“Sözü
üzə şax deməyim
başıma çox oyunlar gətirib”
Oqtay Rza:
“Müəllif gərək həyatda öz
qəhrəmanları səviyyəsində görünsün”
Şair Oqtay Rza redaksiyamızın qonağı oldu. Yaradıcı insanlara məxsus səmimi və maraqlı söhbət etdi. Ömrünün 80-ci ilinə qədəm qoyan şair gülərüzlüyü ilə qarşısındakı həmsöhbətinə rahat şərait yaradır. Canlı söhbəti ilə danışdıqlarını insanın gözü qarşısında canlandıra bilir. Söhbətimizdən belə başa düşdüm ki, hörmətli şairimiz yaşlı ədəbiyyat isanları ilə gənclərin arasına sədd hörənlərdən yox, hər iki tərəfi yaxşı anlayanlardandır...
Qısa olaraq şair haqqında
Rzalı
Oqtay Məhərrəm oğlu
(Oqtay Rza) 1934-cü il oktyabr ayının 10-da
(sənəddə noyabrın 2, əslində isə
oktyabrın 10-da) Salyan rayonunun
Qalalı kəndində anadan olub. 1948-ci ildə
Arbatan kənd yeddillik
məktəbini, 1951-ci ildə Salyan şəhərindəki
Nizami adına orta məktəbi
bitirib. 1951-1956-cı illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfyyat fakültəsini
fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası
alıb. Respublikanın Əməkdar
müəllimidir, Bakı Sovetinin
deputatı seçilib. “Bir
may” adlı ilk şeirini yedillik məktəbdə
oxuyarkən yazıb “Sosializm yolu” rayon qəzetində dərc
etdirib. Həmin vaxtdan
poetik yaradıcılıqla məşğul
olur, bədii tərcümələr də
edir. Dünya xalqlarının ədəbiyyatından
tərcümələri dövri mətbuatda
müntəzəm çap olunur. Dərslik, vəsait və tədris
proqramlarının, 24
kitabın müəllifidir. Əsərləri xarici mətbuatda dərc edilib.
Beynəlxalq Rəsul Rza, M.Müşfiq,
“Araz” və “Qızıl qələm”
mükafatı laureatıdır. 1981-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür.
-Oqtay müəllim, ixtisasca geoloqsunuz. Həm də gözəl şairsiniz. Əvvəlcə hansına həvəs yaranmışdı sizdə?
-İlk
dəfə 5-ci sinifdə “1 may” şeirim “Sosializm yolu” qəzetində
çıxmışdı. Sonra şeirlərimi göndərdim “Azərbaycan
pioneri”, “Azərbaycan Gəncləri” nəşrlərinə.
1951-ci ildə məni Bakıya, Gənc
Yazıçıların müşavirəsinə göndərdilər.
Gəldim gördüm ki,
Rəyasətdə Səməd Vurğun,
Mirzə İbrahim və başqaları əyləşib.
O vaxtkı gənc şeir yazanların sonra hamısı professor,
ədəbiyyaçı oldular.
İxtisasıma gəlincə isə, 10-cu sinifdə oxuyanda ali məktəblərə
qəbul üçün Bakıdan Salyana bir təşviqat
briqadası gəldi. Azərbaycan
Sənaye İnstitutuna (indiki
ADNA) qəbul etmək üçün uşaqlar seçilirdi. Biz sinifdə 5 nəfər əlaçı idik. Sinif rəhbərimiz Ağaməmməd müəllim
dedi ki, Altay, Valeh, Kamal
ADNA-ya, Oqtay ədəbiyyata.
Bir az rişxəndsayağı
bu sözü deyəndə
dedim ki, mən də bunlar kimi əlaçıyam.
Niyə məni bunlardan ayırır? Təşviqatçılar,
xüsusilə, geoloqlar haqqında elə
maraqlı danışdılar ki, gözümün qarşısında gözəl
mənzərələr canlandı. Fikirləşdim ki, təbiətin qoynunda olmaq mənə daha da ilham verər. Geologiya-minerologiya mənə çoxlu
mövzular verib. Gəldim,
ADNA-ya daxil oldum fərqlənmə diplomu
ilə oxudum. 50 əlaçımız var idi. Onlardan
iki nəfərə “Stalin”
təqaüdü verdilər. Onlardan biri mən oldum. Mənə
şeir yazdığıma görə
verirdilər.
-Həm şairlik, həm
müəllimliklə məşğul olursunuz.
Şair kimi tanınmaq asan oldumu?
-Taleyim şeirlə
bağlı olub. Bibiheybət neftdə işlədim, neftçıxarma ustası
oldum. Akademiyanın aspiranturasında oxudum, müdafiə etdim, amma 1966-cı ildən müəllim kimi işləyirəm.
Atam müəllim olub. Atam Pedaqoji Universiteti bitirib, amma mən
orada müəllim oldum. Bu günə
kimi orada işləyirəm. Amma ədəbiyyatdan
ayrılmamışam. İctimai yerlərdə mənə şair deyəndə istəmirəm,
deyirəm ki, sadəcə Oqtay Rza deyin. Bu gün ölkədə yazanlar hamısı şair olub. Meyar itib-batıb.
Zəif və ya güclünün kim olduğu
bilinmir. Bir də görürsən ki, kiminsə bir ildə beş kitabı çıxır.
Sovet
dövründə mənim
ilk kitabım 36 yaşında
çıxdı. Kitab çıxandan sonra çalışdım və
5 ildən sonra ikinci kitabım çap olundu. Birinci kitabım “Torpağı dinləyirəm”, ikinci “Ürəyimi oxuyun” oldu. İkinci kitabın redaktoru
M.Araz oldu. Ön sözü isə Nəriman Həsənzadə
yazdı. O zaman Yazıçılar Birliyinə
üzv deyildim. Birliyə üzv 1981-ci ildə qəbul edildim.
-Yazıçılar Birliyinə üzv olmaq çətin idi?
-O vaxtlar Yazıçılar
Birliyinə üzv qəbul olunmaq çox çətin idi. İki ildən bir
8-10 nəfər qəbul
edirdilər. İndi sayı
2000 minə çatıb.
Elə üzvlər var ki, öləndən
sonra nekroloq çıxır görürsən
ki, belə bir yazıçı var imiş... Anargil 5 il
bundan əvvəl mənə Beynəlxalq Rəsul Rza Mükafatı verdilər.
1971-ci ildə televiziyada “Fəhlə” proqramının aparıcısı
oldum. 4 il
o verilişin aparıcısı
oldum. O vaxtkı “Qızıl qələm” mükafatını verdilər.
Müxtəlif mükafatlar almışam.
Bədii
kitablarımın sayı
20-yə çatıb. Dərs kitabları, proqramlar da çap etmişəm
ki, hamısı bir yerdə otuzdan çoxdur.
-Oqtay müəllim, gənc şairlərdən
bəyəndikləriniz varmı?
-Çoxdurlar... Yaxşı yazan gənc şairlər var. Onu deyim ki, orta,
yaşlı, gənc nəsl arasında milli xislətimizlə bağlı qısqanclıq,
paxıllığa doğru
gedən hallar da var. Bəyənməmək...
Təzə yazan özünü
çox qüvvətli
hesab edir. Yaşlını köhnə sayır.
Amma yol göstərən ağsaqqal şairlərimiz
olub. Mənə
Məmməd Rahim, Osman Sarıvəlli məsləhət verib. Gənclik köhnələri az oxuyur. Seriallara çox baxırlar. Texnoloji yeniliklərlə çox
məşğul olurlar.
Modernizmə meyl çox
güclüdür. Klassik şeir
növünə maraq
azdır. Heca vəzinində
yazanlar çoxdur.
Qoşmanı seçirlər və
orada da sanki əvvəlcədən
qafiyələrin cədvəlini
düzəldirlər, sonra
da misraları düzəldib şeir əmələ gətirirlər.
Mən
özüm çoxlu
sənədli şeirlər
yazıram. Bir
rübaimdə qeyd eləmişəm ki: “əlini sıxdığım
neçə əziz
dost, şeir kitabımda
diridir indi”. Mənim “Adlı-ünvanlı misralar”
adı altında 3 hissəli kitabım çıxıb. O şeirlər
Nizamidən, Mövlanədən,
Füzulidən tutmuş
bu gün tanınmayan qələm dostuma, şəhidlərə
fəhləyə, körpəyə
şeirlər yazmışam.
Yaşadığım evdə uzaqdan
görünən işığa
baxıb iki ay bundan əvvəl yazdığım şeiri
sizin üçün
oxumaq istəyirəm.
Sübhədək ətrafa nur yayır,
İçir şüasını
çöl-bayır,
Ümüd çırağıtək
parlayır,
Uzaqda
görünən tək
işıq.
Sağ dağın
ətəyi, sol arandır
Duyğumu, gücümü
artıran,
Günəşə borcunu qaytaran
Uzaqda
görünən tək
işıq.
Xəyalım narahat
gəmidir
Ürəyim sıxılmış
mərmidir,
Sonuncu magikan
kimidr
Uzaqda
görünən tək
işıq.
Ovcumda gəzdirib
közü mən
Üzə şax
deyənəm sözü
mən
Ay ellər, özüməm-özüməm
Uzaqda
görünən tək
işıq.
-Sözü üzə
şax demək xasiyyətim başıma çox oyunlar gətirib. Hardasa adımı siliblər və s. Çılğınlığım
hələ uşaqlıqdan
var. Xasiyyətdir tərgitmək
mümkün deyil. Mən deyirəm ki, müəlliflər gərək
həyatda öz qəhrəmanlarının səviyyəsində
görünsünlər. Bizdə isə indi 100 şairin 80-ni mən-mən
dediyi bədii qəhrəmanların hərəkətlərindən
qat-qat aşağıdadır.
-Tərcümələr də
edirsiniz. İndiki tərcümələrin səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?
-Tərcümələrim çoxdur. Vaxtilə Aleksandr Blokdan, Moskva, Ukrayna şairlərindən çoxlu
tərcümələr etmişəm.
Uşaqlıqda özümlə böyük lüğət
gəzdirərdim. İndiki tərcümələrdən,
xüsusilə xarici dildən tərcümələr
xoşuma gəlir.
İngilis, fransız, almancadan
birbaşa olanlar.
Amma axır vaxtlar bəzi şair yoldaşlar rus şairlərini tərcümə
edib, dərc etdirirlər. Hansı rus
şairi işğalda
bizi müdafiə edib? Heç biri...
Redaksiyamızın adından gözəl
şairmizə bundan sonrakı həyatında,
yeni yaşında can sağlığı, yaradıcılığında
yeni-yeni uğurlar diləyirik.
Aygün
İbrahim
Olaylar.- 2014.- 10 oktyabr.- S.4.