“Dəstək siyasəti”
diaspor
təşkilatların
devizi olmalıdır
İcmalar arasında koordinasiya güclənməlidir
Azərbaycan diasporunun fəaliyyəti ildən-ilə güclənməkdə davam edir. Diaspora hərəkatının genişlənməsi ölkəmizin müstəqil xarici siyasət yürütməsinə də təkan verib. Artıq diaspor təşkilatları ilə dövlət qurumları arasında müştərək fəaliyyət öz bəhrəsini verməkdədir. Etiraf edilməlidir ki, bu müştərək fəaliyyətin nəticəsində Azərbaycanın beynəlxalq imici kifayət qədər artıb, dünya siyasətinə təsir imkanları genişlənib. O da nəzərə alınmalıdır ki, diaspora təşkilatların koordinasiya şəklində təşkil olunmuş fəaliyyəti uğurlarımızın daha bol olması ilə nəticələnə bilər. Məsələ orasındadır ki, diaspora təşkilatlarımızın ayrı-ayrı ölkələrdəki fəaliyyəti fərlidir. Yəni, dövlətlərin ictimai-siyasi həyatından, ölkələrin imicindən asılı olaraq diaspor təşkilatlarımız da uyğun fəaliyyətə məhkumdurlar. Məhz bu kimi amillər nəticə edibarilə diaspor təşkilatlarının koordinasiyasını əngəlləyir. Ancaq diaspora təşkilatlarının qarşısına qoyulan hədəflər bu baryerin də aşılacağına əminlik yaradır. Ancaq bunun üçün zaman və uğurlu diaspor siyasətin davam etdirilməsi tələb olunur. Bəs qarşıya qoyulan hədəflərə çatmaq üçün hansı addımların atılması lazım gəlir? Hüç şübhəsiz ki, atılacaq addımların müəyyən edilməsi üçün diasporamızım keçdiyi yolu nəzər salmaq zərurəti yaranır.
Qeyd edək ki, Azərbaycan XX əsrin
90-cı illərində müstəqillik əldə etdikdən
sonra bütün sahələrdə
olduğu kimi diaspora sahəsində də müəyyən
işlər görüldü. Xüsusilə,
ümummilli lider Heydər
Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra diaspora həyatında yeni bir canlanma
yarandı. Ümummilli liderin
bilavasitə iştirakı ilə keçirilən Dünya Azərbaycanlıların birinci qurultayı isə diaspora
fəaliyyətində yeni bir
mərhələ idi. Məhz
bu qurultaydan sonra dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri
və birliklərinin Azərbaycan dövləti ilə əlaqələri
daha da intensivləşdi,
diaspor təşkilatlarına yönəlik
dövlət qayğısı artdı. Qurultaydan
bir müddət sonra isə Heydər Əliyevin
imzaladığı sərəncam əsasında Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsi yaradıldı. Həmin dövrdə
xaricdə yaşayan
soydaşlarımızla əlaqəli belə bir
qurumun yaradılması mühüm
əhəmiyyət kəsb edirdi. Çünki, tədricən Azərbaycan
diasporu təşkilatlanır, inkişaf edir,
ayrı-ayrı ölkələrdə Azərbaycan
maraqlarını müdafiə edirdi. Prezident İlham
Əliyevin iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının ikinci və üçüncü
qurultayları isə Azərbaycan diasporunun
inkişafına təkan verən, yeni-yeni
hədəflər müəyyənləşdirən hadisələr
oldu. Bu gün də diaspora sahəsinə
dövlət qayğısı davam edir. Məhz bu
diqqət və qayğının nəticəsidir ki, artıq dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız həmin
ölkələrdə Azərbaycanı layiqincə təmsil edir, Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi,
ermənilərin zaman-zaman azərbaycanlılara
qarşı həyata keçirdikləri deportasiya
və soyqırımları dünya
ictimaiyyətinə çatdırırlar. Təkcə
Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin rəhbəri Leyla
xanım Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən “Xocalıya Ədalət” kampaniyası
çərçivəsində qısa zaman
ərzində əldə edilən nailiyyətlər Azərbaycan
diasporunun ötən illərlə
müqayisədə xeyli inkişaf
etdiyi, uğurlar
qazandığını söyləməyə əsas verir. Ancaq bütün halda
görülən işlərlə kifayətlənmək doğru olmazdı. Ümumilikdə cərəyan
edən proseslər, indiyə qədər bu
istiqamətdə atılmış addımlar və mövcud vəziyyət ondan
ibarətdir ki, bizim
görəcəyimiz hələ çox
işlər var. İstər
ayrı-ayrı dövlətlərə edilən səfərlər,
istər müxtəlif beynəlxalq tədbilərdə iştirak zamanı ortaya
çıxan nüanslar, istərsə də
həmin ölkələrdə yaşayan
soydaşlarımızla aparılan söhbətlər belə
deməyə əsas verir. Nəzərə
almaq lazımdır ki,
qarşımızda kifayət qədər təşkilatlanmış,
xüsusilə diaspora və lobbi quruculuğu sahəsində
böyük təcrübəsi olan düşmən ölkə, Ermənistan və
erməni diasporu var. Həmçinin
dünyanın müxtəlif ölkələrində ermənilərin
sözünü deyən, onlara
dəstək verən ayrı-ayrı təşkilatlar mövcuddur. Bu mənada bizin diaspora sahəsində
əldə etdiyimiz nəticələr
qarşımıza qoyulan daha
böyük hədəflərə gedən
yolda atılmış addımlar kimi xarakterizə edilməlidir. Belə halda daha böyük
nəticələr əldə etməyə məcburuq. Çünki dünyada
bizə qarşı ən yolverilməz üsullarla
mübarizə aparan təşkilatlanmış
qüvvələr mövcuddur. Ona görə
də biz uğurlarımızla kifayətlənməməli,
hədəfə doğru inamla
addımlamalıyıq. İndiyə qədər görülmüş işləri qiymətləndirərkən
bir daha qeyd etmək lazımdır ki,
hələlik görəcəyimiz kifayət qədər
işlər var. Həmin işlıri öz xeyrimizə həll etmək üçün isə diaspora
təşkilatlarımızdan aktiv
olmaları tələb olunur. Nə qədər ki, Azərbaycanın
ərazi bütövlüyü bərpa
edilməyib, Şuşa, Xankəndi,
Laçın, Kəlbəcər və digər işğal altında olan
ərazilərimizdə üçrəngli Azərbaycan
bayrağı dalğalanmır, Azərbaycan dövlətinin suveren hüquqları bütün
ölkə boyu keçərli
olmayıb diaospora təşkilatlarımızın
mübarizəsi artan xətt üzrə davam etməlidir. Nəzərə almaq lazımdır ki, müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq
münasibətlərin vacib elementinə çevrilir. Qloballaşan
dünyanın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın
qarşısında yeni vəzifələr
qoymaqdadır. Xalqlar arasında gedən
sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının
beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini
tarixi zərurətə çevirmişdir.
Müasir həyatımızda Azərbaycan
Prezidenti İlham
Əliyevin yeritdiyi diaspor
siyasəti uğurla həyata keçirilir. Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, xarici ölkələrdə
fəaliyyət göstərən diaspor təşkilatlarının
təbliğat sahəsində fəaliyyətin daha da gücləndirilməsi,
Ermənistanın Azərbaycana təcavüzü ilə
bağlı beynəlxalq aləmin məlumatlandırılması
və bu faktın dünya
dövlətlərinin parlamentlərinin, siyasi
dairələrinin müzakirəsinə
çıxarılması ilə bağlı görülün
faktlar da kifayət qədərdir.
Xarici
ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması istiqamətində bir
sıra mühüm tədbirlər həyata
keçirilməkdədir. İndiyədək əldə olunan təcrübə diaspor
təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət
göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları
ölkələrin siyasi həyatına təsir
edəcək səviyyəyə yüksəlir. Etiraf edilməlidir ki, sadalanan naliyyətlər həyata keçirilən
uğurlu diaspor siyasətinin
nəticəsində mümkün olub. Bütün bunlar Azərbaycan Prezidentinin və onun
timsalında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev tərəfindən
əsası qoyulmuş Azərbaycançılıq
ideologiyasının təməl prinsiplərinin həyata
keçirilməsi sahəsində nümayiş
etdirdiyi əzmkarlığın parlaq təzahürüdür. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək
siyasəti bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməkdədir. Bu
isə həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da
möhkəmləndirilməsi, diaspor quruculuğu işinin
müvəffəqiyyətlə həyata keçirilməsi
baxımından çox böyük
əhəmiyyətə malikdir. Məlumdur
ki, Azərbaycan diasporu
xaricdə yaşayan
soydaşlarımızdan formalaşıb. Onlar
Azərbaycanı müxtəlif səbəblərlə tərk
ediblər. ona görə də mövqelər
müxtəlifdir. Ancaq fakt
ondan ibarətdir ki, bizim hamımızın vətəni Azərbaycandır
və hamımızın ortaq ümummilli maraqlarımız və problemlərimiz
var. Bu ortaq
məxrəc bizim birləşdirici vasitəmizdir.
Ona görə də diaspora
təşkilatlarının vahid mövqedən
çıxış etmələri üçün
təkcə müəyyən olunmu. Strategiya kifayət etmir, bu, həm də düşüncə məsələsidir.
Bu səbəbdən də müxtəlif
siyasi mənsubiyyət və ya mövqelər hərdən xaricdə də
bizim ümumi
işimizə mane olur.
Amma əmin olmalıyıq ki, Xocalıda bizi bir millət olaraq, azərbaycanlı
olaraq soyqırıma məruz qoyan məkirli düşmənimiz var. Məhz bu kimi məsələlər üzərində analitik mərkəzlər işləməli, vahid konsepsiya müəyyən
edilməlidir. Eyni zamanda,
diaspor təşkilatları arasında əməkdaşlıq
keyfiyyətli diaspor fəaliyyəti üçün vacib məsələ
hesab edildiyindən bu
sahəyə xüsusi diqqət
yetirilçəlidir. Baxmayaraq ki, diaspora təşkilatlarımız
arasında lazımi dərəcədə koordinasiya
işi olmasa da ümummilli məsələlərin
həllinə təsir edə biləcək əməkdaşlıq
mövcuddur. Belə bir
əməkdaşlığın mövcudluğunu
diaspora təşkilatlarımız dəfələrlə
nümayiş etdiriblər. Hər
hansı bir aksiya və
yaxud Azərbaycanla bağlı
keçirilən tədbirlər zamanı diaspora
təşkilatların bir-birinə dəstək verməsi məqsədilə
əlaqələr bərpa olunub və
genişlənib. Bununla da
istənilən nəticəni əldə etmək mümkün olub. Belə əlaqələrin
daha da sıx
olması üçün koordinasiya
mərkəzlərinin sayı çox
olmalıdır ki, lazımi anlarda bu təşkilatları
əlaqələndirə bilsin. Həmçinin
diaspora təşkilatlarımızın daha aktiv, səmərəli
fəaliyyət göstərmək üçün
yeni layihələrə ehtiyac
var. Xüsusən medianın bu istiqamətdəki rolu
artırılmalıdır. Eyni zamanda
stimullaşdırıcı tədbirlərə də ehtiyac var. Önəmli
işlər görən diaspor fəalları
daha çox təbliğ,
iş görməyənlər təşkilatlar
isə tənqid olunmalıdır. Şübhəsiz ki, sadalanan tədbirlərin
həyata keçirilməsi diaspor təşkilatlarımızın
xeyli dərəcədə güclənməsinə
səbəb ola bilər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 11-13 oktyabr.- S.3.