Azərbaycan diasporunun

vahid birlik ideyası

 

Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir”

 

Birmənalı şəkildə Azərbaycan diasporasının əsas qayəsini xarici ölkələrdə yaşayan azərbaycanlıların müxtəlif cəmiyyətlərə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi təşkil edir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti ilə bağlı məsələlər daima dövlətin əsas müzakirə predmetidir. Azərbaycannın böyük potensiala malik olan diasporası var. Dünya azərbaycanlılarının yalnız beşdən biri Azərbaycanda yaşayır.

Vətəndən xaricdə yaşayan azərbaycanlıların sayı on milyonla ölçüldüyü kimi, onların sərmayəsi də on milyardlarla ölçülür. Bu həm iqtisadi, həm də siyasi cəhətdən böyük qüvvədir. Bu qüvvə cəmləşdirilsə, Azərbaycan Respublikası ətrafında birləşdirilsə dağı dağ üstə qoymaq olar. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan diasporunun təşkilatlanması məsələsini xarici siyasətimizin əsas prioritetlərindən biri elan etdi. Hazırda da diaspora sahəsində əldə etdiyimiz uğurlar həmin siyasi xəttə sədaqətin ölçüsüdür. Prezident  İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. Qurultay Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, “xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi” daşıyırdı. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni bir addım olan bu ümumxalq tədbiri ümumilikdə Azərbaycanın inkişafında, ən yeni tarixində əhəmiyyətli bir hadisə kimi yadda qaldı. 2011-ci ildə Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi yolunda yeni mərhələnin başlanğıcını qoydu. Bu gün Azərbaycan dövlətinin dəstəyi ilə  diasporumuz sürətlə inkişaf edirdünya azərbaycanlılarının haqlarını qoruya biləcək, bütün dünyada Azərbaycanın maraqlarını qoruya biləcək bir qüvvəyə çevrilir. Azərbaycan diasporunun türk diasporu ilə qüvvələri birləşdirəcəyi, erməni lobbisinə layiqli cavab verəcək güclü lobbiyə çevriləcəyi  gün uzaqda deyil. Bu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi diaspor siyasətinin əsas prinsiplərindən biridir.

 

Vahid birlik ideyası

 

Tarixən müxtəlif dövlətlərin maraq obyektinə çevrilmiş Azərbaycanın Şərq və Qərb arasındakı əhəmiyyətli coğrafi mövqeyi, dünya siyasəti və dövlətlərinin ona bu konteksdə yanaşması, xarici iqtisadisiyasi müdaxilə xalqımız içərisində vahid birlik ideyalarının yeni formada yaranıb inkişaf etməsinə səbəb olmuşdur. Həmin birliyin inkişafı və möhkəmləndirilməsi təkcə Azərbaycan Respublikası vətəndaşlarından deyil, həm də bütün dünyaya səpələnmiş soydaşlarımızın təşəbbüskarlığından, səyindən və fəaliyyətindən asılıdır. Yunan dilindən "səpələnmək” kimi səslənən diaspora öz əvvəlki mənasından fərqli olaraq, bu gün daha konkret məna daşıyır. Belə ki, diaspora-tarixi torpaqlarından buya digər səbəblərdən dolayı emiqrasiya etmiş əhalinin mərkəzlə, yəni doğma ata-baba yurdu ilə əlaqələndirilməsidir. Anlayışa məhz bu prizmadan yanaşılması ona siyasi xarakter verir ki, bu da bir neçə xüsusda təzahür edir. Bunlar diasporun yerli siyasətə təsiri, dövlətin siyasi haqlarının tanınması, beynəlxalq aləmdə müstəqil kimliyin yaradılması, siyasi mühacirlərin üzləşdiyi problemlər, diaspor təşkilatları fəaliyyətinin əlaqələndirilməsi, sosial-mədəni tədbirlərin keçirilməsinə dövlət dəstəyi və sairdir. Sadalanan məsələlər diasporun təməl prinsipləri olub, onların araşdırılması və dəyərləndirilməsi, bizcə, diaspor sözünün əsl mənasını açmağa bizə imkan verir. Məsələn, 2004-cü il aprel ayının 17-də Almaniyanın paytaxtı Berlində “Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis edilməsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində əhəmiyyətli hadisə oldu. Bu eyni zamanda azərbaycanlıların vahid ideya ətrafında birləşməsinə münbit zəmin yaratdı. Dünyanın 28 ölkəsində 50-dən artıq diaspor təşkilatı - Rusiya, Ukrayna, Belarus, Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya və Almaniyadakı Azərbaycan icmaları AAK-ın kollektiv üzvləridir. Regionda azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosialsiyasi-hüquqi maraqlarını təmin etmək konqresin əsas vəzifələrindəndir. AAK-ın fəaliyyət sahələrindən biri də Azərbaycan, Qafqaz və Xəzər bölgələri ilə əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək, fondlar, tədqiqat institutları, kitabxanalar və arxivlər təsis etməkdir. Təşkilat Avropada, MDB-də və digər regionlarda fəaliyyət göstərən diaspor qurumları ilə əməkdaşlıq edir.

 

Siz Azərbaycana dəstəksiniz”

 

Xaricdə yaşayan azərbaycanlıların dövlətimizin daim diqqət mərkəzində olması Prezident İlham Əliyevin fəaliyyətində də özünü büruzə verir: “Xaricdə yaşayan bütün soydaşlarımız hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, bizim qardaşlarımızdır və hər an doğma Vətən sizi qarşılamağa hazırdır. Biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir” - Prezident İlham Əliyev diaspor üzvləri qarşısında etdiyi nitqində belə demişdi. İlham Əliyev geniş çıxışında “Diaspor üzvləri də Azərbaycanın elçiləridir” ifadəsini də işlətmişdi. Bu, Azərbaycan dövlətinin diasporaya verdiyi önəmin nümunələrindən biridir. Bu gün diaspora ilə Azərbaycan dövlətinin birgə fəaliyyət proqramı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması ilə yanaşı vahid azərbaycançılıq ideologiyasının inkişafına da töhfə verir. İstənilən halda dövlətimiz onun milli maraqları mövqeyindən çıxış edən diasporanın yanında olub. Ümummilli lider Heydər Əliyevdən bu günədək bu artıq ənənə halını alıb. Dövlət və hökumət qurumları onların fəaliyyətinə, qaldırdıqları məsələlərə öz reaksiyalarını verirlər. Bu da çox yaxşı haldır. Bu mənada ki, Azərbaycanın artıq qüdrətini, gücünü təkcə diaspor təşkilatlarında yox, həmin ölkələrdə də hiss edirlər.

 

Birləşdirən dəyər

 

Dünyanın müxtəlif ölkələrində təşkilatlanmış Azərbaycan cəmiyyətləri fəaliyyət göstərdlikləri dövlətlərin, bölgələrin ictimai-siyasi həyatında fəal iştirak etmələrinin təmin olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindən biridir. Bu məqsədlə hələ 2004-cü ilin əvvəllərindən başlayaraq Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən soydaşlarımızın yaşadıqları ölkələrdə keçirilən seçkilərə təsiretmə mexanizmlərinin hazırlanmasına nail olmaq üçün müəyyən işlər görülmüş və bəzi uğurlu nəticələr  qazanılmışdır. Azərbaycan icma və birliklərinin fəaliyyət göstərdikləri ölkənin    iqtisadi, siyasi və mədəni potensialının gücləndirilməsinə  xidmət edən  sağlam  fəal ictimai qüvvəyə çevrilməsi, ölkənin  ictimai  həyatına  inteqrasiyasının dərinləşməsi, eyni zamanda milli mənliyini, doğma dilini, mədəniyyətini qorumaqla bu ölkənin  mənəvi dəyərlərini mənimsəməsi, xalqlarımız  arasında  əməkdaşlıq tellərinin  möhkəmləndirilməsinə öz  töhfəsini veribbu proses yüksələn xətlə inkişaf etməkdədir. Qloballaşan  dünyada xalqlar  arasında  gedən  sürətli  inteqrasiya  prosesləri diaspor quruculuğu sahəsində daha  genişmiqyaslı  fəaliyyət  göstərilməsini  zərurətə çevirir. Dünya azərbaycanlılarının yalnız beşdə birinin Azərbaycanda yaşadığını nəzərə alsaq, onda inamla deyə bilərik ki,  diasporumuz böyük potensiala malikdir. Vətəndən xaricdə yaşayan azərbaycanlıların sayı on milyonlarla ölçüldüyü kimi, onların sərmayəsi də on milyardlarla ölçülür. Bu, həm iqtisadi, həm də siyasi cəhətdən böyük qüvvədir. Ona görə də bu qüvvənin cəmləşdirilməsi, onların Azərbaycan Respublikası ətrafında birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyada 500-ə yaxın Azərbaycan diaspor təşkilatlarının olması da göstərir ki, bu istiqamətdə çox əhəmiyyətli addımlar atılıb. Azərbaycançılıq öz milli mənsubiyyətini, adət-ənənələrini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir.  Biz dünyaya inteqrasiya ediriksə, deməli, bizim mənəvi dəyərlərimiz  də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Doğrudur, insan hansı ölkədə  yaşamasından asılı olmayaraq, gərək öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarsın. Amma dünyada eyni zamanda, assimlyasiya – millətlərin qaynayıb-qarışması prosesigedir. Odur ki, ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında tövsiyə edirdi: “Azərbaycanlılar gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 10 oktyabr.- S.3.