Prezidentin fəaliyyəti Azərbaycan diasporunun
təşkilatlanmasına
təkan verir
“Ulu öndərin diaspora sahəsində apardığı fəaliyyət MDB ölkələrinin digər prezidentlərinin işini qabaqlayırdı”
Xaricdə yaşamaq bir çoxlarına əvvəldən asan gəlsə də, arzuladıqları
ölkəyə düşdükdən sonra
bunun heç də bu cür
olmadığını anlamağa
başlayırlar. Yabançı bir
ölkədə ilk öncə hər bir addım çətin gəlir. Amma zamanla hər şey keçir. Özləmdən
başqa. Vətən həsrəti daim insanın qəlbində yaşayır.
Yabançı bir ölkədə öz həmvətənini görmək
insanı sevincə qərq edir. Bunu xaricdə yaşayan həmvətənlərimiz
deyir. Amma onlar bu həsrəti aradan
qaldırmağın yolunu
yaşadıqları ölkədə bir araya gəlib həsrətlərini azaltmaqla yanaşı, Vətən üçün işlər görməkdə
tapırlar.
Rusiyada yaşayan həmyerlimiz Etibar Kərimlinin
diaspor fəaliyyəti ilə bağlı fikirləri ilə
tanış olduqdan sonra qarşımızda bu sahənin
inkişafına təkan verən amillərin nədən ibarət
olduğu açılır.
Müəllif yazır ki, 1991-ci il oktyabrın
18-də Azərbaycan Ali Sovetiin tarixi sessiyasında qəbul
edilmiş “Azərbaycan Respublikası dövlət müstəqilliyinin
bərpası haqqında” Konstitusiya aktı ölkəmizi XX əsrin
sonlarında ikinci dəfə müstəqilliyə
qovuşdurmuş, eyni zamanda, bizləri-harda yaşamasından
asılı olmayaraq, özünü azərbaycanlı hesab edən
hər kəsi çox çətin və məsuliyyətli
bir yolun yolçusu etmişdir. Həmin
dövrdən xeyli illər keçir. Gözlərimiz önündə
keçən bu müddət ərzində
Dövlət və xalq bir
sıra ağır tarixi sınaqlardan
çıxmış, daxili və xarici sarsıntılara məruz qalıb
torpaqlarının bir hissəsini itirib. Maddi və mənəvi sərvətləri talanıb.
Əhalinin yeddidə bir hissəsi
qaçqın və köçkün statusu ilə yaşamağa
məhkum olub, digər yeddidə altı
hissəsi isə ölkənin qarşısında duran bir sıra ciddi iqtisadi, siyasi, hərbi problemlər ucbatından
ağır maddi, mənəvi və psixoloji basqı
altında yaşadığı sınaqlardan
çıxıb. Şübhəsiz
ki, keçmiş sovet məkanın digər respublikaları da təxminən eyni iqtisadi-siyasi, sosial
mühitdə yaşayır və eyni
problemləri həll edirlər. Əgər ölkəmizin 10 il əvvəlki halını bəzi MDB
respublikaları ilə və xüsusilə, Zaqafqaziya regionunda yerləşən
qonşularımızla müqayisə etsək, bizim, hətta bir sıra
istiqamətlərdə onlardan xeyli irəlidə olduğumuz
aşkarlanar.
Tədqiqat
predmetimiz diaspor, onun formalaşması, vahid
mərkəz ətrafında birləşməsi və nəhayət,
effektli fəaliyyət göstərməsinin
nəzəri və praktiki aspektləri olduğundan ölkəmizdəki mövcud vəziyyəti məhz bu rakursdan
işıqlandırmağa ehtiyac duyuruq. Belə ki, MDB məkanına daxil olan ölkələr demək olar ki, eyni şəraitdə mövcud olmasına baxmayaraq,
bu ölkələrin xaricdə fəaliyyət
göstərən diaspor qurucuları
özlərinin say tərkibinə,
gücünə və təsir imkanlarına görə
bir-birindən kəskin fərqlənirlər. Bunu Rusiya kimi həm iqtisadi potensiala, həm də
qonşu ölkələrə təsir
imkanlarına görə böyük bir dövlətin timsalında
açıq-aşkar görmək mümkündür.
İqtisadi inkişafına görə Azərbaycanla
nəinki eyni vəziyyətdə durmayan, hətta bizdən xeyli
dərəcədə geridə duran
Ermənistanın və o cümlədən,
Gürcüstanın Rusiyadakı diaspor mərkəzlərinin
10 il bundan qabaq ölkəmizin bir-birindən pərakəndə
halda fəaliyyət göstərən diaspor qruplarından xeyli effektli və məhsuldar fəaliyyət
göstərdiyi sirr
deyil. Baxmayaraq ki, Azərbaycan icması Rusiyada
tatar icmasından sonra
say tərkibinə görə ikinci sırada durur və bizim cəmiyyətlərimizin miqdarı da kifayət qədərdir. E.Kərimli vaxtilə
təəssüf doğuran belə bir vəziyyətdən çıxış
yollarını müəyyənləşdirmək üçün onun səbəblərini-köhnədən
mövcud olan və
yenicə meydana gəlmiş problemlər kompleksini araşdırmaqda görüb:
“ Bu zamana fikrimizcə,
diaspor quruculuğuna güclü təsir göstərən iki başlıca amil, ilk növbədə, diqqət mərkəzinə
çəkilməlidir. Dövlət. Biz nəinki müstəqil
Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmlənməsi
və inkişaf etməsi uğrunda,
eyni zamanda, bütün dünya azərbaycanlılarının
milli hüquqlarının, tarixi haqlarının həyata keçməsi
ilə bağlı ciddi iş
aparmalıyıq”.
Azərbaycan
respublikasının dövlət başçısı cənab
Heydər Əliyevin xarici ölkələrinə
birində, Azərbaycan icması ilə görüşündə
söylədiyi bu fikir
toxunduğumuz mövzu
üçün ən gözəl
sitatdır desək, yəqin ki,
yanılmarıq. Belə ki, burda
ölkəmizin gələcək inkişafı üçün iki mühüm istiqamətin paralel
olaraq gücləndirilməsi zərurəti
qeyd olunmuşdur-dövlətçililik və
xaricdə yaşayan Azərbaycan
icması. Bu məsələdə ikincinin birincidən xeyli dərəcədə
asılı olmasını göstərmək üçün dövlətin diaspor quruculuğuna konkret olaraq təsirlərini
açmaq gərəkir.
Qanunvericilik. Artıq bir
çox ölkələrin parlamentləri
dövlət hakimiyyətinin bir qolu kimi xaricdə yaşayan soydaşlarla, diaspor və lobbi
qrupları ilə əlaqələri müəyyən bir qanun, hüquqi
sənəd çərçivəsində tənzimlənməyin
və prosesə nəzarət etməyin zəruriliyini
anlamış, bu istiqamətdə xeyli iş görmüş
və görməkdədir. Yenə də Rusiyanı nümunə
gətirəcəyik. Belə ki,
məhz bu ölkənin parlamenti
ölkə xaricində yaşayan rusdilli əhalinin maraqlarını müdafiə
edən, diaspor ilə əlaqələrini
möhkəmləndirən bir sıra qanunvericilik aktları qəbul etmiş,
Dövlət Dumasında bu sahəni daim diqqət mərkəzində saxlayan parlament komitəsi
formalaşdırmışdır. Demək olmaz ki, xaricdə mövcud olan Azərbaycan
icmalarının, diaspor-lobbi
qruplarının fəaliyyətini aktivləşdirmək birbaşa və yalnız qanunvericilkdən
asılıdır. Lakin ölkəsinin hüdudları kənarında Azərbaycan
adlı yurdunun inkişafı və tərəqqisi
üçün hansısa bir fəaliyyətə başlamaq
əzmində olan həmvətənimiz işini boş yerdə deyil, müəyyən hüquqi
baza əsasında qurmuş
olarsa, fikrimizcə, o
həmvətənimizn, eləcə də bütünlükdə
müstəqil dövlətçiliyizin uğurları daha böyük olar. İsraedici orqanlar. Bu sahədə, adətən,
icraedici orqanların-Prezident Aparatı və
Nazirlər Kabinetinin fəaliyyəti daha məhsuldar olur. Sözsüz ki, bunun obyektiv səbəbləri
mövcuddur. Bu səbəblərin
ən başlıcası icraedici
orqanların ən yüksək pilləsində prezidentin durmasıdır. Dövlət
başçısının şəxsiyyəti, məsələyə
münasibəti, problemin müxtəlif həlli
yollarında yeganə düzgün mövqe tutması, şübhəsiz, böyük əhəmiyyət
daşıyır və bir sıra hallarda həlledici olur. Təcrübə sübut edir ki, əgər ölkə
rəhbəri xaricdə yaşayan soydaşlarla əlaqələri özünün prioritet vəzifələri
cərgəsinə daxil edirsə, bu məsələni daimi olaraq gündəliyində saxlayır və mütamadi olaraq
görülən işlər, nəticələr haqqında müvafiq icraedici orqanlardan hesabatlar tələb edirsə, belə bir əhval-ruhiyyə bütünlükdə
cəmiyyətin digər təbəqələrinə də
müsbət təsir göstərir, bu
sahədə mövcud olan
və yeni meydana gələn
problemlərin işçi qaydada aradan
qaldırılmasına kömək edir.
Bu zaman ölkə
ictimaiyyətinin, müxtəlif sahəyə məxsus funksionerlərin
siyasi qurumların məsələyə
münasibəti daha həssaslaşır.
Başqa sözlə, ictimai
nəzarət güclənir və bu da öz növbəsində,
həmin sahəyə diqqətin azalmasına imkan
vermir. Beləliklə,
dövlət başçısı digər sahələrdə
olduğu kimi bu sahədə də uğurlu
və effektli siyasətin qarantına çevrilir. 1993-cü ildən etibarən Azərbaycan
icmaları ilə əlaqələri aktivləşdirmək,
yaxın və uzaq
xaricdə diaspor-lobbi qruplarının
formalaşması prosesində fəal rol oynamaq siyasəti cavan
dövlətçiliyimizn qarşısında duran
başlıca və gündəlik vəzifələrindən
birinə çevrilib. Cəsarətlə
demək mümkündür ki, ulu öndər Heydər
Əliyevin şəxsən bu sahədə
apardığı fəaliyyət MDB ölkələrinin digər
prezidentlərinin (Rusiya da
bura daxil olmaqla) bu sahədə fəaliyyətindən
geri qalmayıb, bir
sıra məqmalarda isə onları qabaqlayıb. Biz bu fəaliyyəti ulu öndərin xarici səfərlərində
ölkə daxilində xarici
soydaşlarımızla görüşlərində, milli dövlət bayramları zamanı xalqa müraciətlərində,
çıxışlarında müşahidə edə bilərik.
Bu
görüşlər və çıxışlar zamanı
dövlət başçısı bir tərəfdən
xaricdə yaşayan
soydaşlarımıza vətəndə baş
verən ictimai-siyasi proseslər
haqqında genş məlumatlar verir, digər tərəfdən ölkədə
mövcud olan çətinliklərin
həllində diaspor-lobbi fəaliyyətinin
əhəmiyyətini vurğulayır, bu zaman qonşu
respublikaların xaricdəki diaspor
qruplarını nümunə gətirirdi. Əlbəttə,
ölkə başçısının demək olar ki, bütün
rəsmi dövlət səfərləri zamanı keçirilən
belə görüşlərin diaspor quruculuğunda mühüm
əhəmiyyət daşıması şübhəsizdir.
Prezidentin fəaliyyəti xaricdə yaşayan
Azərbaycan icmasının təşkilatlanma istiqamətində
ilk təkan rolunu
oynayır, bu prosesin
aktivləşməsində müstəqil dövlətçiliyimizin
nə dərəcədə maraqlı olması xaricdə yaşayan həmvətənlərimizin diqqətinə
çatdırılır. Belə bir yüksək səviyyəli
başlanğıcdan sonra, digər
dövlət orqanları üzərlərinə düşən
vəzifələri doğru-düzgün
müəyyənləşdirməli, qoyulan
məqsədi yerinə yetirmək üçün
ölkə başçısı tərəfindən
yaradılan münbit şəraitdən maksimum istifadə etməlidirlər”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 30 oktyabr.- S.3.