Diasporamızın uğurlu fəaliyyəti
Dövlətlə əməkdaşlıqdan keçir
Dünyanın oturuşmuş
və mərkəzləşmiş diaspor
təşkilatları təsadüfi deyil,
uzun illərdən bəri göstərdikləri
gərgin fəaliyyət nəticəsində özlərini təsdiq
edə biliblər. Artıq dünyada bir sıra diaspor təşkilatları
var ki, onlar
beynəlxalq aləmdə müəyyən söz
sahibinə çevriliblər. Bizim üçün maraqlı olanı erməni diasporudur ki, onun da Azərbaycanın
beynəlxalq imicinə zərbə vurmaq cəhdi
heç kimə sirr deyil. Ancaq erməni diasporu da uzun
illərdən bəri apardığı məqsədli və
məkrli siyasət nəticəsində hazırkı səviyyəyə
çata bilib.
Məlum olduğu kimi ermənilər tarixən
vətənsiz bir toplum olduğundan dünyanın hər yerinə
yayılıblar. Elə bu səbəbdən də toplum
əsrlər boyu diaspor
fəaliyyəti ilə məşğul olub.
Çünki onların öz
mövcudluqlarının qorunub
saxlanması üçün yeganə yol diaspora olub.
Təbii ki, bu
baxımdan onlar daha fəal
və daha təcrübəlidirlər. Amma buna baxmayaraq
bu gün
dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən Azərbaycan diasporu heç də geridə qalmır, hətta bir sıra məsələlərdə önə
keçir. Məsələn,
konkret olaraq Avropa, Amerika, Rusiya kimi ölkələrdə
fəaliyyət göstərən Azərbaycan diasporası düşünülmüş fəaliyyətləri
ilə elə mərhələyə yüksəlib ki, artıq ermənilər nəinki xaricdə
yaşayan soydaşlarımız, hətta
Azərbaycan dövləti barədə hər hansı mənfi
bir fikir söyləməyə
ehtiyat edirlər. Buna
səbəb erməni diasporasının zəifləməsi yox, məhz Azərbaycan diasporasının uğurlu fəaliyyəti, diaspora
təşkilatlarımızın daha da inkişaf etməsidir. Məhz
bu fəaliyyətin nəticəsidir ki, artıq ermənilərin
qaldırdıqları istənilən məsələ, irəli
sürdükləri əsassız ittihamların dərhal layiqli cavabları verilir. Bu da onunla
bağlıdır ki, diaspora
məsələsi ilə Azərbaycanda dövlət səviyyəsində
məşğul olunur və bu məsələlər çiddi
çəkildə nəzarət altında saxlanılır. Bu halda belə bir sual meydana
çıxır ki, dövlətlərin
diaspora fəaliyyətinə təsiri nə
dərəsədə effektlidir və
ümumiyyətlə diaspor təşkilatlarının
dövlət dəstəyinə ehtiyac
varmı?
Hesab olunur ki, bu suallara
cavab tapmaqdan ötrü Azərbaycan diasporasının keçdiyi tarixi yola nəzər yetirmək kifayətdir. Uzaq tarixə getmədən elə Azərbaycanın
müstəqillik dövründə dövlətin diaspora quruculuğuna verdiyi dəstək bu barədə
qətri qərara gəlməyə əsas verir.
Məlum olduğu kimi
Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın digər inkişaf
etməkdə olan ölkələrində
olduğu kimi diaspor fəaliyyəti sivil
forma alaraq beynəlxalq
hüquq normaları çərçivəsinə
düşüb. Yəni,
dünyanın ayrı-ayrı ölkələrində diaspor təşkilatları yaradılıb, onlar qarşısında konkret
vəzifələr qoyulub, strategiya
və hədəflər müəyyən edilib,
ideoloji məsələlər həllini
tapıb, diaspor təşkilatları
arasında koordinasiya məsələsinə
önəm verilib. Bununla
artıq diasor təşkilatlarımıza
atacaqları addımlar və gözlənilən nəticələr
aşılanıb. Məhz belə bir məqsədyönlü
siyasət nəticəsində müxtəlif ölkələrə
səpələnmiş azərbaycanlıların mədəni-siyasi
həmrəyliyinə nail olunub.
Xaricdəki soydaşlarımız öz milli mənsubiyyətlərini
dərk edərək onu qoruyub
saxlamağa nail olublar. İndi qətiyyətlə
demək olar ki, xarici ölkələrdə yaşayan
azərbaycanlıların milli maraqları
Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və bu
onların əsas strateji məqsədlərindən
biridir. Əslində hazırkı şəraitdə
Azərbaycan diasporasının mütəşəkkil fəaliyyətinə
heç vaxt
olmadığı qədər ciddi ehtiyac var. Nəzərə
almaq lazımdır ki,
Azərbaycanın müstəqil dövlət kimi
mövcudluğu, müstəqil daxili və xarici siyasət
yürütməsi, ölkəmizin zəngin karbohidogen
ehtiyatlarına malik olması və dünyanin güc mərkəzlərinin
enerji mənbələri uğrundakı
savaşı diaspora fəaliyyətimizin
daha da güclənməsini
zəruri edir. Bununla yanaşı, müstəqilliyin
və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi,
beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin
gücləndirilməsi, erməni təcavüzünə məruz
qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması, Dağlıq Qarabağ
probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində
ədalətli həllinə nail
olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul
olan təşkilatların vahid
mərkəz ətrafında birləşməsini tələb
edir. Göründüyü
kimi Azərbaycan dövlətinə
qarşı heç bir
ölkədə olmadığı qədər təhdidlərin
olması diaspora fəaliyyətimizin
möhkəmlənməsini önə çıxarır. Etiraf edilməlidir ki, diaspora təşkilatlarımıza verilən
dövlət dəstəyi məhz sadalanan
məsələlərin həllində mühüm
rol oynayır. Belə ki,
artıq diaspora təşkilatlarımız
yuxarıda adları qeyd edilən problemlərin
bir çoxunun həllində
ciddi uğurlara nail olublar. O da etiraf edilməlidir ki, qarşıya qoyulan hədəflərə
tam şəkildə nail
olmaqdan ötrü diaspor təşkilatlarımızın
dövlətlə əməkdaşlıq şəraitində
bir sıra məsələlərin həlli
vacib sayılır. Məlum
olduğu kimi Azərbaycanın
beynəlxalq imici, həyata keçirilən
çoxşaxəli xarici siyasət, dünya ölkələrinin iqtisadi
və enerji maraqları ölkəmizin bir sıra inkişaf etmiş dövlətlərlə bərabər
səviyyədə əməkdaşlığına şərait
yaradıb. Artıq Azərbaycan dünyanın 150-yə
yaxın ölkəsi ilə ticarət əlaqəsindədir.
Bu isə o deməkdir
ki, müstəqil Azərbaycan üşün dünyanın bir
o qədər ölkəsi ilə
qarşılıqlı faydalı əməkdaşlıq
imkanı yaranıb. Bununla yanaşı bir sıra ölkələrlə siyasi əlaqələrimiz də normaldır,
hətta bəzi ölklərlə siyasi əməkdaşlığımız
fayda verməkdədir. Belə ki, artıq Azərbaycan beynəlxalq təşkilatlar
səviyyəsində bir sıra ölkələrlə
vahid mövqedən çıxış edir, beynəlxalq hüquq
çərçivəsində dövlətlərin
maraqlarının müdafiəsində prinspiallıq nümayiş etdirir. Belə
fəaliyyət parlamentlərarası əməkdaşlıq
səviyyəsində daha qabarıq
büruzə verir. Məhz belə bir vəziyyət imkan verir ki, Azərbaycanla normal siyasi-iqtisadi
münasibətdə olan ölkələrdə
yaşayan soydaşlarımız həmin
ölkələrdə monolit qüvvə
kimi çıxış etməyə nail olsunlar. Daha dəqiq, həmin ölkələrin siyasi və ictimai həyatına
nüfuz edə bilsinlər. Sirr deyil ki,
dünya azərbaycanlılarının
yaşadığı ölkələrdə monolit
qüvvə kimi çıxış etmələri
onların milli və vətəndaş
hüquqlarının qorunmasına da əhəmiyyətli
təsir göstərir. Həmçinin yaşadıqları
ölkədə Azərbaycanın milli və
dövlət maraqlarının təmin olunmasında müəyyən
rol oynamaq imkanı
yaranır. Konkret olaraq qeyd
etmək olar ki, dünya azərbaycanlılarının
yaşadıqları ölkələrin seçkili
və yaxud icra
strukturlarında təmsil olunmaları
soydaşlarımızın hüquqlarının müdafiəsi
ilə yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılması baxımından
da mühüm əhəmiyyət
kəsb edir. Məhz bu halda dünya
ölkələrinin parlamentlərində, nəticə
etibarilə isə beynəlxalq təşkilatlarda Azərbaycanın
işğal olunmuş
torpaqları, Ermənistan tərəfindən azərbaycanlılara
qarşı törədilmiş soyqırım aktları barədə
ədalətli qərarların qəbuluna nail
olmaq mümkündür.
Qeyd edək
ki, dövlətin xüsusi
dəstəyi nəticəsində son illər
fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında
Azərbaycan cəmiyyətlərinin fəal iştirak
etmələri diaspor quruculuğu
işinin ən mühüm
istiqamətlərindən birinə çevrilib.
Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti,
yerli özünüidarəetmə
orqanlarında təmsil olunmaları Azərbaycan diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının
artmasının göstəricisidir. Məhz bunun nəticəsidir ki,
artıq xarici ölkələrdə
soydaşlarımız üçün “Bazar günü” məktəblərinin
açılması, müxtəlif icma və
birliklərin nəzdində qəzet və jurnal,
radio və televiziyaların fəaliyyət
göstərməsinə nail olunub. Bunun isə öz növbəsində Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması prosesində mühüm
rol oynaması şübhə doğurmur. Sadalanan faktlar deməyə əsas verir
ki, hazırki şəraitdə Azərbaycan
diasporu qarşısına qoyulan
vəzifələrin öhdəsindən gəlmək
gücünə malikdir. Lakin
o da etiraf
edilməlidir ki, diaspor
fəaliyyəti daim inkişafda
olan fəaliyyət növü
olduğundan onun daha da təkmilləşməsinə
ehtiyac duyulur. Belə
məlum olur ki,
dövlətin dəstəyi sayəsində Azərbaycan
diasporasının müstəqillik illərindəki fəaliyyəti
öz səmərəsini verməkdədir.
Xüsusən, Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi
yarandıqdan sonra bu iş daha da
güclənib. Deməli, diaspora fəaliyyətinin
dövlət səviyyəsində aparılması çox əhəmiyyətlidir. Xaricdə yaşayan
soydaşlarımızın dilimizi, dinimizi, milli dəyərlərimizi,
adət-ənənələrimizi qoruyub
saxlamalarının vacibliyini dərk edən
dövlət artıq diasporanın fəaliyyətinin daha da güclənməsi
məqsədilə bir sıra vacib məsələləri həll edib. Xatırlatmaq yerinə düşər ki, ölkə parlamenti
xaricdə yaşayan azərbaycanlılarla
bağlı qanun qəbul edib.
Eyni zamanda, Diasporla İş üzrə
Dövlət Komitəsi yaradıb. İndi
birmənalı şəkildə demək olar
ki, diaspora ilə
bağlı sistemli şəkildə iş aparılır. Bunun
nəticəsidir ki, diaspora
fəaliyyəti xeyli güclənib. Sirr deyil ki,
əvvəllər xarici ölkələrdəki
Azərbaycan cəmiyyətləri dağınlıq idi, onlar arasında koordinasiya aşağı səviyyədə
müşahidə olunurdu. Məhz bu səbəbdən diaspora
təşkilatlarımız fəaliyyətlərini lazımi
səviyyədə əlaqələndirə bilmirdilər.
Dövlət Komitəsi yarandıqdan sonra
bu iş sistemli və ardıcıl şəkildə
aparılır. O da nəzərə
alınmalıdır ki, diaspora
fəaliyyəti bizim üçün
yeni bir sahədir, hələ
bu istiqamətdə fəaliyyətə
yenicə başlamışıq. Buna baxmayaraq indiyə qədər diaspora
ilə dövlət səviyyəsində aparılan işi yüksək qiymətləndirmək
lazımdır. Düzdür,
dünyanın ayrı-ayrı ölkələrində elə
cəmiyyətlər var ki,
fəaliyyəti kifayət qədər güclü
deyil. Lakin bir faktdır ki, fəaliyyəti
zəif olan icmaların gücləndirilməsi
üçün Azərbaycan dövləti
və aidiyyati orqanları lazımi işləri
görürlər, Prezident İlham Əliyev bu məsələyə
xüsusi diqqət yetirir.
Dövlət başçısı bu və ya digər ölkəyə
səfər edərkən təkcə həmin ölkənin
dövlət və hökumət rəhbərləri ilə deyil, eyni zamanda
oradakı Azərbaycan icmalarının rəhbərləri və
nümayəndələri ilə görüşür,
onları dinləyir, onların problemləri ilə
maraqlanır. Həmin problemlərin aradan
qaldırılması üçün
lazımi tapşırıqlarını verir.
Təsadüfi deyil ki, bu gün
dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri hesab edir
və bunun əsas səbəblərindən
biri də odur ki, dövlət başçısı harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara
çox böyük
diqqət yetirir, onların problemlərinin
həll olunmasında əməli fəaliyyət göstərir.
Belə halda doaspor təşkilatlarının
üzərinə çox ciddi
və məsuliyyətli bər vəzifə düşür.
Bu vəzifə ondan
ibarətdir ki, diaspor
təşkilatlarına Azərbaycan dövləti tərəfindən
lazımi dəstək verilirsə onlar da üzərlərinə düşən vəzifələrin
icrasında fəallıq nümayiş
etdirsinlər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 17 oktyabr.- S.3.