Diaspor fəaliyyətimizin gücləndirilməsi üçün

vahid informasiya mərkəzi qurulmalıdır

 

Bu gün özünün sürətli inkişaf yolunu keçən Azərbaycan diasporunun qarşısında duran mühüm vəzifələrdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində konfransseminarlar, etiraz aksiyaları təşkil olunur. Bəs görəsən Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarının gördüyü işlər, həyata keçirdiyi tədbirlər nə dərəcədə səmərəlidir?

 

Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini, Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli deyir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin ölkəmizin xeyrinə həlli istiqamətində diaspor təşkilatlarımızın fəaliyyətini qənaətbəxş hesab etmək olar: “Məlumat üçün qeyd edim ki, təmsil olunduğum Beynəlxalq Diaspor Mərkəzi fəaliyyəti dövründə dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş deportasiya və soyqırımlar haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində müxtəlif səpkili tədbirlər, səfərlər həyata keçirib, xarici dillərdə nəşrlər dərc edərək xarici mətbuatda çıxışlar təşkil edib. Xüsusi olaraq qeyd edim ki, ilk dəfə olaraq Beynəlxalq Diaspora Mərkəzi tərəfindən indiki Ermənistan ərazisindən deportasiya edilmiş soydaşlarımızla bağlı 40-dan artıq ərizə hazırlanaraq Avropa İnsan Hüquqları məhkəməsinə göndərilib. Hazırda Ermənistana qarşı soydaşlarımız tərəfindən irəli sürülən iddia ərizələri Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır. Bu məsələlər haqqında danışmaq beynəlxalq ictimaiyyəti məlumatlandırmaq təbii ki, çətindir. İlk növbədə bilmək lazımdır ki, haqq və hüquqlarını beynəlxalq aləmdə müdafiə edəndə hərtərəfli məlumatlı olmalısan. Buna görə də, mərkəzimizdə departamentlər fəaliyyət göstərir, müxtəlif sahələr üzrə araşdırmaçılar, tanınmış alimlər Beynəlxalq Diaspor Mərkəzində təmsil olunurlar. Dağlıq Qarabağ problemi, ermənilər tərəfindən həyata keçirilmiş soyqırımlar, deportasiyalar haqqında ciddi araşdırmalar aparılır. Eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti və digər sahələr üzrə əsaslı məlumatlar toplamaqla fəaliyyətimizi qururuq. Düşmənin önünə çıxmaq üçün dünyanın dili ilə danışmağı bacarmaq lazımdır. Haqqımızda dediyimiz həqiqətləri onlara inandırmağa çalışmalıyıq. Yuxarıda qeyd etdiyim məsələlər istiqamətində fəaliyyət göstərərkən Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət xətti təhlil olunmalı və diaspor fəaliyyətində nəzərə alınmalıdır”. BDM-in sədr müavini Samir Adıgözəlli bildirir ki, bəzi diaspor təşkilatlarımız fəaliyyətində təqvim üzrə baş vermiş hadisələri qeyd etməklə fəaliyyətlərini qururlar  bəziləri daha çox musiqili proqramlara üstünlük verirlər:Düzdür, musiqi mədəniyyətimizin bir hissəsi olaraq qəbul olunmalıdır. Ancaq bu istiqamətdə köklənməklə ölkəmiz haqqında hərtərəfli bilgi yarada bilmərik. Torpaqlarımızın işğal altında olduğunu nəzərə alarıqsa və ermənilər tərəfindən daim antitəbliğat kampaniyası aparıldığı halda diasporumuz da müharibə cəbhəsi kimi daim ayaqda durmalı, düşmənin təbliğat hücumlarına cavab verməlidir”. Beynəlxalq Diaspora Mərkəzinin sədr müavininin sözlərinə görə, qeyd edilən istiqamətlərdə uğurlu nəticələrə imza atmaq istəyiriksə, dünya parlamentləri, qeyri-hökümət təşkilatları, elm və mədəniyyət mərkəzləri, bizə dost olan ölkələrin diaspormilli icmaları ilə əməkdaşlıq əlaqələrimizi genişləndirməliyik: “Hesab edirəm ki, ayrı-ayrı diaspor təşkilatlarının müxtəlif ölkələrdə keçirdiyi tədbirlərdə həmin ölkələrdə söz sahibi olan nüfuzlu şəxslərin iştirakının təmin olunmasına çalışmalıyıq. Bundan sonra artıq Azərbaycan diasporu lobbi fəaliyyətinə keçmiş olar”. Samir Adıgözəlli Xocalı soyqırımının dünya ölkələrinin parlamentəri, digər rəsmi qurumlarında tanıdılmasına nail olmaq üçün atılması vacib olan addımlardan da danışıb. Bildirib ki, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanıdılması istiqamətində son illərdə və xüsusilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyasından sonra Azərbaycan diasporunun bu istiqamətdəki fəaliyyətini qaneedici hesab etmək olar: “Digər diaspor təşkilatları və qurumları kimi Beynəlxalq Diaspor Mərkəzi sözügedən kampaniya çərçivəsində bir sıra tədbirlər, aksiya və layihələr həyata keçirib. Qeyd edim ki, mərkəzimiz Xocalı faciəsinin tanıdılması istiqamətində müxtəlif illərdə Rusiya Federasiyası, Türkiyə və Avropa ölkələrində keçirilən tədbirlərin effektliyinin artırılmasında daha fəal rol oynayıb. Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq  2014-cü ilin yarımilini uğurla başa vurduğumuzu qeyd edə bilərəm.  Ümumilikdə ötən müddət ərzində 6 ay ərzində Beynəlxalq Diaspora Mərkəzi tərəfindən 11 tədbir keçirilib. Onlardan 7-si müxtəlif xarici ölkələrdə baş tutub. Xüsusilə Azərbaycan Respublikası Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Çexiyada keçirdiyimiz tədbirləri qeyd etmək istərdim. Brno TexnolojiMassarik Universitetlərində Qarabağla bağlı informasiya guşələrinin yaradılması və Texnoloji Universitetdə Qarabağ guşəsinin daimi qalacağı ilə bağlı əldə etdiyimiz razılıq Qarabağ həqiqətləti və ölkəmizin təbliği istiqamətində atılmış mühüm bir addımdır. Ən mühüm tədbirlərimizdən biri keçən ay Türkiyənin Van şəhərində keçirildi. Məlumat üçün qeyd edim ki, hər il ermənilər Vandakı Akdamar kilsəsində ayin keçirirlır. Ermənilərin ayin keçirmə mərasiminə etiraz əlaməti olaraq Beynəlxalq Diaspor Mərkəzi (BDM) Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) ilə birgə Vanda etiraz aksiyası həyata keçirdi. Polis tərəfindən Akdamar adasına buraxılmasaq da, adanın göründüyü ərazidə aksiyamızı keçirməyə nail olduq. Bununla bərabər bir neçə aydır ermənilərin Vana gəlişi ilə bağlı təşkilatımızın etiraz tədbirləri keçirəcəyi haqqında Türkiyə mətbuatında çoxsaylı çıxışlarımız oldu”.  BDM rəsmisi son illər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çadırılması işində diasporumuzun hücum taktikasına keçdiyinibu taktikanın öz müsbət effektini verdiyini də söyləyib. Samir Adıgözəllinin sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu istiqamətdə diaspor təşkilatlarına etdiyi tövsiyyələr artıq reallığa çevrilir: “Azərbaycan diasporu yeni yaranmaqda olan gənc, ancaq sürətli inkişaf yolunda olan bir hərəkatdır. 10 il əvvəllə müqayisə etdikdə ilk növbədə təşkilatlanma işində, təbliğat fəaliyyətində ciddi irəliləyiş müşahidə olunur. Təbii ki, dövlətimiz 20 ildən artıq müstəqillik həyatı yaşayan bir respublikadır. Bundan əvvəl diaspor sahəsində nəinki hər hansı bir fəaliyyət, ümumiyyətlə bizlərdə bu haqda ciddi anlayış olmamışdır. Ancaq günümüzdə bütün sahələrdə inkişaf olduğu kimi diaspor sahəsində də dövlət səviyyəsində xüsusi proqramlar həyata keçirilir. Bəziləri Azərbaycan diasporunu dünyada digər diasporlar və xüsusilə erməni lobbisi ilə müqayisə etməyə çalışırlar. Bildirmək istəyirəm ki, bu müqayisə düzgün deyil. Eyni zamanda diaspor hərəkatımızın gənc olmasına baxmayaraq qeyd etmək lazımdır ki, erməni lobbisinin bir sıra ölkələrdə apardığı fəaliyyətinə  maneələr yaradıb qarşısını ala bilirik. Bir diasporun dünyada söz sahibi olması üçün ilk öncə güclü dövlətə, iqtisadi imkanlara dəqiq hesablanmış taktika və strategiyası olan proqrama ehtiyaci vardır. Regiondadünyada nüfuzu artmaqda olan ölkəmizin bütün sahələrdə potensial imkanları şərait yaradır ki, yaxın 10 il ərzində Azərbaycan diasporu dünyada öz sözünü desin”. Samir Adıgözəlli diaspor sahəsində daha böyük uğurlara imza atmaq üçün atılması vacib olan addımlardan da danışıb: “Diaspor fəaliyyətimizin gücləndirilməsi üçün  ilk növbədə vahid informasiya mərkəzi qurulmalıdır. Xarici ölkələrdə azərbaycanşunaslıq mərkəzləri formalaşdırılmalı və bu mərkəzlər vasitəsilə elm adamlarının əməkdaşlıq əlaqələri qurulmalıdır. Diaspor təşkilatları arasında informasiya mübadiləsi sistemi formalaşdırılmalıdır. Elm, mədəniyyət idmanbaşqa sahələrdə dünya şöhrətli şəxsiyyətlərimiz diaspor işimizə cəlb edilməlidir. Çoxsaylı informasiya portalları xarici dillərdə formalaşdırılmalı, diaspor fəaliyyətini əks etdirən layihələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı və ya bu istiqamətdə ayrılan maliyyə vəsaiti artırılmalıdır”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 14 oktyabr.- S.3.