Azərbaycan diasporunun
ideoloji təməli
Heydər Əliyev: “Siz düşünməyin
ki, Azərbaycan bizim üçün nə edib,
düşünün
ki, biz Azərbaycan üçün nə etmişik”
“Azərbaycan bütün dünya azərbaycanlılarının
tarixi Vətəni, doğma ata-baba ocağıdır.
Xalqımızın milli müstəqillik uğrunda çoxəsrlik
mübarizəsində dünyanın bütün ölkələrində
yaşayan soydaşlarımızın da diqqətəlayiq xidmətləri,
haqq- sayları vardır. Suverenliyimizi daim yaşatmaq, dövlət
müstəqilliyimizi əbədi etmək üçün
harada yaşamasından asılı olmayaraq, bu gün hər
bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi
ətrafında əməl və əqidə birliyi,
sarsılmaz həmrəylik tələb olunur. Zaman-zaman qəlbimizdə
yaşatdığımız müstəqillik və
azadlıq ideallarının həyata keçdiyi bu tarixi
sınaq anlarında dünyanın müxtəlif guşələrində
soydaşlarımızın Vətən təəssübkeşliyinə,
övladlıq haqqına dərin inamını ifadə edərək,
Sizi azad, müstəqil, qüdrətli, demokratik Azərbaycan
dövləti uğrunda səfərbər olmağa və
milli həmrəyliyə çağırıram”.
Vaxtilə ümummilli liderimiz Heydər
Əliyev tərəfindən edilmiş bu müqəddəs
çağırış dünya azərbaycanlılarının
üçrəngli bayrağımız altında birləşməsinə
zəmin yaratdı. Azərbaycan
diaspor təşkilatlarının və fərdi şəkildə
dünyanın müxtəlif ölkələrinə səpələnmiş
millətimizin nümayəndələrinin eyni amal
üçün birləşməsi tarixi də məhz Heydər
Əliyevdən başlayır. Ümummilli liderdən sonra cənab
prezident İlham Əliyev dünya azərbaycanlılarına səslənişində
çox mühüm məqamları çatdırdı:
“İnanıram ki, əsrlərdən bəri arzusunda
olduğumuz və uğrunda mübarizə
apardığımız müstəqil və azad Azərbaycan
ideyalarının həyata keçirildiyi bu tarixi sınaq
anlarında dünyanın hər bir guşəsində
yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin
tam gerçəkləşməsi üçün daha
böyük əzmlə çalışacaqlar. Qətiyyətlə
bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi
əbədidir və heç bir qüvvə bizi bu yoldan
döndərə bilməyəcəkdir. Hamınızı
azad, müstəqil, demokratik Azərbaycan dövlətinin daha
da möhkəmlənməsi naminə həmrəyliyə və
milli birliyə çağırıram”. Bu əsası ulu
öndər tərəfindən qoyulmuş uğurlu diasora
siyasətinin məntiqi şəkildə davam etdirilməsinin
çarçısıdır. Dövlətimiz başa
düşür ki, xarici siyasətdə uğur
qazanmağın əsas amillərindən biri də
diasporanın inkişafıdır və onun fəaliyyətinin
genişlənməsinə təkan verməkdir. Dünya
ölçüsündə bütün ölkələrin
diqqət etdiyi bu sahə Azərbaycan dövləti
üçün də vacibiyyət daşıyır. Son
dövrlərdə diaspora anlayışı müxtəlif
proseslərlə əlaqələndirilərək kəsb
etdiyi mənanın sərhədləri genişləndirilib.
Şefferə görə diaspora etnik qrupların
könülü və ya məcburi miqrasiya prosesləri nəticəsində
ortaya çıxır. Onlar mühacirət etdikləri
ölkələrdə milli azlıq statusunda yaşayırlar,
etnik və etno-dini mənsubiyyətlərini, qrup daxili həmrəyliklərini
mühafizə ediblər. J.T. Toşenka və
T.İ.Çapitkovun da diasporaya verdiyi tərif Şifferin tərifinə
yaxındır. Onlara görə diaspora, öz tarixi vətənlərindən
kənarda yaşayan, mövcud cəmiyyətdə fəaliyyət
göstərmək və inkişaf etmək üçün
müvafiq sosial institutlara sahib, eyni etnik qrupa aid insanlardan ibarətdir.
Bu çərçivədə Azərbaycan
diasporasının xarici ölkələrdəki sosial
institutları aktiv fəaliyyətə malikdirlər.
Çünki Azərbaycan diasporunun inkişafına dövlət
qayğısı bu gün daha da güclənir. Ulu Öndərimizin
bu sahədə tövsiyyələri, qarşıya qoyduğu
mühüm vəzifələr və tapşırıqlar,
dövlətin siyasi xətti İlham Əliyev tərəfindən
böyük uğurla davam etdirilir. İnanırıq ki, həmin
qayğı gündən günə artacaq və Azərbaycan
diasporu xarici ölkələrdə yaşayan diasporalar
arasında öncüllərdən biri olacaq.
Akademik səviyyədə təşkilatlanma prosesi
Keçən illər
ərzində diasporamız Azərbaycanın xarici siyasətinə
yön verən amillərdən birinə çevrilib. Bunun da əsas
səbəbi dünya ölkələrindəki azərbaycanlılarla
dövlətimizin koordinasiyalı fəaliyyətidir.
Çünki Azərbaycan diasporunun arxasında dövləti,
dövlətin siyasəti var. Xaricdə yaşayan insanın
arxasında bir dövlət, bir qurum yoxdursa, onun çox
iş görməsi imkansızdır. Burada Azərbaycan
dövləti rəsmi siyasətini ortalığa qoyub.
Dövlətimizin gerçək nümayəndələri
onun xaricdə yaşayan soydaşlarıdır. Dövlət
bunu deyir. Artıq Azərbaycan diasporu gəlməli olduğu
yerdədir. Biz burada artıq akademik səviyyədə təşkilatlanmışıq.
Diasporalarımız xarici ölkələrdə təhsil alan
tələbələri də unutmur. Onlar üçün
zaman-zaman layihələr təşkil edirlər. Onlar da bu
qayğını unutmayaraq yalnız Azərbaycanın milli
maraqları çərçivəsində fəaliyyət
göstərirlər. Avropada, dünyanın hər bir yerində
millətimizin sülhə, əmin-amanlığa xidmət etməsi
də nəzərdən yayınmır. Milli maraqlarla
yanaşı diasporamız bu məsələləri də
yaddan çıxarmır. Son illər fəaliyyət göstərdikləri
ölkələrin ictimai-siyasi və mədəni həyatında
Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri
diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən
biridir. Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti,
yerli özünüidarəetmə orqanlarında təmsil
olunmaları, kompakt yaşadıqları ərazilərdə
Bazar günü məktəblərinin açılması,
müxtəlif icma və birliklərin nəzdində 27 qəzet,
10 jurnal, 3 radio və 1 televiziyanın fəaliyyət göstərməsi,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması məqsədilə müxtəlif
tədbirlərin təşkil edilməsi Azərbaycan diasporu
nümayəndələrinin ictimai-siyasi fəallığının
artmasının göstəricisidir. Dövlət, prinsipcə,
yalnız öz sərhədləri daxilindəki əhali ilə
birbaşa maraqlandığı halda, diasporanın təsir
dairəsi daha genişdir. Prinsip etibarilə, diaspor təşkilatları
ölkə daxilində yaşayan əhali ilə onun xaricində
yaşayanların əlaqələrini qurmağı, fəaliyyətlərini
koordinasiya etməyə çalışır. Məhz buna
görə də dövlət və diaspora fəaliyyətinin
bir istiqamətə yönəlməsi, başqa sözlə
desək, onun vətəndaşlarının bütöv halda
formalaşması vacibdir. Müasir dövrün tələblərinə
uyğun olaraq, qloballaşan dünyada inteqrasiya etmək və
eyni zamanda bu proses zamanı xalqların öz milli dəyər
və xüsusiyyətlərini qoruyub saxlaması zərurəti
meydana çıxır. Əlbəttə, bu zərurət hər
şeydən əvvəl xalqın və cəmiyyətin milli
şuurunda öz əksini tapmalı, mövcud beynəlxalq situasiyadan
milli dəyərlərə ziyan gətirmədən istifadə
olunmalıdır. Tarixən müxtəlif dövlətlərin
maraq obyektinə çevrilmiş Azərbaycanın Şərq
və Qərb arasındakı əhəmiyyətli coğrafi
mövqeyi, dünya siyasəti və dövlətlərinin ona
bu konteksdə yanaşması, xarici iqtisadi və siyasi
müdaxilə xalqımız içərisində vahid birlik
ideyalarının yeni formada yaranıb inkişaf etməsinə
səbəb olmuşdur. Həmin birliyin inkişafı və
möhkəmləndirilməsi təkcə Azərbaycan
Respublikası vətəndaşlarından deyil, həm də
bütün dünyaya səpələnmiş
soydaşlarımızın təşəbbüskarlığından,
səyindən və fəaliyyətindən
asılıdır.
“Sən azərbaycanlısan”
Azərbaycan
Respublikasının Konstutsiyasının 10-cu maddəsində
göstərilir ki, Azərbaycan başqa dövlətlərlə
və xarici aləmlə əlaqələrini beynəlxalq
hüquq normaları və ölkənin maraqlarını nəzərədə
tutan prinsiplər əsasında qurur. Azərbaycan Prezidenti
1993-cü il oktyabır ayının 10-da Prezident seçilməsi
ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki
çıxışında qeyd etmişdir ki, “Respublikanın
qarşısında duran əsas vəzifələrdən biri
Azərbaycan mənafeyinin dünya miqyasında müdafiə
edə bilən ağıllı, səriştəli xarici
siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr
durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın
dövlət müstəqilliyini təmin etməyə yönəldməlidir.
Vəzifə dünyanın bütün dövlətləri
ilə bərabərhüquqlu,
qarşılıqlı-faydalı əlaqələr yaratmaq və
inkişaf etdirməkdən, bu əlaqələrdən həm
Azərbaycan Respublikası beynəlxalq mövqelərini
möhkəmləndirmək üçün, həm də
Respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini
inkişaf etdirmək üçün səmərəli
isdifadə etməkdən ibarətdir.”. Azərbaycan dövləti
yarandığı ilk gündən etibarən təkcə
respublika vətəndaşlarının deyil, ümumiyyətlə,
bütün dünya azərbaycanlılarının yeganə
milli varlıq simvolu, onların
milli qürur mənbəyi və etibarlı istinad mərkəzi,
himayədarı və milli-siyasi mövcudluq üsulu kimi
çıxış edir. Təsadüfi deyil ki, dövlətimiz
dünya azərbaycanlılarının ümummilli mənəvi birliyi və həmrəyliyi
ideyasının əsas strateji mərkəzlərdən biri
kimi götürüldüyünü, bu cür həmrəyiyin dövlətimizin və
xalqımızın ən ali məqsədlərindən biri
olduğunu rəsmən bəyan edib. Müasir dövrdə
diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daimi fəallıq
və zəhmət tələb edən uzunmüddətli
proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur.
Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun
imkanlarından geniş istifadə olunması, ölkə həyatının
müxtəlif sahələrində meydana çıxan
problemlərin həllində onun fəal iştirakının
gerçəkləşdirilməsi yolunda hələ çox
işlər görülməlidir. Prezident İlham Əliyevin
bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü
və prinsipial siyasət aparması deməyə əsas verir
ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək,
ölkənin taleyüklü problemlərinin həllində
daha yaxından iştirak edəçəkdir. Ümummilli
lider Heydər Əliyevin Vətən və xalq
qarşısında göstərdiyi böyük xidmətlərdən
biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi
baxımından çox əhəmiyyətli olan azərbaycançılıq
ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması
üçün ideoloji təmələ çevirməsidir.
Ümummilli lider xarici ölkələrə səfərləri
zamanı azərbaycanlılarla çoxsaylı
görüşlər keçirmiş, xaricdə yaşayan
soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə,
təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər
yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi
yaşadıqları ölkənin ictimai-siyasi həyatında
fəal iştirak etməyə, eyni zamanda, Vətənlə -
doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da
olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa
çağırmışdır. 1997-ci ildə Heydər
Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan
diasporu qarşısında çıxışında bu
istiqamətdə əsas prinsipləri müəyyən
etmişdir: "Siz düşünməyin ki, Azərbaycan
bizim üçün nə edib, düşünün ki, biz
Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan
da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər.
Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən
azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin
daşıyıcısısan”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 24 oktyabr.- S.3.