əldə edə bilər. E.Kərimlinin fikrincə, Azərbaycan diasporu xarici ölkələrdə yerli xalqa nisbətdə azsaylı icma halında yaşayan soydaşlarımızdan ibarət olduğu üçün Azərbaycan Respublikasında azsaylı xalqlara qarşı yürüdülən dövlət siyasəti də birbaşa diasporun fəaliyyətinə təsir göstərən amillərdən hesab olunmalıdır: “Sevindirici haldır ki, istər keçmişdə, istərsə də indi respublikamızda bu sahədə dövlət və xalq səviyyəsində ciddi problemlər yaranmamışdır. Doğrudur, ayrı-ayrı vaxtlarda ölkə daxilndəki bəzi siyasətbazlar xarici havadarlarının dəstəyi ilə Azərbaycanda etnik qarşıdurma yaratmağa cəhd göstərib, hətta bu zəmində Azərbaycan ərazisinin parçalanması planlarını da qurublar. Lakin təsadüfi deyil ki, bütün bu cəhdlər hər zaman boşa çıxıb və sadə insanlar həmin “başabəla qəhrəmanlar”ın arxasınca getməmişlər. Müstəqil dövlətçiliyimiz də ərazisində  uzun illərdən bəri yaşayan azsaylı xalqlara, onların adət-ənənələrinin qorunması, mədəniyyətlərinin inkişaf etdirilməsi məsələsinə daim həssaslıqla yanaşmışdır. Görülən uğurlu işlər sırasında bir zamanlar rusdilli əhalinin respublikamızdan kütləvi miqrasiyası prosesinin qarşısının alınmasını göstərmək olar. Ümumiyyətlə, ölkəmizdə yaşayan 300 minə yaxın rusdillibu əhaliyə xalqın, dövlət orqanlarının xoş münasibəti Rusiya ərazisindəki Azərbaycan diasporunun uğurlu və məhsuldar fəaliyyəti üçün bir nömrəli əsasdır desək, yanılmarıq. Öz təcrübəmizdən çıxış edərək söyləyə bilərəm ki, Rusiyanın müxtəlif dövlət orqanları, idarə və təşkilatları ilə danışıqlar, ortaya çıxan problemlərin həlli zamanı məhz bu arqument-Azərbaycanda hələ də 300 min rusdilli əhalinin sağ-salamat yaşaması və çalışması arqumenti bir çox hallarda həlledici olmuş və məsələnin uğurlu həlli üçün gözəl şərait yaradıb”. E.Kərimli diaspor fəaliyyətində daha bir məqamı  önə çəkir: “Daha bir məqam- ölkə xaricində diaspor fəaliyyətinə müəyyən mənfi təsir göstərən cəhətlərdən biri də Azərbaycanın siyasi arenasında iqtidar partiyaları ilə müxalifət partiyalarının qeyri-konstruktiv rəqabətidir. Xaricdə fəaliyyət göstərən hər hansı diaspor mərkəzi əgər ümumdövlət, ümumxalq mənafelərini deyil, ayrı-ayrı iqtidar və müxalifət partiyalarının liderlərini dəstəkləmək məcburiyyətində qalacaqsa, həmin liderlərin dəyişməsindən, yenisi ilə əvəz olunmasından sonra istər-istəməz həmin diaspor mərkəzində də yeni lider uğrunda mübarizələr, parçalanmalar baş alıb gedəcək. Odur ki, fikrimizcə, ölkəmizin istər iqtidar, istərsə də müxalifət düşərgəsində diaspora münasibətdə vahid bir fikir formalaşmalıdır”. E.Kərimli hesab edir ki, diaspor həm fəaliyyət göstərdiyi ölkədə, həm də vətəndə baş verən siyasi proseslərə nə qədər az qarışsa, bir o qədər yaxşıdır. Belə ki, bunu ondan tələb etmək də ümumi işə xeyirdən çox ziyan gətirə bilər. Belə ki, xaricdəki Azərbaycan cəmiyyətlərinin öz vətənlərində sosial bazaları, adətən, çox zəif, bəzən isə yox dərəcəsində olur. Odur ki, bu cəmiyyətləri müəyyən siyasi proseslər zamanı öz tərəfinə çəkməklə partiyalar hansısa ciddi siyasi divident qazanmır, amma əvəzində həmin cəmiyyətlər daxilində müxtəlif siyasi intriqaların, gələcək parçalanmaların əsasını qoyurlar: “Fikrimcə, diaspor öz fəaliyyətində praktiki siyasətə deyil, elmi-nəzəri siyasətə daha çox diqqət ayırmalı, dünyada, regionumuzda baş verən beynəlxalq proseslərə dair politoloji təhlillərlə respublika KİV-lərində mütəmadi olaraq çıxışlar etməli, xarici ölkələrin Azərbaycana qarşı yürütdükləri siyasəti geniş ictimaiyyətə doğru-düzgün çatdırmalıdırlar.    Belə olan halda, diaspor bir tərəfdən özünü siyasi proseslərin ayrılmaz tərkib hissəsi olan müxtəlif intriqalardan, böhtanqarayaxmalardan qoruyar, digər tərəfdən isə birbaşa cavabdeh olduğu sahələrə daha çox vaxt sərf etmək imkanı qazanar. Azərbaycan diasporuna siyasətdən mümkün qədər uzaq olan belə bir fəaliyyət arzulayırıq”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 2 oktyabr.- S.3.