Diaspor təşkilatları

müstəqillik gününü qeyd edib

 

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü ölkəmizlə yanaşı ondan kənarda da diaspor təşkilatları tərəfindən yüksək səviyyədə qeyd olunub. Bayram tədbirlərində həmin ölkələrdə yaşayan azərbaycanlılar da yaxından iştirak edib.

Berlində - Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Azərbaycanın Dövlət Müstəqilliyi günü soydaşlarımızın iştirakı ilə qeyd edilib. AAKM-in İcraçı direktoru Samirə Patzer-İsmayılova Azərbaycanın  müstəqillik tarixi haqqında qısa məlumat verərək 23 il əvvəl qazanılmış bu müstəqilliyin möhkəmləndirilməsindən, ötən müddət ərzində beynəlxalq aləmdə əldə olunmuş uğurlardan danışıb. Samira Patzer-İsmayılova əminliklə bildirib ki, gənc, lakin qədim tarixə malik Azərbaycan dövləti qarşısında duran vəzifələrin öhdəsindən gələrək istər yerli, istərsə də beynəlxalq arenada daha böyük iqtisadisiyasi uğurlar qazanacaq. Bu uğurların qazanılmasında ölkə rəhbərliyinin məqsədəuyğun və uzaqgörən siyasətini xüsusi vurğulayan S. Patzer-İsmayılova bu istiqamətdə Azərbaycan diasporunun rolunu da ayrıca qeyd edib. Daha sonra bayram tədbirində iştirak edən qonaqlar, o cümlədən Azərbaycanın tanınmış jurnalisti və aparıcısı Nuran Hüseynov çıxış edərək qonaqları Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib, 23 il əvvəl müstəqilliyimizin əldə olunması, onun qorunmasında keçilmiş çətin yol barədə danışıblar. Berlindəki digər həmyerlimiz telejurnalist, aktrisarejissor  Naibə Tural isə iştirakçıları Azərbaycan şairlərinin şeirləri ilə təbrik edərək bayram tədbirinə xüsusi ovqat qatıb. Tədbirin yekununda rejissor Elçin Musaoğlunun Azərbaycanın müstəqillik yolundan bəhs edən “40-cı qapı” filmi  nümayiş etdirilib. Film 1990-cı illərin əvvəlində - müstəqilliyin ilk illərində Azərbaycan dövlətinin üzləşdiyi çətinlikləri, Azərbaycanın keçdiyi inkişaf yolunu əks etdirir. Filmin nümayişindən sonra iştirakçılar arasında 23 il əvvəl Azərbaycanın siyasiiqtisadi vəziyyəti, bu illər ərzində qarşılaşdığı problemlər, Dağlıq Qarabağ münaqişəsinin ölkənin inkişafına yaratdığı çətinliklər və digər mövzularda müzakirələr olub.

Rusiya Federasiyasının paytaxtı Moskvadakı Bakı Mədəniyyət Mərkəzində Ümumrusiya Azərbaycan Konqresi (ÜAK), Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu, həmçinin Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü qeyd edilib, eyni zamanda “Azərbaycan müstəqilliyinin formalaşmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu  layihəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin təmsilçisi, QHT və Media nümayəndələri, Rusiyada təhsil alan tələbələr iştirak edib. Tədbirdə Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açaraq iştirakçıları təbrik edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təsisçisi və sədri Səbuhi Abbasov Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi kursu, gənclərə xüsusi diqqətindən bəhs edib. Təşkilat rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın fəaliyyəti nəticəsində Rusiyada yaşayan gənclərimiz təşkilatlanmasından, aktiv diaspor fəaliyyətindən də danışıb. Daha sonra S. Abbasov rəhbərlik etdiyi təşkilatın apardığı sorğunun  nəticələri haqqında da məlumat verib. O bildirib ki, 6 minə yaxın gənc, KİV nümayəndəsi və QHT arasında aparılmış sorğuya görə, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluİlin səfiri”, Ümumrusiya Azərbaycan Konqresi isə “İlin diaspor təşkilatı” seçilib.  Ümumrusiya Azərbaycan Konqresinin İcraçı direktoru İlqar Hacıyev həmyerlilərini Dövlət Müstəqilliyi günü münasibətilə təbrik etdikdən sonra təmsil etdiyi təşkilata təqdim olunmuş mükafata görə ASGA-ya təşəkkür edib: “ÜAK ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Biz bu illərdə azərbaycanlıların təşkilatlanması, Azərbaycan-Rusiya dostluq əlaqələrinin, millətlərarası münasibətlərin inkişafı istiqamətində böyük işlər görmüşük”. İ.Hacıyev də öz çıxışında Rusiya Azərbaycan Gənclər Təşkilatının rolunu xüsusi qeyd edib. Daha sonra tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aqşin Əliyev, Rusiya Azərbaycan Gənclər Təşkilatının nümayəndəsi Ramil Rəcəbov, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Sonda çıxış edən ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev ÜAK, ASGA-nın Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun birgə reallaşdırdığı “Azərbaycan müstəqilliyinin formalaşmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu  layihəsinin yekunu haqqında məlumat verib: “Layihənin yekunu olaraq I, II, III yerin qalibləri üçün diplomların və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin qiymətli hədiyyələrinin verilməsini nəzərdə tutmuşuq. Lakin bizim əsas məqsədimiz gənclər arasında Ulu Öndər Heydər Əliyev irsinin araşdırılması və təbliğindən ibarətdir”. Tədbirin yekununda layihənin  qalibləri mükafatlandırılıb. İlk olaraq Rusiyada reallaşdırılan layihənin digər slavyan ölkələrində də həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü ABŞ-ın Nyu-Yorkda təntənəli şəkildə qeyd olunub. Azərbaycan Nyu-York Assosiasiyası tərəfindən şəhərin Uoall Strit səmtindəki “Boylinq grin” parkında təşkil edilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı Baş konsulunun köməkçisi Reyhan Özgür, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak edib. ABŞ və Azərbaycan himnlərinin səsləndirilməsindən sonra Assosiasiyanın sədri Ercan Yerdenli Dövlət Müstəqilliyi günü ilə əlaqədar üçrəngli bayrağımız dövlət himninin sədaları altında qülləyə qaldırılıb. Ercan Yerdələnli öz çıxışında hər il olduğu kimi bu il  Boylinq grin” parkındakı bayraq dirəyinə Azərbaycan bayrağının sancılmasından qürur hissi duyduğunu bildirib, bayrağımızın  Amerikanın ən güclü iqtisadi mərkəzində dalğalanmasının hər bir azərbaycanlı üçün fəxr olduğunu qeyd edib. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev öz çıxışında Azərbaycan diasporunun gələcək nəsillərinin də üçrəngli bayrağımızı bu meydanda dalğalandıracağına ümid etdiyini deyib. Almaniyada həmçinin Dövlət Müstəqilliyi Gününə həsr edilmiş boks turniri keçirilib. Belə ki, Almaniyanın Maqdeburq şəhərində “Odlar YurduBoks Təşkilatı İctimai Birliyin rəhbəri Azad Əzizovun təşkilatçılığı və Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri Tengis Sade Baron zu Romkerhallın dəstəyi ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr edilmiş həvəskar boks idman növü üzrə turnir təşkil olunub. Maqdeburq şəhərində rəsmi fəaliyyət göstərən “Odlar YurduBoks Təşkilatı İctimai Birliyin adından iştirak edən üç həvəskar idmançı gözəl nəticələr göstərərək rəqiblərinə qalib gəliblər. Maqdeburg şəhərində yaşayan həmyerlimiz Ruslan Əliyev isə rəqibi Lorento Fonsecoya 3:0 xal hesabı ilə qələbə qazanaraq bu əziz gündə bayrağımızı uca tutub. İdman turnirində dəvət olunmuş çoxsaylı qonaqlarla yanaşı Diaspor təşkilatların nümayəndələri də iştirak ediblər.Odlar YurduBoks Təşkilatı İctimai Birliyin rəhbəri, hazırda İBO-İnternational, İBO-İnterkontinentalİBF-Avropa versiyalari üzrə dünya çempionu Azad Əzizov Mətbuat Xidmətinə bildirmişdir: “Bu gün – 18 Oktyabr, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri – Dövlət Müstəqilliyi Günüdür. Bugünkü qələbə məhz bizim təşkilatın deyil, bütün Azərbaycan xalqının qələbəsidir”. Tədbir iştirakçıları isə öz növbələrində bütün soydaşlarımızı Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik ediblər. Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagendə fəaliyyət götərən Azərbaycan Evində dövlət müstəqillik günü qeyd olunub. Tədbir Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə öz işinə başlayıb. Cəmiyyətin sədri Səfə Sadiqi Azəbaycan müstəqilliyinin 1918-ci ildə elan olunması, bolşeviklər tərəfindən Azərbaycanın işğalı və XX əsrin sonlarında SSRI-nin dağılmasından sonra öz müstəqilliyinin bərpa etməsindən söz açıb. Cəmiyyətin idarə heyətinin üzvü Zaur Qubatov Azərbaycanın reğionda güclü hərbi sənayeyə və iqtisadiyyata malik olduğundan söhbət açıb. Sonda bayram süfrəsi açılıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 21 oktyabr.- S.3.