Diaspor təşkilatlarımız fəallığını
artırmalıdır
Erməni dünyada soyqırımı törədən xalq olaraq tanıdılmaldır
Erməni diaspor təşkilatları
gələn il qondarma
erməni “soyqırım”ının 100 illiyini
qeyd etməyə hazırlaşır.
Artıq bu istiqamətdə ciddi hazırlıq işlərinin getdiyi bildirilir. Belə bir şəraitdə təbii ki,
Azərbaycan diaspor təşkilatları da sakit oturmamalı, müəyyən
qabaqlayıcı tədbirlər görməlidir. Bəs diaspor təşkilatlarımız hansı
qabaqlayıcı addımlar ata bilər və
ümumiyyətlə bu sahədə diaspora təşkilatlarımızın üzərinə
hansı vəzifələr düşür?
Azərbaycan Demokratik İslahatların
İnkişafı Mərkəzinin təsisçisi və sədri
Cavid Şahverdiyevin sözlərinə görə, ermənilər
bu tədbirlərini daha çox Avropa və Amerika qitəsində
keçirməyi planlaşdırıblar. Ermənilərin bu dəfəki
planı Vaşinqtonun mərkəzində
erməni soyqırımı abidəsi ucaltmaq
və muzey açmaqdır. Artıq bununla bağlı ermənilər Vaşinqtonda məsləhətləşmələrə
də başlayıblar. Qondarma erməni
"soyqırımı"nın 100 illiyi
yaxınlaşdıqca xaricdə fəaliyyət göstərən
erməni icmaları aktivliklərini artırırlar.
ABŞ-ın Kaliforniya ştatının iri şəhərlərindən sayılan Pasadenada yerli erməni diasporu Ermənistan Respublikası xaricində ən
böyük "soyqırımı"
abidəsinin tikintisi ilə bağlı
hazırlıqlara başlayıblar. Memorial
kompleksin memarlıq planı təsdiq olunub və tezliklə tikinti
işlərinin başlanması gözlənilir. Ermənilər
bu olayı dünyaya
tanıtmaq üçün bir sıra tədbirlər də
planlaşdırıblar. Məsələn, qondarma soyqırımı əks etdirən dram janrında Hollivud filmlərinin
çəkilməsi, yalan sənədlərin
və görüntülərin hazırlanması, qondarma soyqırımı tanıyan ölkələrin
meydanlarında xatirə abidələrinin ucaldılması, montaj fotolarla
dünyanın aparıcı ölkələrində sərgilərin təşkil olunması, qondarma
soyqırımı tanıyan ölkələrin
bürokratlarına mükafatların verilməsi, sosial şəbəkələrdən məharətlə
istifadə edərək, ictimai rəyin
yönləndirilməsi, dünyada 21
ölkənin ABŞ-da isə bir çox əyalətin
tanıdığı qondarma
soyqırımın tanınması üçün
digər ölkələrə də təzyiq edilməsi. Onun sözlərinə görə, baxmayaraq ki, beynəlxalq bir yalana dönən
soyqırımı iddiasının yalan olduğunu isbat etmək üçün Türkiyə yetərli dəlillərə
sahibdir. Bəs Azərbaycan olaraq Türkiyəyə bu
məsələdə necə dəstək ola
bilərik? Erməni diasporunun bu fəallığının
qarşısını almaq üçün Azərbaycanın
ixtiyarında kifayət qədər ciddi tarixi faktlar var. Və Azərbaycan ermənilərin azərbaycanlılara
qarşı törətdiyi soyqırımı sübut edən həmin tarixi
faktları ABŞ və digər Qərb dövlətlərilə
təmaslarında xüsusilə diqqət mərkəzində
saxlamalıdır: “Azərbaycan da 2015-ci
ilə hazırlaşmalıdır. Biz əlimizdəki tarixi faktlardan istifadə
edərək ermənilərin törətdiyi Xocalı
soyqırımının dünyada daha çox ölkə tərəfindən
tanıdılmasına çalışmalıyıq. Çünki ermənilərin soyqırım
iddiaları tarixi sənədlərə
belə əsaslanmadığı halda,
ermənilərin özlərinin azərbaycanlılara
qarşı törətdikləri Xocalı
soyqırımı XX əsrin sonlarında bütün
dünyanın gözləri qarşısında baş verib. Bundan başqa Azərbaycan diaspor
təşkilatları təmsil olduqları dövlətlərin
yerli hakimiyyət strukturları və türk dünyasına rəğbəti olan diaspor təşkilatları
ilə birgə iş aparmalıdırlar.
2015-ci il aprelin 24-də
bütün diaspor təşkilatlarımız
qondarma erməni soyqırımı tədbirlərinə
etiraz aksiyaları təşkil etməlidirlər.
Təbii ki, həmin gündə ermənilər
də küçələrə axışacaqlar. Bizim diaspor təşkilatlarımız
da ermənilərlə üz-üzə
dayanıb dinc şəkildə, təxribatlara
uymayaraq ermənilərin
başımıza gətirdikləri
soyqırımlarını dünya
ictimaiyyətinə çatdırmaqla onları ifşa etməlidirlər”.
Diaspor Jurnalistləri Birliyinin (DJB) İdarə Heyətinin üzvü Əli Zülfüqaroğlunun sözlərinə görə, ermənilər bununla bağlı bütün güclərini sərf edəcəklər. Həm Ermənistan dövləti, həm də erməni lobbisi birlikdə qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı maksimum nəticə əldə etməyə çalışacaqlar. Eyni zamanda müəyyən maraqlar baxımından Tükiyəyə təsir etmək istəyən ölkələr və güclər də bu məsələdən siyasi vasitə kimi yararlanacaqlar. Amma bu heç də o demək deyil ki, ermənilər uğur qazanacaqlar, istədiklərinə nail olacaqlar. Bu təkcə Türkiyənin məsələsi deyil, bizim ortaq problemimizdir. Bu məsələdə dövlət olaraq əsasən Türkiyənin əlində kifayət qədər təsir imkanları var. Türkiyədə çoxsaylı erməni miqrantlar var, həmçinin Türkiyəınin iş adamları ermənilərlə ticarət aparırılar. Türkiyə Ermənistana dövlət olaraq daha ciddi təzyiqlər edə bilər. Ermənistanla münasibətləri normallaşdırmaq üçün bunu etmir. Ermənistan isə üzərində təzyiq hiss etmədikcə Türkiyənin üzərinə daha sərt formada yeriməyə çalışır. Azərbaycanın isə Ermənistanla problemləri məlumdur. Ermənistan işğalçılığına görə bütün regional layihələrdən kənarda qalıb. Azərbaycan mümkün qədər Ermənistanı sıxır ki, işğalçılıq siyasətinə son qoysun, absurd iddialarından əl çəksin. Yəni hazırda bu istiqamətdə Türkiyə dövlətinin görəcəyi iş daha çoxdur: “Amma bu o demək deyil ki, diaspor seyrçi mövqe tutmalıdır. Təbii ki, müəyyən zamanlarda bu məsələ ilə bağlı addımlar atılıb. Amma daha ciddi tədbirlərə, etirazlara, əks hücumlara ehtiyac var. Hər zaman deyirik ki, Türkiyə və Azərbaycan diasporu birlikdə fəaliyyət göstərməlidir. Amma bəzən bu belə olmur. Dünya ölkələrində türklərin sayı çoxdur. Fikrimcə daha aktiv fəaliyyətə ehtiyac var. Əks halda bizim işimiz çətinləşir. Buna baxmayaraq biz mütəşəkkil formada fəaliyyət göstərəriksə, daha aktiv olarıqsa, fərdi qaydada belə intensiv görüşlərimiz olarsa, ən əsası isə koordinasiya mükəmməl olarsa uğurlar qazanmaq olar”. Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə hesab edir ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların xaricdə tanıdılması diaspourmuz üçün prioritetdir. Bu təbliğat çərçivəsində erməni yalanları da ifşa olunmalıdır. Ermənilərin ən böyük yalanlarından biri də qondarma soyqırımı iddiası ilə dünyaya car çəkmələridir. Artıq ermənilər bir çox ölkələri buna inandırıblar. Bununla ermənilər dünyanı aldadırlar. Bu yalanın üstünü açmağı diasporumuz öz hədəfinə çevirməlidir. Əslində Türkiyə diasporu bu baxımdan daha aktivlik göstərməlidir. Bu baxımdan Azərbaycan-Türkiyə diasporunun həmrəyliyi daha vacibdir: “Ümumiyyətlə, eyni milli geni daşıyan iki ölkə diasporunun birliyi hər zaman önəmlidir. Türk diasporu üçün ermənilərin azərbaycanlılara qarşı 1905, 1918 və nəhayət 1992-ci illərdə törətdiyi soyqırımlar tarixi faktdır. Onlar bu soyqırımları dünyada tanıtmaqla beynəlxalq aləmə göstərə bilər ki, türk ermənini yox, erməni türk millətini soyqırıma məruz qoyub. Azərbaycan diasporu xaricdə bu soyqırımların təbliğini aparır. Amma türk diasporu ilə birgə bu təbliğatın aparılmasında fəallıq az hiss olunur. Lakin bütün bunlara baxmayaraq Azərbaycan diasporu erməni yalanlarını ifşa etmək üçün onların törətdiyi soyqırımları sübut kimi yaymalıdır. Yəni erməni dünyada soyqırımı törədən bir xalq olaraq tanıdılmaldır. Antierməni təbliğatında hədəflərə çatmaq üçün fərqli layihələr həyata keçirilməli, təbliğati işdə yeni formalara üstünlük verilməlidir. Bunun üçün təbliğatın ideoloji hədəfləri təyin olunmalıdır. Yəni təbliğat mexanizmi ideologiya əsasında işləməlidir. Daha sonra dünyada formalaşmış “yazıq erməni” sindromu sındırılmalıdır”. Onun fikrincə, qondarma erməni soyqırımını tanıyan ölkələrə müraciət edib bunu qəbul etməkdə səhv olduqlarını bildirmək lazımdır. Əcnəbi jurnalistləri antierməni təbliğatına cəlb etmək daha məqsədəuyğundur. Türkpərəst erməni müəllifləri ilə əlaqə qurub onların bu “soyqırım”ın yalan olması ilə bağlı etirafını xarici mediada yaymaq gərəkdir: “Ümumiyyətlə, xaricdəki yerli KİV-lərlə işi gücləndirməyə ehtiyac var. Diasporumuza təbliğati kömək üçün Məlumat İdarəetmə Mərkəzini yaratmaq işi daha da sürətləndirməlidir. Tanınmış erməni terroristlərini, eləcə də Xocalı soyqırımını törədənləri beynəlxalq ictimaiyyətə tanıdaraq, onları ifşa etmək lazımdır. Bununla bağlı xarici KİV-lərdə dayanmadan, çevik kampaniyalar aparmalıyıq. Xarici, ilkin olaraq dost ölkələrin universitetlərində proqramdan kənar “Ermənilərin “soyqırım yalanları” adlı dərslər, eyni zamanda görüşlər təşkil etmək olar. Bu zaman Xocalı və digər faciələrimizlə də bağlı məlumatlar verilməlidir. Faciələrimizi özümüzün yox, başqa xalqların tanınmış simalarının dili ilə dünya ictimaiyyətinə çatdırmalıyıq. Xarici ölkələrdə daha çox siyasi və akademik elita ilə iş aparmaq təbliğatı daha effektli edər. Dünya kilsələrinə erməni soyqırımları ilə bağlı kitablar və müraciətlər göndərmək olar”. Ermənilər yəqin ki, qondarma soyqırımın 100 illiyi ilə bağlı universitet və ya şəhərlərdə tədbirlər keçirəcəklər. Həmin universitet və ya şəhərlərin rəhbərliyinə “erməni soyqrımı”nın yalan olduğunu, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı məktublar göndərmək olar. Diaspor üzvləri, xüsusən gənc diaspor fəalları şəbəkələşib yaşadıqları ölkələrin rəsmi orqanlarına ermənilərin soyqırımı yalanları ilə bağlı virtual formada davamlı olaraq müraciətlər edə bilər. Diasporumuz digər xalqların diasporu ilə görüşlər təşkil edib erməni iddialarının qondarma olması ilə bağlı söhbətlər aparmalıdır: “Ümumiyyətlə, çalışmalıyıq ki, “erməni soyqırımı”nın yalan olduğunun özümüzün yox, başqa xalqların dili ilə dünya ictimaiyyətinə çatdıraq. Belə olduqda təbliğat daha böyük effekt vermiş olar. Bu kimi işlərin görülməsi Diaspor Jurnalistləri Birliyinin də prioritetidir. Biz DJB olaraq burda irəli sürdüyümüz təkliflərin bir neçəsini artıq reallaşdırmışıq. Erməni yalanlarının ifşa olunması istiqamətində layihələrimizi davamlı olaraq həyata keçirəcəyik. Qeyd edim ki, yaxın günlərdə Hollandiyada bu istiqamətdə yeni bir layihəmizə start verəcəyik”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 23 oktyabr.- S.3.